Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə50/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   46   47   48   49   50   51   52   53   ...   91

- 104 - 
 
Şəkil 6. Ordubad rayonu, Köhnə Kotam kəndi.  Məscidin planı 
 
 
         
 
 
Şəkil 7. Ordubad rayonu, Köhnə Kotam kəndi. Məscidin mehrabı və pəncərə şəbəkəsi  
 


- 105 - 
                    
 
Şəkil 8. İran. Kargird mədrəsəsi (1444-cü il). Bəzək fraqmenti  
5.
 
Məscid pəncərəsində həndəsi ornamentin qrafiki analizi. 
Göstərdik  ki,  məscidin  planda  ölçüləri  bir-birindən  azacıq  fərqli  olan  rəngli  şəbəkələrlə 
örtülmüş  dörd  ədəd  pəncərəsi  var  (şəkil  7).  Şəbəkələrin  qoyulma  tarixi  məscidin  özünün  inşa 
tarixindən  nisbətən  sonrakı  dövrlərə  aid  olsa  da  məscid  şəbəkəsinin  həndəsi  ornamentin  qrafiki 
analizini  bu  memarlıq    formasının  quruluşunun  tarixinin    daha  qədim  olmasından  xəbər  verir.  
Həndəsi ornamentin qrafiki analizi göstərir ki, bu ornamentin qurulması  kvadrat və bu mənbədən 
yaranan  mütənasiblik  sisteminə  əsaslanır.  Həndəsi  ornamentin  quruluşu  inşa  tarixi  XV  əsrin 
ortalarına aid olan (1144-cü il), indi  İran ərazisində olan Kargird mədrəsəsinin həndəsi quruluşu ilə 
eynidir  [4.  S.32 və S. 36]  (şəkil 9). 
                
 
Şəkil 9. Ordubad rayonu, Köhnə Kotam kəndi və İrandakı Kargird mədrəsəsi.  
Həndəsi ornamentin qrafiki analizi  


- 106 - 
Köhnə Kotam kəndinin xarabalıq halında olan tikinti qalıqlarının tədqiqi köstərir ki, burada 
Orta  əsrlərə  aid  olan  inşaat  materialların  demək  olar  ki,  hamısından  istifadə  olunmuşdur.  Belə  ki, 
inşaat  marerialları, daş, çiy kərpic və möhrə hörgülərindən ibarətdir.  İranda Kargird mədrəsəsinin 
həndəsi bəzək forması ilə eyni olan Köhnə Kotam yaşayış məskənində olan məscid pəncərələrində 
şəbəkələrin həndəsi ornamentinin quruluşu kvadrat və bu mənbədən yaranan mütənasiblik sisteminə 
əsaslanır. 
ƏDƏBİYYAT 
 
1.
 
Məmmədzadə K. M. Azərbaycanda inşaat sənəti. Bakı, 1978. 208 s. 
2.
 
Naxçıvan abidələrinin ensiklipediyası. Naxçıvan, 2008, 519 s. 
3.
 
Бакланов  Н.  Б.  Изучение  строительной  техники    каки  один  из  способов  датировки 
памятников, ГАИМК №7-8, М., 1932 
4.
 
El-Said, Ayşe Parmn. Qeometrik konsepts in İslamik  Art. London, 1976. 153 s. 
 
ABSTRACT 
Gadir Aliyev 
RESEARCH ON ARCHITECTURAL PATTERNS OF KOHNA  
KOTAM VILLAGE OF ORDUBAD DISTRICT 
 
The architectural patterns of Kohna Kotam village is examined in this article which belongs 
to  medieval  ages  and  located  in  Ordubad  district.  Relics  of  architectural  patterns  are  researched 
separately which consist of bricks, mohrah, natural stone and etc materials. 
Meantime,  architectural  structure  of  the  mosque  is  examined  which  is  an  only  building 
remained  undamaged  till  the  contemporary  era.  The  graphical  analyze  of  the  geometrical  patterns 
from  the  windows  of  the  mosque  are  explained.  It  is  clarified  that  geometrical  proportion  of  this 
ornament  belongs  to  square  and  proportion  system  which  is  emerged  from  this  source.  Its 
geometrical form is similar to Kirgard madrasah which is located in Iran.  
 
РЕЗЮМЕ 
Кадир Алиев 
ИССЛЕДОВАНИЕ  АРХИТЕКТУРНЫМ ОБРАЗЦАМ  КОХНА (СТАРЫЙ) 
КОТАМ ОРДУБАДСКОГО РАЙОНА 
 
В  этой  статье  рассматриваются  архитектурные  образцы  деревни  Кохна  (старый) 
Котам,  которые  относятся  к  средневековым  эпохам  и  расположены  в  Ордубадском 
районе. Изучаются  реликвии  архитектурных  узоров,  которые  состоят  из  кирпича,  глины 
стены грязи, природного камня и др. материалов. 
Между  тем,  рассматривается  архитектурная  структура  мечети,  которая  является 
единственным  зданием,  которое  осталось  неповрежденным  до  современной  эпо-
хи. Объясняется  графический  анализ  геометрических  узоров  из  окон  мечети.  Проясняется, 
что  геометрическая  пропорция  этого  орнамента  принадлежит  к  квадратной  и 
пропорциональной  системе,  которая  возникает  из  этого  источника.  Его  геометрическая 
форма похожа на медресе Киргард, которое расположено в Иране. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
 
 


- 107 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
MƏMMƏD ƏLİYEV  
Naxçıvan Dövlət Universiteti 
mamed@mail.ru 
NAZƏNDƏ MƏCİDLİ  
Bəhruz Kəngərli Muzeyi  
UOT:069 
BƏHRUZ KƏNGƏRLİNİN BƏDİİ İRSİ XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR 
 
Açar sözlər: Muzey, fond, ekspozisiya, eksponat, kolleksiya, sərvət 
Key words: Museum, Fund, Exposition, Exhibits, Collection, Wealth  
Ключевые слова: Музеум, фонды, зкспозиции, зкспанаты, каллекции, богатства 
Zəngin  tarixi  ənənələrə  malik  olan  klassik  Azərbaycan  təsviri  sənətinin  ən  görkəmli   
nümayəndələrindən biri də Bəhruz Kəngərlidir. XX yüzillikdə milli peşəkar rəngkarlıq sənətinin ilk 
addımları Bəhruz Kəngərlinin adı ilə bağlıdır.  
Bəhruz  (Şamil)  Şirəlibəy  oğlu  Kəngərli  1892-ci  ildə  Naxçıvanda  anadan  olmuşdur.  Atası 
Şirəlibəy  gimnaziyada  təhsil  almış,  fars  və  rus  dillərini  mükəmməl  bilmiş,  Şərq  və  Avropa 
ədəbiyyatı ilə tanış olmuş açıq  fikirli ziyalı idi. Bəhruz kiçik olarkən anası  Əziz xanım dünyasını 
dəyişir, atası Sirin xanımla ailə həyatı qurur. Şirəlibəy oğlunu rus-tatar  məktəbinə qoysa da eşitmə 
qabiliyyətini    itirən    Bəhruz  təhsilini  yarımçıq  qoymalı  olur  və  o  öz  səssiz  dünyasına  qapılaraq 
şəkillər  çəkməyə  başlayır.  Atasının  abunəçisi  olduğu    “Molla  Nəsrəddin”  jurnalında  dərc  olunan 
karikaturalarla  tanış  olur,  şəkillərin  üzünü  çıxararaq  rəsm  sənətinin  sirlərini  öyrənərdi.  Gənc 
Bəhruzun bu istedadını görən ailənin  yaxın  dostları Şirəlibəyə  məsləhət  görürlər ki, oğlunu  Tiflis-
dəki rəssamlıq  məktəbinə göndərsin. Beləliklə, Tiflisə gələn Bəhruz 1910-cu ildə o vaxtlar “Qafqaz 
Zərif  Sənətləri  Təşfiq  Cəmiyyəti”  nəzdində  fəaliyyət  göstərən  rəngkarlıq  və  heykəltaraşlıq 
məktəbinə müvəfəqiyyətlə imtahan verib həmin məktəbin tələbəsi olur. Onun qəbul olduğu məktəb 
o zaman bütün Zaqafqaziyada yeganə rəssamlıq məktəbi idi. Bəhruz “ İncəsənəti təşfiq cəmiyyəti” 
nəzdindəki məktəbdə oxuyan ilk azərbaycanlı tələbə idi.  Əgər Bəhruz bəyin tələbəlik dövrü işlərini 
dəyərləndirməli olsaq onda ilk növbədə onun ruhunda gəzdirdiyi  yaratmaq istedadını müəllimləri-
nin faydalı göstərişləri ilə özünəməxsus gerçəkçi-realist görüntülərə  çevrildiyini, yaddaqalan bədii 
tutum aldığını söyləməliyik. 
Gənc rəssamın tələbəlik illərində Gürcüstanın mənzərəli guşələrində, Qara dəniz sahillərində 
eləcə  də  yay  tətili  zamanı  doğma  yurdun  gözoxşayan  guşələrində  olması,  onun  təbiətlə  təmasının 
onu gözəl mənzərə ustası kimi yetişməsinə təkan verdi desək yanılmarıq[¹]. 
   Təhsill  illəri  Bəhruz  Kəngərlinin  yaradıcılığına  böyük  təsir  edir.    Bəhruz  məhz  təhsil 
zamanı peşəkar rəssamlıq təcrübəsi qazanır.  Məhşur rus rəssamları Petrov, Makovski, Polenovun 
və  O.Şmerlinqin  yaradıcılıq  ənənələrindən  faydalanan  Kəngərli  təhsil  illərində  rəssamlıq  sənətini 
dərindən  öyrənir.  Tiflis  illərində  rəssam  sənətin  sirlərinə  tam  yiyələnmək  məqsədi  ilə  böyük  səy 
göstərir.  Onun  məşhur  Yunan  və  Roma  mövzusunda  çəkdiyi  işlər,  akademik  rəsmlər  rəssamın 
sərbəst  rəsm  vərdişlərinə  tam  yiyələndiyinə  örnəkdir.  Bəhruz  Kəngərlinin  çəkdiyi  bir  sıra  rəsmlər 
“Apollonun başı”, “Laakon”, “Antik fiqur”, “Baş  əzələləri” kimi rəsmləri buna misal ola bilər.  
Bəhruz Kəngərli çox qısa ömrünün Tiflis mərhələsini uğurla başa vuraraq doğma Naxçıvana 
qayıdır. Təbii ki, ilk növbədə özünü  yaradıcı  bir rəssam kimi təsdiqləmək, sonralar ölçüyəgəlməz 
hesab  olunacaq  vətənpərvərliyini  sərgiləmək  üçün...Gənc  rəssam  hələ  tələbə  ikən  Naxçıvanda  öz 
əsərlərindən ibarət sərgi təşkil etmişdi. Sərgilərində o həm xalqı çəkdiyi rəsm əsərləri ilə tanış edir, 
onların mövzusu haqqında izahlar verir, həm də insanlar arasında incəsənətlə bağlı söhbətlər aparır, 
yerlilərinin  bu  yöndə  maariflənməsi  üçün  xüsusi  səylər  göstərirdi.  Akademik  M.C.Cəfərovun 
xatirəsində Bəhruz Kəngərlinin 1919-cu ildə balaca bir otaqda nümayiş  etdirdiyi  sərgisi haqqında 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə