Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə44/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   40   41   42   43   44   45   46   47   ...   91

- 91 - 
Kimyəvi  zəhərlənmə  ocaqlarında  adamlar  mümkün  qədər  tez  çıxmalıdırlar.  Onların  hansı 
istiqamətdə  getmələrini  mülki  müdafiə  və  ya  polis  postu  işçiləri  göstərirlər.  Onlar  olmadıqda 
adamlar  zəhərlənmə  zonasından  küləyin  səmtinə  perpendikuliyar  istiqamətində  çıxmalıdırlar. 
Bundan sonra adamlar sanitariya təmizlənməsindən keçməlidirlər. Bakterioloji yoluxma oçağından 
əhalinin öz başına çıxmasına yol verilmir. Çünki belə sahələrdə karantin  və ya observasiya  rejimi 
qoyulacaq, adamları sonrakı davranış qaydaları  müəyyən ediləcək. Qeyd etdiyimiz kimi kəndlərdə 
daldalanmaq üçün nəzərdə tutulan ailə sığınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi 
təmin  olunmalıdır.  İçəridə  ailənin  rahatcılığı  üçün  hər  çür  şərait  yaradılmalı,  radio  və  televiziya 
qurğularının  işlədilməsi  təmin  edilməlidir.  Çünki  hadisələrin  gedişi  habelə  kimyəvi  və  ya 
bakterioloji  zəhərlənmə  təhlükəsini  sovuşması  barədə  məlumat  və  ya  ondan  sonrakı  davranış 
qaydaları haqqında göstərişlər həmin vasitələrlə veriləcək. 
“Kimya  təhlükəsi”  siqnal  verilərkən  malqaranın  da  qayğısına  qalmaq  vacibdir.  Ərzaq  və 
yem ehtiyatlarının, su mənbələrinin qorunması üçün müvafiq tədbirlər görülməlidir. 
“Radiasiya  təhlükəsi”  siqnalı  bu  və  ya  digər  ərazidə  radioaktiv  zəhərlənmə  aşkar 
olunduqda və  ya belə  zəhərlənmə  ən kecid  bir saat  ərzində  gözlənildikdə  verilir. “Hava həyacanı” 
və  “Kimya  həyəcanı”siqnallar  zamanı  olduğu  kimi  “radioasiya  təhlükəsi  gözlənildikdə  də  öncə 
“hamının diqqətinə! “siqnal, sonra isə “Radiasiya təhlükəsi” məlumat verilir. Bu zanan bütün rabitə 
və  xəbərdarlıq  vasitələrindən  istifadə  edilir,  yerlərdə  isə  bu  səs  və  işıq  siqnalları  ilə  təkrar  edilir. 
Sonra  belə  qərar  verir:  Diqqət!  Danışır  Mülki  müdafiə  qərərgahı!  Vətəndaşlar
!  Radioasiya 
təhlükəsi
!”  Radioasiya  təhlükəsi!”.  Bunun  ardınca  görülən  mühafizə  tədbirləri  barədə,  habelə 
əhalinin davranış qaydaları haqqında mülki müdafiə qərərgahının tövsiyyələri və göstərişləri əhaliyə 
çatdırılır. 
Adamlar  dərhal  respirator,  radioaktiv  tozdan  qoruyan  parça  maska  pambıqlı  tənzif  sarğı, 
əgər bunlar  yoxsa əleyhqaz geyib sığınacağa və ya radiasiya daldanacağına getməlidirlər. Sonrakı 
davranış qaydaları əsasən “Hava həyəcanı” və “Kimya həyəcanı” zamanı olduğu kimidir vəhər bir 
konkret halda mülki müdafiə qərargahı tərəfindən dəqiqləşdirilib əhaliyə çatdırılır. 
Radioaktiv  maddələrlə  zəhərlənmiş  ərazidə  əhalinin  mühafizə  və  davranışı  rejimləri 
radiasiyanın  səviyyəsindən  asılı  olaraq  mülki  müdafiə  tərəfindən  müəyyən  edilib  elan  olunur. 
Məqsəd  adamların  təhlükəsiz  dozadan  artıq  şüalanmaya  məruz  qalmasının  qarşısını  almaqdır. 
Radiasiya  mühafizə  rejimi-zəhərli  sahələrdə  adamların  ardıcıl  olaraq  əvvəlcə  radiasiya 
daldanacağından, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi müddətini 
təyin edir. 
Zəhərlənmiş  sahələrdə  qalmağa  məcbur  olan  hallarda  adamlar  hökmən  fərdi  mühafizə 
vasitələri  işlətməli,  2  saylı  radiasiyadan  mühafizə  dərmanını  (Aİ-2  aptekcəkisindən)  içməli  və 
təhlükəsiz  davranış  qaydalarına  riayət  etməlidirlər.  Fərdi  mühafizə  vasitələri  çıxarmaq,  açıq  əllə 
ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq  və ya uzanmaq, hərəkət və ya iş vaxtı toz qaldırmaq, 
açıq  yerlərdə  xörək  yemək,  su  içmək,  papiros  çəkmək,  paltarı,  ayaqqabıları,  çöldə  təmizləmədə 
yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz. 
Kimyəvi  zəhərlənmə  ocağında  davranış  qaydaları  belədir:  mülki  müdafiə  qərərgahının 
xüsusi  göstərişi  olmadan  sığınacaqdan  çıxmamaq:sığınacağın  kipliyi  pozula  və  ya  radasiya 
daldanacaqlarda  qalan  hallarda  fərdi  aptekçidən  antidot  dərman  edəndən  sonra  əlehiqaz  geymək, 
dərini  qoruyan  paltar  geyinmək  və  ancaq  mülki  müdafiə  işçilərinin  göstərişi  üzrə  mühafizə 
qurğusunu  tərk  etmək;  açıq  yerlərdə  (qurğudan  kənarda)  qalan  hallarda  dərhal  əlehiqaz  geymək, 
qoruyucu  paltarları  geyinmək  və  zəhərlənmə  ocağından  çıxmaq;  xüsusi  qoruyucu  paltarlar 
olmadıqda  dərhal  köynəyin  və  pencəyin  ətəklərini  şavların  içinə  salmaq,  şavların  balaqlarını 
topuqda,  köynəyin  qollarını  biləkdə  qaytanla  bağlayıb  bərkitmək,  əllərə  əlcək,  ayaqlara  rezin 
ayaqqabı geymək, başı başlıq və ya yaylıqla kip örtmək, üstdən sintetik  və ya rezin parçadan olan  
(boloniya tipli) plaş geymək, yaxalığı qaldırıb üstdən şarf bağlamaq, kimyəvi zəhərlənmə ocağından 
çıxmayınca  fərdi  mühafizə  vasitələrini  əyindən  çıxarmamaq,  bədənin  dərisi  üzərinə  və  ya  paltara 
zəhərləyici  maddə  damcıları  düşən  hallarda  bu  damcıları  fərdi  kimyəvi  paketdəki  məhlulda  və  ya 
naşatır  spirtində  isladılmış  tamponla  təmizləmək  lazımdır;  zəhərli  sahələrdə  çıxandan  sonra  tibbi 
müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır. 


- 92 - 
Yoluxucu  xəstəlik ocağında  bütün əhali müəyyən olunmuş  davranış rejiminə riayət etməyə 
borcludur. 
Yoluxucu  (infeksion)  xəstəliklər  aşkar  edilərkən:  pəncərə  və  qapı  yerlərini  yaxşı 
kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını  yığışdırıb əl-ayağa dolaşmayan yerlərdə saxlamaq 
lazımdır.  Ərzaq  malları  və  içməli  su  ağzı  kip  bağlanan  qablarda  saxlanılmamalıdır.  İstifadə 
etməzdən  əvvəl  ərzaq  məsulların  qaynatmamaq  və  ya  qorumaq  vacibdir;  çörəyi  xırda  tikələrə 
doğrayaraq  alovun  üzərində  (pecdə,  duxovkada)  qızdırmaq,  meyvə-tərəvəzi  yaxşıca  yumaq  və  ya 
üzərinə  qaynar  su tökmək  lazımdır. Su və  ya süd ən azı 30 dəqiqə qaynadılmalıdır. Qab-qaçaq 
təmiz yuyulandan sonra qaynadılmalıdır.Yeməkdən əvvəl adamlarla təmasda olduqdan sonra əlləri 
hökmən sabunla yumaq, paltar, ayaqqabıları  tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt 
paltarlarını  təmiz  saxlamaq,  mənzilin,  həyətin,  iş  yerinin,  ümumi  ümumi  istifadə  yerlərinin  çirkli 
olmasına yol verməmək lazımdır.Hər bir şəxsin ayrıca qab qacaqdan, məişət və tualet əşyalarından  
istifadə  etməsi  məsləhət  görülür.  Yolxucu  xəstəliyin  əlamətləri  aşkara  çıxan  kimi  (hərarətin 
yüksəlməsi, başağrısı, iştahsızlıq, urək bulanması, qusma, mədə pozğunluğu) bu barədə  dərhal  tibb  
məntəqəsinə  xəbər verilməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirməli, 
şəxsi əşyalarını, paltarlarını,  yataq   ləvazimatını, qab-qacağı, mebeli və mənzili  dezinfeksiyadan  
keçirmək  lazımdır.                                    
Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir. 
 
ABSTRACT 
Oktay Rzayev 
Narmina Hasanova 
  
DECLARATION TO THE PEOPLE  
DURING AN IMMEDIATE TIME 
The  artıclı  is  expected  to  warn  population  in  time  abut  acidents  that  uill  occur  and  to 
determine its scale and propagation speed. 
To attract public attention saınd signals are given using sirens and horn of transportation in 
emergencis. Full imagination abaıt kerning signals is needed that the people should beready for it. 
 
РЕЗЮМЕ 
Oктай Рзаев 
Нармина Гасанова 
ОРОВЕЩЕНИЯ НАСЕЛЕНИЯ ПРИ  
ЧРЕЗВЫЧАЙНОМ ПОЛОЖЕНИИ 
В  статье    расматриваются  случаи  о  намечающихся  или  произошедших  катастрофах 
при  которых  вовремя предупреждается население. 
Для    вовлечения  внимание  население  в  экстренных  случаях  используются  сирены  и 
сигналы автомовилей. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent V.Rzayev
  
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə