Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə36/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   32   33   34   35   36   37   38   39   ...   91

- 74 - 
üzərində işlətməklə onların təqdimatını, özünü qiymətləndirmə ilə həyata keçirilməsi dərsin daha da 
effektli olmasına, biliklərin bacarıqlara, bacarıqlarınsa vərdişlərə çevrilməsinə zəmin yaradır. 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planları, 2010, 2011, 2012, 2013-cü illər 
2.  Kurikulumların  hazırlanması  və  tətbiqi  məsələləri.  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyi.Təhsil Problemləri İnstitutu. Metodik tövsiyyə. Kövsər. Bakı, 2008 
3. Azərbaycan Respublikasında Ümumu Təhsilin Konsepsiyası (Milli Kurikulumu). Bakı, 2006. 
4. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün “Həyat bilgisi” fənni kurikulumu. Bakı, 2008. 
5.  Süleymanoğlu  F.  İbtidai  təhsil  pilləsi  üçün  “Həyat  bilgisi”fənni  kurikulumu  ilə  bağlı  bəzi 
qeydlər.İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı. 2007, № 4 
6. Orucəliyev N. B. Pedaqoju ustalığın əsasları. Bakı.2005. Nurlan 
7. Ə.Həsənov. Pedaqoji ustalığa aparan yol. Bakı, 2014, 96 səh. 
8. Rusca-Azərbaycanca lüğət, 2-ci hissə (L-P)  1983-cü il 
9. Kurikulum islahatları ilə əlaqədar seminar kursları üçün treyninq materialları, 2013 
10.  Əli  Həsənov,  İsmət  Həsənov  .Kurikulum  islahatı  ilə  əlaqədar  coğrafiyadan  icmalların  tərtib 
edilməsi. NDU. Elmi əsərlər № 1 (82), Naxçıvan, NDU, Qeyrət, 2017, səh. 209-212. 
 
ABSTRACT 
Ali Hassanov, Ulvuya Isgandarova 
Hassan Hassanov, Roya Mammadova  
MOTIVATION IN CURRICULUM REFORM 
METHOD OF CONDUCTING 
The  article  gives  a  brief  overview  of  the  education  reforms  in  the  Republic  of  Azerbaijan. 
The  textbook  explains  the  methodology  of  the  course’s  motivation  and  its  implementation.  It  is 
noted  that  the  core  of  the  curriculum  reform  is  its  motivation.  If  the  teacher  builds  motivation 
correctly, the lesson will be more effective and will be used properly. 
It  should  be  noted  that  the  teacher  should  provide  background  information  on  research 
questions  as  well  as  supporting  questions  when  writing  on  the  board.  Explaining  his  explanation 
and  completing  question-answer.  In  the  remaining  period,  students  should  organize  their 
independent  work  to  form  skills.  At  the  end  of  the  lesson,  an  assessment  should  be  made,  the 
students should give homework assignments prepared by the textbook or the textbook. 
 
РЕЗЮМЕ 
Али Гасанов, Ульвия Искандарова  
Гасан Гасанов, Роя Маммадова  
МЕТОДИКА ПРОВЕДЕНИЯ МОТИВАЦИИ В  
РЕФОРМЕ КУРИКУЛЮМОВ 
В  статье  дается  краткий  обзор  образовательных  реформ,  осуществляемых  в 
Азербайджанской  Республике.  В  связи  с  реформой  образования  глава  объясняет 
мотивационную часть и методологию ее реализации. Отмечается, что в реформе курикулюма 
основу  урока  составляет  мотивация.  Если  учитель  правильно  строит  мотивацию  урока  то 
урок будет более полезным и будет правильно использовано время.  Следует отметить, что 
учитель должен предоставлять справочную информацию по вопросам исследований, а также 
поддерживать вопросы при написании на доске.  
Объяснение подитаживается заключением и ответами на вопросы. 
 В оставшийся промежуток времени должен организовать самостоятельную работу по 
сформлению  умений  у  учеников.  В  конце  урока  проводится  оценка  успеваемости,  даётся 
учащимся домашнее задание из учебников или подготовленных  учителем заданий 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent V.Rzayev
 
 
 


- 75 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
MƏMMƏDƏLİ RƏHİMOV 
Naxçıvan Dövlət Universiteti 
r.memmedeli @ yahoo.com 
HEYRAT QULAMOV 
Naxçıvan MR. Gənclər və idman nazirliyi                                     
UOT:796 
ZORXANALARDAN GÜLƏŞ ARENALARINA 
 
Açar sözlər: zorxana, xalq oyunları, mürşüd, miyandar, pəhləvan, güləş   
Key words: zorxana, folk games, mürşüd, miyandar, wrestler, wrestling  
Ключевые слова: зорхана, народные игры, муршуд, мияндар, рехлеван, борьба 
Azərbaycanın  xalq  oyunları  cəmiyyətimizdə  qürur,  cəsarət,  mərdlik,  vətənpərvərlik    kimi 
keyfiyyətlərin  aşılanmasında  xüsusi  əhəmiyyət  kəsb  etmişdir.  Xalq  oyunları  sırasında  çövkən 
oyunu, (9.səh.4) zorxana, (14.səh.55) papaq aldı qaç, kəndirbazlıq (8.səh.4) kimi  milli oyunlarımızı 
misal  gətirmək  olar.  Çox  maraqlıdır  ki,  bu  gün  dünyada  “  Polo”  adı  ilə  məhşurlaşan  idman 
yarışlarının elementləri tamamilə Çövkən oyununda olan qaydalar əsasında yaradılmışdır. 
Qədim tarixə malik olan xalq oyunlarından biri də zorxanadır.  Qeyd etməliyik ki, zorxana 
da    qədim  Azərbaycan  şəhərlərində,  Təbrizdə,  Ərdəbildə,  Bakıda,  Naxçıvanda,  Ordubadda    və  s.  
şəhərlərdə  mövcud  olmuşdur.  Burada  çox  rəngarəng  və  məzmunlu  hərəkətlər  həyata  keçirilir 
(1.səh.27).  Pəhləvanlar  meydana  mil  oynada-oynada  çıxar,  rəcəz  oxuyardılar.  Bu  qaydada  onlar 
özlərinə  rəqib  axtarardılar.  Kənd  yerlərində  əsasən  zorxana  meydanlarını  çöl-çəmənliklər  əvəz 
edirdi.  Bayram  və  el  şənliklərində  “Cəngi”  sədaları  altında  yaxın  kəndlərin  gəncləri  toplaşaraq 
güştu  tuturdular.  Xalq  tamaşalarının,  meydan  tamaşalarının  tərkib  hisssəsi  kimi  bu  gün  də  öz 
formasını  qoruyub  saxlayan,  güc  sınamaq,  güşt  tutmaq,  daş  oynatmaq,  qulunc  sındırmaq,  buğa 
boynu  əymək,  kəndirbazlıq  etmək  yalnız  oğuz-türk  xalqlarının  deyil,  həm  də  bütün  dünya 
xalqlarının  xüsusi  oyunlarına  çevrilib.  Xalqın  ruhunda  pəhləvan  obrazı  yenilməz,  məğlubedilməz 
şəkildə  təqdim  edilməsi  boş  yerə  yaranmamışdır.  Zorxanada  böyük  ad-san  qazanmış  pəhləvanlar 
xalqın dar günlərində də öz şücaətləri ilə yaddelli işğalçılara qarşı mübarizədə həmişə fərqlənmişlər. 
Orta  əsrlərdə  zorxanalarda  möhkəm  cüssəli  pəhləvanların  hazırlanması  böyük  əhəmiyyət  kəsb 
etmişdir. (6.səh. 27) Zorxana sözü-zor göstərmək, zor yeri deməkdir. Zorxanalarda bir neçə idman 
oyunu  həyata  keçrilirdi.  Qeyd  edilməlidir  ki,  bu  oyunlar  zorxanadan  kənarda  ayrıca  bir  idman 
oyunu  kimi  tanınmamışdır.  Bu  oyunlar  pəhləvanların  fiziki,  psixoloji  və  iradi    cəhətdən 
hazırlanmasına  xidmət  etmişdir.  O  zamanlar  zorxanalarda  əsas  məqsəd  pəhləvanlar  yetişdirilməsi 
xalqın dar günlərində, vətənin təhlükə qarşısında olduğu vaxtlarda onun müdafiəsində pəhləvanların 
gücündən,  bacarığından  faydalanmaqdan  ibarət  olmuşdur.  Pəhləvanlıq  hələ  çox  qədimlərdən 
məlumdur.  Pəhləvanlığı  Sasanilər  dövründə  Cahan  pəhləvanı  (paytaxt  pəhləvanı)  orduda  bir 
mənsəb kimi qəbul edilmiş, bu mənsəblərə şücaətli şəxslər təyin edilmişdir.(11. Səh. 80) 
Səfəvilər  dövründə  dövlətin  xüsusi  vəzifələrindən  biri  də  pəhləvanbaşı  hesab  edilirdi.  O 
dövrdə  dövlət  xidmətçiləri  olan  həkimbaşı,  mollabaşı,  xəzinədarbaşı  kimi  vəzifələrlə  yanaşı 
pəhləvanbaşı xüsusi statusa malik idi. 
Əsasən  zorxanaların  meydana  gəldiyi  dövr  rəsmi  olaraq  Səfəvilərin  hakimiyyəti  dövrünə 
təsadüf edir. Məhz ilk zorxanaların  yarandığı  yerlərdən Təbriz, Naxçıvan, Ordubad, Ərdəbil,  Bakı 
şəhərlərini göstərmək olar.(6.səh.27) 
Orta əsrlərdə Naxçıvan, Ərdəbil, Təbriz pəhlivanları böyük şöhrətə malik olmuşlar. 
Zorxanalarda  işlədilən  güləş  fəndlərinin  bir  çoxu  dövrümüzə  qədər  gəlib  çatmışdır.  O 
dövrdə ordunun təlim-tərbiyəsinə xüsusi fikir verilməsi məqsədi ilə bir çox şəhərlərdə “zorxanalar” 
açılmışdır.  Bu  zorxanalar  ta  qədimdən  XIV  əsrin  əvvəllərinə  qədər  ibtidai  formada    göy  otun 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə