Ziddiyyət
bir-birini inkar edən əksliklərin (tərəflərin,
xassələrin) münasibətidir. Deməli, münasibət əksliklərin
qarşılıqlı təsiri kimi çıxış edir.
Əksliklərin müəyyən mərhələdə birləşməsi, bölünməzliyi
onların
vəhdətidir,
inkar, biraraya sığmazlıq, qarşıdurma
münasibəti isə onların
mübarizəsidir.
Eynilik
elə kateqoriyadır ki, predmetlərin, hadisələrin özləri
ilə bərabərliyini, eyni olmasını ifadə edir. Lakin dəyişən real
gerçəklikdə mütləq eynilik yoxdur. Hər bir eynilik fərq ilə
əlaqədədir və nisbidir, əşyaların inkişafı isə mütləqdir.
Əksliklərin eyniliyi özünün daha tam ifadəsini əksliklərin
bir-birinə keçid anında tapır.
Hegel hesab edirdi ki, fərqdən məhrum olan hər hansı eynilik
mücərrəd xarakter daşıyır. Eynilik (ziddiyyətsizlik) qanununu
yaradan Aristoteldən fərqli olaraq o, təsdiq edirdi ki, ziddiyyət
dünyanı
hərəkətə
gətirir,
«ziddiyyətlə
düşünməyin
mümkünsüzlüyünü demək gülməlidir».
Fərq
ziddiyyətin hissələrindən birini ifadə edən
kateqoriyadır, bütövün fəaliyyət göstərməsidir. Fərq - bir
obyektdə mövcud olan əlamətlərin başqasında olması əsasında
obyektlərin müqayisəli xarakteristikasıdır. Fərq - eynilik olmasa
mövcud ola bilməz.
Hər bir maddi varlıqda və insanların intellektual
fəaliyyətində dəyişgənlik və sabitliyin, hərəkət və sükunətin,
varlığın fasiləsizliyi və fasiləliyi, sonlu və sonsuzluğun
arasındakı qarşılıqlı əlaqə ziddiyyətin mövcudluğunun ümumi
formasıdır.
Göstərmək lazımdır ki, formal məntiq idrakda ziddiyyətin
olmasını qəbul etmir. Məntiqi ziddiyyətlərin qəbuledilməzliy-
inin səbəbi öz əsasına görə qnoseolojidir, yəni idraka aiddir.
Odur ki, təbii olaraq bu səbəbi yalnız qnoseologiya (idrak
nəzəriyyəsi) aça bilər.
Hegel özünün «Məntiqin elmi» əsərinin ikinci hissəsində
«eynilik», «fərq», «əkslik», «ziddiyyət» kateqoriyalannı araşdı-
nb və bütün şeylərin ziddiyyətli olması ideyasını
əsaslandırmışdır. Fəqət Hegelə görə ziddiyyətlərin geniş
açılması maddi dünyada deyil, mütləq təfəkkürdə, mütləq ruhda
baş verir. Ruh
67
elə
qüvvəyə malikdir ki, yalnız o bu
ziddiyyətlərə dözə bilir və
sonra onlan həll edir.
Ziddiyyətlərin müxtəlif növlərini göstərirlər: daxili və xarici
ziddiyyətlər; əsas və əsas olmayan ziddiyyətlər; antaqonist
(barışmaz) və antaqonist olmayan ziddiyyətlər.
Ziddiyyətin əksi
harmoniya
adlanır. Harmoniya (yun. «har-
monia» - əlaqə, uyğunluq, düzgünlük) obyektin müxtəlif
tərəflərinin mütənasibliyi, bu tərəflərin bütöv şəkildə
qovuşmasıdır. Harmonik münasibətdə olan tərəflər əksliklərdə
olduğu kimi bir-birini inkar etmir, əksinə, bir-birini
tamamlayaraq mövcud münasibətin varlığını təmin edirlər.
Dostları ilə paylaş: