Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə47/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   43   44   45   46   47   48   49   50   ...   91

- 97 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
SƏNƏTŞÜNASLIQ 
İSMAYIL ZEYNALOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:39 
XX ƏSRİN BİRİNCİ YARISINDA NAXÇIVAN BÖLMƏSİNDƏ  
BƏZİ ƏNƏNƏVİ SƏNƏT VƏ PEŞƏ NÖVLƏRİ HAQQINDA  
ETNOQRAFİK ARAŞDIRMALAR 
 
Açar sözlər: sənətkarlıq, dulusçuluq, papaqçılıq, çəkməçilik, xalçaçılıq, qalayçı   
Key Words: craftsmanship, pottery, hat making, shoe-maging, carpet weaving, tinker 
Ключевые 
слова: 
Профессионализм, 
гончарное 
дело, 
шапочное 
дело, 
сапожничество,  
ковроткачество, мастерская 
Azərbaycanda  və  onun  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  bölgəsində  qədim 
zamanlaradan  əhalinin  məşğuliyyət  sahələrindən  biri  də  sənətkarlıq  olmuşdur  və  zaman-zaman 
inkişaf edərək nəsildən-nəsilə ötürülmüşdür. 
Naxçıvan  bölgəsində  sənətkarlığın  inkişafı  əvvəllərdə  olduğu  kimi,  XX  əsrin  birinci 
yarısında da onun ayrı-ayrı sahələrinin həm istehsal etdiyi mallara olan tələbatı, həm də ölkə daxili, 
ticarət  əlaqələrinin  səviyyəsi  ilə  şərtlənmişdir.  Ona  görə  də  sənətkarlıq  və  onun  ayrı-ayrı  sahələri, 
bir  tərəfdən  cəmiyyətin  iqtisadi  inkişaf  səviyyəsinin,  digər  tərəfdən,  ölkənin  xarici  iqtisadi 
əlaqələrinin göstəricisi kimi çıxış edirdi. 
Qeyd etmək lazımdır ki, sənətkarlıq nə qədər önəmli sahə olsa da Naxçıvan bölgəsinin əsas 
sahələrindən  olan  istər  Naxçıvan,  istərsə  də  Ordubad  şəhərlərində  XX  əsrin  birinci  rübbübdə  o 
qədər də yüksək səviyyədə olmamışdır. 
Bir  məsələni  də  xüsusi  ilə  qeyd  etmək  lazımdır  ki,  sənətkarlığı  Naxçıvan  bölgəsində  təkcə 
şəhərlərə  aid  etmək  düz  olmaz,  çünki  kənd  yerlərində  ilkin  tələbatı,  kənd  sənətkarları,  xüsusiilə 
əkinçilik təsərrüfatının əmək alətləri ilə təmin edilməsində dəmirçilər, minik atlarının və ulaxların 
nallanmasında xidməti olan nalbəndlər, gön-dəri ləvazimatlarını hazırlayan dabançılar, saxsı qabla 
əhalini məişətinin təmin olunmasında rolu olan duluzçular və sairə kimi sənətkarların rolu getdikcə 
artırdı və onlara ehtiyac hiss olunurdu. 
Kənd  yerlərində  sənətkrlığın  inkişafında  aztorpaqlı  kəndlilərin  rolu  da  böyük  idi.Çünki  az 
olan  məhsulu  yığandan  və  əllərində  olan  kiçik  pay  torpaq  sahələrinin  əkdikdən  sonra  vaxtları  boş 
keçməsin deyə istər-istəməz xüsusən qış dövründə ev şəraitində kəndlilər sənətkarlarla o cümlədən 
müxtəlif sənət sahələri ilə məşğul olurdular. Naxçıvanda qışın sərt keçməsi ilə əlaqədar olaraq bu iş 
daha qabarıq şəkildə özünü göstərirdi. 
Çox  sahəli  təsərrüfatla  məşğul  olan  kəndlilər  ilk  növbədə  öz  ailələrini  öz  təsərrüfatlarının 
ehtiyatlarını  nəzərə  alaraq  çörək  bişirir,  yun  darıyır,  əyirir,  rəngləyir,  geyim  paltarları  tikir, 
dəridənsə  rezidən  tələbatı  ödəmək  üçün  çarıq  tikir,  xalça  toxumaqla  məşğul  olur  əl  kirkirəsində 
yarma çəkir, un üyüdür, yaşayış evi inşa edir dülgərlik edir və sairə kimi sənətlə məşğul olurdular. 
Bütün bu yuxarıda sadalananlar kəndlinin öz təlabatının ödənilməsi və həm də başqalarına iş 
görməklə  o  özü  də  olsa  əmək  haqqı  almasına  imkan  yaradırdı.Qeyd  etmək  lazımdır  ki,  Naxçıvan 
bölgə  elə  bir  kəndi  yox  idi  ki,  orada  sənətkarlıqla  məşğul  olmayan  olsun.  Lakin 
kəndlərdəsənətkarlıq  müəyyən  qədər  inkişaf  etsə  də,  sənətkarlıq  əsasən  şəhərlərdə,  o  cümlədən 
Naxçıvan, Noraşen (Şərur), Ordubad, Şahbuz və Culfa şəhərlərində mərkəzləşdirilmişdir. 
XX  əsrin  birinci  yarısında  Naxçıvan  bölgəsində  bir  çox  sənət  və  peşə  növü  var  idi  ki, 
onlardan  Naxçıvan  və  Ordubad  şəhərlərində  daha  geniş  yayılan  dərziçilik,  papaqçı,  zərgərlik, 


- 98 - 
çəkməçi  (başmaqçı),  qəssab,  çörəkçi,  bənna,  xarrat,  dülgər,  şüşəsaz,  keçəçi,  palançı,  kababçı  və 
başqalarının adlarını çəkmək olar. 
Bu  sənət  növlərinin  çoxu  Naxçıvanda  köhnə  bazarın  içərisində  dükanlarda  yerləşər  və   
fəaliyyət  göstərirdilər,  bəzi  sənət  növləri  isə  dəmirçilik,  nalbəndçilik,  dülgəelik  paıançılıq 
Karvansara yaxınlığında, yada ki, mməhələlərdə fəaliyyət göstərirdilər. 
Ordubad şəhərində isə dükanlar əsasən mərkəzi küçə boyu yerləşdirilmişdi. 
Qeyd  etmək  lazımdır  ki,  sənətkarlarda  primitiv  texnikadan  istifadə  edildiyindən  hər  bir 
sənətkar ustadan yüksək ustalıq tələb olunurdu. 
Papaqçılar yaxşı papaq tikmək üçün quzu dərisinə üstünlük verirdilər, ən yaxşı dəri isə orta 
Asiyadan,  Buxara  şəhərindən  gətirilirdi  və  onlar  baha  qiymətə  satılırdı.Ona  görə  də  Buxaradan 
gətirilib  tikilən  papaqlar,  “Buxzara  papaq”  adlanırdı.Çəkməçi  ustaların  tikdikləri  çəkmələrin  ən 
yaxşısı isə xrom çəkmələr hesab olunurdu və onun alıcısı da çox olurdu. 
Yuxarıda  adlarını  çəkdiyimiz  sənət  növlərindən  başqaNaxçıvan  bölgəsində  ən  çox  nəzərə 
çarpan  sənət  növlərinən  toxuculuq,  xüsusən  pambıq  parça  toxumaq  sənəti  dahha  geniş 
yayılmışdır.Bu  sənət  növü  şahbuz  rayonunun  Biçənək,  Yuxarı  Qışlaq  Kolanı,  Nurşu,  Kükü, 
Badamlı və digər kəndlərdə daha geniş  yayılmışdır. Xüsusən qış fəslində iş olmadığından həm də 
gecələr  üzün  olduğundan,  əksəriyyət  evlərdə  bu  həyata  keçirildi.Bununla  da  kənd  əhalisi  həm  öz 
tələbatlarını  ödəyirdilər  həm  də  toxuduqları  malları  bazara  çıxarıb  sataraq  maddi  ehtiyaclarını 
ödəyirdilər.Toxuculuqla məşğul olan hər bir ailədə demək olar ki, primitiv də olsa əyirici və toxucu 
dəzgahları  var  idi.  Bu  dərgahları  vasitəsilə  ilə  qadınlar  iplərdən  biz  toxuyur  və  pambıq 
hazırlayırdılar. İmfamatorlardan Babək rayonunun Nehrəm kənd sakinlərindən 1935-ci il təvəllüdlü 
Atikə xanım və Sona xanım, Cəhri kənd sakini 75 yaşlı Xanım arvadın Şahbuz kənd sakini 75 yaşlı 
Sona  xanımın,  Keçili  kəndindən  Qızxanımın,  Nursu  kəndindən  Sura  xanım  Ordubad  şəhərindən 
Səadər  xanımın  verdikləri  məlumatlardan  demək  olar  ki,  təkcə  Naxçıvan  şəhərində  40  ailədə, 
Şahbuzda 14, Ordubadda 22 ailədə bez-parça toxunurdu. 
Toxuculuq  məhsulları  əsasən  ilk  növbədə  hər  bir  ailənin  öz  təsərrüfat  məişət  tələbatını 
ödəyirdi.Toxuculuqla bağlı olaraq, Naxçıvanda boyaqçılığın inkişafına da xüsusi diqqət yetirilirdi.Yunun 
və müxtəlif ev əşyalarının boyanmasında əsasən təbii bitkilərdən daha çox istifadə edilirdi. 
Aparılan  etnoqrafiq  araşdırmalardan  araşdırmalardan  aydın  olur  ki,  Naxçıvan  bölgəsində 
toxuculuqla bağlı olaraq boyaqxanaların sayı çoxlu təşkil edirdi. 
Görkəmli alim, Sahibə Budaqova “Naxçıvan diyarının tarixi Coğrafiyası” əsərinə Naxçıvan 
şüşəsazlıq sənətinin olması haqqında xəbər verir.O, əsər göstəriri ki, əvvəllər elə başa düşülürdü ki, 
Azərbaycanda  al-əlvan  şəbəkə  şüşələri  yalnız  təkcə  şəkidə  istehsal  olunmuşdu.Amma  onun  əldə 
etdiyi  materiallara  və  infarmatorlardan  əldə  etdiyimiz  məlumatlara  əsasən,  (məlumatı  Naxçıvan 
şəhərində yaşamış Çərçi Abbasın Bibisi qızı Şərəbanı xanım vermişdir) belə qənaətə gəlmək olar ki, 
Naxçıvanın şüşə istehsal edən sənətkarları azlıq təşkil etsədə, onlar bu sənət çətin də olsa, yüksək iş 
qabiliyyəti göstərərək, istehsal etdikləri məhsullarını XX əsrin əvvəllərində də xaricə göndərməklə 
yanaşı  qonşu  dövlətlərin  də  sifarişlərini  qəbul  edirdilər.  Lakin  şüşəsazlıq  sənəti  I  dünya 
müharibəsinin başlanması ilə əlaqədar olaraq bölgədə fəalliyəti əsasən dayanmış olur. Bunun isə bir 
sıra  səbəbləri  olmuşdur.  Bu  səbəblərdən  birincisi  xammalın  çatışmamazlığı  idisə,  digər  səbəblər 
müharibənin törətdiyi səbəblərdən idi.  
Qeyd etmək lazımdır ki, sənətkar emalatxanaları, dükanlar əsasən bazar meydanlarında cəmləşirdi. 
İnformatorlardan  məhrum  filologiya  üzrə  elmlər  doktoru  Yavuz  Axundlu  qeyd  edirdi  ki, 
Naxçıvan, novaşen, Ordubad şəhərlərinin bazar meydanlarında dükanların sayı çox idi. 
Demək  olar  ki,  şüşəsazlıq  emalatxanasını  çıxmaq  şərti  ilə  (  o  emalatxana  keçmiş  avtoparkın 
yanında, vağzala yenən yerdə yerləşirdi) Naxçıvan bazarında irili-xırdalı 150-yə qədər dükan var idi. 
Onlardan  təqribi  10-u  papaqçı,  13-ü  çəkməçi,  3-ü  zərgar,  5-6-sı  at  beli  üçün  minik  yəhəri 
hazırlayan, 3 qalayçı, ( onlar əsasən pas basmış qabları qalaylamaq və deşiklərini düzəltmək, qırıxları 
yapışdırmaq işi ilə məşğul olanlar idi), 6-sı dərzi və digər sənətkarlara məxsus olan dükanlar idi. 
Naxçıvan bazarına dükanı olmayan peşə sahilləri də yığışırdılar ki, onları burada peşə üzrə 
evlərə dəvət etməklə aparıb işlədirdilər. Belə peşə sahiblərindən daşyonan, bənna, dülgər, suvaqçı, 
rəngsaz və başqa sənətkarlarıda göstərmək olar. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə