Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə48/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   44   45   46   47   48   49   50   51   ...   159

 i.e.n. Aqil ŞİRİNOV 

122 


illətdir (səbəb) və  məlul (səbəb olunan) ondan zəruri olaraq çıxar. Məlulun 

illətlə birlikdə var olması zəruridir. Bu anlayış Allahın iradə sahibi olmasını və 

seçmə azadlığını yox edərək Onun qüdrət sifəti ilə  vəsflənmədiyini göstərir. 

Halbuki bu xüsusiyyət Quranın Allaha istinad etdiyi ən  əsas atributlardan 

biridir.  

Kəlamçılar aləmin yaradılışında elm, iradə  və qüdrət sifətlərinin təsirli 

olduğunu qəbul edirlər. Maturidilər buna təkvin sifətini də  əlavə edirlər. 

Buna görə Allah hər şeyi, hətta yox olanı (mə`dum) belə əzəli bilgisi ilə bilir. 

Lakin məşşailərin iddia etdikləri kimi onun bilgisi yaratması manasına 

gəlməz. Tanrı bir şeyi bildiyində o şey bütün varlıq  şərtlərini hazırlayaraq 

var olmaz. Bir şeyin yaradılması üçün onu bənzərlərindən ayırmağı  və 

müəyyən bir vaxtda yaratmağı  təmin edən iradənin və istəniləni yaratma 

qüdrətinin

29

 olması lazımdır. Bu mənada mümkin



30

 varlıqların bir təsir 

ediciyə ehtiyac səbəbinin  əzəli imkan olduğunu qəbul edən məşşai 

filosoflardan fərqli olaraq kəlamçılar bu illətin hüdus olduğunu müdafiə 

ediblər.

31

  



Kəlamçılar iradə olunan (murad) olmadan iradənin, qüdrət yetirilən 

(məqdur) olmadan da qüdrətin olmasının mükün olmadığına, bundan başqa 

qədim bir iradədən hadis bir feilin meydana gəlməsinin imkansızlığına dair 

etirazlara Allahın iradəsi ilə bəşərin iradəsi arasındakı  fərqə diqqət çəkərək 

cavablandırmağa çalışmışlar.

32

 Bundan başqa, problemi həll etmək üçün 



əzəli sifətlə sonradan olan fel arasına “zamani aidiyyəti” qoymaqdadırlar. 

Beləcə fellər  əzəli iradə  və qüdrət sifətlərinin zaman içindəki 

gerçəkləşməsindən ibarət olmaqda, sifətlərin  əzəliliyi isə fellərin də  əzəli 

olmalarını zəruri etməməkdədir.

33

 

                                                 



29

 İradə ilə qüdrət arasında fərq olmadığını irəli sürənlərə cavab olaraq Razi qüdrətin bir şeyin 

yaradılmasında təsirli olduğunu, lakin zamanın dəyişməsi ilə dəyişmədiyini və bu mənada 

bir şeyin müəyyən bir zamanda var olmasında qüdrət deyil iradənin təsirli olduğunu qeyd 

edir. Bax. Razi, Mə‘alimu Usuli-d-din, thq. Səmih Dağim, Beyrut, 1992, səh. 44 

30

 Mümkin belə  tərif olunmuşdur: zatına nisbətlə varlığı  və yoxluğu eyni olan, varlığı  və 



yoxluğu imkan daxilində olan. 

31

 Ömer Türker, Seyyid Şerif Cürcânî (nəşr olunmamış dissertasiya), İstanbul, 2006, səh. 57-



59: Halife Keskin, “İslam Kelamında  İlahi Sıfatlar ve Yaratma”, Çukurova Üniversitesi 

İlahiyat Fkültesi Dergisi, Adana, 2001, sayı 1, səh. 70  

32

 Bax. Qəzzali, Təhafutu-l-Fəlasifə, tərc.ed. Mahmut Kaya-Hüseyin Sarıoğlu, İstanbul, 2005, 



səh. 19. 

33

 Halife Keskin, a.k.m., səh. 78. 




Kəlama görə aləmin yaradılışı 

123 


Kəlamçılar aləmin zaman baxımından hadis olduğunu qəbul etməklə 

zamanın da hadisliyini mənimsəmişlər.

34

 Belə ki, aləm Allahdan başqa hər 



şey olduğu üçün zaman da hadis olmalıdır. Aləm zamanda yaradılıb, zaman 

da onunla birlikdə var olub. Zaman da məkan kimi sonludur və bir 

başlanğıca sahibdir. Qəzzali, məşşai filosofların “Allah zaman baxımından 

aləmdən  əvvəldir deyilərsə onda bu, aləm və zaman var olmadan öncə 

aləmin olmadığı sonsuz bir zamanın var olduğu mənasına gələr”

 35


 şəklindəki 

etirazlarına qarşı bir kəlamçı kimi belə cavab verir: 

Zaman sonradandır və yaradılmışdır; ondan öncə  əsla heç bir zaman 

yoxdur. “Allah aləm və zamandan öncədir” sözümüzün mənası ondan 

ibarətdir ki, “Allah vardı, aləm isə yoxdu, sonra Allah yenə vardı və onunla 

birlikdə aləm də var oldu”; “O vardı  və aləm yoxdu” sözümüzün mənası 

“Yaradıcnın zatı var idi və aləmin zatı yox idi”; “O vardı, Onunla birlikdə 

aləm də vardı” sözümüzün mənası isə “yalnızca iki zatın var olmasıdır”. Bu 

halda biz “əvvəl olma” sözü ilə sadəcə Onun var olmadakı təkliyini nəzərdə 

tuturuq; aləm isə  tək bir şəxs kimidir. Əgər biz məsələn, “Allah vardı  İsa 

yoxdu; sonra O var olmağa davam edərkən Onunla birlikdə İsa da var oldu” 

desəydik bu ifadə yalnızca bir zatın varlığını, digərinin yoxluğunu, sonra da 

iki zatın var olduğu mənasını ehtiva edər, üçüncü bir şeyin varlığını  zəruri 

etməzdi. Hər nə  qədər xəyal gücü (vəhm) üçüncü bir şeyi, yəni zamanı 

nəzərdə tutmadan qane olmasa da, xəyal gücünün səhvlərinə  dəyər 

verilməz.

36

 

 



Qəzzalinin son cümləsi insan ağlı üçün zamanın yoxluğunu düşünməyin 

nə qədər çətin olduğunun etirafıdır. Zira insan zaman məfhumunu bir kənara 

qoyaraq düşünə bilməz. 

Qəzzali zamanın gerçəkliyini qəbul etsə  də,  Ədududdin  əl-İci (ö. 

756/1355) kəlamçıların “dünənin bu gündən  əvvəl olmasının yalnızca 

                                                 

34

  Kəlamçıların  əksəriyyəti zamanı “onunla məlum olmayan yenilənin ölçüldüyü məlum 



yenilənən (

ريغ  ددجتم  هب  ردقم  مولعم  ددجتم

مولعم )” 

şəklində  tərif etmişlərə  də  (bax. Təftəzani, 



a.k.ə., II, səh. 188), kəlam ənənəsində müxtəlif zaman tərifləri mövcuddur. Məsələn Əbu-l-

Hüzeyl əl-Əllafa görə zaman “işlər arasındakı fərq”, Əbu Əli əl-Cübbai və Bəlxiyə görə isə 

“fələyin hərəkətidir”. Bax. Hüsamuddin əl-Alusi, “əz-Zəmənu fi fikri-d-dini və-l-fəlsəfiyyi-

l-qadim”, Aləmu’l-Fikr, Küveyt, 1977 (Avqust-Sentyabr), VIII cild, II sayı, səh. 453. 

35

 Qəzzali, a.k.e., səh. 32. 



36

 Qəzzali, a.k.e., səh. 32. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə