- 62 -
ABSTRACT
Elza Ashurova
In the article it is dealt with the teaching of foreign language at the secondary and higher
universities, the ways and methods of teaching, the importance of learning English language, how
to use modern technology in auditorium. In the article it is shown that how the teachers use IST at
the lesson, where the young teachers help their students for speaking English language.
It is necessary to print a new programs, text-books and visual aids for the future students
according to the international demands, the teachers must use innovative methods and ways in
teaching English language.
РЕЗЮМЕ
Эльза Ашурова
Проблемы развития профессионализма молодых кадров в высшей школе в области
английского языка.
В статье рассматривается проблема развития профессионализма кадров английского
языка в средних и высших школах. С этой целью применяются инновационные методы и
способы при преподавании английского языка.
Автор обосновывает мысль, что преподаватели на занятиях должны широко примеять
ИКТ, интернетные ресурсы по изучению иностранного, в том числе английского языка. В
статье автор демонстрирует применение эффективных методов, использование которых
способствует наилучшему овладеванию студентами английского языка.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa
tövsiyyə
olunmuşdur. (protokol № 06).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent V.Rzayev
- 63 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
FARİZ ƏHMƏDOV
Naxçıvan Dövlət Universiteti
Fariz6254111@gmail.com
UOT:026
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ DİSTANT
TƏHSİLİN PERSPEKTİVLƏRİ VƏ ELEKTRON
KİTABXANANIN BU TƏHSİL SISTEMİNƏ İNTEQRASİYASI
Təhsil hər bir millətin gələcəyidir.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Açar sözlər: ənənəvi, distant, İnformasiya Kommunikasiya Texnologiyaları, portal, elektron
daşıyıcılar, Naxçıvan Dövlət Universiteti, elektron kitabxana
Keywords: traditional, remote, Information Communication Technology, portal,
electronic carriers, Nakhchivan State University, electronic library
Kлюцевые: традиционное, дистанционное, Информационн-Коммуникационные
Технологии, портал, электронные носители, Нахчыванский Государственный Университет,
электронная библиотека
Distant təhsil məsafəli təhsil olub öyrədən ilə öyrənənin fərqli məkanlarda olma imkanını
təşkil edən İnformasiya Kommunikasiya Texnologiyaları vasitəsidir. Günbəgün müasirləşən
dünyada insanlar şəxsi işi, biznesi, ailə öhdəlikləri, maddi çətinlikləri və digər səbəblərdən dolayı
beynəlxalq təhsil üçün başqa ölkələrə getməsi mümkün olmur. Distan təhsil bütün bu
çatışmamazlıqların üzərindən xətt çəkərək tələbə ilə müəllim arasında poçt, e-poçt, faks və s
elektron daşıyıcılarından istifadə edərək təhsili reallaşdıran sistemdir. Distant təhsildə internet
resursları, müəllimlərlə tələbələr arasında ikitərəfli əlaqəni təmin edən bütün zəruri tədris-metodik
və təhsil-inzibati informasiyanı əks etdirən özünəməxsus Web sayt olamlıdır. Tələbənin Distant
təhsil alması üçün o, kömpüter, tablet, telefon və internet vasitələrindən istifadə etmək imkanına
malik olmalıdır. Distant təhsil 2 rejimdə fəaliyyət göstərə bilər. Həm poçt email protokollarına
(POP3 və İMAP4) əsaslanan off-line rejimində, həm də interaktiv öyrədici texnologiyalarından
istifadə etməyə imkan verən http, ftp, gopher və digər protokollara əsaslanan in-line rejimində.
Distant təhsil texnologiyaları işlənib hazırlanarkən bu göstəricilər mütləq əsas götürülməlidir: ev
tapşırığının yerinə yetirilməsi, virtual dərsliklə iş, öyrənilən materialın elmi icmalı, mühazirə,
videofilmə baxış, kompüter siniflərində iş, diskussiyalar, işgüzar formada interaktiv seminarlar,
şifahi və yazılı kurs işlərinin yerinə yetirilməsi, elektron kitabxana fondları ilə iş, carı modul
testləşdirmə və ya buraxılış imtahanları və qiymətləndirmə. Bunuda qeyd etmək lazımdır ki, Off-
layn təlim texnologiyasından istifadə etməklə tələbə internetə daxil olmadan e-mail vasitəsi ilə
bütün tədris materiallarını əldə edə bilər.
Distant təhsil sistemi ənənəvi təhsil sistemi ilə müqayisədə təhsil alanın asudə vaxtını
səmərəli istifadə etməsini, müstəqilliyini, aktivliyini, qısa zamanda daha çox elmi məlumatlar əldə
etməsini və s imkanlarını genişləndirir. Artıq demək olarki Avropanın bir çox ölkələrində Distant
təhsil formasından geniş istifadə edirlər. Əhalinin bütün təbəqələri üçün münasib və baha olmayan
bu təhsil formasının əsas məqsədi müasir İnformasiya Kommunikasiya Texnologiyalarından
istifadə etməklə təhsil alanın ixtisasının artırılmasıdır. Distant təhsilin yaradılmasına ilk cəhd 1840-
ci ildə İsaak Pitman tərəfindən Poçt məktubları vasitəsi ilə Birləşmiş Krallıqda tələbələrə
stenoqrafiyanı öyrətməklə başlamışdır.