4.16.
İnkar anlayışı
Hegelin dediyinə görə inkar - yeni yaranan anlayışdır, lakin
özündən əvvəl gələn anlayışdan daha geniş və zəngin olanda
sonrakı inkişafı təmin edir. Yeninin təşəkkül tapması çox
hallarda köhnənin inkar edilməsi ilə bağlı olur.
İnkar haqqında müxtəlif fikirlər var. Məsələn, antik
cəmiyyətdə müəyyən dövrlərdə belə fikir olmuşdur ki, hər bir
yeni - köhnədən pisdir, cəmiyyət, əxlaq, hətta dil pozulur, xarab
olur. İnkar dedikdə burada keçmişə dönüş başa düşülürdü.
Başqa növ inkar köhnəni tamamilə aradan götürməyə, məhv
etməyə çalışır. Belə fikir «inkar» və «məhvetmə» anlayışlarını
eyniləşdirir. Nəhayət, inkarı nə isə yeni bir şeyə prinsipial keçid
kimi başa düşənlərin fikri. Belə halda əksliyə keçid baş verir,
lakin keçmiş ilə əlaqə kəsilmir, köhnənin bütün yaxşı tərəfləri
yenidə saxlanılır. Köhnənin tamamilə ləğv edilməsi deyil, onun
öz dövrünü keçirmiş, sonrakı inkişafa mane olan tərəflərinin
ləğvi elmi inkar üçün xarakter cəhətdir.
Real gerçəklikdə zidd tərəflər mövcuddur: doğum və ölüm,
çiçəklənmə və tənəzzül, tərəqqi və geriləmə. Elmi inkara görə
köhnə sadəcə olaraq atılmır, Hegelin dediyi kimi, yeni
tərəfindən qaldırılır. Köhnə ilə yeni arasında əlaqənin
saxlanmasına varislik əlaqəsi deyilir. Belə əlaqə olmadan hes
bir inkişaf ola bilməz.
68
|