Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə63/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   59   60   61   62   63   64   65   66   ...   91

- 132 - 
məqsədi  ilə  sovuruq  üçün  yaba  və  ya  taxtadan  düzəldilmiş  ləmpər,  kürək  və  sairə  kimi  alətlər 
vasitəsi ilə tayalanıb hazır vəziyyətə gətirilirdi ki, külək əsən zaman onun vasitəsi ilə sovurub dəni 
samandan ayırsınlar.  
Xırmanda  sovruqdan  sonra  toxumluq  dən  əldə  etmək,  taxıl  təmizləmək və  sairə  kimi  işlər 
görmək üçün daşqır, şadara,  xəlbir və sairə kimi alətlərdən də istifadə olunurdu. Bütün  bu işlərin 
görülməsində isə əsasən qadın əməyindən istifadə olunurdu.  
Təmiz taxıl əldə etmək üçün Naxçıvan əkinçiləri sovuruq işinə xüsusi diqqət verirdilər. Ona 
görə də bu iş üçün səriştəli adamlara və ya bu işi yaxşı bilən heşançılara (onlara çox yerdə karvanlar 
da deyilirdi) həvalə olunurdu.  
Sovruq zamanı küləyin səmtini müəyyənləşdirmək, tozdan və qılçıqdan qorumaq üçün duruş 
yerin seçilməsi də əsas şərtlərdən biri sayılırdı.  
Aparılmış  etnoqrafik  tədqiqatlardan  aydın  olur  ki,  Naxçıvan  bölgəsinin  Babək  və  Şahbuz 
rayonlarının kəndlərində səriştəli heşançıların sayı çox olmuşdur. Onlardan Babək rayonunun Sirab 
kəndindən  məhrum  Şirinov  Qüdrət,  Səbzalı  kişi,  Qahab  kənd  sakini  Mamedov  Məmov  və  Qulam 
kişi, Şahbuz rayonunun Kolanı kəndindən Məşədi Məhəmməd, Kənd Şahbuz kəndindən Həsən kişi, 
Keçili kəndində Dünyamalıyev İsa kişi və başqalarının adlarını çəkmək olar. 
Etnoqrafik  araşdırmalardan  aydın  olur  ki,  sovruq  üçün  axşamüstü  əsən  şimaldan  gələn 
“Ələyəz”  və  cənubdan  gələn  qiblə  yeli  daha  sərfəli  olur  və  ona  üstünlük  verilirdi.  Odur  ki,  bu 
küləklər əsən zaman dərhal işə başlanılırdı. 
Taxıl əsasən kürəklə sovrulurdu. Çünki kürək taxtadan olduğundan həm yüngül idi, həm də 
ağzı enli olduğundan sovruq üçün əlverişli sayılırdı. 
Küləşdən  təmizlənmiş  taxıl  xırmanda  təmiz  yerdə  çəkilib  komalanır  (buna  tığlamaq  da 
deyilirdi),  şəriklərin  payı  bölünür,  əlsiz-ayaqsızlara  (yəni  invalidlərə,  qocalara,  işləyəni 
olmayanlara) pay ayrılır, həmdə gələcəkdə səpin üçün toxum seçilirdi. Vergi payının ödənilməsi də 
xırman üstə həyata keçirilirdi.  
Etnoqrafik  araşdırmalar  göstərir  ki,  XX-  əsrin  20-ci  illərindən  başlayaraq  tədricən  sovruq 
prosesini həyata keçirmək üçün xüsusi sovruq maşınlarıda meydana gəlmişdir ki, bu da sovruq işini 
xeyli yaxşılaşdırmış oldu.  
Sovruq  maşını  çərçivə  sağanaqdan,  üzərinə  4  ədəd  pər  yerləşdirilmiş  girdə  şəkilli  topdan, 
kiçik və iri diyametrli ağac diyircəklərdən və  əlcək vasitəsilə hərəkətə  gətirilən sovuruq  əlcəkdən 
ibarət  idi.  Bu  maşının  işləmə  prinsipi  isə,  yun  əyirən  cəhrənin  iş  prinsipinə  uyğun  gəlirdi.  Sovruq 
maşınına  3  ələk  yerləşdirilirdi,  onlardan  biri  saman  ələyi,  ikincisi  kozar  ələyi,  üçüncüsü  isə  taxıl 
ələyi adlanırdı. Sovruq maşınını 3-4 nəfər işlədirdi. Onlardan birir maşının qol əlcəyini fırladır, biri 
pərin  üstünə  dən  qarışığı  saman  tökür.  Biri  ələyə  yığılan  ələyə  yığılan  samanı  kənara  çəkir, 
dördüncüsü  təmizlənmiş  taxılı  çuvallara  yığır  və  həm  də  yorulanlara  köməklik  edirdi.  Sovruq 
maşını yüngül olduğundan onu 4 nəfər istənilən yerə apara bilirdi.  
Qeyd etmək lazımdır ki, əldə edilən taxıl məhsulu çörək ehtiyatı sayıldığından onu gələcək 
səpin üçün saxlamaq da vacib şərtlərdəndir. Naxçıvan əkinçi xalqı bu sahədə geniş təcrübəyə malik 
olduqlarından heç bir çətinliklərə rast gəlmirdilər.  
Etnoqrafik  araşdırmalardan  aydın  olur  ki,  hazır  taxıl  istər  Babək  rayonu,  istərsədə  Şahbuz 
rayonunun  kəndlərində  zəhmətkeş  xalq  yundan  toxunmuş  garbıtdan  tikilmiş  xarallara,  keçi 
qəzilindən  toxunmuş  çuvallara  və  taxtadan  hazırlanmış  sandıqlara  (buna  el  arasında  dənlik  və  ya 
unluqda deyilir) doldurularaq saxlanılırdı. Eyni  zamanda bəzən də  yağış  tutmayan  yerdə qazılmış 
quyulara doldurulub saxlanılırdı. Taxıl torpağa qarışmasın deyə, quyunun döşəməsi və qıraqlarına 
saman  suvağı  çəkilirdi.  Havasını  almaq  üçün  isə  kiçik  deşikdə  qoyulurdu.  Bununla  yanaşı  taxılı 
həm də böyük küplərə doldurub saxlanılırdı.  
Beləliklə,  istifadə  edilən  mövcud  ədəbiyyatlar  və  etnoqrafik  araşdırmalardan  belə  nəticəyə 
gəlmək  olar  ki,  əkinçilik  təsərrüfatının  bu  sahəsində  xalqın  uzun  əsrlər  boyu  əldə  etdiyi  bilik  və 
təcrübəsinə əsaslanan zəngin ənənələri olmuşdur. Bu ənənələr özünü səpin, biçin, döyüm və taxılın 
saxlanması qaydalarında, eləcədə əmək alaətlərinin çeşidində özünü göstərmiş və həm də Naxçıvan 
təsərrüfat  məişətinin  bu  sahəsinin  ümumazərbaycan  əkinçilik  mədəniyyətinin  tərkib  hissəsi 
olduğunun şahidi oluruq. 


- 133 - 
ƏDƏBİYYAT 
 
1.
 
 Şövqi  Həsənov.  Naxçıvan  tarixi  etnoqrafik  fenomendir.  (Tarixi-  etnoqrafik  tədqiqat),  Bakı, 
2009-cu il 
2.
 
 Bünyadov  T.Ə.  Azərbaycanda  əkinçiliyin  inkişaf  tarixinə  dair.  Bakı,  azərb.  SSREA 
nəşriyyatı, 1964-cü il 
3.
 
Hüseynov  M.M.  Naxçıvanın  qədim  əkinçilik  tayfalarının  biçim  alaətəri  haqqında  (elmi 
axtarışlar, VI toplu (filologiya, tarix, incəsənət), Bakı, 2001 
4.
 
Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959-cu il 
5.
 
Kərimov  E.  Naxçıvan  etnoqrafik  fenomendir.  Azərbaycan  qəzeti,  Dövlət  nəşriyyatı,  Bakı, 
1999, 2 aprel 
ABSTRACT. 
Basirat Zeynalov  
HARVESTING, MILLIONG AND STORAFE MANAGEMENT OF WHEAT IN 
GRAIN FARMING IN THE FIRS HALF OL THE XX CENTURY 
 
The  article  deals  with  etnographic  studies  related  to  the  grain  farming  of  the  agricultural 
culture, which is  intended to  be studied on the basis of materials  of Babek and Sahbuz regions  of 
Nakhchivan, covering the first half of the twentieth century. 
Also  in  this  area,  grain  farming  has  been  clarified  in  reference  to  the  knowledge  grained 
from centuries-old-knowledge and experience of the sprouting, milling and grain starage, based on 
available literature and research. Besides, the veriety of labor instrumentr used in grain production 
and the principle of their operation are explained in the article. 
At  the  same  time,  the  analyses  of  the  collected  material  conclude  that  this  area  of 
Nakhchivan’s  economic  life is  a part of Azerbaijan’s agricultural  heritage destage despite the fact 
that Nakhchivan and its distriicts are distinguished by its unique agricultural culture. 
 
РЕЗЮМЕ 
Басрат Зейналов 
СКАШИВАНИЯ, ОБМОЛОЧИВАНИЕЯ И СОХРАНЕНИЯ ЗЕРНА В 
ЗЕРНОВОДЧЕСКИХ ХОЗЙСТВАХ В ПЕРВОЙ ЧЧ ВЕКА 
 
В  статъе  на  основе  материалов  Бабекского  и  Шахбузского  районов,  входящих  в 
Нахчыванский Автономного республику, предусматривается рассмотрение этнографических 
исследованиu в связи с зерноводческими хозяйствами в первой половене ХХ века. 
В  связи  с  рассмотрением  темы  боли  сделаны  ссылки  на  этнографичесие  исследования  и 
существующие  литературы  отражалощие  знания  и  о  пытиы  по  посеву  обмалачиванию  и 
сохранению  зерна  в  течение  многих  веков  Автор  статъи  откаментирует  орудия  труда  в 
области  зерноводства,  дает  классидсекскацию  и  рабочий  принцип  орудий  труда.На  основе 
собранных  материалов  можно  прийти  к  такому  заключению,  что  хотя  Нахчыван  и  его 
рнгионы  отличаются  землеводческой  кулътурой,  одновременно  оно  составляст  основную 
частъ общеазербйджанской землеведческой културы.  
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə