Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə48/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   44   45   46   47   48   49   50   51   ...   91

- 99 - 
XX əsrinbirinci yarısında Naxçıvan bölgəsində maldarlıq təsərrüfatının inkişafı ilə əlaqədar 
olaraq gön və dəri işləmə üzrə də sənətkarlığın inkişafı üçün əlverişli şərait yaranmışdır. 
Etnoqrafik  araşdırmalardan  aydın  olur  ki,  məhəllə  emalatxanaların  nəzərə  alsaq  Naxçıvan 
şəhərində gön-dəri işləmə üzrə 13 emalatxana fəaliyyət göstərirdi və bu emalatxanaların müəyyən 
səbəblər  üzündən  bir  qismi  öz  fəaliyyətlərini  dayandırsalar  da,  onlardan  1930-cu  illərin  ortalarına 
qədər, 6-sı öz fəaliyyətini davam etdirirdilər. 
Naxçıvanda qoyunçuluğun inkişafı ilə də əlaqədar olaraq xalçaçılıq sənətinin inkişafına çox 
ciddi təsir göstərmişdir. Çünki qoyunçuluğun inkişafı sayəsində əldə  edilən yun, xalça toxunmasını 
lazimi qədər yunla təmin eliyə bilirdi. 
Qeyd etmək lazımdır ki, mütəxəssislərin fikrincə, xalçaçılığın ilk vətəni qədim Misir olmuş, 
sonralar buradan o, kiçik Asiya, İran və Hindistana keçmişdir. 
Azərbaycanda xalçaçılığın təşəkkülü və yayılması qonşu İran və Kiçik Asiya ilə eyni vaxta düşür. 
Azərbaycanda  xalça  istehsalı  eramızdan  xeyli  əvvəllər  meydana  gəlsə  də,  xalçaçılığın 
müstəqil sənət sahəsi kimi inkişafı ilk orta əsrlər dövrünə təsadüf edir. 
Bu  dövrdə  sujetli  xalçaların  toxunması  da  daha  yüksək  inkişaf  səviyyəsinə  çatmışdır.bu 
sənət  zaman-zaman  öz  inkişaf  istiqamətini  tapmaqla,  nəsildən-nəsilə  ötürülərək  XX-əsrin  birinci 
yarısında daha yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır. Ev məişətinin zəruri ünsürünə çevrilmiş 
xalça-palaz  məmulatı  təkcə  yaşayış  binalarının  daxili  səhmanında  deyil,  habelə  xan  və  bəy 
saraylarını,  məscid,  mədrəsə,  ibadətgah,  karvansara  və  digər  ictimai  binaların    döşəmə  və 
divarlarının bədii tərtibatında geniş  şəkildə işlədilirdi. Yüksək dəyərə malik sənət  məhsulu olmaq 
etibarı ilə evdə isə xalça məmulatının çoxluğu ailənin maddi vəziyyətini əks etdirən mühüm sosial-
iqtisadi göstəricilərdən biri sayılırdı. 
Əməli məişət əhəmiyyətini və istehlak dəyərini uzun müddət saxlayan xalça məmulatı ailə-
kəbin münasibətləri(cehiz), sərgi ödəncləri, hədiyyə və digər sosial məsələlərin həllində də mühüm 
rol oynamışdır. 
Azərbaycan xalçaları təkcə ölkə daxilində deyil, həm də beynəlxalq ticarətdə ən gözəl sənət 
məhsulu kimi yüksək qiymətləndirilirdi. 
Məhz  bu  səbəbdən  də  Azərbaycanın  bütün  bölgələrində  olduğu  kimi,  onun  naxçıvan 
bölgəsində də xalçaçılıq sənəti inkişaf etmiş və öz laiqli yerini tutmuşdur. 
Qeyd  etmək  lazımdır  ki,  aparılan  araşdırmalardan  aydın  olur  ki,  XX-əsrin  birinci  yarısında, 
Naxçıvanda xalça toxunmayan nəinki kənd və ya şəhər, hətta belə ailə tapmaq çətin idi. Məhz bu mənada 
Naxçıvan  əhalisi  üçün  xalça-palaz  toxumaq  ən  adi  məşğuliyyət  növünə  çevrilmişdir.Naxçıvan 
xalçaçılarının hazırladıqları gəbə, palaz, xalça, garbıt, cecim, məfrac evin otaqlarını bəzəmək üçün, amma 
xurcun, qaçara(yəhərüstü), gil, (şan şöhrətli şəsxlərin minik atı üçün toxunmuş, qabaq hissəsi qoşa qanadla 
tamamlanan xalça növü), xurcun və çuval yola çıxanlar üçün istifadə olunurdu. 
Naxçıvan böıgəsində xalçaçılıq ev şəraitində də geniş yayılmışdır. 
Etnoqrafik araşdırmalardan deməyə əsas verir ki, ev şəraitində xalçaçılıqla məşğul olma, ən 
çox kəndlərində yəni qoyunçuluqla məşğul olan kəndlərdə geniş şəkildə nəzərə çarpır. 
Belə kəndlərdən Şahbuz rayonunun Çömür,  Biçənək, Kolanı,  Yuxarı Qışlaq, Kükü,  Nursu, 
Keçili, Külüs, kənd Şahbuz, Babək rayonunun Sirab, Qanab, Vayxır və başqa kəndlərinin adlarını 
çəkmək olar. Kənd camaatı toxunmuş xalçanı bazara çıxarıb satır və təlabatlarını ödəyirdilər. 
Aran  kəndlərinin  bir  çoxunda  isə,  Nehrəm,  Sirab,  Kültəpə  və  başqalarında  xalça  toxumağı 
bacaran  ailəcək,  sifariş  yolu  ilə  dövlətdən  və  ya  sifarişçıdən  yun  alıb  xalça  toxuyaraq,  danışıq 
əsnasında əmək haqqı alaraq, ailə dolanışıqlarını təmin edirdilər. 
Naxçıvan  bölgəsinin  Ordubad  şəhərində  də  sənətkarlıq  inkişaf  etmişdir.  Lakin  Naxçıvan 
şəhəri ilə müqayisədə müəyyən qədər zəif olduğu özünü göstərirdi.  
Ordubad  şəhərində  əsasən  boyaqçılıq,  dəri  aşılamaq,  dulusçuluq  sənət  sahələri  daha  geniş 
yayılmışdır. Burada da 15-ə yaxın müxtəlif sənət emalatxanaları var idi. 30-dan çox isə sənətkar dükanı 
fəaliyyət göstərirdi ki, onlardan çayçı, dərzi, çəkməçi, dəmirçi, dəllək və baqqalların adlarını çəkmək olar.  
Bütün  bunlarla  yanaşı  naxçıvan  bölgəsində  ipək,  pambıq,  bez  parçalarla  toxunurdu  ki,  bu 
parçaları yerli tacirlərqonşu ölkələrə aparıb satmaqla çoxlu gəlir əldə edirdilər. 


- 100 - 
Ümumiyyətlə deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Nxaçıvan bölgəsində sənətkarlığın 
cografiyası  əsasən  ölkənin  iqlim  şəraiti  və  təbii  sərvətlərinədn  asılı  olaraq  inkişaf  etmiş,  əsasən 
kustar  üsula  əsaslansa  da  zaman-zaman  nəsildən-nəsilə  ötürülərək  XX  əsrin  birinci  yarısında  da 
əhalinin  məişət  tələbatının  ödənilməsində  xüsusi  rolu  olmuşdur.  lakin  elmi-texniki  tərəqqinin 
inkişafı ilə bağlı olaraq  kustar üsul aradan qaldırılmış və təkmilləşdirilmiş, mexanikləşdirilmiş və 
XX əsrin ikinci yarısında sürət artımı gücləndirilmişdir. 
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan etnoqrafiyası. I cild, Bakı, 2007 
2.
 
Həsənov Şövq: Naxçıvan tarixi-etnoqrafik fenomendir (tarixi-etnoqrafik tədqiqat). Bakı, 2009 
3.
 
Bünyadov T.Ə.: Azərbaycanda maldarlığın inkişaf tarixindən. Bakı, 1969 
4.
 
Əfəndiyev R.: Azərbaycanın bədii sənətkarlığı. Bakı, 1966 
5.
 
Sahibə Budaqova: Naxçıvan diyarının tarixi coğrafiyası. Bakı, Elm, 1995. 
 
ABSTRACT 
Ismayil Zeynalov  
ETNOGRAPHIC STUDIES ON SOME TRADITIONAL TYPES OF ART AND 
PROFESSION IN NAKHCHIVAN REGION IN THE FIRST HALF OF  
THE TWENTIETH CENTURY 
It  should  be  noted  that  during  the  transition  of  the  Iron  Age  the  developmental  lovel  of 
farming  and  livestock  has  excessively  increased  the  reserve  of  raw  material.  From  this  point  of 
view,  we  can  say  that  new  occupation  areas  have  accelerated  the  development  of  pottery  and 
weaving arts? Which have emerged in the Neolithic era and have contributed a lot to the emergence 
of new types of art. 
 We must note the creation and development of new types of art have always had a positive 
effect on the well-being of the population. 
The article generalized the ethnographic studies on some types of art and profession, like hat 
making, shoe making, pottery, horse shoe marking, weaving glass marking, carpet weaving carried 
out by the population wherher in workshops or hoursehold in yhe villages and cities of Nakhchivan 
region in the first half of the twentieth century. 
РЕЗЮМЕ 
Исмаил Зейналов 
НЕКОТОРЫЕ ЭТНОГРАФИЧЕСКИЕ ИССЛЕДОВАНИЯ О НЕКОТОРЫХ 
СПЕЦИАЛЬНОСТЯХ И ТРАДИЦИОННЫХ РПОФЕССИЙ ПЕРВОЙ ПОЛОВИНЫ 
ХХ ВЕКА НА ТЕРРИТОРИИ НАХЧЫВАНА 
Следует  отметить,  что  вовремя  перехода  металлический  период  развитие 
животиоводства и растительности, дали значительные запаси сырья дме профессионализма. 
Можно прийти к такаму выводу, что новые сферы деятельности еще в эпоху неолита 
гончариа  дело  и  ткачества  дали  возможности  начало  развитию  некоторых  професий  и 
улучшения жизнидеятельности населения. 
Втом  числе  можно  отметить,  что  с  возникновением  и  развитием  новых  професий, 
временами оказывало положительное влияние на быт и жизнедеятельности населения. 
На  основа  зтнографических  исследований  в  статье  дан  вывод  о  некоторых  сферах 
профессий,  как  например,  шапочное  дело,  сапожничество,  гончарное  дела  кожночество, 
ткачество, стекольное дело, ковроткачество и другие разновидности профессий в городских 
и селских мастерских, а также в домдомашних условиех в первой половине ХХ века. 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə