Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə35/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   31   32   33   34   35   36   37   38   ...   91

- 72 - 
sübutlar, dəlillər, səbəblər deməkdir (8, səh.102).  İcmallarda motivasiya sözünün əvəzinə sadəcə olaraq 
dərsin gedişi yazılması kifayətdir. Bunun kimi digər alınma sözlər də əvəzlənməlidir.         
Müəllimlərimizin  çətinlik  çəkdiyi  məsələ  Motivasiya-  yəni  problemin  qoyuluşudur  (10). 
Motivasiya  elə  dərsin  gedişidir.  Kurikulum  islahatlarına  aid  ədəbiyyatlarda  Motivasiyaya  10 
dəqiqəyədək  vaxt  verilir.  Qeyd  etmək  lazımdır  ki,  bir  qrup  metodistlər,  bu  sahə  ilə  məşğul  olanlar 
qeyd  edirlər  ki,  kurikulum  islahatında  müəllim  passivdir-istiqamətvericidir.  Şagird  isə  aktivdir.  Bəs 
motivasiya üçün ayrılmış vaxt ərzində proses nə cür getməlidir. Kurikuluma aid ədəbiyyatlarda qeyd 
edilir  ki,  motivasiyanın  gedişində  müəllim  ilk  növbədə  problemin  qoyuluşunu  qeyd  etməlidir. 
Problem nədir. Nəzərə alsaq ki, bizim dərsimiz hansı mövzu üzərində qurulacaq elə bu bizim qarşıya 
qoyacağımız problemdir. Yəni alt standartda qeyd edilən mövzunun adını  müəllim lövhədə yazır və  
şagirdlərə izah edir ki, bizim öyrənəcəyimiz, üzərində tədqiqat aparacağımız mövzu budur. 
Metodistlər,  didaktiklər  qeyd  edirlər  ki,  müəllim  yeni  mövzunu  izah  edərkən  şagirdlərin 
keçmiş biliklərinə əsaslanmalıdırlar. Keçmiş biliklərin müəyyən edilməsi üçün şagirdlər sual-cavab 
edilməlidir.  Müəllim  sinfin  keçmiş  biliklərinin  səviyyəsini  müəyyən  etdikdən  sonra  yeni  materialı 
hansı səviyyədə izah edəcəyini müəyyənləşdirir.  
Ənənəvi metodikada bu sinfin fəallaşdırılması kimi qəbul edilmişdir. Tədris işində çalışanlar 
bu prosesi  əks-əlaqə  adlandırırlar və  geniş  istifadə edirlər. Əks-əlaqə  yaradıldıqdan sonra müəllim 
yeni  dərsə  maraq  yaratmaq,  şagirdlərin  diqqətini  izahata  cəlb  etmək  üçün  problem-situsiya 
üsulundan  istifadə  edirdi.Yəni  qarşıya  elə  suallar  qoyulurdu  ki,  şagirdlərin  diqqəti  dərsə  cəlb 
edilsin.  Kurikulum  islahatlarında  isə  bu  vəziyyət  yönəldici  suallar  kimi  qeyd  edilir  (10).  Yəni 
problemli  sualın  həll  edilməsi  üçün  bir  neçə  istiqamətverici  sual  yazılır.  Pedaqoji  baxımdan 
motivasiya psixoloji  amil  olub  şagirdin təlim  fəaliyyəti mexanizmasını hərəkətə  gətirən qüvvədir. 
Problem şagirdin idrak fəaliyyətini artırır, yəni şagirdin düşünmə aparatını işə salır. Motivasiya fəal 
dərsin  başlanğıc  mərhələsidir.  Müəllim  motivasiyanı  düz  qurubsa  dərsin  əsas  hissəsini  yerinə 
yetirmiş olur. Motivasiya iki prinsip əsasında qurulur (10). 
Problemlilik  (10).  Problem  qoyularkən  burada  müəllimin  dərsdə  şagirlərə  nə  öyrədəcəyini 
qarşısına  qoyduğu  məqsədləri  nəzərə  almalıdır.  Ona  görə  ilk  istiqamət  problemlilikdir.  Ənənəvi 
metodikada  problemli  vəziyyət  yaradılırdı  ki,  şagird  dərsə  yaxşı  qulaq  assın,  izahatı  diqqətlə 
dinləsin. Kurikulum islahatlarında isə problemli şərait yaradılır ki, şagirdin diqqəti ancaq problemli 
məsələnin araşdırılmasına yönəldilsin. Ona görədə tədqiqat sualı elə seçilməlidir ki, şagirdin idrak 
fəaliyyəti    problemin  həllinə  yönəlsin.  Müəllim  çalışmalıdır  ki,  şagirdin  fəallaşdırılmış  idrak 
fəaliyyətinə rəhbərlik etsin. Əks təqdirdə müəllim məqsədinə nail ola bilməz 
İkincisi  məqsədyönümlülükdür  (10).  Tədqiqat  sualı  qoyularkən  müəllimin  məqsədinə 
uyğunlaşdırılmalıdır. Çünki  müəllimin  məqsədi  bu tədqiqat sualı vasitəsi  ilə həyata keçiriləcəkdir 
Ona görə də tədqiqat sualı müəllimin məqsədinə xidmət etməlidir. 
Yönəldici  suallar isə  tədqiqat sualının  reallaşmasına kömək edici  olmalıdır. Tədqiqat sualı 
problemlilik  prinsipini  reallaşdırır.  Biz  tədqiqat  sualının  və  yönəldici  sualların  qoyuluşuna 
misallarla baxaq. Fərz edək ki, bizim  alt standartımız  “ Günəş sistemi planetləri ” mövzusudur. Bu 
mövzuya tədqiqat sualının aşağıdakı kimi qoyulması məqsədə uyğun olardı:  
1.
 
Günəş sistemi planetləri və onların əsas xüsusiyyətləri  
Yönəldici suallar: 
 1. Günəş sisteminin planetləri hansılardır ? 
 2. Günəş sistemi planetləri hansı qruplara bölünür ?  
 3. Bu qrupların oxşar və fərqli xüsusiyyətləri hansılardır. 
Tədqiqat  sualı  haqqında  izahat  verərkən  müəllim  dərsin  tipini,  induktiv  və  yaxud  da 
deduktiv dərs tipindən istifadə etdiyini yaddan çıxarmamalıdır. 
Müəllim  dərs  müddətindən  səmərəli  istifadə  etməsi  üçün  daha  yaxşı  olar  ki,  bu  suallar 
videomaterial  halında  ekrana  salınsın  və  müəllim  tədqiqat  sualını  yazarkən  izahat  versin.  Məs: 
Müəllim belə bir izahatla dərsə başlaya bilər.Uşaqlar biz bu günkü dərsimizdə sizinlə səma cisimləri 
içərisində bizim üçün ən maraqlısı olan  “Günəş sistemi planetləri” mövzusunu öyrənəcəyik. Gəlin 
görək günəş sistemi nədir, bu sistemə hansı göy cisimləri daxildir, bu planetlər hansı xüsusiyyətlərə 
malikdir, onların oxşar və fərqli xüsusiyyətləri hansılardır”. Bu giriş sözündən sonra yaxşı olar ki, 


- 73 - 
müəllim hazırladığı videomaterialı və yaxudda hazırladığı slaydda günəş sisteminin şəklini ekrana 
salsın.  Müəllim  bu  slayd  üzərində  müəyyən  məlumatlar  verməlidir.  Hansı  ki,  təlimin  məqsədində 
nəzərdə tutulubdur. Planetlərin adlarını saymalı, daxili və xarici planetlər haqqında, onların oxşar və 
fərqli  xüsusiyyətlərini  qeyd  etməlidir.  Müəllim  imkan  daxilində  internetdən  ayrı-ayrı  planetləri 
ekranda  göstərməli  onlar  haqqında  dərslikdə  olan  mətni  ucadan  oxutmalı,  mətndə  olmayan  əlavə 
məlumatlar verməlidir. Günəş sisteminə daxil olan 8 planetin hamısı haqqında qısa da olsa məlumat 
verməlidir.  Müəllim  materialı  izah  edib  qurtaranda  şagirdlər  hiss  etmədən  qısa  nəticə  verməli  və 
nəticədən  hiss  olunmadan    dərsin  yekunu  üçün  sual-cavaba  keçməlidir.    İzah  edilən  yeni  material 
bir  neçə  sualla  sual-cavab  edilməlidir.    Bu  sual-cavabla  müəllim  materialı  yekunlaşdırır.  Yeni 
materialdan şagirdlərin nə səviyyədə bilik əldə etdiyini və bu biliklər əsasında hansı bacarıqlar əldə 
etdiyini yoxlamaq üçün müəllim şagirdləri iş vərəqləri üzərində işlədə bilər və yaxud da fəal təlimin 
müxtəlif  metodlarından  istifadə  etməklə  onların  bacarıqlarını  yoxlaya  bilər  və  yaxudda  əldə 
etdikləri bilikləri bacarıqlara çevirə bilər. Bunun üçün keçdiyi mövzu üzrə şagirdlərin müstəqil işini 
təşkil  etməlidir.  Ona  görə  də  müəllim  dərsə  hazırlaşarkən  sinifdə  tədqiqat  işinin  aparılması 
formasını  müəyyən  etməlidir.Yəni  cütlərlə,  kiçik  qruplarla,  kollektivlə  və  yaxud  da  fərdi  iş 
aparacağını əvvəlcədən müəyyən edir. İş formasına uyğun olaraq əvvəlcədən iş vərəqəsi hazırlayır.  
Tədqiqatın  aparılması  (15  dəq)  (10).  Sinifdə  olan  şagirdlər  4-5  nəfərdən  ibarət  bir  neçə 
qrupa bölünür.  Qeyd etmək lazımdır ki, sinfin qruplara bölünməsi hələ sentyabr ayında, bizcə sinif 
rəhbəri tərəfindən aparılması daha məqsədə uyğundur. Bizim məqsədimiz neçə bənddən ibarətdirsə 
biz bir o qədər də qrup ayıra bilərik. Məqsədlərdə yazdığımız hər cümləni bir vərəqədə (iş vərəqi) 
evdə yazırıq və bu vərəqələrin hər birini ayrı-ayrı qruplara paylayırıq. Yaxud da məqsədimizdə olan 
bəndlərin hər birinə uyğun bir neçə suallar yazaraq iş vərəqi şəklində tapşırıq kimi veririk. 
Şagirdlərin əldə etdiyi bilikləri yoxlamaq və bacarıqları üzə çıxartmaq üçün onların tədqiqat 
işini təşkil edirik. Şagirdlərə verilən iş vərəqlərindəki tapşırıqlar məqsədlərə uyğun olmalıdır. 
Tapşırığın çətinlik dərəcəsindən asılı olaraq müəllim tapşırığın yerinə yetirilməsinə vaxt təyin edir. 
İnformasiya mübadiləsi (10 dəq) (10). Bu bölmədə şagirdlər onlara təqdim olunmuş suallar 
üzərində çalışırlar və işi müəyyən edilmiş vaxt  ərzində hazırlayıb  müəllimə təqdim edirlər.Yerinə 
yetirilmiş tapşırıqlar müəllim tərəfindən toplanılaraq lövhədən asılır.  
İnformasiyanın  müzakirəsi  (10).  Hər  qrupdan  bir  nümayəndə  durub  yerinə  yetirilən  tapşırıq 
haqqında məlumat verilir. Bu zaman müəllim çalışmalıdır ki, şagirdlər vərəqədə yazılanlardan əlavə heç 
nə deməsinlər. Şagirdlərin təqdimatı qurtardıqdan sonra qruplar bir-birinin işini qiymətləndirirlər. 
Qiymətlədirmədə  çalışmaq  lazımdır  ki,  şagirdlər  ədalətli  olsunlar.  Bu  qiymətləndirmədən 
sonra  müəllim  özü  qrupların  qiymətləndirməsini  aparmalıdır  və  ədalətli  qiymətlər  verməlidir. 
Verilən qiymətlər meyar qiymət cədvəlində öz əksini tapmalıdır (7 dəq).  
Nəticə  və  ümumiləşdirmə  (3  dəq)  (10).  Müəllim  şagirdlərin  cavablarını  dinləyir,  yoxlayır, 
təhlil  edir  və  qiymətlədirmə  aparır.  Qiymətləndirmə  zamanı  təlim  nəticələrini  əsas  qəbul  edir. 
Şagirdlərin  qiymətləndirilməsi  meyar  cədvəlinə  uyğun  olaraq  aparır.  Qiymətlər  gündəliklərdə  və 
rubrik jurnalında qeyd edilməlidir. 
Qeyd etmək lazımdır ki, meyar qiymətləndirmə cədvəlində qiymətləndirmə qruplar üzrə aparılır. 
Fərdi qaydada şagird öz qiymətini bilmir. Ona görə də məktəblərdə rubrik jurnallar yaradılmalı və fərdi 
qiymətlər  verilməlidir.  Bu  qiymətləndirmənin  aparılması  üçün  metodik  göstərişlərdə  qiymətləndirmə 
meyarları  verilir.  Məs:  bizim  mövzu  üzrə  qiymətləndirmə  meyarı  kimi:  şərhetmə  və  müqayisə 
kriteriyaları nəzərdə tutulubdur. Qiymətləndirmədən sonra müəllim evə tapşırıq verir. 
Ev  tapşırığı.  Bunun  üçün  müəllim  dərslikdə  olan  fəaliyyətləri  və  ya  özü  tərtib  etdiyi 
tapşırıqları verə bilər. 
 Bununla bizim dərsimiz başa çatır. Deməli motivasiya elə dərsin əsas gediş mərhələsidir. Bu 
prosesin düzgün təşkil olunması dərsin səmərəliliyini artırar və yüksək nəticələr əldə etmiş olarıq.  
Qeyd etmək lazımdır ki, müəllim evdə dərsə hazırlaşarkən dərsdə şagirdlərin müstəqil tədqiqat 
işi aparmasına da vaxt ayıra bilər və ayırmalıdır. Şagirdlərə verilən biliklərin nə səviyyədə bacarıqlara 
çevrildiyini  yoxlamaq  üçün  iş  vərəqləri  tərtib  etməlidir.  İş  vərəqlərinə  məqsədlərdə  qeyd  edilən 
başlıqlar  və  yaxud  da  onlara  yaxın  məsələlər  salınmalıdır.  Motivasiyanın  şagirdləri  iş  vərəqləri 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə