Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə33/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

- 68 - 
aksiyaları bütün bu kimi hadisələri kölgədə qoyur. Mənfur erməni vandalları dəfələrlə Azərbaycana 
qarşı  məkrli,  ədalətsiz,  düşmənçilik  və  vandalizm  siyasətini  həyata  keçirmişdir.  Belə  ki,  məkrli 
ermənilər  xarici  havadarlarının  köməyi  ilə  1991-1993-cü  illərdə  işğal  etdikləri  Azərbaycanın 
ərazilərində  vandalizm  törətmişlər.  Ermənilər  işğal  olunmuş  ərazilərdəki  bütün  tarixi  abidələri, 
mədəniyyət mərkəzlərini və qəbiristanlıqları tamamilə dağıtmış, oradakı qiymətli materialları, hətta 
məzarların mərmər daşlarını, tikinti materiallarını qarət və talan etmişlər. Bununla kifayətlənməyən 
düşmən işğal olunmuş ərazilərdəki meşələri, qiymətli ağacları həm talan etmiş, həm də vəhşicəsinə 
yandıraraq  Azərbaycanın  təbiətinə,  maddi  sərvətlərinə  və  ekoloji  durumuna  böyük  zərbə 
vurmuşdur. Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində onların ekoloji duruma və 
maddi sərvətlərə vurduqları analoqu olmayan zərbələri yalnız ekoloji terrorizm, soyqırım, ekosid və 
vandalizm  kimi  qiymətləndirmək  olar.  Ermənilərin  26  fevral  1992-ci  ildə  Xocalı  şəhərinin  dinc 
sakinlərinə  və  şəhərə  tutduğu  divan  bütün  beynəlxalq  arenada  analoqu  olmayan  vandalizm  kimi 
qiymətləndirilir.  Onlar  qışın  çox  soyuq,  qarlı-şaxtalı  gecəsinin  zülmət  qaranlığında  öz 
havadarlarının hərbi köməyi ilə Xocalını xarabalığa çevirərək dinc, günahsız əhaliyə qarşı vandal- 
barbar siyasəti yeritmiş, qadınlara, qocalara, körpə uşaqlara bəşər tarixində görünməmiş işgəncələr 
vermiş və onları güllə-borana tutmuşlar. Bu tarixi faciəni unutmağa bizim heç birimizin, bütövlükdə 
isə bütün  türk dünyasının mənəvi  haqqı  yoxdur. Erməni  vandalizminə  məruz qalan təkcə  tarixi  və 
mədəni  abidələrimiz  deyil,  həm  də  işğal  olunmuş  ərazinin  ekoloji  durumu  və  təbii  ətraf  mühit 
abidələridir.  Təbiətə,  onun  yeraltı  və  yerüstü  sərvətlərinə,  biosferə,  ekosistemlərə  göstərilən 
vandalizmin  fəsadları  isə  daha  ağır  olur.  Çünki  ekoloji  vandalizm  təbiətin,  ətraf  mühitin  və  onun 
amillərinin-toıpaq, su,  hava, flora, fauna və  s. normal ahənginin pozulması, onların  dayanıqlığının 
itməsi,  davamlı  inkişafı  üçün  yararlığını  itirməsi, bir  sözlə,  xarabalığa  çevrilməsi,  dağıdılması  ilə 
səciyyələnir. 
 Hazırda işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu 
təbiət  abidələrinin  əksəriyyətini  talan,  məhv  etmiş  və  xarabalığa  çevirmişlər.  Kəlbəcər  rayonunda 
«Qırmızı  kitab»a  daxil  edilmiş  ağacları  da  kütləvi  şəkildə  qıraraq  xaricə  satırlar.  İşğal  olunmuş 
ərazidə  4  mindən  artıq  müxtəlif  növ  bitki  vardır  ki,  bunlardan  200-ə  qədəri  dərman  bitkiləri 
olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xarici ölkələrə daşınır. Bu 
isə  bitkilərin  həmin  ərazilərdə  kökünün  kəsilməsinə  səbəb  olur.  Şuşa  şəhərindən  cənubda,  dəniz 
səviyyəsindən  1365  m  hündürlükdə  yerləşən,  Titon  yaşlı  əhəng  daşlarından  ibarət  uzunluğu  114 
metr  olan  «Xan  Mağarası»  mühafizə  olunurdu.  Ayrı-ayrı  mənbələrdən  alınan  məlumatlara  görə, 
həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur. 
 Ermənistanın  hərbi  təcəvüzü  nəticəsində  Azərbaycan  Respublikasının  1,7  milyon  hektar 
ərazisi  işğal  olunmuşdur.  Məlum  olduğu  kimi  işğal  edilmiş  ərazilərdə  155  müxtəlif  növ  faydalı 
qazıntı  yataqları, o  cümlədən;  5 qızıl, 6 civə, 2  mis, 1 qurğuşun və sink,  19 üzlük  daşı,  10 misar 
daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və 
vulkan külü, 10 gil, 9 qum- çınqıl, 5 tikinti qumu, 9 gips, 14 əlvan və bəzək daşları, 11 şirin yeraltı 
su  və  10  mineral  su  yataqları  və  s.  yerləşir  ki,  bu  da  ölkəmizin  iqtisadi  potensialında  mühüm 
əhəmiyyət  kəsb  edirdi.  İşğal  olunmuş  ərazilərdən  keçən  təbii  su  mənbələrimiz  də  Ermənistan 
tərəfindən  həddindən  artıq  çirklənməyə  məruz  qalmaqdadır.  Ermənilər  tərəfindən  işğal  olunmuş 
Azərbaycan  rayonlarının  ərazilərindəki  meşəliklər,  təbii  kolluqlar,  otlaq  və  biçənək  sahələri  hər  il 
mütəmadi  olaraq  düşünülmüş  şəkildə  od  vurularaq  yandırılmış,  təsərrüfat  əhəmiyyətini  itirmiş  və 
yararsız vəziyyətə salınmışdır. 
Yuxarıda deyilənlərə baxmayaraq çox acınacaqlı haldır ki, meşələrin qırılması, yaş odunun 
daşınması  regionlarımızda da baş verir. Meşələr və  yaşıllıqları  qıran hər bir kəs kimliyindən  asılı 
olmayaraq, cinayət məsuliyyətinə cəlb edilməli, cəzalandırılmalıdır. 
Müasir dövrdə Azərbaycanın ekologiyasının tənzimlənməsində bir sıra mühüm problemlər 
mövcuddur və bu problemləri vaxtında aradan qaldırılmaq gərəkdir. Azərbaycanın füsunkar təbiəti 
vardır  və  bu  təbiətin  qorunması,  insanların  sağlam  olması  ekoloji  biliklərdən  asılıdır.  İnsan 
ekologiyası  insan–  təbiət–  cəmiyyət  münasibətlərində  təbiətin  insana  təsirlərinin  metodoloji 
cəhətlərini öyrənir. Ekoloji biliklər sistemi məntiqli şəkildə təxirə salınmadan inkişaf etdirilməlidir. 
Ekoloji mədəniyyətin bərqərar olunması yüksək sivilizasiyalı cəmiyyətin formalaşması deməkdir. 


- 69 - 
Təbiətə əxlaqi münasibət cəmiyyət hadisələrindən kənar tərbiyələndirilə bilməz. Buna görə 
də  ekoloji  biliklərin  təbliği  sistemli  şəkildə  gətirilməlidir.  Müasir  dövrdə  təbiətdən  iqtisadi 
prinsiplərlə istifadə ehtiyacının artması insandan bütün şüurlu ömrü boyu çox vacib ekoloji tərbiyə 
məsələlərini həll etməyi tələb edir. İnsanda qənaətçilik və şəxsi məsuliyyət hissinin artması təbiətə 
exlaqi  münasibəti  qüvvətləndirən  keyfiyyətlərdir.  Təbiətə  əxlaqi  münasibət  ondan  istifadə  ilə  düz 
mütənasibdir. 
Həyatın mənasını dərk etmək cəhdi  elə mədəniyyətdir. Ekoloji  mədəniyyət  insanın  təbiətlə 
konkret  qarşılıqlı  münasibətini  qurmaq  üçün  həyata  keçirdiyi  müəyyən  proqramdır.  Ekoloji 
mədəniyyət probleminin həll olunması bir çox səbəblər üzündən əsaslı real həqiqətdir. Onun həllini 
çətinləşdirən ən mühüm səbəb kimi ekoloji savadsızlığın mövcudluğu fakt kimi qarşımızda durur 
Artıq ana təbiət fəryad qoparıb həyəcan təbili çaldığı bir dövrdə ekoloji savadsızlığın ləğvi 
vacib  bir  məsələdir.  Böyükdən  kiçiyə  qədər  hamının  bu  işə  cəlb  olunması  lazımdır.  Orta 
məktəblərdə  «Meşə  -mənim dostumdur»,  «Təbiəti sevək və  qoruyaq»,  «  Təbiət hamımızın ümumi 
evidir» və s. mövzularda tədbirlər, aksiyalar keçirməklə şagirdlərdə təbiətə, onun sərvətlərinə, ətraf 
mühitin  qorunmasına  humanist  münasibət  yaratmaqdır.  Və  bu  tədbirlərin  məktəb  vaxtında 
keçirilməsi belə özü də artıq gecikmiş haldır. Ekoloji tərbiyə, onun mədəniyyətinin formalaşmasına 
lap erkən, uşaq ətraf mühiti duyub anladığı vaxtdan başlamaq daha düzgün olardı. 
Ekoloji  biliklərin  təbliği  ümumi  əxlaq  və  mədəniyyəti  zənginləşdirmək  məqsədi  güdməli, 
ailə– bağça– ibtidai məktəb– orta məktəb– ali məktəb bütün sonrakı şüurlu həyat boyu prinsipi ilə 
qurulmalıdır. Ekoloji mədəniyyət təbiəti, insanın özünü mühafizə etməsi üçün zəruri şərt kimi təbii 
surətdə meydana gələn həyatı təmin etmə mexanizmi kimi eks etdirir. 
Təbiətin  mühafizəsi  sahəsində  gənc  nəslin  mənəvi  məsuliyyəti  bütövlükdə  həyatın 
qorunmasına  aid  olan  mənəvi  məsuliyyətdir.  Ona  görə  də  gənc  nəsli  təbiətə  məhəbbət  ruhunda 
tərbiyə etmək qarşımızda duran ən mühüm vəzifədir. Təbiətə insani münasibətləri, əxlaqi cəhətləri 
gənc nəsildə formalaşdırmaq üçün bu müsbət əxlaqi cəhətləri vərdiş halına salmaq, tərbiyə etmək 
vacibdir. Və eləcə də ailə hər zaman gənc nəslin ekoloji baxışlarının möhkəmlənməsinə yaxından 
iştirak etməlidir. Məktəb şagirdlərinin ekoloji təsəvvürlərinin və əməllərinin inkişafına geniş şərait 
yaradılmalı,  onun  yalnız  müşahidəçisi  yox,  hökmən  iştirakçısı  olmağını  da  təmin  etməlidirlər. 
Elmi–texniki  tərəqqi  əsrində  yaşayan  və  işləyən  hər  bir  adama  təbiətin  qorunması,  onun  sərvət-
lərindən  qənaətçiliklə  istifadə  edilməsi  və  s.  anlayışların  dərk  etdirilməsinə  lap  erkən  yaşlardan 
başlanmalıdır. 
Məşhur  ingilis  ekoloqu  Marston  «Meşə  və  dəniz»  kitabında  yazır  ki,  mən  heç  cür 
təsəvvürümə  gətirə  bilmirəm  ki,  təbiəti  korlayıb,  cılız  xudbin  ve  süni  mühitlə  əhatə  olunan  insan 
özünü nə dərəcədə azad və təhlükəsiz hiss edəcək. İnsan zəkası, onun imkanı hüdudsuzdur. Təbiətin 
ayrılmaz  hissəsi  insanlar  tərəfindən  sağ  qalmaq  üçün  bütün  canlı  aləmi  qorumalıdır  ki,  özləri  də 
məhv olmasınlar. 
Bildiyimiz kimi, 1993-cü il aprelin 2-də ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi 
tarixi  qərarla  muxtar  respublika  ərazisində  başlanan  yaşıllaşdırma  tədbirləri  bu  gün  bütün  ölkə 
ərazisində davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında da təbiətə qayğı ilə yanaşılır. 
Hər il baharın gəlişi xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinə uyğun olaraq ağaclar 
əkilir, abadlıq işləri aparılır, səliqə-sahman  yaratmaqla qarşılanır. Təbiətin oyandığı  ilk  günlərdən 
iməciliklər  keçirilir,  yeni  meyvə  bağları  salınır,  mövsümə  uyğun  tədbirlər  görülür.  Doğma 
diyarımızda  keçirilən  iməciliklər,  təbiətin  qorunması  və  yaşıllıqların  genişləndirilməsi  sahəsində 
görülən işlərin özü də sağlam ekoloji mühitin yaradılmasına
 
xidmət edir.
 
Belə ki, bu ilin yaz əkini 
mövsümündə
 
muxtar respublikamızda 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları 
salınmışdır. Sevindirici və qürürverici haldır ki, cənab Vasif Talıbov da həmin
 
iməciliklərdə iştirak 
etmiş və
 
ekoloji vəziyyətimizin yaxşılaşmasına dair müxtəlif tapşırıqlar
 
vermişdir.
 
 
 
Biz  hamımız  Yer  kürəsinin  sakinləri  olub  bu  torpaqda  yaşayırıq  və  bizim  müqəddəs 
borcumuz  yaşadığımız
 
planeti  qorumaqdır.  Yalnız  belə  şəraitdə  ana  təbiətin  gözəlliklərinə  sahib 
olmaq olar. Əks halda normal insan həyatı haqqında belə düşünmək olmaz.
 
Bu gün hər birimizin 
zibil  səbəti  üçün  istifadə  etdiyimiz  kiçik  sahə  sabahkı  adam  üçün  həyat  ərazisi  hesab  oluna  bilər. 
(Y.Odum) 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə