Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə58/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   54   55   56   57   58   59   60   61   ...   91

- 122 - 
 
Bəhruz  bəy  Kəngərli  yaradıcılığından  bəhrələnən  Şamil  Qazıyev  sanki  öz  əsərlərində 
müəlliminin  arzularını  həyata  keçirmişdir.  Həyatının  çiçəkləndiyi  bir  dövrdə  dünyadan  köçən 
Bəhruz bəy  Kəngərlinin yarımçıq qalan arzularını məhz Şamil Qazıyev işıqlandırmışdır. 
 Qədim Naxçıvanın tarixi abidələri, köhnə məhəllələri, karvansaraylar, məscidlər, hamamlar, 
qapalı bazar və digər  yerlərin rəsmi onun  yaradıcılığında  geniş  yer alır.  Bu isə  gələcəkdə şəhərin 
qədimliyinin bərpa olunmasında böyük rol oynayır. 
Məsələn,    “Köhnə  Qala”  əsərində    bu    daha  çox  diqqəti  cəlb  edir.  Isti  rənglərdən  istifadə 
edən  rəssam  burada    köhnə  qalanı,  qala    bürclərini  və    İmamzadə  kompleksini  çox  gözəl  təsvir 
etmişdir. Əsərə baxdıqda  Naxçıvanın qədim bir diyar olduğunun bir daha şahidi oluruq. Rəssam 
əsərdə  dəvə  karvanı  verməklə  İpək  yolunun  məhz  buradan  keçməsini  göstərmiş,  İmamzadə 
memarlıq    kompleksinin  təsvirini  verməklə  isə    Naxçıvan    memarlıq  məktəbinin  mükəmməl 
olmasını bir daha sübut etmişdir.  Əsərdə  seyidlər qəbirsanlığını  və yolun kənarında  Naxçıvanın 
florasına  xas  olan  nalbənd  ağaçının  təsvirini  çəkməklə  o,  doğma  diyarı  tamaşaçılara  sevdirməyi 
bacarmışdir.  
 
Sevindirici haldır ki, 30-cu illərdə Zaqafqaziyada səyyar sərgilər göstərən məşhur Tretyekov 
qalereyasının  əməkdaşları  Bakıda  keçirilən  respublika  rəssamlarının  sərgisində    Şamil  Qazıyevin 
nümayiş  etdirilən 12  əsərindən biri olan  “Çoban” adlı  əsərini bəyənərək  qəbul  etmişlər. Bu gənc 
rəssamın ilk müvəffəqiyyəti idi. 
 Onun  yaradıcılığında  sadə  insanların  həyat  tərzi,  məişəti  folkloru,  adət-ənənəsi, 
ümumiyyətlə etnoqrafiya baxımından yüksək səviyyədə işlənmiş əsərlər və təbiət mənzərələri geniş 
yer tutur. Bu əsərlərin hər biri milli koloritinə görə bir birindən fərqlənir.  
“Lavaş yapanlar” əsərində rəssam Azərbaycan xalqına məxsus olan təndir damı (təndir əsər) 
və  onun  ətrafında  bir  ierarxiya  təşkil  edən  milli  geyimdə  çörək  bişirən  qadınları    təsvir  etmişdir. 
Kompozisiya baxımından buradakı ardıcıllıq diqqəti cəlb edir. Belə ki, sağ tərəfdə əyləşmiş qadın 
xəmirdən  kündələr  tutur,  yanındakı  qadına  verir,  həmin  qadın  kündəni  yayaraq  təndir  başında 
əyləşmiş qadına ötürür və nəhayət, bişmiş hazır çörək dördüncü qadın tərəfindən aparılır. Beləliklə, 
əsərdə rəssam zəhmətkeş qadınların əməyini milli motivdə real göstərməyə çalışmışdır.  
 
“Qalayçılar”  əsərində  yığcam  bir  emalatxanada  iki  usta  və  şagirdin  təsviri  verilmişdir. 
Bildiyimiz kimi həmin dövrdə məişətdə mis qablardan daha çox istifadə olunurdu. Qazan, sərninc, 
kasa,  kəfkir,  səhəng,  məcməi,  sərpuş,  nimçə,  satıl,  aftafa-ləyən  və  digər  əşyalar  xalqımızın 
məişətində geniş  yer tutmuş və bunlar köhnəldikcə  yenidən istifadəsi üçün qalayçılara verilmişdir. 
Adətən  Novruz bayramı ərəfəsində həyata keçirilən bu adət bir ənənə halını almışdır. Baharın gəlişi 
ilə  əlaqədar  hər  yerdə  təmizlik  işləri  aparılmaqla  yanaşı  köhnəlmiş,  qalayı  getmiş  qabların  da 
yenilənməsi vacib sayılırdı.  
“Qapalı bazar” əsəri rəssamın memarlıq baxımından işlədiyi ən maraqlı tablolardan biridir. 
İstambulun  qapalı  çarşısını  xatırladan  bu  əsərdə  bazarın  giriş  qapısı  milli  memarlıq  üslubnunda 
təsvir  edilmişdir.  Kompozisiya  cəhətdən  yanaşdıqda  perspektivdə  görsənən  bazarın  digər 
qapısından və bacalardan düşən işıqların köməyilə milli geyimdə olan alıcıların hərəkətdə verilməsi
hambalların  yük  daşıması  və  piştaxta  arxasında    meyvə  satan  tacirin  təsvirinin  verilməsi  bazarda 
alış-veriş  mədəniyyətindən xəbər verir. Əsərə baxdıqda bazarın şərq üslubunda tikilməsi  diqqəti 
cəlb edir. 
Onun  “Qaçqınlar”  əsərində  öz  vətənindən  didərgin  düşən  səfil,  acınacaqlı  bir  vəziyyətdə 
Naxçıvana  pənah  gətirən  insanlar  təsvir  edilmişdir.  Rəssam  bu  əsərində    dədə-baba  yurdundan, 
tarixi    torpaqlarımız  olan    Qərbi  Azərbaycan  ərazisindən  qovulan    xalğımızın  faciəsini  əks 
etdirmişdir.  Tabloda  yaşlı  qadın,  kişi  və  uşaqlar  bədbin  vəziyyətdə    göstərilmişdir.  Rəssam  öz 
mənəvi dünyasına qapılmış, qəmli-kədərli, düşüncəli obrazların tale yolunu tamaşaçıya çatdırmağa 
çalışmışdır.  İsti  və  soyuq  rənglərdən  istifadə  etməklə  insanların  psixoloji  məqamlarını,  daxili 
iztirablarını  əks etdirmişdir. 
XX  əsrin  70-ci  illərində  rəssamın  işlədiyi  tabloların  əksəriyyəti  yəqin  ki,  onun  gənc 
yaşlarında  çəkdiyi  eskizlər  əsasında  ərsəyə  gəlmişdir.  Onun  “Çörək  satan”  (1976),  “Çarıqçılar” 
(“Çarıq  tikənlər”,  1976),    “Oküzlərin  nallanması”  (1976),  “İnqilabaqədərki  Naxçıvan”  (1976), 
“Qaçqınlar”  (1977),  “Molla  məktəbi”  (1977),  “Xırmanda”  (1977),  “Taxılbiçənlər”  (1977),  “Gəc 


- 123 - 
dəyirmanı”  (1977),  “Dəyirman”  (1977),  “Naxçıvan  hamamı”  (1977)  və  digər  əsərləri  buna  bariz 
nümunədir. 
1979-cu  ildə  Naxçıvan  şəhərində  Şamil  Qazıyevin  təşkil  olunan  fərdi  sərgisi  haqqında  o 
dövrün  mətbuatı  belə  yazırdı:  “Bu  təsvirlərdə  Azərbaycanın  ən  qədim  guşəsi  olan  Naxçıvanın 
keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır”. 
Şamil  Qazıyevin  əsərlərinə  baxdıqda  onun  Naxçıvanı  necə  ürəkdən  sevməsini,  bu  torpağa 
bağlılığını, sadə, zəhmətkeş insanlarla sıx təmasda olmasını hiss edirik.  Bütün  bunlar onun boya-
başa çatdığı doğma yurduna olan məhəbbətindən irəli gəlir.  
Beləliklə,  demək  olar  ki,  rəssamın  yaradıcılığı  geniş  və  rəngarəngdir.Onun  əsərləri  fərdi 
xüsusiyyətlərinə  görə  tanınır.  Şamil  Qazıyevin  yaradıcılığında  Vətənə,  xalqa,  doğma  torpağa 
bağlılıq qabarıq şəkildə özünü göstərir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Şamil Qazıyev “Albom  kataloq”, Naxçıvan, 2010 
2.
 
“Azərbaycan qadını”  jurnalı № 5, Bakı ,1980 
3.
 
Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan 
Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan şəhəri, 1 fevral 2018-ci 
il. “Şərq qapısı”qəz., 2018, 3 mart 
 
ABSTRACT 
 
 
 
Mahir Khalilov 
NATIONAL MOTIVES IN CREATION OF SAMIL GAZIYEV 
 
National  motives  in  Shamil  Gaziyev  creativity  of  honoured  art  figure  of  the  Nakhchivan 
Autonomous  Republic,  painter  Shamil  Gaziyev  and  national  motives  given  in  his  works.  At  the 
same time detailed information about his life in Nakhchivan and flourishing years of his creativity 
is given. 
PEЗЮME 
Maхир Халилов 
НАЦИОНАЛЬНЫЕ МОТИВЫ В ТВОРЧЕСТВЕ ШАМИЛЯ  ГАЗИЕВА 
 
 
В статье говорится о творчестве заслуженного деятеля искусства, художника Шамиля 
Газиева,  на  картинах  которого  особое  место  занимают  национальные  мотивы.  В  ней  также 
представлены  подробные  сведения  о  годах  жизни  в  Нахчыване,  на  которые  приходится 
расцвет его творчества. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06). 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə