Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə113/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   109   110   111   112   113   114   115   116   ...   164

əsas  ilə  əlaqəni  saxlamalıyıq.  Tarixi  görüş  elə  sfera  yaradır  ki, 

orada bizim insan təbiəti haqqında anlayışımız 



oyaniD).'*

 

Bir  çox  alimlər  hesab  edirlər  ki,  tarix  insan  cəmiyyətinin 



inkişaf  mərhələlərini  konkret  faktlar  əsasında  xronoloji 

ardıcıllıqla  öyrənən  elmdir.  Dialektik  materializm  tərəfdarları 

tarixi  qanunauyğun,  obyektiv,  insan  iradəsindən  asılı  olmayan 

təbii  proses  hesab  edirlər.  İdealist  filosoflar  isə  tarixi  inkişafın 

əsasında  mənəvi  başlanğıc  -  «dünya  ağılı»,  «dünya  ruhu», 

görkəmli şəxsiyyətlərin ideyaları olduğunu göstərirlər. Bu barədə 

aşağıda  bir  daha  bəhs  ediləcək.  Ona  görə  də  burada  hələlik 

pozitivist filosofların fikri ilə kifayətlənirik. 

İngilis  filosofu  və  tarixçisi  R.C.Kollinqvud  (1889-1943) 

hesab edirdi ki, «pozitivizmə özünü təbiət elminə xidmət etmək 

işinə  həsr  edən  fəlsəfə  kimi  tərif  vermək  olar...».  Pozitivistlər 

hesab  edirlər  ki,  bu  fəlsəfə  «iki  elementdən  yaranır:  birincisi, 

faktların  müəyyən  edilməsindən;  ikincisi,  qanunların  işlənib 

hazırlanmasından. 

Faktlar 

bilavasitə 

hissi 

qavrayışda 



müəyyənləşir. 

Qanunlar 

faktların 

induksiya 

vasitəsilə 

ümumiləşdirilməsi  yolu  ilə  aşkar  edilir».^  Birinci  faktın  təsiri 

altında pozitivist tarixşünaslıq yaranıb. Pozitivist filosoflar hesab 

edirlər  ki,  bir  halda  ki,  tarix  qarşısına  faktların  sadəcə  olaraq 

açılması vəzifəsini qoyur, o elm ola bilməz. Təbii-elmi və tarixi 

faktlar  arasında  yanlış  oxşatma  aparmaq  aşağıdakı  zəruri 

məsələnin qoyuluşunu istisna edir: necə və hansı şəraitdə tarixçi, 

onun üçün hissi qavrayış obyekti ola bilməyən, yəni yaddaşdan 

çıxıb və yenidən yaradıla bilməyən faktları dərk etməyə qabildir. 

Onların fikrinə görə tarixçi faktlara qiymət verməməlidir, onun 

vəzifəsi həmin faktlann necə olmasını göstərməkdir. 

Hətta, təbiət  hadisələrini izah edərkən marksistlərdən başqa 

materialist  mövqedən  çıxış  edən  filosoflar  da  tarix  sahəsində 

idealist olmuşlar, çünki onların fikrincə dünyanı insan ağılı idarə 

edir. 

•*

 



•* К.Ясперс. Смысл и познание истории. М., 1994, с.240. 

^ Р.Дж.Коллингвул. Идея истории. Автобиография. М.. 1980, с.122. 

341 


2.2.

 

Cəmiyyət tarixi proses kimi 

A.

 



Ümumdünya tarixinin əsas pillələrinin 

müəyyən edilməsi problemi 

Marksizmin ictimai-iqtisadi formasiya anlayışı. Cəmiyyətin 

bütün tərəfləri - istehsal üsulu, elmin vəziyyəti, incəsənət, mənəvi 

sferanın bütün müxtəlifliyi və dəyərləri, insanların həyat tərzi ilə 

birlikdə  götürülən sosial sistemin  keyfiyyətcə müəyyən, tarixən 

konkret  tipi  -  ictimai-iqtisadi  formasiya  adlanır.  Marksa  görə 

ictimai-iqtisadi  formasiyaların  tarixi  tipləri  aşağıdakılardır: 

ibtidai  icma,  quldarlıq,  feodal,  kapitalist,  kommunist 

cəmiyyətləri. 

«Formasiya»  (lat.  «formatio»  -  əmələ  gəlmə,  törəmə) 

terminini  Marks  geologiya  elmindən  götürmüşdü.  Bu  elmdəki 

«formasiya» kateqoriyası ilə fəlsəfədə «formasiya» kateqoriyası 

arasında  oxşarlıq  ondan  ibarətdir  ki,  hər  iki  halda  söhbət  təşkil 

olunmuş bir şeyin, törəmənin dəyişməsindən gedir (geologiyada - 

Yerin süxur qatları, fəlsəfədə - cəmijo^ətin inkişaf mərhələləri). 

İlk dəfə «formasiya» sözü K.Marksm «Lüi Bo- napartın on səkkiz 

brümeri» kitabında işlədilmişdi. 

Ümumdünya tarixinin gedişində sosial orqanizmin bir dünya 

sistemi başqası ilə əvəz olunur. Tarixdə aparıcı rol yeni yaranan 

sistemə  keçir.  Sistemlərin  dəyişməsi  ilə  bərabər  dünya  tarixinin 

dövrləri də dəyişir. 

Marksistlərin fikrincə, tarixdə «təmiz» şəkildə ictimai-iqtisadi 

formasiya  mövcud  olmur.  Hər  bir  cəmiyyət  keçmiş  və  hətta 

gələcək formasiyanın elementlərini ehtiva edir. 

İctimai-iqtisadi  formasiya  kateqoriyası  ictimai  inkişafın 

müəyyən tarixi pilləsini, konkret cəmiyyətin tarixi tipini, ictimai 

quruluşu ifadə edir. Marksistlərin dediyinə görə, məhz keyfiyyət 

müəyyənliyinə  istiqamətləndiyi  üçün  bu  kateqoriya  bütövün 

bütün tərkib hissələrini nəzərə almağı tələb edir, çünki onlardan 

hətta birini də unutmaq bütöv haqqında düzgün məlumat almağa 

imkan vermir. 

Elə bir cəmiyyət yoxdur ki, başqasını olduğu kimi dəqiq, xırda 

hissələri ilə birlikdə təkrar etsin. Belə müxtəlif olduqları 



342 


və  bir-birinə  oxşamadıqları  üçün  cəmiyyətlər  özlərində  çoxlu 

mümkün inkişaf variantlarını birləşdirirlər. 

Marksist filosoflar təsdiq edirlər ki, ictimai-iqtisadi formasiya 

kateqoriyası  imkan  verir  ki,  bütün  konkret  tarixi  müxtəliflik 

arasında  tarixi  prosesin  özünəməxsus  xırda  hissələrindən  təcrid 

olunaraq, inkişaf məntiqində onu yenidən quraşdırmaq mümkün 

olsun. 

Bəzi xalqlar formasiya inkişafının bu və ya başqa mərhələsini 



keçməsələr də, tarixi proses bütövlükdə ardıcıl olaraq bir- birini 

əvəz edən mütərəqqi formasiya tipləri ilə müəyyən edilir və bu 

proses  tarixin  irəliyə  doğru  mütərəqqi  hərəkətini  ifadə  edir. 

Formasiya  adı  altında  Marks  məhz  bəşəriyyətin  yüksələn 

mütərəqqi inkişafının böyük mərhələlərini başa düşürdü. 

Bir  tərəfdən,  ictimai-iqtisadi  formasiya  kateqoriyası  ictimai 

inkişafın  bir  pilləsini  o  birilərindən  ayırmaq,  ictimai  inkişafın 

eyni pilləsində olan müxtəlif xalqların tarixindəki ümumi, təkrar 

olunan  cəhətləri  müəyyən  etmək,  yəni  konkret  tarixi  tipləri  və 

istehsal  üsulunun  fonnalarmı  bir-birindən  ayırmaq,  nəhayət 

bütövlükdə  cəmiyyət  həyatını  müəyyənləşdirmək  üçün  meyar 

(kriteri)  rolunu  oynayır.  O  biri  tərəfdən,  bu  kateqoriya  dünya 

tarixini özünün mütərəqqi inkişaf çərçivəsində dövrlərə bölmək 

imkanı verir. 

Bəşəriyyət  tarixi  ayrı-ayrı  cəmiyyətlərin  tarixindən  yaransa 

da,  bir  tam  kimi  çıxış  edir.  İctimai-iqtisadi  formasiya 

nəzəriyyəsində  məhz  ayrılıqda  götürülmüş  sosial  orqanizmin 

inkişafı  deyil,  birlikdə  götürülmüş  sosial  orqanizmlərin 

bütövlükdə  qanunauyğun  inkişafı,  yəni  bütöv,  tam  kimi  bütün 

insan cəmiyyətinin təkamülü ifadə edilir. 

Marksistlər  hesab  edirlər  ki,  bununla  yanaşı  yalnız  ictimai- 

iqtisadi  formasiya  nəzəriyyəsi  mövqeyindən  tarixi  faktları  başa 

düşmək,  tarixi  prosesin  mərhələlərinin  xüsusiyyətlərini,  tarixi 

dövrləri,  bölgələrin  və  ayrı-ayrı  ölkələrin  ictimai  inkişafını, 

həmçinin  bu  və  ya  başqa  səbəblər  üzündən  inkişafı  keçmiş 

dövrlərdə  ləngiyən  xalqların  tərəqqi  yollarını  aydınlaşdırmaq 

olar. 

343 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə