Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə55/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   51   52   53   54   55   56   57   58   ...   91

- 116 - 
olunmuşdur.  Dördbucaqlı  ornamentlərin  bəzək  elementi  olduğu  xalçalardan  isə  Quba  məktəbinin 
“Quba”,  “Qaraqaşlı”,  “Qədim  minarə”,  Şirvanın  “Qəşəd”,  Bakı  məktəbinin  “Fındığan”,  Gəncə 
məktəbinin “Samux”, “Şadlı”, “Qədim Gəncə”, Qazax məktəbinin “Qaraçöp”, Qarabağın “Muğan”, 
“Qaraqoyunlu”, Təbriz məktəbinin “Qaraca” və s. xovlu-xovsuz xalçalarını qeyd etmək olar.  
Bu  tipli  naxışların  yaranma  dövrünə  nəzər  saldıqda  dördbucaqlı  elementlərin  əkinçiliyin 
yarandığı  dövrdə  (neolit  e.ə.  VII-VI  min.)  meydana  gəldiyini  müşahidə  edirik.  Kvadrat  və 
dördbucaqlı  ornament  formaları  səpin  metodundan  əmələ  gəlmişdir.  Şumlanmış  torpağa-şırımlara 
toxumlar səpilərkən onlar hər biri dörd ədəd toxumdan – yəni dördbucaqlılardan ibarət olan şəbəkə 
əmələ gətirir. Dördbucaqlı naxış forması da buradan yaranmışdır (4).  
Haqqında  bəhs  etdiyimiz  naxış  motivinin  yaranmasına  təsir  edən  digər  amil  toxuculuğun 
meydana gəlməsi ilə əmələ gəlmişdir. Bu xırda dördbucaqlılar şəbəkəsindən əmələ gəlmiş həsirlər, 
parçalar  sonradan,  məhz  yerlik-fon  kimi  dərk  edilərək  üzərinə  vurulan  naxışlar  üçün  əsas  olur. 
Beləliklə, burada da əkinçilikdə olduğu kimi dördbucağın yerlik, zəmin, özül kimi qəbul olunmasını 
müşahidə  edirik.    Dördbucaqlı  ornamentlərinin  bədii-semantik  mənasına  gəldikdə  isə  onlar 
dünyanın  dördtərəfliliyini,  həyatın  dörd  ünsürünü  (su,  hava,  od,  torpaq)  və  onların  vahidliyini 
bildirir. Bununla yanaşı, dördbucaqlı motiv bir rəmz kimi həmişə torpağı ifadə etmişdir.  
ƏDƏBİYYAT 
1. Dünyamalıyeva  S. Ornament 
2. Əfəndi R. Azərbaycan dekorativ-tətbiqi sənəti 1976  
3. Əfəndi R. Azərbaycan incəsənəti 2007 
4. Əsədova X. Azərbaycan xalça naxışları, Bakı, 2010 
5.  Гусейнова  М.A.  Керамика  Восточного  Закавказъя  эпохи  поздней  бронзы  и  раннего 
железа XIV-IX вв. до н. э. Баку: Элм, 1989, 127 с. 
6. Ghirshman R. Iran 1961 
ABSRACT 
 Seyyare  Sadiqova,  Gunay Mammadova 
CREATION PRINCIPLES AND MEANING OF SOME GEOMETRICAL ORNAMENTS 
IN DECOR SYSTEM OF DIFFERENT ART SAMPLES OF AZERBAIJAN 
Ornament is a pattern consisting of rhythmical elements distinguished with certain features. 
In the course of history, ornament developed parallel with decriptive form and  reflected religious, 
social,  philosophical  outlook  of  the  society  becoming  brief,  distinct  information  system.  Ancient 
human regarded his imaginations about the structure of the world with certain signs.  In the article, 
it is explained how triangle and quadrangle ornaments emerged used in descriptive and decorative-
applied  arts  of  Azerbaijan.  At  the  same  time  it  deals  with  the  meaning  of  those  patterns  and  the 
place of application. The results of the researches carried out according to this theme was obtained 
on the basis of following of material-cultural samples created by now. 
РЕЗЮМЕ 
ГюнаМамедова, Сайяра Садыхова 
ПРИНЦИПЫ И СМЫСЛ НЕКОТОРЫХ ГЕОМЕТРИЧЕСКИХ УКРАШЕНИЙ В 
ДЕКОРАТИВНОЙ  СИСТЕМЕ РАЗЛИЧНЫХ ОБРАЗЦОВ ИСКУССТВА 
АЗЕРБАЙДЖАНА 
Орнамент  -  это  узор,  состоящий  из  ритмических  элементов,  которые  различаются 
некоторыми  признаками.  На  протяжении  всей  истории  параллельно  с  изобразительными 
формами,  орнамент  развивается  и  превращается  в  краткую,  понятную  информационную 
систему,  отражающую  религиозное,  социальное  и  философское  мировоззрение  общества. 
Древний  человек  передавал  свои  представления  о  строении  мира  посредством    определенных 
знаков. В статье поясняется появление треугольных и прямоугольных украшений, используемых 
в  изобразительном  и  декоративно-прикладном  искусстве  Азербайджана.  Это  относится  и  к 
художественным  особенностям,  значениям  и  местам  применения  этих  узоров.    Украшения  на 
наших  памятниках  позволяют  нам  изучать  как  исторические,  так  и  художественные 
эстетические традиции нашей культуры и искусства. Результаты  исследования на эту тему были 
основаны на изучении многих образцов материальной культуры с древних времен по сей день. 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06). 
 
 


- 117 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
AMİL ƏSGƏROV  
Naxçıvan Dövlət Universiteti 
UOT:78 
NAXÇIVAN “DƏDƏ QORQUD” QƏHRƏMANLARININ 
ƏSAS YAŞAYIŞ MƏSKƏNİDİR 
 
Açar  sözlər:  “Kitabi  Dədə  Qorqud”  dastanları,  dastanların  tədqiqatçıları  (Akademik 
İ.Həbibbəyli,  Professor  S.Babayev),  dastanın  Naxçıvan  bölgəsilə  bağlılığı,  Sədərək  və  Şərur 
toponimləri, Qazançı və Əlincə qalası, Qaraca çoban sürəti 
Key words: "Kitabi - Dada Gorgud" epos, researchers of saga (Academician I.Habibbayli, 
professor  S.Babayev),  connection  of  epos  with  the  Nakhchivan  region,  Sadarak  and  Sharur 
toponyms, Kazanchi and Alindje fortress, Garadja shepherd image 
 
Ключевые слова: Легенды «Китави – Деде Горгуд», исследоватли легенд (Академик 
И.Габиббейли, профссор С.Бабаев), связъ легенды с Нахчыванским регионом, Садаракские и 
Шарурские топонимы крепостъ Казанчы и Алинджа, образ Гараджа чобан. 
“Kitabi-Dədə  Qorqud”  Azərbaycan  xalq  ədəbiyyatının  ən  qədim  yazılı  abidəsidir  (XI-XII 
əsrlər).  Kökləri  mifoloji  dünyagörüşünə  gedib  çıxan  Dədə  Qorqud  dastanları  XI  yüzillikdə  “Kitabi  - 
Dədə  Qorqud”  (“Oğuz  tayfaları  dilində  Dədə  Qorqud  kitabı”)  adı  altında  yazıya  alınmışdır.  “Kitabi-
Dədə  Qorqud”un  iki  əlyazması  (XVI  əsrdə  üzü  köçürülmüş  əlyazmaları)  məlumdur.  Bunlardan  biri 
Drezden  nüsxəsi  -  alman  şərqşünası  F.  fon  Dits  tərəfindən  İstanbuldan  Almaniyaya  aparılmış  və 
Drezden  şəhərinin  kitabxanasına  bağışlanmış  bir  müqəddimə  və  on  iki  boydan  ibarətdir,  digəri  isə 
Vatikan nüsxəsi - XX əsrin 50-ci illərində tapılmış bir müqəddimə və altı boydan ibarətdir. 
Dastanın  Drezden  nüxsəsinin  surəti  Drezdendəki  Kral  Kitabxanasından  alınıb  1972-ci  ilin 
avqustunda Bakıya gətirilib Azərbaycan Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda 
daha  təfsilatlı  tədqiq  olunmuşdur.  Azərbaycan  EA  Əlyazmalar  İnstitutunda  “Dədə  Qorqud”un 
dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.  
Dastanların  əsas  süjeti  on  iki  boyda  əks  olunmuşdur.  Dədə  Qorqud  boylarının  əsas 
mahiyyətini  yurdun  və  xalqın  qorunması,  xeyir  qüvvələri  təmsil  edən  qədim  oğuzların  yadelli 
işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-
didaktik görüşlər təşkil edir. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir.  
 “Kitabi-Dədə Qorqud” dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) 
Azərbaycanda  baş  vermiş  hadisələrlə  səsləşir.  Dastandakı  hadisələrin  əksəriyyəti  Dəmirqapı  Dərbənd, 
Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir.  
“Kitabi-Dədə Qorqud”u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm 
də  iştirakçısı  kimi  təqdim  edir.  Bayat  elindən  çıxmış  bu  bilicini  oğuzun  müşkül  məsələlərini  həll 
edərək  gələcəkdən  belə  xəbər  verdiyini  göstərir.  Dastanın  müqəddiməsində  Dədə  Qorqudun 
Məhəmməd  peyğəmbər  zamanında  yaşadığı  qeyd  edilir. Bəzi  məlumatlara  görə  Dədə  Qorqudun 
məzarı Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar. 
Akademik İsa Həbibbəyli dastan haqqında yazır ki, “Dədə Qorqud” dünya miqyasında bədii 
nəsr təfəkkürünün möhtəşəm abidələrindən biridir. Bu, “Dədə Qorqud” dastanlarını yaradan xalqın 
epos  təfəkkürünün  bədii  mükəmməlliyinin  klassik  nümunəsidir.  Epos  təfəkkürü  isə  bədii 
fantaziyadan daha çox xalqın özünüdərkinin, sabit milli düşüncəsinin, torpaq və millət qavrayışının 
dastan  səviyyəsində  ifadəsi  deməkdir.  Bu  mənada  “Dədə  Qorqud”  dastanları  oğuz  türklərinin, 
Azərbaycan  xalqının  yurd  və  topraq  andının  manifestidir.  Bu,  ölkəsini,  torpağını,  millətini  dərk 
edən bir xalqın vətən və torpaq sevgisinin möhtəşəm oğuznaməsidir” [1]. 
 Əlbəttə ki, Azərbaycan oğuzları geniş mənada əsas türk soylarından biri olduğu üçün “Dədə 
Qorqud”un  da  ümumtürk  oğuznaməsi  hesab  olunması  təbiidir.  Bununla  yanaşı,  türk  dünyasının 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə