Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə40/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   36   37   38   39   40   41   42   43   ...   91

- 83 - 
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, bədənin piy toxunması (piy kütləsi) ilə mübarizə 
aparmaq  üçün  əsasən  gəzinti,  qaçış  üzgüçülük,  velosiped  sürmək,  avar  çəkmə  və  s.  kimi  mötədil 
intensivliklə  tapşırıqlardan istifadə  etmək məsləhət  görülür. Müəyyən bir  fasilədən sonra  gündəlik 
bədən tərbiyəsi məşqlərini bərpa edəndə, fiziki yüklə və ya onların bəzilərinə bədənin uyğunlaşması 
vacibdir.  Bununla  yanaşı  məşqliliyin  ümumi  inkişafla  yüksək  intensivliklə  və  ağırlıqla  yerinə 
yetirilən tapşırıqlar bədənin artıq çəkisinin aradan qaldırma vasitələridir. 
Bədənin  piy  kütələsinin  azaldılması  üçün  tapşırıqları  istifadə  olunmasının  bəzi  səmərəli 
rejimləri bunlardır: Aydındır ki, bu və ya digər tapşırıqların yerinə yetirilməsi zamanı enerjinin sərfi 
nə  qədər  böyük  olmasa  da,  onların  bədən  çəkisinin  azadılmasının  səmərəliliyi  çox  vaxt  onların 
istifadə edilməsinin rejimindən asılıdır. 
Xeyli  piy  ayrılmasından  azad  olmaq  üçün  intensivliyin  ardıcıllıqların  istifadə  edilməsi  ilə 
əldə etmək olar. Bunun üçün tələb olunan vaxt müəyyən mənada atılan çəkinin müəyyən ölçüləri ilə 
orqanizmin funksional  imkanları ilə profesional olmalıdır. Sayılır ki,  bir ay  ərzində atılan çəkinin 
miqdarı gənclərdə 3-4 yaşılılarda isə 2-3 kq-dan artıq olmamalıdır. 
 Artıq  çəkinin  və  piy  kütləsinin  azadılması  üçün    istifadə  olunan  bədən  tərbiyəsi 
tapşırıqlarının ən səmərəlisi gündəlik yükün enerji sərfiyatı müəyyən dərəcədə elə olmalıdr ki, bəlli 
bir  vaxtda  qidalanmanın  hesabına  enerji  hasilatını  ötüb  keçməsin.  Birinci  mərhələdə  əsasən,  əgər 
uzun  müddətli  fasilədən  sonra  məşqlər  bərpa  olunursa  məşq  yükünün  deyildiyi  kimi,  ardıcıllıqla 
artırmaq  nisbi  intensivliklə,  lakin  uzun  müddətli  hətta  gündə  bir  neçə  dəfəyə  qədər  məqsədə 
uyğundur. 
İntensivliyi nisbi yüksək olmayan uzun müddətli tapşırıqların yerinə yetirilməsində ümumi 
yükün  artırılması  bədənin  piy  kütləsinin  minimallaşdırma  faktoru  əzələ  kütləsinin  azadılmasına 
gətirib  çıxarda  bilər  və  bir  çox  hallarda  arzu  edilən  olmaya  bilər.Təcrübədə  ən  çox  yayılmış 
tapşırıqların istifadə edilməsinin metodikası aşağıda göstərilib. 
Tapşırqlarda  istifadə  olunan  ağırlıqlar  elə  səviyyədə  olmalıdır  ki,  yükün  sıxlığı  15-20  % 
lokal tapşırıqlarda isə 30 % və ondan da artıq olsun. Bu şəkildə təminlər aralarında ciddi və eyni 
fasilə  ilə (məsələn 1-2 dəq) və bir neçə seriya ilə (3-4 saya) yerinə yetirirlər; 
Məşlilik  səviyyəsinin  artımı  ilə  orqanizmin  mübadilə  proseslərini  müəyyən  dərəcədə 
artırmaq üçün seriyaların sayını artırırlar ki, məşqlərdə yüklənmənin müddəti 30 dəq olsun. 
Bədənin əzələ və piy kütləsinin mütənasibliyini normallaşdırmaq üçün bu rejimdə ağırlıqla 
həm  ümum,  həm  də  nisbi  lokal  təsirlə  tapşırıqlardan  səmərəli  istifadə  etmək  olar,  bu  da  daha  çox 
piylənməyə  məruz  qalan  bədənin  hissələrinə  çox  planlı  təsir  etməyə  imkan  verir.  Mübadilə 
prosesinin  fəallaşdırmağa,  bədənin  piy  kütləsinin  azadılmasına  müsbət  təsir  edən  bu  təmrinləri 
məşqin sıxlığını artırmaq üçün ümumi təsirli təminlər kompleksinində də istifadə  etmək olar. Qeyd 
etməliyik  ki,  bədənin  çəkisinin  və  tərkibinin  optimallaşdırılması  ayrı-ayrı  faktorları  başqa 
faktorlarla birlikdə və tam qurulmuş olduqca təsirlidir. 
Fiziki  tərbiyənin  prinsiplərinə  uyğun  keçirilən  daimi  fiziki  təmrinlərlə  məşqlərin  təbii 
nəticələrindən  biri  əzələlərin  həcmi,  əzələ  və  piyin  çəkisinin  münasibəti  və  bədənin  ümumi  çəkisi 
kimi  orqanizmin  fiziki  keyfiyyətlərinin  inkişafıdır.  Burada  əsas  hərəki-qüvvə  və  dözümlülük 
qabiliyyətlərinin  tərbiyə  edilməsi  əhəmiyyətli  rol  oynayır.  Əgər  onların  harmonik  inkişafı  təmin 
edilirsə  və  heç  bir  ciddi  səhvə  yol  verilmirsə,  onda  əzələ  həcminin  və  bədənin  ümumi  çəkisinin 
dəyişdirilməsi və piylənmə ilə mübarizə aparmaq ehtimalını aradan qaldırır. 
Bədən  tərbiyəsinin  orqanizmə  təsiri  prosesində  bədənin  ağırlığını  nisbi  sərbəst  idarə  etmə 
məsələlərinə aşağıdakılar aiddir. 
-Ayrı-ayrı  əzələlər  qrupunun  və  tam  mənada  əzələ  kütləsinin  ölçülü  hipertrafiyyasının 
fəallaşdırılması qüvvə qabiliyyətinin inkişafına bazu əzələlərinin hormonik formalaşmasına qamətin 
normallaşdırılmasına tələb olunan səviyyədə lazımdır. 
-Bədənin çəkisinin normallaşdırılmasına istiqamətli təsirinə və onun saxlanılmasına bədənin 
başqa komponetlərinin sağlamlaşması və uyğunlaşması sayəsində imkan verir. 
- Normanın konkret ölçüləri, burada bir mənalı deyidir. Məlum olduğu kimi quruluşu adətən 
irsə şərtləndirilmişdir  və bu bəhanəyə görə hər çəki dərəcəsi üçün bədənin quruluşu və formalarının 
və  başqa  əlamətlərini  müəyyən  etmək  mümkün  deyildir.  Bununla  bağlı  norma  haqqında  qanuna 


- 84 - 
uyğun samopatik, yaş çinsi və başqa versiyaları nəzərə alaraq təkcə şərti demək olar ki, onlar idman 
ixtisasının  xüsusiyyətləri  ilə  əlaqədardır.  Bədənin  çəkisinin  normalara  uyğun  gəlməsini  müəyyən 
etmək üçün vaxt olduqca sadə kifayət qədər təstiih edilməmiş ölçülərdir, bunun əsasındada bədənin 
uzunluğu (boyu) ilə müqayisə edilməsi durur. Belə ki, ”Brok indeksinə” görə bədənin çəkisi o vaxt 
normaya uyğundur ki, 100 ədədinin çıxmaqla (sm-lə) bağlı eynidir. 
-Əgər  bədən  çəkisinin  ölçüləri  (qramla)  boya  (sm-lə)  bölmək  alınan  nisbəti  350-450  q/sm 
qədərində  olmalıdır.  Bu  və  bunlara  oxşar  indeklərlə  çəkinin  normaları  haqqında  fikirlərdən 
təxminən istifadə etmək lazımdır, ona görə ki, o yaşdan, cinsindən somotopik xüsusiyyətlərdən və 
başqa  faktorlardan  asılıdır.  Bədən  çəkisinin  boya  uyğunluğun  normada  olmasını  daha  dəqiq 
müəyyən  etmək  üçün  ona  təsir  edən  bütün  faktorları  nəzərə  almaqla    yaradılmış  normoqraflar 
köməklik göstərir. 
Müxtəlif yaş dövrlərində müasir dövrdə bədən çəkisinin artması 12-13 yaşdan 15 yaşa qədər 
olur  (qız  uşaqlarında  bir  il  tez).  Az  hərəkət  edən  yeniyetmələrdə  piylənmə  artır,  tənbəl  uşaqlar 
vaxtında hərəki fəallığı artırmaqla bunun qarşısını almasalar olduqca mənfi nəticəyə gətirib çıxara 
bilər. Bədən çəkisinin nisbi sakitləşməsi təxminən 25 yaşdan 40 yaşa kimi müşahidə etmək olar. 
Bədən çəkisinin dəyişməsi ancaq sistemli təmrinlər vasitəsilə mümkün ola bilər. 
Çox  illik  səmərəli  bədən  tərbiyəsi  gigiyenik  normalara  uyğun  olan  qidalanma  şəraitində 
orqanizmin çəkisinin dəyişmə ehtimalı yoxdur. Onun mötədil dəyişməsi təkcə o səviyyədə olur ki, o 
əzələlərin normal harmonik inkişafı, qamətin normallaşması, qüvvə və başqa hərəki qabiliyyətlərin 
inkişafında  olan  qüsurları  aradan  qaldırmaq  üçün  nəzərdə  tutulur.  Burada  məqsədlərdən  biri  də, 
bədənin  çəkisinin  idman  növündə  (boks,  güləş,  karate,  ağırlıq  qaldırma,  taekvando  atletika)  tələb  
olunan çəki dərəcəsinə çatdırmaq ola bilər. Lakin çəkini saxlamaq o hallarda ağılabatan olur ki, o 
zaman idmançının təbii fiziki qabiliyyətinin  inkişafı məhdudlaşmır və vəziyyət  çəkini salınmasını 
tələb etmir.  
ƏDƏBİYYAT 
 
1. Aşmarin B.A.Teoriya i metodika fiziçeskoya vospitaniya. Moskva, 1979 
2. M.nəsrullayev, E.Hüseynov, İ.Əliyev, Y.Nuriyev”Bədən tərbiyəsi və Metodikası”, 2012 
3. Matveev L.P. Teoriya i metodika fiziçeskoya kulturı. Moskva, 1991 
4. Vasilkov A.A. Teoriya i metodika fiziçeskoya vospitani”. Moskva, 2008 
5. Blaquş P.K.K ”Teorii tesirovani” dviqatelnik sposobnostiki.Moskva, 1982 
 
ABSTRACT 
Valeh Alikhanov  
MEANS AND METHODS OF OVERCOMING THE  
EXCESS WEIGHT OF PEOPLE 
 
The article deals with means and methods of overcoming the excess weight in the body with 
the effects of exercise in exercise training in physical activity classes. 
It should be noted generally that there is no risk of obesity and overdose in human nutrition 
without  causing  wasting,  but  sometimes  related  to  the  weight  of  the  body  it  is  required  to  solve 
issues  in  practice.  The  overall  shortcomings  of  active  movements  occur  when  the  daily  workload 
reductions or full maintenance occur in unbalanced foods and other situations. Obviously, the best 
way of influencing such cases is the elimination of nonsmoking advances in body weight with the 
help of physical training and correction of nutrition. 
As  a  factor  in  the  effectiveness  of  different  types  of  pyrolysis,  it  is  generally  considered 
normal  to  keep  their  carriers  and  calories,  in  which  case  the  development  of  the  athlete's  natural-
physical abilities is not limited and the situation does not require the maintenance of weight. 
 
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə