Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə38/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

- 78 - 
Sino  və  ya  quluncsındırma oyunu adından bəlli  olur ki,  əsasən buradakı  hərəkətlər isinmə 
hərəkətlərindən  ibarətdir.  Bildiyimiz  kimi  bədəni  qızışdırma  hərəkətləri  çox  sadə  elementlərdən 
ibarət  olur.  Sino  oyunundan  əlavə  əsasən  isinmə  hərəkəti  kimi  quluncsındırma  hərəkətləri  özünə 
məxsusluğu ilə bərabər sadədən mürəkkəbə doğru prinsipindən bəhrələnmişdir. Bu günə qədər gəlib 
çatan  mənbələrdən  belə  məlum  olur  ki,  idmançılar  isinmə  hərəkətləri  zamanı  xüsusi  masajlardan 
istifadə  edirlərmiş.  Belə  hərəkətlərdən  əsasən  rəqibi  uzandığı  yerdə  ayaqlama  həmçinin  elastikliyi 
artırmaq  məqsədi  ilə  başı  geriyə  doğru  əyərək  ayaqla  başı  birləşdirənə  qədər  əyilərdilər,  bu 
hərəkətləri  tərəf  müqabilinin  köməkliyi  ilə  də  edərdilər.(7.səh11)  Sino  oyunu  güləşdə  xüsusilə 
böyük əhəmiyyəti olan elastikliyin inkişaf etdirilməsinə xidmət edir. 
Sino oyunu və ya quluncsındırma oyunu;-Sino oyunu üçün xüsusi alət sino taxtasıdır. 1 metrə 
qədər uzunluğu,  3 sm qalınlığı və  5 sm eni olan  bu taxta  əsasən taxtadan  ( və  yaxud qara ağacdan) 
hazırlanır. Yerə qoyarkən əl  yeri olsun deyə onun hər iki qurtaracağına təqribən 6 sm uzunluğunda 
kvadrat qalın taxta vurulurdu. Zərb alətinə dümbəyçi toxunan an mürşüdün xoş nəğməsi yüksəlməklə 
ilk dəfə süfrənin ortasında dayanan miyandar oyuna başlardı. Sonra oyunda iştirak edənlər cərgə ilə 
süfrənin  ortasında  üzüquylu  uzanıb,  ayaqlarını  divara  söykəyər,  əllərinin  üstə  döşəmədən  1  qarış 
qalxar əvvəl sağa sonra sola axırda isə aşağı enər, yerə çatmazdan təkrar qalxardılar. Amma təmrini 
yerinə  yetirənlərin  sinələri  döşəməyə  dəyməməli  idi.  Bu  təmrinlər  120  dəfə  yerinə  yetirilərdi.  Bu 
rəqəmi yerinə yetirən oyunçular fiziki cəhətdən tam hazır hesab olunardı. (13.səh.1) 
Miyandar-  zorxana  idman  oyununda  iştirak  edənlər  içərisində  ən  təcrübəlisi  və  oyunları 
digərlərindən yaxşı bilən hörmətli bir idmançı olurdu. 
Yekba  və  ya  ayaqdöymə  oyunu;-  Sino  oyunundan  sonra  yekba  və  ya    ayaqdöymə  oyunu 
başlardı.  (12.səh56)    Bir  ayağını  götürüb  digər  ayağı  yerə  qoymaqla  süfrənin  ortasında  dayanan 
miyandar oyuna başlardı. Miyandarın ayaqlarının hərəkətlərinə uyğun olaraq mürşüd də xüsusi hava 
çalardı.(12.səh.157) 8-10 dəqiqə oyun davam edərdi, bu oyundan sonra mil oyunu başlardı. Bu oyun 
bir növ sino oyunundan sonra bədəni boşaldıcı hərəkətlərdən ibarət olurdu. 
Mil oyunu- Zorxanalarda mil oynatmaq xüsusi bir tamaşaya çevrilərdi. 
Bu oyunun adı həmin oyunda işlədilən alətin adı ilə bağlıdır.  
Zorxana  mili  şümsaddan  və  yaxud  da  palıd  ağacından  hazırlanırdı.  Zorxanada  işlədilən 
millərin  ağırlığı  müxtəlif  olurdu.  Millərin  ikisinin  orta  ümumi  çəkisi  12  kq-dan  30  kq-a  qədər 
olurdu.  Mil  oyunu  zorxanada  güləşçinin  yuxarı  ətraf  əzələlərinin  inkişaf  etdirilməsində  güc 
dözümlülüyünün artırılmasında xüsusi əhəmiyyətə malikdir. (12.səh 52) 
Xalqımızın  milli  bayramı  olan  Novruzda  gücünə  inamı  olan  gənclər  ayrı-ayrılıqda  mil 
götürüb  başı  üzərində  fırladardı.  Zorxanada  olduğu  kimi  Novruzda  da  zərb  vuranlar  idmançılara 
qatılırdı. Əsasən o zaman dumbul çalınardı. Dumbul əvvəlcə lap ahəstə sonra getdikcə yuxarı qalxıb 
yenə də enərdi. Mil oynadanlar da tempə uyğun olaraq mili başının üstündə hərlədərdi. 
Mil  oyununda  püxtələşmiş  oyunçular  tək  əli  ilə  mili  yuxarı  atıb  asanlıqla  dəstəsindən 
tutardılar.  Azərbaycanın  tarix  müzeyində  “XV-XVII  əsrlərdə  Azərbaycanda  feodal  dövlətləri” 
başlığı  altında  verilən  ekspoziyasının  X  salonunda  Səfəvilər  dövlətinə  həsr  edilmiş  bölmədə 
zorxanalarda işlədilən millərdən 1 cütü nümayiş etdirilir.  
Bu  millər  orta  çəkili  və  kiçik  boylu  mildir.  Əsasən  bu  cür  millər  zorxanalarda  yüngül 
oyunlar  üçün  nəzərdə  tutulurdu.  Xüsusilə  də  bu  millərlə  bu  oyunlara  yenicə  başlayan  gənclərin 
zorxanaçılıq  sənətini  öyrənmələrində  istifadə  olunurdu.  Ümumiyyətlə  istər  ağır  istərsə  yüngül 
millərlə  zorxanada  30  formada  mil  oynadılırdı.  (12.səh53)  Süfrədə  olan  idmançılar  miyandardan 
sonra bir-birinin ardınca mil oynatmaqda öz məharətlərini göstərirdilər. Zorxana qaydalarına əsasən 
axırıncı çıxış edənlər zorxanaya təzə gəlmiş idmançı olurdu. (13.səh.74)   
Yekbagir  oyunu-Yekbagir  və  yaxud  səngi  daş  qaldırma  oyunu  kəmanədən  sonra  zorxana 
idmançlarının məşğul olduqları oyun idi. (12.səh56) 
Yekbagir və ya səng adlanan bu alət 0, 5 m eni, 3 sm qalınlığında, qapıya oxşar ortası dəstəli 
taxta olub  ümumi  ağırlığı  60-200 kq-a qədər olan iki parçadan ibarət  idi. Bu alətə səngi-zur (güc 
daşı) da deyilirdi. (5.səh71) 
Hüseynqulu Sarabski yekbagir oyununu belə təsvir etmişdir. “Yekbagir oynayanlar hovuzun 
(yəni süfrədə) içində arxası üstə uzanıb yekbagirlərin hərəsini bir əlinə alıb bütün bədəni ilə sağa və 


- 79 - 
ya sola hərəkət edərdilər. Hərəkət zamanı sağ qolu  yuxarı hərəkət etdikdə sol qol aşağı enməlidir. 
Soldan  sağa  hərəkət  edən  zaman  həmin  iş  təkrar  edilməli  idi”.  Bu  oyun  da  dumbul  çalınması  ilə 
davam edərdi. Dumbul əvvəl ağır sonra sürətli templə çalınardı. Qeyd edilməlidir ki, hər hansı bir 
idmançı  hərəkəti  iyirmi  dəfə  təkrar  etsəydi,  o  böyük  pəhləvan  sayılırdı.  (5.səh  174)  Alətlərin 
çəkisindən  və  hərəkətlərin  icra  formasından  göründüyü  kimi  bu  oyun  güləşçilərin  yuxarı  ətraf  və 
gövdə  əzələlərinin  möhkəmlənməsinə  xidmət  edir.  Bu  oyunun  xüsusi  bir  mahnısı  da  var  idi. 
Dumbulçu həmin mahnının tempi ilə dumbulu çalar, iştirakçılar da aşağıdakı mahnını oxuyardılar. 
   Əlif Allah, adın elədim əzbər  
   Bey buyurdu lütf siyan çağıdır. 
   Tey tarallah, söz sünbəsəy,  
   Cim camalın görcək ağlım dağıdır...(5.səh174) 
Kəbbadə və ya kamanə  
Kəbbadə  oyunu-  Bu  oyuna  kəmanə  oyunu  da  deyilir.  Kəbbadə  oyunu  və  yaxud  bəzi 
müəlliflərin işlətdiyi kimi - kəmanə oyunu zorxanaların yaradılmasından əvvəldir. (13.səh2) 
Kaman və ox çox qədim tarixə  malikdir. Ta qədimlərdən ox atmaq uşaqikən bir peşə  kimi 
qəbul edilmişdir. Uşaqlar kiçik yaşlarından bu peşəyə yiyələnmək üçün təlimlər keçərmişlər.  
İlk  təlimlərdə  kamanı  əldə  saxlamaq  və  ondan  düzgün  istifadə  etmək  öyrənilirdi.  Məşqlər 
əvvəlcə dəmirdən düzəldilmiş kaman üzərində həyata keçirilirdi. Bu kamanın əl yeri saf dəmirdən, 
zehi isə ona yapışdırılmış zəncirlərdən ibarət idi. Nisbətən ağır olan bu alətdə təlim keçənlər sonra 
kamandan  sərbəst  istifadə  edə  bilirdilər.  Kəbbadə  sözü  də  təlim  kamanlarında  məşq  keçirmək 
demək  idi.    Kəbbadə  sözünə  zorxanaların  yaranması  tarixindən  əvvəli  dövrlərdə  yaşamış  şairlərin 
əsərlərində də rast gəlinir. ( 14.səh55) 
Kəbbadə üç santimetr yarım (3, 5 sm) qalınlığında, 1 metr uzunluğunda girdə, ucları 1 metr 
uzunluğunda  zəncirlə  birləşdirilmiş  dəmir  alətdir.  Bu  aləti  bir  əllə  dəmirin  ortasından  digər  əllə 
zəncirin  ortasından  yapışıb  dik  başlarının  üstünə  qaldırılır.  Əvvəlcə  sağa  sonra  sola  aparılır  sonda 
başa keçirilir. Hərəkət dumbulun tempilə əvvəlcə ağır sonra bir qədər sürətlə həyata keçirilərdi. 14-
15 kq ağırlığı olan bu alətin kaman hissəsini idmançı sol əlinə və zəncir hissəsini isə sağ əlinə alıb 
başı üzərində hərəkət etdirərdi.( 14.səh55)  
O  dövrün  yaxşı  idmançıları  kəbbadəni  boyunlarından  aşağı  endirib  əllərini  buraxaraq 
bellərində  hərlədərdilər.  Hazırda  kəbbadənin  bu  hərəkətləri  tamamilə  başqa  formada  əsasən 
aliminium və ya plasmas həlqələrlə əvəz edilmişdir. 
Kəbbadə  oyunu  da  güləşçilərin  ümumi  fiziki  hazırlığının  artırılması  məqsədi  ilə  tətbiq 
olunurdu. 
Çərxi və ya təndövrə:- Meydanın ortasında dayanan miyandarın çərx vurmağa başlaması ilə 
onu  dövrəyə  alan  idmançıların  çərx  vurmaqları  bir  anda  başlayırdı.  Çərxvurmanın  bir  neçə  növü 
var. “ Çərx cəngəli” adlanan çərxvurma oyunu geniş yayılmışdır. İdmançı yerindən sıçrayıb havada 
bir  və  ya  bir  neçə  dəfə  çərx  vurur.  Bu  oyundan  sonra  idmançılar  musiqi  sədaları  altında  süfrənin 
ətrafında  sürətlə  hərəkət  edirlər.  Bu  oyunda  isə  güləşçidə  cəldlik  və  sürət  keyfiyyətinin  inkişaf 
etdirilməsi nəzərdə tutulur.(13. Səh. 2) 
Güləşin  yaranması  və  inkişaf  tarixi  ilə  əlaqədar  aparılan  tədqiqatlarda  bütün  sahələrdə 
olduğu kimi Avropa mənbələrində güləşi də Avropalaşdırmışlar. 
Güləş idman növü iki yerə bölünmüş, milli və beynəlxalq növlərə ayrılmışdır. 
Azərbaycan milli güləşinin tarixi bizim eramızdan əvvəllərə gedib çatır.         Tam əminliklə 
deyə  bilərik  ki,  bizim  milli  güləşimizdə  işlədilən  fəndləri  beynəlxalq  sərbəst  güləş  fəndləri  ilə 
eynidir  və  zorxanalarda  icra  olunan  hərəkətlər  müasir  güləş  məşqlərində  güləşçilərin  həm  fiziki, 
həm  də  texniki  və  taktiki  cəhətcə  hazırlanmasında  tətbiq  olunan  metodların  ilkin  formasıdır. 
(14.səh59) 
Bütün dünyanın sərbəst güləş mütəxəssisləri Azərbaycan milli güləşi ilə beynəlxalq sərbəst 
güləşin  fəndlərinin  üst-üstə  düşdüyünü  təsdiqləyirlər.  Bu  gün  Azərbaycan  güləşinin  dünya 
liderlərdən biri kimi özünü təsdiq etməsi güləşmənin qədimliyindən milli adət-ənənələrimizdən açıq 
aydın  xəbər verir.  Bildiyimiz kimi rəsmi olaraq  qadın  güləşi  son illər Yay  Olimpiya Oyunlarında 
oyunların proqramına daxil edilmişdir. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə