Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə32/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

- 66 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
VİDADİ SALMANOV 
KÖNÜL SALMANOVA  
 Naxçıvan Dövlət Universiteti 
UOT:13 
EKOLOGİYA VƏ MƏNƏVİYYAT 
 
Açar sözlər: ətraf mühit, cəmiyyət, təbiət, müharibə, vandalism, şüur, mədəniyyət 
Keys word: environment, society, nature, vandalism, consciousness, culture 
Ключевые  слова:  окружающая  среда,  общество,  природа,  война,  вандализм, 
сознание, культура 
Yer kürəsinin maddi aləminin əsas tərkib hissələri insan və təbiətdir. Təbiət insan şüurundan 
asılı olmayaraq zaman və  məkan  daxilində  mövcud  olan  sonsuz  bir  varlıqdır.  Təbiət  həm  insanın 
yaşamasını təmin edən vasitə, həm də onun fəaliyyəti, eləcə də mövcud olması üçün əsas şəraitdir, 
mühitdir.  İnsan  öz  növbəsində  yalnız  bioloji  növ  olmayıb,  cəmiyyətin  inkişaf  qanunları  əsasında 
mövcud olan sosioloji  varlıqdır.  İnsanın  bütün  varlığı,  yaşayışı,  məişəti  və  həyat  tərzi  ətraf  mühit, 
onun tərkib hissələri və amilləri (torpaq, su, hava, mikro və makrofauna və flora, kosmik və Günəş 
şüaları, biosfer və onun bütün amilləri) ilə  əlaqədar olmaqla, bilavasitə onlardan asılıdır. 
 Ətraf  mühit  dedikdə  insan  fəaliyyətindən  asılı  olmayaraq  onu  əhatə  edən  canlı  və  cansız 
təbiətin məcmusundan ibarətdir və onun mühafizəsi bəşəriyyətin ən əhəmiyyətli problemidir. Təbii 
ətraf mühit amilləri insanı həmişə özündən asılı vəziyyətə salmış və onunla dialektik vəhdət təşkil 
etmişdir. Bu amillər insanın yaşamasında, uzun ömür  sürməsində,  sağlamlığında,  bir  bioloji  varlıq 
kimi  fomalaşmasında  və  ümumi  inkişafında  çox  böyük  rol  oynayır.  Ətraf  mühit  amilləri  həm  də 
insanın  əsas  bioloji  və  sosial  iqtisadi  tələblərinin  ödənilməsini  təmin  edən  ən  başlıca  mənbələr 
sayılır.  Hələ  qədim  dövrlərdə  insanlar  zərərli  və  təhlükəli  ünsürlərdən  özlərini  mühafizə  etmək 
məqsədilə  təbii  ətraf  mühit  amillərindən  geniş  istifadə  etmişlər.  Bu  amillər  həm  də  insanları 
sığınacaq, yaşayış vasitəsi, yeyinti məhsulları, dərman maddələri, geyim və əmək alətləri ilə təmin 
edən  xammal  mənbələri  hesab  olunur.  Həmin  xammal  mənbələri  müharibə  və  münaqişələrin 
yaranmasının əsas səbəbi olmuşdur.  
Deyilənlərlə yanaşı dünya ekoloji mühitinin korlanması bəşər insanını dərindən düşünməyə 
vadar  edir.  Vaxt  keçdikcə  insanlar  dərk edirlər  ki, təbii  ehtiyatlara  qeyri-elmi  münasibət,  havanın, 
suyun,  torpağın  çirkləndirilməsi  insanın  özünün  sağlamlığı  və  yaşayışı  əleyhinə  yönəlmiş  bir 
fəaliyyətdir.  Bildiyimiz  kimi,  ölkəmiz  gözəl  təbii  şəraitə,  zəngin  təbii  sərvətlərə,  inkişafda  olan 
sənaye  sahələrinə  malik  olan  bir  dövlətdir.  Ətraf  mühitin  tərkib  hissələri  bəşəriyyətin  inkişaf 
tarixinin bütün mərhələlərində insanın antropogen təsirlərinə məruz qaldığı üçün get-gedə özünün 
təbii  mövcudluğunu  itirmiş  və  ekoloji  disbalans  hökmranlıq  etmişdir.  Həmin  ekoloji  disbalansın 
yaranmasında,  təbiətin  normal  ahənginin  pozulmasında  və  ətraf  mühitin  çirklənməsində 
müharibələr və milli etnik münaqişələr müstəsna rol oynamışdır. 
 İnsan yer üzərində
 
yarandıqdan sonra
 
müxtəlif silah növlərilə saysız- hesabsız müharibələr 
etmişlər.  Bu  müharibələr  əsas  etibarilə  torpaq  tutmaq,  təbii  sərvətlərə  yiyələnmək,  ərazi 
genişləndirmək, din və ərazi ayrı-seçkilikləri əldə etmək və s. səbəblərdən baş vermişdir. Təkcə XX 
əsri götürsək həmin əsrin I yarısında iki dünya müharibəsi tarixdə misli görünməmiş təbii, ekoloji,
 
siyasi
 

 
iqtisadi
 
nəticələrilə
 
tarixə
 
düşmüşdür.
 
II Dünya müharibəsində bəşəriyyətin bu vaxta kimi 
görmədiyi  silah  və  sursatdan  istifadə  edilmişdir.  Görünür  elə  bu  aramsız  müharibələr,  kütləvi 
xəstəliklər,  irili-xırdalı  müxtəlif  dağıdıcı  təbii  hadisələr  (vulkan  püskürmələri,  zəlzələlər,  sellər, 
okeanlarda  sunami  dalğaları,  fırtınalar,  qasırğalar,  tornado,  səhralaşma  kimi  problemlər)  hər  bir 
ictimai formasiyada özünəməxsusluğu ilə seçilmiş və öz təsirini göstərmişdir. 


- 67 - 
Həm dünya müharibələri, həm də milli etnik münaqişələr zamanı təbiətə, onun sərvətlərinə 
ağır  zərbələr  vurulmuş  və  neqativ  ekoloji  təsir  göstərmişdir.  Ümumiyyətlə,  müharibələr  və  etnik 
münaqişələr təbiətə çox böyük dağıdıcı təsir göstərməklə, torpağın, suyun və havanın tozlarla, tüstü 
və kimyəvi zəhərli maddələrlə çirklənməsilə insan sağlamlığına çox güclü neqativ təsir göstərmiş və 
cəmiyyətin  ümumi  inkişafına  ciddi  maneçilik  törətmişdir.  Müharibələr  zamanı  xeyli  insan  tələfatı 
olmuş, insanların sağlamlığına güclü neqativ zərbə endirilmiş, xəstəliklərin sayı, uşaq ölümü və ölü 
uşaqların  doğulması  artmış,  anomaliya  halları  çoxalmış  və  bəşəriyyətin  ümumi  inkişafının 
ləngiməsinə, normal ahənginin pozulmasına zəmin yaradılmışdır. 
Lokal  ekoloji  müharibələr  həmişə  daha  güclü  dağıdıcı,  bərpa  olunmayan,  yaxud
 
çox, 
çətinliklə    bərpa  olunan  aşağıdakı  ekoloji  təzadlara  səbəb  olur:  tükənən  və  bərpa  olunmayan 
enerjiresurslarının - neft, onun məhsulları, təbii qaz, oduncaq,
 
kömürün normadan çox istismarı və 
istifadə  olunması  nəticəsində  ətraf  mühit  güclü  çirklənməyə  məruz  qalır;  bombaların  partlaması 
nəticəsində  torpaqda  dərin  çatlar,  yarğanlar  əmələ  gəlir,  ərazinin  təbii  relyefi  və  coğrafi  mövqeyi 
pozulur,  torpaqlar  eroziyalaşır,  təsərrüfat  əhəmiyyətinin  itirir;  müharibə  gedən  və  ona  qonşu  olan 
ərazilərdə  ətraf  mühit  güclü  təsirə  malik  olan  kimyəvi  zəhərləyici  maddələrlə  çirklənir;  müharibə 
zamanı  ekosistemlərə  çox  ciddi  zərər  vurulur;  quruda  və  dənizdə  minalar,  kimyəvi  zəhərli 
maddələrlə dolu olan partlamamış mərmilər ərazidə məskunlaşan insanların kütləvi ölümünə səbəb 
olur və s. 
 
Müharibələrin  və  etnik  münaqişələrin  təbiətə,  ətraf  mühit  amillərinə  və  təbii  sərvətlərə 
vurduğu  ağır  ekoloji  zərbələrin  neqativ  nəticələri  dünya  alimlərini  «ekoloji  müharibə»,  «ekoloji 
terrorizm»,  «meteoroloji  müharibə»,  «geofiziki  müharibə»,  «biosid»  -  bioloji  varlıqların,  flora  və 
faunanın nəslinin kəsilməsi və s. kimi beynəlxalq terminləri etiraf və şərh etməyə məcbur etmişdir. 
«Ekoloji  müharibə»  termini  əsasən  Vyetnamda  gedən  müharibənin  ölkə  ərazisində  və  qonşu 
ərazilərdə  ətraf  mühitə  göstərilən  çox  güclü  ekoloji  zərbədən  sonra  dünya  ekoloqları  tərəfindən 
işlənməyə başlamış və hazırda ekoloji aləmdə ilkin
 
yerlərdən birini tutur. Ekoloji  müharibələr, bir 
qayda olaraq, ərazinin səhralaşması və xarabalığa çevrilməsi ilə nəticələnir.
 
Bakterioloji və kimyəvi 
qırğın  silahlarından  istifadə  edilməsi,  onların  sınaqdan  keçirilməsi  və  heyvanlar  üzərində 
ekspermentlərin  aparılması  ətraf  mühiti,  xüsusilə  torpaqları,  su  mənbələrini  və  havanı  patogen 
mikroorqanizmlər  və  zərərli  kimyəvi  maddələrlə  çirkləndirir,  dəhşətli  epidemiya  və  epizootiyalar 
başlayır.  
Müharibələr  bəşəriyyətə  ölüm,  fəlakət  və  dağıntı  gətirdiyi  üçün  onun  qarşısının  alınması 
həmişə  çox  mühüm  dünyagörüşü  və  fəlsəfi-  qlobal  problem  olmuşdur.  Qədim  Yunan  filosofu 
Heraklit  ədalətsiz  müharibələrə  qarşı  çıxaraq  demişdir:  “Müharibə,  hər  şeyin  allahı  və  hər  şeyin 
şahidir... O, birini qul, digərini isə ağa, azad insan edir”. 
Müharibələr  zamanı  atom  (nüvə)  bombalarından  istifadə  olunması  cəmiyyətin  inkişafının 
normal  ahəngini  pozan  və  bəşəriyyətin  tarixi  yaddaşına  qara  hərflərlə  həkk  olunan,  heç  zaman 
yaddaşlardan  silinməyən,  unudulmayan  fəlakət  kimi  dəyərləndirilməlidir.  Atom  (nüvə)  silahı 
zəncirvari  nüvə  reaksiyaları  zamanı  qapalı  mühitdə  kütləvi  miqdarda  ayrılan  nüvədaxili  enerjinin 
hesabına  yaranan partlayış törədən silahlar olmaqla, bu zaman maddənin  kütlə vahidindən ayrılan 
enerji  adi  partlayıcı  maddənin  yaratdığı  enerjidən  20-80  mln  dəfə  çox  olur.  Atom  partlayışı 
radiasiya,  işıqlanma,  zərbə  dalğası,  elektromaqnit  dalğası  və  zəhərləyici  təsirinə  görə  digər 
bombalardan çox böyük gücə malikdir. Bu növ silahlardan kütləvi qırğın  məqsədilə, xüsusilə əsas 
hərbi  hissələrin  və  silahların  kütləvi  surətdə  toplandığı  əraziləri,  raket  bazalarını,  inzibati 
mərkəzləri, sənaye obyektlərini dağıtmaq,  ətraf mühiti zəhərlənmək, çox güclü  yanğınlar törətmək 
və  s.  məqsədilə  istifadə  olunur.  Bu  zaman  insanlar  olduqca  güclü  neqativ  psixoloji  və  mənəvi 
təsirlərə məruz qalır, ağır stresslər keçirir. 
 Bəşəriyyət  tarixində  qara  səhifə  kimi  həkk  olunan  ən  dəhşətli  hadisələrdən  biri,  həm  də 
insanlığa  xas  olmayanı,  vəhşi,  qəddar,  dağıdıcı  olması  ilə  səciyyələnən  və  heç  vaxt  unudulmayan 
vandalizmdir. «Vandalizm» almanca «vandal», 
«barbar»  sözündən  götürülməklə  vəhşilik,  mə-
dəniyyətsizlik,  talançılıq  mənasını  daşıyaraq  tarixi,  çox  qiymətli  təbiət  və  mədəniyyət  abidələrini 
uçurub-dağıdan,  məhv  edən,  vəhşi  və  qəddarlıq  deməkdir.  Özünün  vəhşilik  dərəcəsinə  görə 
Ermənistanın  və  erməni  daşnaklarının  Azərbaycana  qarşı  dəfələrlə  həyata  keçirdiyi  vandalizm 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə