Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə52/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   48   49   50   51   52   53   54   55   ...   91

- 110 - 
Məclisinin  Sədri  tərəfindən  Bəhruz  Kəngərli  Muzeyinə  hədiyyə  olunub.  Hal  –hazırda  muzeyin 
ekspozisiyasında nümayiş olunur. 
   Kəngərlinin əsərlərində xətlər və cizgilər deyil, sərbəst və cəsarətlə birbaşa vurulmuş rəng 
yaxıları həlledici rol oynayır. Formanın plastikliyi, xətti və hava perspektivi, fəza dərinliyi, kölgə-
işıq  və  rəng  keçidləri,  incə  rəng  nüansları  kimi  realist  boyakarlığın  əsasını  təşkil  edən  ifadə 
vasitələri  Azərbaycan  incəsənətinə  ilk  dəfə  Bəhruz  Kəngərli  tərəfindən  gətirilmişdir.  Məhz  buna 
görədir  ki,  Bəhruz  Kəngərlinin  yaradıcılığı  Azərbaycan  incəsənəti  tarixində  yeni  bir  hadisə, 
rəssamın özü isə əsl novator rəssam kimi qiymətləndirilir.  
Bəhruz  Kəngərli  öz  bilik  və  bacarığını  Naxçıvanın  başqa  gənclərinə  öyrətməyə  çalışır    və 
Naxçıvan  əhalisində  incəsənətə  hörmət  və  həvəs  oyatmaq  üçün  hər  vasitədən  istifadə  etməyə 
çalışırdı.  1920-ci  ildə  Kəngərli  Naxçıvan  şəhər  məktəbi  yanında  rəsm  dərnəyi  təşkil  etmişdi.  Bu 
dərnəyə, məktəbin rəsm məşğələlərinə həvəsi olan tələbələri cəlb etmişdi. [
9

Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən 
ibarət  bədii  irsi  geniş  ictimaiyyətin  nəzər-diqqətini  cəlb  etmiş,  ardıcıl  olaraq  toplanıb  sərgi  və 
muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. 
Bu  orijinal  əsərlərin  yalnız  450  –si  günümüzə  qədər  gəlib  çıxmışdır.  Onun  əsərlərinin  bir 
hissəsi  Azərbaycan  Milli  İncəsənət  Muzeyində,  Bəhruz  Kəngərli  Muzeyində  və  şəxsi 
kolleksiyalarda saxlanılır.  Bəhruz Kəngərli bu əsərlərində demək olar ki, bütün mövzulara müraciət 
edib. Onun tarixi abidələr, animalist, mənzərə janrında çəkdiyi əsərlər bu gündə öz rəng seçimi və 
profisionallıq  baxımından  çox  dəyərlidir.  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinin  Sədri 
Bəhruz Kəngərli yaradıcılığını yüksək dəyərləndirərək  demişdir : “Tiflisdə xüsusi rəssamlıq təhsili 
alan Bəhruz Kəngərlinin yaradıcılığı rus boyakarlıq məktəbinin ənənələrini davam etdirən mühitdə 
formalaşsa  da,  o,  tamamilə  milli  ruhda  və  üslubda  yaratmış,  milli  rəssamlığın  inkişafında 
özünəməxsus  rol  oynamışdır.    Xəlqilik  və  insanpərvərlik,  realizm  və  Vətənə  sonsuz  məhəbbət 
Kəngərli yaradıcılığının əsasını təşkil edir”.
 
Bəhruz  Kəngərli  sərbəst  yaradıcılıq  fəaliyyəti  gərgin  ictimai-siyasi  təzadlı  illərə,  xüsusilə 
ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə 
təsadüf  etmişdir. Rəssamın  həmin  mövzulara  həsr  etdiyi  rəsmləri  kəskin  sənədli  ittihamnamə 
vüsətinə  malikdir. Xüsusilə,  "Qaçqınlar"  rəsm  silsiləsi  zamanın  ictimai  ziddiyyətlərini  əks  etdirən 
realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir. 
Azərbaycan rəssamlığı  XX əsrin əvvəllərində Bəhruz bəy Kəngərlinin çəkdiyi “Qaçqınlar” 
adlı  silsilə  əsərləri  ilə  erməni  təcavüzünün  silinməz  izlərini  özündə  yaşadan  ifşaedici  sənət 
nümunələri  yaratmağa  nail  oldu.  [
10
]  Bu  əsərləri  sifariş  edən  də,  satın  alanda  olmamışdır.  Amma 
gənc  rəssamımız  böyük  vətənpərvərlik  nümunəsi  göstərərək  başımıza  gələnlərin  salnaməsini 
yaratmışdır.  Rəssamın  müxtəlif  kəndlərdən  olan  qaçqınların  zahiri  görkəmini,  gözlərindəki 
ümidsizliyi  əbədiləşdirməklə  sanki  bizə  bunları  unutmamağı  vəsiyyət  etmişdir.  Bəhruz  Kəngərli 
əsasən  qadınları  və  uşaqları  xarabalıqların  fonunda  çəkməklə  hadisələrin  faciəvi  miqyasını 
göstərmək  istəyirdi.  Əslində,  1918-1920-ci  illərdə  yaşanan  acıların  canlı  salnaməsi  olan  bu 
portretlər danılmaz tarixi sənədə çevrilən, erməni təcavüzünə qarşı sənətkar ittihamı kimi səslənən 
və heç vaxt əhəmiyyətini itirməyəcək bir bədii irsdir. Bəhruz Kəngərli heç bir əsər yaratmasa belə  
“Qaçqınlar  ”  silsiləsi  adı  altında  çəkdiyi  əsərlərlə  Azərbaycan  rəssamlıq  sənətində  əbədi 
yaşayacaqdı.  Bu əsərlərin sayı otuza  yaxındır. Rəssam “Qaçqın qadın”, “Əyləşmiş qaçqın oğlan”, 
“Ayaqyalın  qadın”,  “Qaçqın  İmran  çanta  ilə”,  “Qaçqınlar  arabada”  və  s.  əsərlərində 
azərbaycanlıların başlarına gətirilmiş müsibətləri günümüzə qədər çatdıra bilmişdir.  
Rəssamın erməni vəhşiliyinin əks etdirdiyi  əsərlərindən biri də “Minarəsi dağılmış məscid” 
əsəridir. Əsərdə minarəsi ermənilər tərəfindən dağıdılmış şəhər məscidi və minarə zədələndiyi üçün 
məscidin üstündən azan verən imam təsvir olunub. Düşmənlərimiz minarəni qarşı tərəfdə yerləşən 
kilsədən top atəşi ilə zədələyiblər. Nəticədə, minarə bərpa olunsada  daşların rəngindəki fərqə görə 
bu gündə seçilir.    Bununla da Bəhruz Kəngərli düşmənlərimizin dini-mədəni abidələrimizə qarşı 
vandal münasibətini tarixi  fakt kimi öz əsərində əbədiləşdirib.  
Bəhruz Kəngərlinin Naxçıvandakı xarabalıqları –viranəlikləri əks etdirən “Tərk edilmiş ev”, 
“Naxçıvan  viranəlikləri”,  “Naxçıvanda  xarabalıqlar”,  Eylabat  kəndində  dağılmış  darvaza”  əsərləri 


- 111 - 
mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  dağıntılar  tikililərin  zamanın  sərt  sınağından  çıxmamasının 
yox,  daşnak  hərbi  dəstələrinin  vəhşiliklərinin  izləridir.  Demək  olar  ki,  Bəhruz  Kəngərlinin    bütün 
əsərləri  vətənpərvərlik  duyğuları  ilə  bəslənib.  Milli  ruhlu  rəssam  hər  əsərində  doğma  yurdunun 
gözəlliklərini  vəsf  etməyə,  tarixini  canlandırmağa  çalışıb.    Doğma  vətənində  məşəqqətli  və  ağır 
sınaq  illərinin  baş  verməsinə  baxmayaraq,  Bəhruz  Kəngərlinin  yaradıcılıq  fəallığı,  əməksevərliyi 
daha  da  genişlənir,  sənətkarlığı  kamillik  mərhələsinə  çatır. O,  yorulmadan  bədii  axtarışlar  aparır, 
rəngkarlığın portret, mənzərə, natürmort janrlarında psixoloji cizgiləri, mənəvi hiss və duyğuları ilə 
aşılanmış,  lirik  əhval-ruhiyyəsi  ilə  seçilən  rəsmlər,  tablolar  yaradır.  Rəssam  əsərlərində  real 
mənzərələri  əks  etdirsə  də  yenə  də  özündən  razı  qalmayaraq    deyirdi:  Mən  gördüyüm  bu  qəribə 
aləmi rənglərlə təsvir edirəm. Ancaq yenə də o çəkdiyim şeyin eyni ola bilmir. Mən çalışıram elə 
rəsm çəkim ki, o həmin şeyin eyni ola bilsin. 
Bəhruz Kəngərlinin özündə tarixiliyi yaşadan əsərləri sırasında  Naxçıvanın dini abidələrinə, 
ziyarətkarlarına həsr etdiyi əsərlər xüsusi yer tutur. O, bu əsərlərini müxtəlif rakurslardan işləyərək 
fərqli və dəyərli əsərlər yarada bilmişdır. Bəhruz bəyin əsərlərinin Naxçıvanın iyirminci yüzilliyin 
əvvəllərində  daşıdığı  və  bu  gün  mövcud  olmayan  görüntülərinin  gələcək  nəsillərə  ötürülməsində 
mühüm  rolu  olmuşdur.  Təkcə  Nuhun  məzarına  rəssam  beş  əsər  həsr  etmişdir.  Bundan  başqa 
“Naxçıvanda  məscid”,  “Əshabi  Kəhv  dağı”,  “Möminə  Xatun  türbəsi”,  “Yusif  ibn  Küseyr  Türbəsi  ”, 
“İmamzadə  türbəsi”  və  s.  əsərləri  onun  dini  və  tarixi  abidələr  janrında  işlədiyi  ən  dəyərli  əsərləri 
sırasındadır. 
Təbiəti sevən Bəhruz özünü animalist janrda da təsdiqləyir. Onun kətan üzərində yağlı boya 
ilə çəkdiyi “ Ov itləri ” əsəri rəssamın yaradıcılığında yeni bir səhifədir. 
Bu  kompazisiyanın  ümumi  quruluşundakı  peşəkar  tərtib  üslubu  yüksək  bacarığa  və  istedada 
sübutdur. Animalist janrda rəssamın əsərləri az olsa da o bu əsərlərini də çox böyük ustalıqla işləyib.  
Bəhruz  Kəngərli  Naxçıvanda  teatr  sənətinin  inkişafı  ilə  əlaqədar  tədbirlərin  həyata 
keçirilməsində də yaxından iştirak etmişdir. Məlumdur ki, 1883-cü ildən 1912-ci ilə kimi Naxçıvan 
Teatrında  peşəkar rəssam olmadığına görə səhnə tərtibatı həvəskar aktyorlar tərəfindən hazırlanırdı. 
Ona  görə  də  bu  tərtibatlar  çox  sadə  və  primitiv  xarakter  daşıyırdı.  Bəhruz  Kəngərli  1912-ci  ildə 
Naxçıvan  teatrında Üzeyir  Hacıbəyovun "O  olmasın,  bu  olsun"  musiqili  komediyasının  bədii 
tərtibatını  verərək,  ilk  dəfə  teatr  rəssamı  kimi  fəaliyyətə  başlayır  və  burada  böyük  xidmət  
göstərərək,  tamaşaların  ruhunu  əks  etdirən,  forma  və  məzmun  vəhdəti  ilə  seçilən  dekorasiyalar 
hazırlamışdır. Bələliklə, Bəhruz Kəngərli   Naxçıvan teatrının ilk professional rəssamı oldu. 
Bəhruz  Kəngərli  1912-ci  ildən  1918-ci  ilədək  Naxçıvan  teatrının  səhnəsində Nəcəf  bəy 
Vəzirovun "Pəhləvanani-zəmanə",  "Hacı  Qəmbər",  "Müsibəti-Fəxrəddin",  Əbdürrəhim  bəy 
Haqverdiyevin "Ac  həriflər"  -  ümumilikdə  40-dan  çox  tamaşaya  irihəcmli  pannolar  çəkmiş,  səhnə 
tərtibatı və geyim eskizləri vermişdir. Rəssam milli xalq geyimlərinin misilsiz bilicisi idi. O, bədii 
tərtibat  verdiyi  əsərlərin  personajlarını  səciyyələndirən,  tarixi  dürüstlüyü,  milli  koloriti,  zəngin 
boyaları, naxışları, bəzəkləri ilə nəzəri cəlb edən çoxlu əlbisə eskizləri yaratmışdır.  
1917-ci  ildə  Bəhruz  Kəngərli  Naxçıvan  "Xeyriyyə"  məktəbinin  nəzdindəki  "El  güzgüsü" 
adlı  teatr  cəmiyyəti  tərəfindən  tamaşaya  qoyulmuş Cəlil  Məmmədquluzadənin "Ölülər" 
komediyasının səhnə tərtibatını, dekor və geyim eskizlərini icra etmişdi. O, həmçinin 1918-ci ildə 
tamaşaya qoyulmuş "Pəri Cadu", "Hacı Qara" kimi əsərlərin səhnə tərtibatım vermiş, bundan əlavə 
teatrın arxa səhnəsi üçün dağ mənzərəsini təsvir edən irihəcmli panno çəkmişdir ki, ondan müxtəlif 
tamaşalarda istifadə olunurdu.  
Azərbaycan  təsviri  sənət  tarixində  yeni  cığır  açmış  Bəhruz  Kəngərli  ilk  təhsilli 
rəssamlarımızdan olaraq rəsm sənətində bir çox yeniliklərə imza atmışdır. Realist dəzgah boyakar-
lığının təşəkkülü, mənzərə janrının müstəqil janra çevrilməsi, ilk avtoportret janrında çəkilmiş əsər, 
ilk  sərginin  açılması  Bəhruz  Kəngərlinin  adı  ilə  bağlıdır.  Bəhruz  Kəngərli  başqalarına  örnək  ola 
biləcək  həyat hekayəsi və yaradıcılıq dövrünün məhsuldarlığı ilə zirvədə yaşamağa layiqdir. 
Bəhruz  Kəngərli  1922-ci  il  7  fevralda  cəmi  30  yaşında  gözlərini  əbədi  yumdu.  Bu  qısa 
ömrünə bir neçə insan ömrü sığışdırılmış gənc rəssam öz mənalı həyatı ilə əbədiyaşarlıq qazandı. 
Rəssamın məzarı Naxçıvan şəhərində yerləşir. Məzarüstü  abidəsi xalq rəssamı Hüseynqulu Əvliyev 
tərəfindən hazırlanmışdır. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə