Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə45/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   41   42   43   44   45   46   47   48   ...   91

- 93 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
AYGÜN RÜSTƏMOVA 
Naxçıvan Dövlət Universiteti 
aygun-rustemova@inbox.ru 
UOT:373 
KİÇİKYAŞLI MƏKTƏBLİLƏRİN TƏLİM FƏALİYYƏTİNƏ 
ADAPTASİYASINDA HAFİZƏNİN ROLU 
 
Açar sözlər: təlim, adaptasiya, hafizə, kiçik məktəbyaşlı, şagird, uşaq 
Key words: training, adaptation, memory, little schoolchildren, pupil, child 
Ключевые  слова: обучение, адаптация, память, младший школьник, ученик, ребенок 
Təlim fəaliyyəti kiçik məktəblinin bacarıq və vərdişlər qazanmasına yardım edən mürəkkəb 
proses  olmaqla,  uşaqdan  psixoloji  xüsusiyyətlərin  inkişafını  tələb  edərək,  onun  qarşılıqlı 
münasibətlər sisteminə daxil olmasını təmin edir. Uşaqlar üçün təlim fəaliyyəti onların həyatının ən 
önəmli  anlarından  biridir.  Bu  dövr  uşağın  həyatında  yeni  əlaqələr,  yeni  məsuliyyətlər  üçün 
başlanğıcdır. 
Kiçik  məktəbyaşı  dövrünün  əsas  istiqaməti  öyrənmə  fəaliyyətidir.  6-7  yaşlı  uşaq  üçün 
məktəb onun böyüməsi və stressli dövrə keçməsi deməkdir, məhz buna görə də təlimə başlayarkən 
uşaqların  müəyyən  səviyyədə  intellektual,  nitqi  və  şəxsi  inkişafı  vacibdir.  Təlim  fəaliyyətinin  ilk 
günlərində  kiçik  məktəbli  məktəbdə  kifayyət  qədər  əziyyət  çəkir:  Çünki  o  artıq    çantasına 
oyuncaqları deyil, kitabları və dəftərləri yığaraq müəllimin verdiyi tapşırıqları  yerinə  yetirməlidir. 
Artıq  onun  üçün  məktəbəqədər  dövrdən  fərqli  olaraq  təlim  fəaliyyəti,  tədris  tapşırıqları  cizgi 
filmlərindən  daha  vacibdir.  Belə  ki,  kiçikyaşlı  məktəbli  uzun  müddət  diqqətini  yüksək  səviyyədə 
mərkəzləşdirməli,  müəllimin  dediyi  hər  şeyi  yaxşı  başa  düşməli  və  yadda  saxlamalıdır[3,  1].  Hər 
şeydən  əvvəl  uşağın  təlim  fəaliyyətinə  psixoloji  hazırlığı  vacibdir.  Yəni  kiçik  məktəblinin  təlim 
fəaliyyətini mənimsəməsi üçün onun zehni inkişafı təmin edilməlidir.  
Öyrənmə  prosesi  kiçikyaşlı  məktəblinin  bilik,  bacarıq  və  vərdişlər  qazanması  ilə  onun 
psixoloji inkişafını təmin edir. Təlim fəaliyyətinin təsiri altında şagirdin bütün idrak proseslərində  
ixtiyarilik,  sabitlik,  səmərəlilik  və  məhsuldarlıq  inkişaf  edərək  yeni  bacarıq  və  qabiliyyətlərin 
formalaşmasına şərait yaratmaqla onun öyrənməyə adaptasiyasını sürətləndirir.  
Kiçikyaşlı məktəblilərin təlim fəaliyyətinə adaptasiyasında hafizənin böyük rolu vardır. Yaşanan 
hadisələrin,  qazanılan  təcrübənin  və  öyrənilənlərin  düzgün  və  güvənilən  şəkildə  zehində  qorunub 
saxlanılması və lazım olduqda xatırlanması hafizə adlanır(Aral 2000, Köknel 2003, Munger 2004)[8, 1]. 
 Hafizə  bizim  zehnimizin,  şüurumuzun,  zəkamızın  təməlidir.  Bəzi  alimlər  hafizəni  sehirli 
qutu adlandırırlar.  Çünki məhz hafizə sayəsində gələcəyimiz üçün keçmişimizi qoruyub saxlayırıq. 
Hafizə insanların aldığı məlumatları saxlayan, xatırlayan və təkrarlayan mürəkkəb  idrak prosesidir. 
Psixoloq Strenberq (2000) qeyd edirdi ki, hamı hafizənin nə olduğunu  açıqlaya bilər, amma digər 
tərəfdən heç kim onun nə olduğun anlaya bilməz[6, 13]. 
Ətraf  mühitdə  baş  verən  hadisələrin  duyqu  orqanlarının  köməyi  ilə  beynin  xüsusi 
bölməsində hifz olunması və lazım olduqda yenidən işlənib xatırlanması hafizə adlanır[8, 1]. 
 Kiçikyaşlı  məktəblilər  üçün  hafizənin  inkişafı  uşaqlarda  düşünməyi,  başa  düşməyi, 
öyrənməyi öyrədən və nəticədə təlim fəaliyyətinə adaptasiyasını təmin edən idrak prosesidir.  
Öyrənmə  fəaliyyətində  müvəffəqiyyət  və  adaptasiya  əsasən  uşaqların  hafizələrinin  inkişaf 
səviyyəsindən  asılıdır.  Kiçikyaşlı  məktəblilərin  hafizə  prosesinin  formalaşma  və  inkişaf 
məsələlərinin nəzəri və tətbiqi aspektlərini bir çox xarici ölkə psixoloqları araşdırmışlar (Qalperin, 
P.Y.Kolominskiy, Y.P.Nemov, R.S.Panko, E.A.Smirnov)[4, 1]. 


- 94 - 
Tədqiqatçılar A.A.Smirnova və P, İ.Zinçenko hafizənin inkişafını yeni və mövcud tələblərin 
yerinə  yetirilməsində  uşağın  əsas  fəaliyyəti  kimi  qəbul  edirdilər.  Hafizə  uşağın  intellektual 
qabiliyyətlərinin inkişafını təmin edən zəruri idrak proseslərdən biridir. 
Kiçik məktəb yaşı dövründə digər idrak prosesləri kimi hafizə də dəyişikliyə məruz qalır. Belə 
ki,  məktəbəqədər  yaşlı  uşaqlarla  müqayisədə  kiçik  məktəblilərin  hafizəsi  daha  mütəşəkkil  xarakter 
daşımaqla yaddaşlarında tədricən müstəqillik, şüurlu tənzimlənmə yaranır. Onlarda əyani obrazlı hafizə 
inkişaf  edir.    Kiçikyaşlı  məktəbli  konkret  obyektləri  üzü,  rəngi,  faktları  daha  yaxşı  yadlarında 
saxlayırlar.  Ona  görə  də  uzun-uzadı  izahatları  yadda  saxlamaqda  çətinlik  çəkən  6-7  yaşlı  uşaq  əyani 
olaraq  qavradığı  materialı  asanlıqla  yadda  saxlaya  bilir.  Bu  həmin  dövrdə  uşaqlarda  birinci  siqnal 
sisteminin, o cümlədən obrazlı hafizənin hələ üstünlük təşkil etməsi ilə əlaqədardır[5, 139]. 
Uşaqların hafizəsi məktəbdə müntəzəm təlim-tərbiyə sayəsində sürətlə inkişaf etdiyinə görə 
məktəbyaşı dövrü uşağın yaddaşının, hafizəsinin inkişafı üçün ən məhsuldar dövrdür.   
Hafizənin aşağıdakı növləri vardır: 
- Sözlü məntiqi hafizə;   
- Əyani obrazlı hafizə;  
- Emosional hafizə;  
- Hərəki hafizə.  
Kiçik  məktəb  yaşı  dövründə,  xüsusilə  7  yaşda  uşaqda  bu  hafizə  növlərinin  demək  olar  ki, 
hamısı  inkişaf  etməyə  başlayır.  Buda  onu  sübut  edir  ki,  kiçik  məktəblidə  hafizə  bütün  duyqu 
orqanları sayəsində -görmə, eşitmə, iybilmə, toxunma duyquları sayəsində mümkün olur.  Bununla 
bərabər qeyd etmək lazımdır ki, uşaqda bütün hafizə növlərinin hamısı eyni intensivliklə inkişaf edə 
bilməz. Nəzərə almaq lazımdır ki, hər bir uşağın individual xüsusiyyətlərindən asılı olaraq hafizənin 
də xarakterik xüsusiyyətləri dəyişir. Yəni uşaqların bəziləri məlumatları eşidərək, bəziləri görərək, 
bir digərləri isə toxunaraq, hiss edərək yadlarında saxlayırlar.  
Təlim  fəaliyyətində  uşağın  hafizəsinin  ixtiyari  və  qeyri-ixtiyari  kimi    növləri  də  özünü 
göstərir. Qeyri-ixtiyari yaddasaxlama zamanı obyektlər uşağın hər hansı bir səy göstərmədən yadında 
qalmasıdır.  Uşaqlar  onlar  üçün  maraqlı,  həyəcanverici    materialları,  məlumatları,  obyektləri  qeyri-
ixtiyari olaraq yadlarında saxlayırlar. İxtiyari yaddasaxlama üçün isə kiçik məktəbyaşlı şagird xüsusi 
iradi səy göstərir.  Uşağın  hafizəsindəki ixtiyarilik hələ bağça yaşı dövründə formalaşmağa başlasa da  
məktəbə başladığı zaman  yenə də  çətinlik  yaşayır. Nəzərə almaq lazımdır ki, kiçikyaşlı məktəblinin 
hafizəsinin  inkişafı  onda  ixtiyari  diqqətin  yaranması  və  güclənməsinə  səbəb  olur.  Ümumiyyətlə 
uşaqların  hafizəsinin  inkişafı  üçün  onların  nitqinin  inkişafının  böyük  rolu  vardır.      Çünki  məhz  bu 
dövrdə uşaqların söz ehtiyyatı az olduğuna görə öyrəndiyi materialları öz sözləri ilə əvəz edə bilmirlər 
ki,  nəticədə  hafizələrində  passivlik  yaranır.  Şagirddə  ixtiyari  hafizənin  formalaşmasında  hər  şeydən 
əvvəl yazılı nitq və rəsmin əlamət və simvolik vasitələrinin rolu böyükdür. Yazılı nitqin inkişafı ilə 
bağlı,  xüsusilə  III  sinifdə  kiçikyaşlı  məktəbli  simvolik  vasitə  olan  hərfləri  və  rəqəmləri  hafizəsinin 
köməyi  ilə  xatırlaya  və  yavaş-yavaş  uzun  müddət  hafizəsində  tuta  bilir.  Ümumiyyətlə  kiçikyaşlı 
məktəblinin hafizəsinin inkişafı və onun təlim fəaliyyətinə adaptasiyasını təşkil etmək üçün ilk öncə 
öyrənilən  materialın  təkrarı  vacibdir.  Hafizə  ixtiyari  və  qeyri-ixtiyari  olduğu  kimi  qısamüddətli  və 
uzunmüddətli  də  ola  bilər.  Uzunmüddətli  yaddaş  olmadan  təlim  fəaliyyətində  müvəffəqiyyət 
qazanmaq  mümkün  deyil.Çünki  məhz  uzunmüddətli  hafizə  sayəsində  məktəbli  öyrəndiyi  materialı 
miqdar  və  məlumatın  saxlanılması  baxımından  məhdudiyyətlər  yaşamır.  Uzunmüddətli  hafizənin 
inkişafı təfəkkür və güclü iradi səylərdən asılıdır. Əgər hafizə yaxşı inkişaf edibsə, demək ki, təfəkkür 
düzgün  və  sürətli  fəaliyyət  göstərir.  Təlim  fəaliyyəti  kiçik  məktəblidən  hafizəsini  şüurlu  şəkildə 
inkişaf etdirməyi qarşısına məqsəd olaraq qoyur.    
Kiçik  məktəblilərin  təlim  fəaliyyətinə  adaptasiyası  üçün  onların  məntiqi  hafizələrinin 
inkişafı  vacibdir.  Məktəbəqədər  dövrdə  mexaniki  yaddaş  üstünlük  təşkil  etsədə,  məktəb  təliminə 
başlamaqla  məntiqi  hafizə  güclənməyə  başlayır.  Buna  baxmayaraq  kiçikyaşlı  məktəbli  üçün 
öyrənilmiş materialı əzbərləmək xarakterik haldır. Çünki onda hələ də tam ixtiyari yaddasaxlama və 
yadasalma formalaşmamışdır. Kiçikyaşlı məktəblidə semantik hafizə inkişaf etmədiyi üçün məntiqi 
hafizə  kifayyət  qədər  formalaşmır.  Belə  ki,  onlar  öyrəndikləri  materialları  mənanı    dərk  etmədən 
əzbərləyərək yadlarında saxlayırlar. Təbiiki mexaniki hafizə sayəsində kiçik məktəbli əlifba sırası, 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə