Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə51/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   47   48   49   50   51   52   53   54   ...   91

- 108 - 
maraqlı  məlumat  verilir:  O,  bir-bir  əsərlərini  göstərib  həvəslə  uşaqlara  izahat  verirdi  və  arabir 
gülümsəyib deyirdi: "Əl vurmaq olmaz, olmaz əl vurmaq". Mən həmişə üzü tutqun, qaşları çatılmış 
olan rəssamı birinci dəfə gülümsəyən gördüm. [²]  
Uşaqlar,  yeniyetmələr  rəssamın  sərgilərinə  tamaşa  edər,  naturadan  şəkil  çəkərkən  başına 
toplaşar,  məharətinə  heyran-heyran  baxaraq  zövq  alardılar.  Belə  əyani  rəsm  vərdişləri  sənət 
həvəskarları üçün canlı ibrət və təcrübə məşğələlərinə çevrilirdi. Təsadüfi deyildir ki, Naxçıvanda 
sonralar  rəssam  kimi  tanınmış Hüseyn  Əliyev,  Adil  Qazıyev,  Şamil  Qazıyev,  Əyyub  Hüseynov, 
Bağır Maratlı kimi gənclər Bəhruz Kəngərlini özlərinin ilk müəllimi sayır, yüksək qiymətləndirir-
dilər. 
Bəhruz Kəngərlinin  yaradıcılığı ilə Azərbaycan rəssamlığında orta  əsr miniatürü və XVIII-
XIX əsrlərin divar təsvirləri üçün səciyyəvi olan şərti dekorativlikdən realist təsvir metoduna keçid 
başlanmışdır. XIX əsr rəssamlığında meydana çıxan yeni üslub xüsusiyyətləri, realist tendensiyalar 
öz  inkişafını  Bəhruz  Kəgərlinin  yaradıcılığında  tapmışdır.  M.Nəvvabla  sanki  Şərqi  ülkgüləriylə 
yaşayan  sırf  orta  əsrlər  rəssamlığımız  bitir.  Kəngərli  ilə  Şərq-Qərb  vəhdətli  yeni  Azərbaycan 
rəssamlığı  başlanır.  Bəhruz  Kəngərli  yaradıcılığı  ilə    həmdə  vacib  tarixi  keçidin    körpüsünə 
çevrilmişdi.[³]  Bəhruz  Kəngərli  Azərbaycan  boyakarlığında  realizmin  əsasını  qoymuş,  onu  yeni 
ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmişdir.  
Ümumiyyətlə, Bəhruz Kəngərlinin yaradıcılığını xronoloji baxımdan iki mərhələyə bölmək 
olar.  Birinci  mərhələyə  hələ  tələbəlik  illərində  karandaş,  kömür,  sulu  və  yağlı  boyalarla  işlədiyi 
əsərlər daxildir. Onlar 1911-1913-cü illərdə kağız üzərində karandaşla çəkilmiş müxtəlif ölçülü işlər 
yaradıcılığının birinci dövrünə aid edilir. 
İkinci  mərhələdə,  yəni  rəssam  təhsilini  başa  vurduqdan  sonra  yaratdığı  əsərlərində  eyni 
mövzulara  toxunmuş  olsa  da,  onları  daha  peşəkar  səviyyədə  dərinləşdirmiş,  yaşadığı  bütün  acılı-
şirinli  hissləri,  doğma  torpağına  vurğunluğunu,  milli  ənənəyə  bağlılığını  yaratdığı  obrazların 
simasında, geyimində, etnoqrafik zənginliyində biruzə vermişdir. 
O, bütün günlərini Naxçıvanın ətraf kəndlərin mənzərəli yerlərində keçirərək diqqətini cəlb 
edən  qədim  memarlıq  abidələrinin,  dağ  və  yaşıl  düzənliklərin  görünüşünü  təsvir  edirdi.  O,  demək 
olarki əsərlərinin çoxunu öz müşahidələri əsasında çəkirdi. Naxçıvanın özünəməxsus koloriti, qarlı 
dağları,  geniş  düzənlikləri  rəssamın  ustalıqla  yaratdığı  əsərlərinin  əsas  mövzusunu  təşkil  edirdi. 
Onun “ Dağın zirvəsi”, “İlandağ ay işığında”, “ Naxçıvanda şəlalə”, “Yamxana kəndinə yol” və s. 
əsərləri Naxçıvan təbiətinin gözəlliklərini özündə əks etdirir. Kəngərli insanın, təbiətin gözəlliyini, 
boyaların  ahəngliyini,  hava-işıq  effektlərinin  təravətini  tam  və  dolğun  şəkildə  ifadə  edən realizm 
metoduna,  xüsusilə impressionizm üslubuna  meyl  göstərirdi. Rəssamın  bir  sıra  mənzərələrində,  o 
cümlədən günün müxtəlif çağlarında fırçaya alınan "İlanlı dağ" mənzərələrində impressionizm sənət 
cərəyanının əks-sədası aydın duyulur. 
Bəhruz Kəngərlinin mənzərə əsərlərindən danışarkən “ Naxçıvan yadigarı” albomunu qeyd 
etmək vacibdir. Hamısı eyni ölçülü, karton üzərinə səliqə ilə yapışdırılmış bu albomda Naxçıvanın 
təbiət  mənzərələri,  memarlıq  abidələrinin  təsvirləri,  ümumiləşdirilmiş  bədii  tiplər  verilmişdir.  Bu 
albomda “Araz”, “ İlanlı dağ”, “Ədilağa gölü”, “ Şəlalə”, “ Atababa kümbəzi”, “ Nuhun qəbri” kimi 
əsərləri toplanmışdır. [
4

 O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın 
mədəni həyatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi. Rəssam rəssamlıq 
sənətini  təbliğ  etmək  üçün  əhəmiyyətli  yollar  axtarır,  "Naxçıvan  yadigarı"  albomunu    yerli  əhali 
arasında  yayılmasına  səy  göstərir,  sənətsevərlər  arasında  maraqlı  söhbətlər  aparırdı.
[5]
Naxçıvanın 
tarixi-etnoqrafık  abidələrini,  milli  tipajları,  geyimləri,  yerli  mühitin  əlamətdar  atributlarını  əks 
etdirən  "Naxçıvan  yadigarı"  adlı  olduqca  maraqlı  rəsm  albomu  hal-hazırda Azərbaycan  Milli 
İncəsənət Muzeyində mühafizə edilir.  
Bəhruz Kəngərli ancaq təbiət mənzərələri çəkməklə kifayətlənmir, çoxlu portret, natürmort 
və s. əsərlər üzərində  də işləyirdi. Rəssamın bədii irsində mənzərədən sonrakı əsas yeri portret janrı 
tutur. Azərbaycan incəsənətində Kəngərliyə qədər şərtilik və dekorotivlikdən tamamilə azad, müasir 
formalı,  əsl  mənada  realist  xarakter  daşıyan    portret  əsərləri  olmamışdır.  O,  əsərlərini  daha  çox 
naturadan çəkirdi. 


- 109 - 
Bəhruz  Kəngərlinin  portret  əsərləri  bədii  forması,  obrazların  həlli  yaradıcılıq  metodu  və 
ifadə tərzinə görə əsl realist xarakter daşıyır. Realist portret sənətinin əsas xüsusiyyətlərini hərtərəfli 
öyrənmiş  Bəhruz  Kəngərli  portreti  bədii  obraz  səviyyəsinə  qaldırmağa  müvəffəq  olmuşdur.  O, 
portret  əsərlərinin  böyük  əksəriyyətini  1918-1921-ci  illərdə  çəkmişdir.[
6
]  Kəngərlinin  müasirləri, 
Naxçıvanın  ziyalıları  ona  özlərinin  portretlərini  çəkməyə  sifariş  verərdilər. O,  naturadan  portret 
çəkməklə  yanaşı  bəzən  qazanc  məqsədilə  fotodan  portretləri  böyütməklə  də  məşğul  olar-
dı. Rəssamın  əmisi  oğlu  Hüseyn  ağa  Kəngərlinskinin,  babası  Murtuz  ağanın,  əmisi  Rzanın, 
müəllimi  Mirzə  Məhəmməd  Zamanbəyovun,  Əsədağa  Sultanovun  portretləri  bu  qəbildəndir. 
Kəngərlinin  kiçik  ölçüdə  çəkilmiş  portretlərinin  əksəriyyəti sulu  boya ilə  icra  olunmuşdur.  Canlı 
müşahidələrin izi ilə fırçaya alınmış həmin rəsmlər sadə və sərbəst kompozisiyasına görə çox vaxt 
etüd  səviyyəsindədir. Hiss  olunur  ki,  sevimli  peşəsindən  ayrılmaq  bilməyən  rəssam  hər  yerdə 
diqqətini  cəlb  edən  şəxsləri  ani  və  ötəri  rəsmlərində  canlandırmağı  xoşlayırmış. Bunların  böyük 
hissəsi  1911-13-cü  illərdə  sulu  boya,  karandaş,  kömür  və  qara  tuşla  işlənmiş  albomda 
toplanmışdır. "Kişi portreti", "Qadın portreti" adları altında təkrar-təkrar işlənən belə rəsmlər milli 
tipajın rəngarəngliyini müşahidə etmək niyyəti ilə yaranırdı.  Rəssamın portret yaradıcılığında uşaq 
portretləri əsas yer tutur. Onların ümumi sayı otuza yaxındır. Sulu boya ilə çəkilmiş bir əsər istisna 
olmaqla,  demək  olar  ki,  qalanları  zamanında  “  Yatmış  uşaq”    təsviri  kimi  səciyyələndiriliblər. 
Rəssam bu əsərlərində daha çox bacı və qardaşlarını  çəkib.   
Portret  janrının  bir  qolu  olan  avtoportret  janrında  da  ilk  dəfə  özünü  sınayan  rəssam  da 
Bəhruz  Kəngərli  olmuşdur.  Bu  mövzuya  öz  yaradıcılıqları  boyu  demək  olar  ki,  bütün  rəssamlar  
müraciət  etmişdilər.  Avtoportret  janrında  çəkilmiş  bir  neçə  əsərində  rəssam  özünü  ömrünün 
müxtəlif vaxtlarında təsvir etmişdir.    
Bəhruz  Kəngərlinin  əsərlərinin  çoxunun  kiçik  həcmdə  olması  maraq  doğurur.  Rəssamın 
yaşadığı dövrdə kağız və rəsm ləvazimatlarının qıtlığı mövcud idi. Bununla yanaşı bitmiş bir fikiri 
məhdud sahə üzərində yerləşdirmək xüsusi bacarıq və istedad tələb edirdi.  
Yaradıcılığının  ilk  dövrünə  aid  bəzi  kompozisiyalarda  Kəngərli  Ə.Əzimzadənin  mənsub 
olduğu  tənqidi  realizm  yolu  ilə  gedərək,  xalq  həyatından  alınmış  ayrı-ayrı  səhnələri  təsvir  edirdi. 
Sulu  boya  ilə  çəkilmiş  “Elçilik”  və  “Toy”  kimi  məişət    səhnələrini  təsvir  edən  kompozisiyalar  bu 
cəhətdən  çox  xarakterikdir.[
7
]  “Naxçıvan  toyu”  əsəri  Bəhruz  bəy  Kəngərlinin  yaradıcılığında 
çoxfüqurlu yeganə kompozisiya olmaqla bərabər həm də sulu boya ilə işlənmiş ən böyük əsəridir. 
Tabloda  yer  almış  fiqurların  əsasən  qadın  və  qızlardan  ibarət  olması  əsərin  qız  toyuna  həsr 
olunduğunu  göstərir.  Onlar  Şərq  üçlüyünün  –  kaman  və  qoşa  nağaranın  müşayiəti  ilə  qaval  çalıb 
oxuyan  müğənninin  sehirli  səsinə  qulaq  asır  və  orada  şövqlə  rəqs  edən  qadına  əl  çalırlar.  Eyni 
zamanda  təkcə  bədii  dəyərlərinə  görə  deyil,  tabloda  təsvir  olunan  qadın,  uşaq  və  kişi  fiqurlarının 
üzərlərindəki milli geyimləri, yerə döşənmiş xalça və kilimləri, taxçalardakı məişət əşyalarının və 
digər  avadanlıqlarının  zənginliyi  ilə  də,  tədqiqatçıların  diqqətini  cəlb  edən  etnoqrafik  əsər  kimi 
xüsusi  əhəmiyyətə  malikdir.  Bəhruz  bəyin  bu  əsərini  digərlərindən  fərqləndirən  əsas  cəhətlərdən 
biri  də,  burada  təsvir  olunan  insan  fiqurlarının  digər  əsərlərə  nisbətən  daha  çox  və  dinamik 
pozalarda olmasıdır.  
Rəssam  adətən  əsərlərində  bir  və  ya  iki  insan  obrazı  təsvir  etsə  də,  “  Naxçıvan  Toyu  ” 
əsərində kompazisiya yaratmaq istedadını göstərmişdir.  
Rəssamın “ Elçilik” əsəri qədim zamanlardan bəri xalqımızın etnoqrafik adətlərinə aid olan 
“  qız  istəmə”  yə  həsr  olunmuşdur.  Kompozisiyada  təsvir  olunmuş  milli  geyimli  qadınlar  xalça 
üzərində  bardaş  qurub  çay  süfrəsi  ətrafında  söhbət  edirlər.  Bəhruz  Kəngərli  el  adətimizə  sadiq 
qalaraq  şirin  çayın  qarışdırılması  və  qızın  “hə”  sinin  alındığını  göstərə  bilmişdir.  Əsərin  əsas 
obrazlarından olan elçilənən qız üçüncü planda, mətbəxdə evə açılan qapının arasında təsvir edilib. 
“ Elçilik ” kompozisiyasında rəssam sünilikdən uzaq səmimi bir mühit canlandıra bilmişdir. [
8
]  
Bəhruz Kəngərlinin  ən dəyərli  əsərlərindən biri də   kətan üzərində  yağlı boya ilə işlənmiş 
“Möminə Xatun türbəsi” əsəridir. Rəssam Atabəy dövlətinin hökmdarı Şəmsəddin Eldənizin həyat 
yoldaşı  Möminə  Xatunun  şərəfinə  tikilmiş  bu  abidəni  dəfələrlə  öz  əsərlərinin  də  təsvir  etmişdir. 
Dünyada qadının, ananın şərəfinə tikilmiş ilk abidə olaraq Möminə Xatun Türbəsinin ecazkarlığını 
qabartmaq üçün rəssam əsəri çox incəliklə işləmişdir. Bu  əsər Naxçıvan Muxtar Respublikası Ali 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə