Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə51/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   47   48   49   50   51   52   53   54   ...   159

 i.e.n. Aqil ŞİRİNOV 

130 


 

 

RESUME 



 

CREATION IN ISLAMIC THEOLOGY (KALAM) 

 

Aqil SHIRINOV 

 

 



The question of the creation of the universe occupies a central place in 

kalamic books. al-Juwayni (d. 478/1085) emphasizes that the most important 

thing in Islam is the meditation on the creation of the universe. It shows how 

important was the problem for the kalamic scholars (mutakallimin). In this 

article we will discuss the opinions of pre-Ghazali kalamic scholars on the 

creation of the universe and will seek answers to the following questions: 

What do Islamic theologians mean with the universe (ملاعلا)? Does the 

universe have any beginning or not? If the universe has a beginning, what 

substance it was created from? 

 

 




On qiraət imamı və onların raviləri 

131 


 

 

 



 

ON QİRAƏT İMAMI VƏ ONLARIN RAVİLƏRİ 

 

Mirniyaz MÜRSƏLOV*  

 

 

 

Qiraət elmi haqqında ilk əsərləri  Əbu Übeyd əl-Qasım ibn Səllam (ö. 

828),  Əbu Cəfər  ət-Təbəri (ö. 922) və  Əbu Xatim əs-Sicistani (ö. 868) 

yazdıqları zaman qiraətlər daha “Yeddi Qiraət” və ya “On qiraət” deyə 

sistemləşdirilməmişdi. Ona görə də onlar öz əsərlərində yeddi və ya on deyil 

daha çox qiraətin adını  çəkmişdilər.

1

 Ancaq hicri ikinci əsrin  əvvəllərində 



xilafət  ərazisində  fərqli  şəhərlərdə  fərqli qiraətlərin müsəlmanlar tərəfindən 

mənimsənilməyə başlanması ilə “Yeddi Qiraət” geniş yayılmağa 

başlamışdır.

2

 Beləliklə  də, Məkkədə Abdullah ibn Kəsirin, Mədinədə 



Nafinin,  Şamda ibn Amirin, Bəsrədə  Əbu  Əmr və Yaqubun, Kufədə isə 

Həmzə və Asimın qiraətləri məşhurlaşmışdır.

3

 

Hicri üçüncü əsrdə  Əbu Bəkr ibn Mücahid (ö. 935) bunları “Yeddi 



Qiraət” olaraq təsis etmişdir.

4

 O, Yaqub əl-Hədrəminin yerinə yeddinci 



qiraət imamı olaraq əl-Kisaini seçmişdir.

5

 Sonradan əl-Bəğavi (ö. 1116) bu 



yeddi qiraətə, digər üçünü də Yaqub əl-Hədrəmi, Xələf ibn Hişam ibn Sələb 

və  Əbu Cəfər ibn Qaqanın qiraətlərini  əlavə edərək onların sayını ona 

çatdırmışdır.

6

 Bu imamların qiraətlərini rəvayət edən çoxlu raviləri olsa da, 



qiraətlə bağlı yazılmış  əsərlərdə onların sayı  məhdudlaşdırılaraq ikiyə 

endirilmişdir. Biz bu məqalədə on qiraət imamının və onların hər birinin iki 

ravisinin həyat və yaradıcılıqlarını, qiraətlərinin istinadını  tədqiq etməyə 

çalışmışıq. 

                                                 

* Bakı Dövlət Universitetinin İlahiyyat Fakultəsinin Müəllimi 

1

 Mustafa Sadiq Rafii, İcazul-Qur`an vəl-Bəlağatin-Nəbəviyyə, 52 



2

 Sübhis-Salih, Məbahis fi Ulumil-Qur`an, 281 

3

 Zərqani, Mənahilul-İrfan fi Ulumil-Qur`an, I, 409 



4

 Zərkeşi, əl-Bürhan fi Ulumil-Qur`an, I, 330 

5

 Mustafa Sadiq Rafii, İcazul-Qur`an vəl-Bəlağatin-Nəbəviyyə, 52 



6

 Sübhis-Salih, Məbahis fi Ulumil-Qur`an, 280-281 




 Mirniyaz MÜRSƏLOV 

132 


I. NAFİ 

Əbu Rüveym Nafi ibn Əbdirrəhman ibn Əbi Nueym əl-Leysi 689-cu ildə 

Misirdə anadan olmuşdur.

7

  Əslən  İsfahanlı  olan  Nafi  Mədinə qiraət 



imamıdır. Qiraət elmini ərz yolu ilə özünün də ifadəsinə görə 70-ə yaxın 

Mədinəli tabiundan öyrənmişdir. Mədinədə yaşamış  və 70 ildən çox qiraət 

elminin tədrisi ilə  məşğul olmuşdur. Onun qiraəti mütəvatir qiraətlərdəndir 

və sənədi Məhəmməd peyğəmbərə gedib çıxır. 

Qiraətinin istinadına gəlincə, o, qiraətini Əbu Cəfər Yezid ibn əl-Qaqa, 

Əbu Davud Əbdürrəhman ibn Hörmüz əl-Ərac,  Şeybə ibn Nisah, Əbu 

Əbdillah Müslim ibn Cündəb  əl-Hüzəli,  Əbu Yezid ibn Rumandan almış, 

onlar da Əbu Hüreyrə, Abdullah ibn Əyyaş ibn Əbi Rabiədən öyrənmiş, 

onlar da Übey ibn Kəbdan və o da Məhəmməd peyğımbərdən öyrənmişdir.

8

 



785-ci ildə Mədinədə vəfat etmişdir.

9

 Rəmzi “əlif” (ا) hərfidir. 



İki məşhur ravisi var: 

1) Qalun 

İsa ibn Mina ibn Virdan 737-ci ildə Mədinədə anadan olmuş və 835-ci 

ildə  Mədinədə  vəfat etmişdir.

10

 Yunan əsllidir. Mənbələrdə Nafinin ögey 



oğlu olduğu bildirilir.

11

 Qiraəti gözəl olduğu üçün müəllimi İmam Nafi ona 



yunan dilində gözəl mənasını verən “Qalun” ləqəbini vermiş  və bu ləqəblə 

də  məhşurlaşmışdır. Müəlliminin ölümündən sonra onun yerinə keçərək 

Mədinənin qiraət imamı olmuşdur.

12

 Rəmzi “bə” (ب) hərfidir. 



2) Vərş 

Osman ibn Səid əl-Misri 728-ci ildə Misirdə anadan olmuş və 812-ci ildə 

Misirdə  vəfat etmişdir.

13

 Üzünün rəngi çox ağ olduğu üçün müəllimi Nafi 



ona “Vərş” ləqəbini vermişdir.

14

 



                                                 

7

 Ali Osman Yüksel, İbn Cezeri ve Tayyibetün-Neşr, 267 



8

 Dani, ət-Təysir fil-Qiraətis-Səb, 8 

9

 Mənnaul Qəttan, Məbahis fi Ulumil-Qur`an, 182  



10

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, 228 

11

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, 228  



12

 İbnul-Cəzəri, Ğayətun-Nihayə fi Tabaqatul-Qurra, I, 615-616 

13

 İsmail Karaçam, Kıraat İlminin Kur`an Tefsirindeki Yeri ve Mutevatir Kıraatların Yorum 



Farklılıklarına Etkisi, 107  

14

 Mənnaul Qəttan, Məbahis fi Ulumil-Qur`an, 172 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə