Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Ал-Фараби. Естественно-научные трактаты, с.358



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə36/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   32   33   34   35   36   37   38   39   ...   540
1027 (1)

Ал-Фараби. Естественно-научные трактаты, с.358. 

33 


Dialektik  materializmə  görə  əgər  gerçəkliyi  təşkil  edən 

Əşyalar  zəruri  olaraq  qarşılıqlı  əlaqə  və  qarşılıqlı  asılılıq 

vəziyyə-  tindədirlərsə,  onda  insan  şüurunda  ətraf  mühitin  əks 

olunmasını  ifadə  edən  anlayışlar  da  qarşılıqlı  asılılıq 

vəziyyətində  olurlar,  onlar  çevik  olur,  əlverişli  şəraitdə 

bir-birinə  və  öz  əksliklərinə  keçirlər.  Çünki  məhz  bu  halda 

kateqoriyalar  şeylərin  əsl  vəziyyətini  əks  etdirə  bilirlər.  Bir 

kateqoriyadan  başqasına  keçmək  bütün  bilik  sahələrində  baş 

verir. 

Pozitivist  (analitik)  filosoflar  isə  tamamilə  başqa  mövqedə 

dururlar.  Onlar  fəlsəfi  kateqoriyalara  qarşı  çıxaraq  onların 

ümumi  xarakterini  inkar  edirlər.  Pozitivistlərin  fikrincə 

kateqoriyaların obyektiv məzmunu yoxdur, kateqoriyaları ifadə 

edən sözlər heç nəyi göstərmir. Subyektiv təcrübədən kənarda 

qalan hər şey yalnız eksperimentlə üzə çıxarıla bilmədiyi üçün 

qeyri- elmidir. 

Elmi  idrak  müxtəlif  dərəcəli  ümumiləşdirməyə  əsaslanır. 

Tətbiqedilmə  sahəsi  bir  qayda  olaraq  xüsusi  elmlər  olan 

kateqoriyalar ilə yanaşı demək olar ki, bütün elmlər və yaxud 

əksər  elmlər  tərəfindən  istifadə  edilən  ürhumi  elmi 

kateqoriyalar  da  var.  Lakin  bütün  xüsusi  elmlər  fəlsəfi 

kateqoriyalara - ümumiyyətlə fəlsəfəyə müraciət edirlər. Fəlsəfi 

kateqoriyalarda  varlığın  ən  ümumi  xassəsi  və  tərəfləri  dərk 

edilsə  də,  onlar  xüsusi  elmi  kateqoriyalara  əsaslanaraq  öz 

məzmununu  zənginləşdirir.  Xüsusi  elmlər  də  fəlsəfi 

kateqoriyalara  əsaslanaraq  nəzəri  ümumiləşdirmələr  aparır, 

elmi  kəşflərdən  nəticə  çıxarır,  tədqiqatın  istiqamətini 

müəyyənləşdirir. 

Təfəkkürün kateqorial quruluşu haqqında danışarkən səbəb, 

nəticə,  zərurət,  təsadüf,  kəmiyyət,  keyfiyyət  və  başqa 

kateqoriyalar nəzərdə tutulur. Bu kateqoriyalar fəlsəfi olsalar da 

onlar  adi  şüurda  da  fəaliyyət  göstərirlər.  Fəlsəfə  bu 

kateqoriyaları  üzə  çıxarır,  kəşf  edir,  insan  praktikası  ilə 

qarşılıqlı  əlaqəsini  tədqiq  edir,  bir  sözlə,  onların  tam 

öyrənilməsi ilə məşğul olur. Hegel deyirdi ki, insanlar həyatda 

kateqoriyalardan  istifadə  etmir,  lakin  onlar  qeyri-şüuri  olaraq 

tətbiq edilir. 

Başqa anlayışlar kimi kateqoriyalar da gerçəklikdə mövcud 

deyillər, daimi formalar kimi ağılda əvvəldən verilmir. Onlar 

34 



insan  tərəfindən  təbiət  və  cəmiyyət  hadisələrinin  öyrənilməsi 

prosesində  yaranır  və  dünyanın  dərk  edilməsi  prosesində 

aparılan ümumiləşdirmənin nəticəsi kimi təsəvvür edilir. 

Kateqoriya ilk növbədə qazanılmış bilikdən yeni biliyə keçidi 

müəyyənləşdirən formadır. Burada onlar ikili rol oynayır. Hər 

şeydən əvvəl, kateqoriyaların əsasında bir bilikdən başqa biliyin 

çıxanlmasının  məntiqi  forması  qurulur.  Bu  onlann  analitik 

funksiyasıdır.  Bununla  yanaşı  birlikdə  (sintezdə)  yeni  biliyə 

gətirən 

yeni 


anlayış 

və 


prinsiplərin 

yaranmasında 

kateqoriyaların  böyük  rolu  var.  Kateqoriyalann  əsasında  yeni 

elmi  anlayışlar  yaranır,  təcrübənin  məlumatları  öyrənilir, 

idrakın  müxtəlif  vaxtlarda,  müxtəlif  vasitələrlə  əldə  etdiyi 

nəticələr birləşdirilir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə