Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə54/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   50   51   52   53   54   55   56   57   ...   91

- 114 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
SƏYYARƏ SADIXOVA 
GÜNAY HƏSƏNOVA 
Naxçıvan Dövlət Universiteti 
seyyare.sadiqova@mail.ru 
 
UOT:7.04 
AZƏRBAYCANIN MÜXTƏLİF SƏNƏT NÜMUNƏLƏRİNİN DEKOR 
SİSTEMİNDƏ BƏZİ HƏNDƏSİ ORNAMENTLƏRİN YARADILMA  
PRİNSİPLƏRİ VƏ MƏNASI 
 
Açar sözlər: ornament, xalça sənəti, dekorativ-tətbiqi sənət, naxış motivi, haşiyə, şəbəkə 
Key words: ornament, carpet art, decorative-apllied art, pattern motif, edge, chain 
Ключевые  слова:  орнамент,  ковровое  искусство,  декоративно-прикладное 
искусство, узорный мотив, каёмка, шебеке 
Ornament-  uzaq  keçmişdə  özündə  simvolik  və  sehirli  məna,  əlamət,  semantik  funksiya 
daşımaqla insanın təsviri fəaliyyətinin ən qədim növlərindən biridir. Ornament tarixin mərhələlərini
əsrin  simasını  əks  etdirmək  funksiyasını  daha  qabarıq  yerinə  yetirdiyinə  görə  onun  daşıdığı  əsas 
informasiya funksiyasını nəzərə alaraq ona “dövrün dəsti-xətti” adı verilmişdir (1, s.5). 
Tarixdə ornament təsviri formalarla paralel olaraq inkişaf etmiş və ayrı-ayrı dövrlərdə məna 
daşıyıcısı  rolunu  oynamaqla  qısa,  aydın  informasiya  sisteminə  çevrilərək  cəmiyyətin  dini,  sosial, 
fəlsəfi dünyagörüşünü əks etdirmişdir. Ornament yarandığı  gündən təyinatından asılı olaraq qrafik 
təsvirli,  heykəlvari,  həndəsi,  nəbati,  zoomorf,  antropomorf,  epiqrafik  ornamentlər,  stilizə  edilmiş 
motivlər  kimi  məişətimizə  daxil  olmuşdur.  Qədim  insan  dünyanın  quruluşu  haqqında  öz 
təsəvvürlərini müəyyən işarələrlə verirdi. Məsələn dairə-günəş, kvadrat-əkin sahəsi, übucaq-dağlar, 
svastika-günəşin hərəkəti, yaxud dörd ünsür, spiral-inkişaf, hərəkət və s.  
Azərbaycan  xalqının  tarix  boyu  yaratdığı  maddi-mədəniyyət  nümunələrini  bəzəyən 
ornament  sənəti  özünəməxsus  anlamlar  ifadə  edərək  günümüzə  qədər  gəlib  çatmışdır.  Bu 
ornamentlər  sırasında  həndəsi  naxışlar  olan  üçbucaq  və  dördbucaqlı  naxışlar  təsviri  və  tətbiqi 
sənətimizdə geniş istifadə olunmuşdur. Bu sahələrdən ən əhəmiyyətlisi olan milli xalçalarımızda da 
həmin naxışlara tez-tez rast gəlinir. 
Xalça sənətimizdə bəzək naxışlarının bir hissəsini “üçbucaq” formalı ornamentlər təşkil edir. 
Azərbaycan  xalçalarında  “üçbucaq”  motivləri  daha  çox  haşiyələrdə  və  ya  ara  sahənin  doldurucu, 
köməkçi naxışları kimi yerləşdirilir.  
Üçbucaq-  əsasən  parça  bəzəklərində  və  mozaik  döşəmə  bəzəklərində  motiv  kimi  tətbiq 
olunur.  Düzbucaqlı  və  kvadrat  isə  əməli  olaraq  motivlərlə  doldurulacaq  sahənin  sərhəddini 
göstərmək üçün istifadə edilir. 
Üçbucaqlar Azərbaycanda, həmçinin, bütün şərq aləmində daha geniş  yayılmış ornamental 
motivlərdən  biridir.  Bu  naxışlar  Azərbaycan  dekorativ  tətbiqi  sənətinin  bütün  sahələrində  olduğu 
kimi,  xalça  sənətində  də  həm  aparıcı,  həm  də  doldurucu,  köməkçi  naxış  elementi  kimi  çıxış  edir. 
Üçbucaq  naxışları  daha  çox  xalçaların  “mədaxil”,  “cağ”  haşiyə  zolaqlarında  müşahidə  edilir.  Bu 
tipli naxışlar kontrastlı rənglərdə verilərək haşiyə tipli zolaqlarda yan-yana, baş-başa, iç-içə formalı 
kompozisiyalarda yerləşdirilir. 
Dekorativ-tətbiqi sənətdə geniş istifadə olunan “üçbucaq” naxışının yaranması neolit-eneolit 
dövrünə təsadüf edir. Elə bu dövrdən də üçbucaqların müxtəlif variantları dekorativ-tətbiqi sənətin 
bir  çox  növlərində  tətbiq  olunur.  Həmin  dövrə  aid  bir  keramik  qab  diqqəti  cəlb  edir.  Arxeoloji 
qazıntılar  zamanı  Cənubi  Azərbaycanın  İsmayılabad  yaşayış  məntəqəsi  yaxınlığından  tapılmış  bu 
qab e.ə. V minilliyə aiddir. Ağız hissəsi geniş və qısa lüləkli camvari formaya malik olan keramik 


- 115 - 
qabın üzərində baş-başa birləşmiş üçbucaqlar təsvir olunmuşdur. Qırmızı anqobla üzəri örtülmüş bu 
qabın üzərindəki naxışlar qəhvəyi rəngdədir.  
Tunc  dövrünün  dekorativ-tətbiqi  sənətində  üçbucaq  formalarının  özünəməxsus  yeri 
olmuşdur.  Bu  dövrdə  üçbucaqlar  dekorativ  bəzək  kimi  təsvir  olunmaqla  yanaşı  onlar  həm  də 
həndəsi  formalı  dəliklər  şəklində  da  çıxış  etmişlər.  Bu  cür  dəlikli  üçbucaq  dekoruna  Gədəbəydə 
Çovdar ərazisindən tapılmış bürüncdən quş fiqurunun üzərində rast gəlinir (3, s.11). 
Arxeoloji qazıntılar zamanı Həftəvan-təpədən tapılmış tunc dövrünə aid gildən hazırlanmış 
bir  qab  da  xüsusi  maraq  doğurur.  Bu  rəngli  saxsı  qabın  üzərindəki  üçbucaqlar  müxtəlif  rənglər 
vasitəsilə iç-içə, kənarları haşiyələnmiş, içərisi rombların şəbəkəvari düzülüşü ilə doldurulmuş və s. 
variantlarda təsvir olunmuşdur.  
Üçbucaq  naxışları  qədim  dövrün  tətbiqi  sənət  nümunələrində  də  izlənilir.  Cənubi 
Azərbaycanda Həsənli təpəsindən tapılmış dar boğazlı küpəni, Mingəçevirdən tapılmış iki dəstəkli, 
dar  boğazlı  küpəni  və  s.  buna  gözəl  nümunədir.  Bu  tipli  naxışlara  arxeoloji  qazıntılar  zamanı 
aşkarlanmış dəmir dövrünə aid məişət əşyalarının və müxtəlif quş, heyvan fiqurlarının üzərində də 
rast  gəlinir.    Həmin  dövrə  aid  Mingəçevirdən  tapılmış  nimçə  formalı  gil  qabı,  Gəncəçaydan, 
Xaçınçaydan tapılmış saxsı qabları və s. nümunə göstərmək olar.  
Üçbucaq formalı ornamentlərin geniş şəkildə tətbiqi Alban mədəniyyətində, eləcə də, İslam 
dövrünün  dekorativ-tətbiqi  sənətində  də  müşahidə  olunur.  Buna  XII  əsrə  aid  olan  bürünc  çırağın 
üzərində (2, s.26), Şah İsmayılın babası Şeyx Cüneydin məzarüstü sənduqəsinin üzərində (XVI əsr 
Qusar rayonu, Həzrə kəndi) (3, s.97), XVIII-XIX əsrlər abidəsi olan Gəncə şəhərindəki Göy İmam 
türbəsinin günbəzi üzərində olan üçbucaq naxışlarını nümunə göstərə bilərik. 
Üçbucaq  formalı  motivlər  Qazax  xalça  məktəbinin  “Öysüzlü”,  “Dağkəsəmən”,  “Borçalı”, 
Bakının “Suraxanı”, Şirvanın “Bico” və s. xalçaların ayrılmaz bəzək elementləridir.  
Yaranması  neolit-eneolit  dövrünə  təsadüf  edən  üçbucaq  naxışların  mənşəyi  təbiətlə,  daha 
dəqiq  desək  dağlarla  bağlıdır.  Əcdadlarımız  zəngin  landşaft  formalarına  malik  Azərbaycan 
dağlarının təbii sərhədlər rolunu oynadığını dərk edərək öz dekorativ kompozisiyalarında da sərhəd 
funksiyasını  yerinə  yetirən  mədaxil  kompozisiyalarını  yaratmışlar.  Bu  ornamenti  müxtəlif 
variantlarda  (“üçbucaq”ların  içərisində  nöqtələr,  xətlər,  romblar,  düzbucaqlar,  dairələr,  yaxud 
əksinə,  baş-başa,  üz-üzə,  tünd  və  açıq  rəngli,  kənarları  haşiyələnmiş  və  s.)  təsvir  etməklə  isə  ona 
çoxlu  semantik  mənasına  görə  dağları,  sərhəddi,  bədxah  ruhlardan  qorunmağı,  bolluğu,  bərəkəti, 
şumlanmış və toxum səpilmiş torpağı, birliyi, yaranışı-həyatı-ölümü, həyatı-ölümü-yeni həyatı, ata-
ana-uşağı,  ilahiliyi-bəşəriyyəti,  göy  qübbəsini-səmaviliyi-dünyəviliyi,  mənəviyyatı-cismaniliyi, 
odu-suyu və s. semantik mənaları ifadə edirlər. 
Üçbucağın sərhəd semantikası ilə bərabər sakral  mənası müqəddəs üçlük, vəhdət ideyasını 
da  ifadə  edir.  Ornament  sənətində  özünəməxsusluğu  ilə  seçilən  naxış  motivlərindən  biri  də 
dördbucaqlılardır. Dekorativ sənətin bütün sahələrində geniş tətbiq olunan bu naxışa xalça sənətində 
də tez-tez rast gəlinir. Azərbaycanın xovlu və xovsuz xalçalarında əsas, aparıcı, köməkçi, doldurucu 
naxış motivi olan bu element həm ara sahədə, həm də haşiyə zolaqlarında yerləşdirilir.  
Hazırda  dekorativ  bəzək  formasını  və  semantikasını  saxlayan  bu  cür  naxışların  ilk 
nümunələrinə tunc dövrünün keramikasında təsadüf olunur. Arxeoloji qazıntılar zamanı Həftəvan-
təpədən tapılmış tunc dövrünə aid rəngli gil qabların üzərindəki bu naxış rənglərin vasitəsilə təsvir 
olunmuşdur. Qablar üzərindəki bu cür naxışlar ağ-qara rənglərin şahmat prinsipi ilə yerləşdirilməsi 
nəticəsində əmələ gəlmişdir.   
Təpə-Siyalkdan  tapılmış  e.ə.  IX  əsrə  aid  çaydan  formalı  gil  qabın  üzərindəki  dördbucaqlı 
ornament  xüsusi  prinsiplə  iç-içə  yerləşdirilmişdir  (6,  s.16).  Xanlarda  1/1  №-li  kurqandan  tapılmış 
dəmir dövrünə aid olan ağzı geniş olan saxsı qabın üzərində də bu cür naxış təsvirinə rast gəlinir (5). 
Bu  tipli  ornamentlərə  Qazax  rayonunun  Qazaxbəyli  kəndi  yaxınlığında  aşkar  olunmuş  daş 
kitabələri  də  nümunə  göstərmək  olar.  Bu  daş  kitabələr  üzərindəki  oyma  işləməli  dördbucaqlı 
naxışların içərisində düz xətlər və sıra ilə düzülmüş nöqtələr təsvir olunmuşdur.  
Dördbucaqlı  naxış  elementlərinə  Alban  mədəniyyəti  dövründə  də  rast  gəlinir. 
Mingəçevirdən  aşkar  edilmiş  şüşə  piyalə  bu  qəbildəndir.  Bu  piyalə  üzərindəki  naxışlar  şəbəkə 
formalı, bir-birinə birləşmiş şəkildə təsvir olunur.  
İslam  dövrünün  dekorativ  sənətində  dördbucaqlı  naxışlara  memarlıq  abidələrində,  bədii 
metal,  bədii  tikmə  və  s.  məmulatlarda  təsadüf  olunur.  Ərdəbildə  XVI-XVII  yüzilliklərə  aid  Şeyx 
Səfi türbəsi (3, s.96), 1456-cı ildə Təbrizdə tikilmiş Göy Məscidin kaşı bəzəkləri bu naxışlarla tərtib 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə