səviyyədə fəaliyyət göstərirlər. Nəzəri qanunlar heç vaxt tək- tək
faktların ümumiləşdirilməsi, hətta mövcud empirik qanunların
köməkliyi ilə açıla bilməz, çünki onlar əşya və təzahürlərin hiss
üzvləri vasitəsilə qavranılan xassələri ilə deyil, proseslərin dərin
daxili mexanizmi ilə əlaqədardırlar. Nəzəri və empirik qanunlar
arasındakı nisbətə mahiyyət və təzahür arasındakı nisbətin
ifadəsi kimi baxmaq olar.
Fəlsəfə tərəfindən öyrənilən qanunlar ümumi, nəzəri xarakter
daşıyır. Kateqoriyaların köməkliyi ilə qanunların məzmunu ifadə
edilir və formalaşdırılır. Ona görə də kateqoriya və qanunlar
fəlsəfədə əlaqəli şəkildə öyrənilir. Bu və ya digər qanunu
nəzərdən keçirəndə biz eyni zamanda onu ifadə edən
kateqoriyaların
da
məzmununu
öyrənirik.
Qanunlar
kateqoriyalar arasındakı münasibətləri tənzimləyir.
Qeyd etmək lazımdır ki, fəlsəfə tarixində qanunlann
mövcudluğunu ümumiyyətlə inkar edən filosoflar da az
olmamışdır. Məsələn, Devid Yum hesab edirdi ki, bütün başqa
adətlər kimi bizim qanuna inanmaq adətimiz də tez-tez
təkrarlamanın məhsuludur, yəni bir qəbildən olan əşyalann başqa
qəbildən olan əşyalar ilə birləşməsinin təkrarən müşahidə
edilməsinin məhsuludur.
Qanun haqqında belə fikir də var ki, «universal (fəlsəfi)
qanunlar» əslində heç də universal deyil, hər bir məhdud, dar
sahələrə də tətbiq edilə bilər.
Dostları ilə paylaş: