Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə53/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   49   50   51   52   53   54   55   56   ...   91

- 112 - 
Ümummilli  lider  Heydər  Əliyev  Bəhruz  Kəngərli  yaradıcılığını  yüksək  qiymətləndirərək 
demişdir:  “Bəhruz  Kəngərlinin  əsərləri  Azərbaycan  rəssamlıq  sənətinin,  mədəniyyətinin  ən 
görkəmli  nümunələrindəndır.  Biz  bununla  fəxr  etməliyik.  Fəxr  etməliyik  ki,  Azərbaycan  xalqının 
belə  böyük  istedada  malik  insanları  olubdur”.  Bəhruz  Kəngərli  yaradıcılığı  müstəqil  dövlətimiz 
tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 aprel 2012-ci il tarixdə “Bəhruz 
Kəngərlinin  120  illik  yubileyinin  keçirilmısi  haqqında”  Sərəncam  imzalamışdır.  Naxçıvan  MR  Ali 
Məclisinin  Sədri  15  fevral  2001-ci  ildə  “Bəhruz  Kəngərlinin  adınının  əbədiləşdirilməsi  haqqında” 
Sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonu 
Bəhruz Kəngərli adına Sərgi Salonu adlandırılması, Bəhruz Kəngərli yaradıcılığının öyrənilməsi, muzey 
fondlarında  və  şəxsi  kolleksiyalarda  saxlanan  əsərlərin  toplanaraq  Naxçıvan  Muxtar  Respublikası 
Dövlət  Rəsm  Qalereyasına  verilməsi  qərara  alınmışdır.  Naxçıvan  MR  Ali  Məclisinin  Sədri  22  may 
2001-ci ildə “Bəhruz Kəngərli  Muzeyinin  yaradılması haqqında” Sərəncam imzalanmışdır. Naxçıvan 
MR  Ali  Məclisinin  Sədrinin  növbəti  Sərəncamı    “Görkəmli  rəssam  Bəhruz  Kəngərlinin  120  illik 
yubileyinin keçirilmısi haqqında ”dır. Bütün bunlar  Bəhruz Kəngərli yaradıcılığına  muxtar respublika 
rəhbərliyi tərəfindən göstərilmiş böyük qayğının bariz nümunəsidir.  
 Qeyd etdiyimiz kimi, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi 
Sədrinin 22 may 2001 -ci il Sərəncamı ilə yaradılmışdır. Bəhruz Kəngərli Muzeyi  Azərbaycanda 
ilk  və  yeganə  rəssamlıq  muzeyidir.  Muzeyin  binası  Naxçıvan  şəhərində  yerləşən  iki  mərtəbəli 
arxitekturalı  binada  fəliyyət  göstərir.  İyirminci  əsrdə  bu  binada  təhsil  müəsissələri  yerləşirdi.  
Burada  əvvəlcə  Pedoqoji  texnikom,  daha  sonra  isə  Heyran  xanım  adına  Tibb  Məktəbi  fəaliyyət 
göstərib.  Muzey doqquz ekspozisiya zalından və bir fond otağından ibarətdir. Bu zallardan birində 
ümummilli  lider  Heydər  Əliyevin  Pedoqoji  Texnikomda  təhsil  aldığı  illərə  aid  xatirə  fotoları, 
sənədlər  nümayiş  olunur.    Muzeydə  həmçinin  rəssamın  əsərlərinin  fotosurətləri,  eskizləri,  şəxsi 
əşyaları,  ailə  üzvləri  və  yaxın  qohumlarına  aid  fotoşəkillər,  rəssamın    bir  neçə  büstü  və    Rahib 
Qarayevin  hazırladığı  “Bəhruz  Kəngərlinin  heykəli”  qorunub  saxlanılır.  Ümumilikdə,  ekspozisiya 
zallarında  və  muzeyin  fondunda  1200-ə  yaxın  eksponat  qorunub  saxlanılır.  Bu  əsərlərin  58-i 
rəssamın  orjinal  əsərləridir. Hər il muzeyi  respublikamızın  müxtəlif bölgələrindən  gələn  yüzlərlə 
ziyarətçi    və  turistlər  ziyarət  edir  və  muzeydən  xoş  təəssüratlarla  ayrılırlar.  Bəhruz  Kəngərli 
Muzeyinə  qayğı  daim  muxtar  respublika  rəhbərliyinin  diqqət  mərkəzindədir.  Son  illər  muzeyin 
binasının  əsaslı  təmir  olunması,  onun  müasir  avadanlıqlarla  təchiz  olunması,  muzeyin 
ekspozisiyasının daha da zənginləşdirilməsi məqsədilə Bəhruz Kəngərlinin əsərlərinin böyüdülmüş 
fotosurətlərinin hazırlanması bu qayğının göztəricisidir.  
Ümümmilli lider Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığı haqqında belə demişdir:  
“Bəhruz Kəngərlinin əsərləri Azərbaycan dövlətinin milli sərvətidir”. Milli sərvəti qorumaq 
gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. 
2016-cı ildə mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə 
verilib  və  rəssamın  abidəsi  ucaldılıb.  Bəhruz  Kəngərli  bir  zamanlar  bu  ərazidə  o  öz  əsərlərini 
sərgiləyirdi. Akademik Məmmədcəfər Cəfərov öz xatirələrində yazırdı: “Bəhruz bir dəfə 1919-cu ildə 
Naxçıvanda    Puşkin  küçəsində  yol  kənarında  balaca  bir  otaqda  əsərlərinin  sərgisini  düzəltmişdi.    O, 
qapının ağzında dayanıb yoldan ötənləri  çağırırdı ki, gəlib onun sərgisinə baxsınlar...”  
Azərbaycan incəsənətinin inkişafında müstəsna xidmətləri olan Bəhruz Kəngərli qısa ömür 
yaşamasına baxmayaraq  təkrarsız  yaradıcılığı  ilə  əbədi  yaşarlıq qazanmışdır. Görkəmli  sənətkarın 
bir-birindən  dəyərli  sənətkarlıq  nümunələri  bu  gün  də  böyük  rəğbətlə  qarşılanır,  Azərbaycanın 
mədəniyyət xəzinəsində özünə layiqli yer tutur.  
ƏDƏBİYYAT 
1.
 
Əliyev Ziyadxan, Alıyev Nizami, Bəhruz bəy Kəngərli taleyi, Əcəmi, 2017, s.63 
2.
 
Kəngərli Bəhruz, Bakı, Sərvət, 2013, s.15 
3.
 
Hüseynov Rafael, Millətin zərrəsi, Bakı, 2001, s. 62                                 
4.
 
Albom-kataloq, Kəngərli Bəhruz, Əcəmi, 2012, s. 9 
5.
 
Kərimov Kərim, Kəngərli Bəhruz, Bakı, 1962, s. 47 
6.
 
Nəcəfov Mürsəl, Kəngərli Bəhruz, Bakı, 1957, s. 7 


- 113 - 
7.
 
Kəngərli İ., Kəngərli elinin soy kitabı, Bakı, 2005, s. 264 
8.
 
Kəngərli Bəhruz, Bakı, 2013, s. 29 
9.
 
Kəngərli Bəhruz, Bakı, 2005, s. 13. 
ABSTRACT 
Mammad Aliyev, Nazende Mejidly 
BAHRUZ KENGERLY”S LITERARY HERITAGE IS THE  
NATIONAL WEALTH OF PEOPLE 
The  Kengerly  dynasty  played  an  important  role  in  Azerbaijan  history  and  artist  Behruz 
Kengerly was one of the worthy followers of that dynasty, who achieved to open a new page in the 
Azerbaijan painting school. Indeed, the first steps of the national professional painting school of the 
XX century is connected with Behruz Kengerly’s name. He is considered to be one of the founders 
of the modern art of painting. He has made many firsts in the painting art. Formation of the art of 
painting, transformation of the landscape genre into the independent genre and opening of the first 
painting  exhibition  are  connected  with  Behruz  Kengerly’s  name.  Of  course,  Behruz  Kengerly’s 
studying  in  Tibilisy,  the  important  cultural  center  of  the  Caucasus  and  becoming  one  of  the  first 
professional artists, had positive impact on his creative activity.  
Behruz  Kengerly  appealed  to  all  subjects  throughout  his  creative  career.  His  works  in 
landscape  portrait  animation  genres  are  being  kept  in  the  Azerbaijan  Museum  of  Fine  Arts,  in 
Behruz  Kengerly’s  Memorial  Museum  and  in  private  collections.  In  his  short  creative  period  he 
painted about 2000 works and only 450 out of them have been saved up today. Behruz Kengerly’s 
creativity  has  always  been  covered  by  the  attention  and  care  of  the  state.  Celebrating  of  Behruz 
Kengerly’s 120
th
 anniversary, establishing of his  Memorial Museum and publishing of the album-
catalogues  are  obvious  examples  of  this.    The  founder  of  the  realism  in  the  Azerbaijan  Art  of 
Painting Behruz Kengerly is one of the masters that gained eternity by his creativity.    
РЕЗЮМЕ 
Маммед Алийев, Назенде Межидли 
ХУДОЖЕСТВЕННОЕ НОСЛЕДИЕ БАХРУЗА КЕНГЕРЛИ ЯВЛЯЕТСЯ 
НАЦАНАЛЫИЬМ ДОСТАЯНИЕМ НАШЕГО НАРОДА 
Бахруза Кенгерли достойный последователы изветного рода, Б.Кенгерли сыгравший 
Важную  роль  в  истории  Азербаиджана,  открыл  новую  страницу  в  живописи 
Азербаиджана. В ХХ веке первые достижения в националной живописном искустве связана с 
именем. Б.Кенгерли Он сцитается основоположником современного живописного искуства. 
Б.Кенгерли  первооткрыватель  и  автор  многих  нацинаний  в  Азербаиджанской  живописной 
школе.  Создание  станоцного  покрашивание,  преврашения  пейзажного  жанра  как 
самостоятельного, открытия первой художественной воставки связана с именем Б.Кенгерли. 
Безулсловно  полицение  образевение  в  Тифлисе,  считавшийся  в  то  время  важным 
центром  культуры,  на  ворчестве  Кафказе  и  будучий  первым  художником  получивший 
образование, положителью повлияло на творчество Ь.Кенгерли 
Б.Кенгерли в тичении своего творчество обратился на разные темы. 
Его пейзажные портретные, анимолистические и другие пройзведения сохраняются в 
Азербаиджанском Государственном Художественном Музее, в музее Б.Кенгерли и в 
личных коллекциях.Он в тичение короткого времени создал 2000 произведений из которых 
до нас долши 450. Творчество Б.Кенгерли постоянно в центре  внимания нашего государства. 
Проведение  120  годовшины,  создание  музея,  выпуска  альбомных  каталогов 
подтверждение  зтому  Б.Кенгерли  основополитик  Азербаиджанской  реалистической 
живописи и своим творчеством написал своз имя среди бесмертных. 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə