Mövzu 2 Təbiət elmlərinin tədrisinin inkişaf tarixi plan



Yüklə 27,41 Kb.
səhifə1/3
tarix05.04.2023
ölçüsü27,41 Kb.
#104285
  1   2   3
Mövzu 2. Təbiət elmlərinin tədrisinin inkişaf tarixi


Mövzu 2
Təbiət elmlərinin tədrisinin inkişaf tarixi
PLAN

  1. Təbiət elmlərinin və onların tədrisi metodikasının inkişaf tarixinin əsas üç dövrü.

  2. Azərbaycanın görkəmli təbiətşünas alimləri

1.
Elmlərin inkişaf tarixinin öyrənilməsi onun tədrisində mühüm əhəmiyyət kəsb edir. Elmin inkişaf tarixini öyrənməklə onun inkişaf perspektivləri müəyyənləşdirilir və getdikcə təkmilləşdirilir. Elmin inkişafı, şübhəsiz onun yarandığı dövrün ideologiyasına uyğun olur. Təbiət elmlərinin və onların tədrisi metodikasının inkişafı əsasən üç dövrü əhatə edir:
1) Çar Rusiyası dövrü (XVIII-XIX əsrlər):
2) Keçmiş Sovet hakimiyyəti illəri (1917-1990).
3) Müstəqillik dövrü.
XVIII əsrin əvvəllərində Rusiyada heç bir təbiət dərsləri keçirilmirdi. Bu dövrdə yalnız dini dərslər keçirilirdi. Rusiyada tabiat dərsləri (fənləri) yalnız XVIII əsrin sonlarından etibarən tədris olunmağa başlandı. Təbiət və coğrafiya fənlərinin tədris olunmasında asas məqsəd məktəbliləri insanların həyatı üçün zəruri olan minerallarla, bitki və heyvanlarla, ümumiyyətlə təbiətlə tanış etmək idi. Lakin bu məqsədi həyata keçirmək üçün dərslik və metodik ədəbiyyatlar yox idi. Akademik V.F.Zuyev (1754-1794) "Rus imperiyası xalq məktəbləri üçün təbiət tarixinin təsviri "1786-cı ildə adlı ilk dərslik yazdı. Təbiət fənlərinin tədrisi metodikasının tarixi bu kitabdan başlayır. Kitabın məzmunu aşağıdakı hissələrdən ibarət olmuşdur:
1. Qazıntılar aləmi- cansız təbiət, 2. Bitkilər aləmi- botanika,
3. Heyvanlar aləmi-zoologiya.
V.F.Zuyevin yazdığı ilk dərslik təbiətşünaslığın əsasını qoydu. Kitabda bitki və heyvanların biologiyası, onların həyat tərzi, quruluşu, çoxalması, əhəmiyyəti haqqında məlumatlar verilmişdi. Dərslikdə təbiətşünaslığın təlim-tərbiyəvi əhəmiyyəti ilə bərabər 148 bitki va 157 onurğalı heyvanın təsviri verilmişdi.
V.F. Zuyev şagirdlərlə müstəqil işin qurulmasına daha çox üstünlük verirdi. Kolleksiya, herbari, tablo və sxemlərin hazırlanması və istifadəsini daha faydalı hesab edirdi. Beləliklə Zuyev XVIII əsrdə təbiətşünaslıq elminin əsasını qoymuş oldu.
Bu dövrdə görkəmli İsveç alimi, təbiətşünas Karl Linney (1707- 1778) təsviri sistematika ilə məşğul olurdu. O, 1735-ci ildə "Təbiətin sistemi" kitabını yazdı. O, ilk dəfə bütün canlıların növlərdən ibarət olduğu ideyasını irəli sürdü. Oxşar fərdləri "nov" adlandırdı və onların həmişə sabit olduğunu söylədi. Linney bitkiləri 24, heyvanları 6 sinfə bölmüşdü.
1828-ci ildə təbiət fənlərinin tədrisi qadağan olundu. Bu qadağa materialist ideyaların təbliğ olunması ilə əlaqələnidirilirdi. 1848-ci ildə təbiət fənləri gimnaziyalarda geniş proqramlarla tədris olunmağa başlandı. Lakin fənlərin tədrisi metodikası bu dövrdə düzgün aparılmırdı.
İbtidai təhsilin pedaqogikası vo metodikası sahəsində K.D. Uşinskinin (1824-1870) böyük xidmətləri olmuşdur. O, ibtidai məktəblərdə şagirdlərin məntiqi təfəkkürünün, nitqinin inkişafında coğrafiya va tabiat elmlərinin müstəsna əhəmiyyətə malik olduğunu deyirdi. Uşinski yazırdı: "Uşaqlar üçün ən faydalı, ən anlaşılan məntiq təbiət məntiqidir". O dövrdən təbiət fənləri təkamül təlimi əsasında tədris olunmağa başlandı.
Təbiətşünaslığın inkişafında rus pedaqoqu Aleksandr Yakovlevic Herdin (1841-1888) də böyük xidmətləri olmuşdur. Onun yaratdığı təbiət kursu aşağıdakı sistemlə verilmişdir: 1) cansız tabiat, 2) bitkilər, 3) heyvanlar, 4) insan, 5) yerin tarixi.
A.Y. Herdin fikrincə bitki və heyvanların həyatını təbii şəraitdə qarşılıqlı əlaqədə öyrənmək lazımdır. Herd II və III siniflər üçün "Valehedici aləm" dərsliyini yazmışdır. II sinif üçün nəzərdə tutulmuş hissəsində "Torpaq, hava və su" haqqında, III sinif üçün nəzərdə tutulan hissəsində isə "Bitkilər, heyvanlar, insan" haqqında məlumat verilmişdi. Herd cansız təbiətlə canlı təbiəti vəhdətdə görürdü və onların birlikdə öyrədilməsini düzgün hesab edirdi. Təbiətin qoynunda aparılan dərslərə, ekskursiyalara çox əhəmiyyət verirdi. "Minera- logiyadan ilk dərslər" metodik kitabında cansız təbiət kursu üzrə bütün dərslərin planını tərtib etmiş, lazım olan materialları müəyyənləşdirmişdi.
1917-ci ildə çar hakimiyyəti devrildikdən sonra keçmiş maarif sistemi dağıldı. Bu zaman təhsil sistemi köklü şəkildə dəyişildi. Əvvəllər ayrı-ayrı olan oğlan və qız məktəbləri əvəzinə ümumtəhsil əmək məktəbləri fəaliyyət göstərilməyə başladı. 1920-ci ildə sovet məktəb sistemi yaradıldı. Uşaqlara müasir elmi biliklər verilməyə başlandı. Yeni proqramlar yazıldı. 1923-30-cu illərdə tərtib olunmuş proqram üç bölmədən təbiət, əmək, cəmiyyət bölmələrindən ibarət oldu. "Təbiətşünaslıq" bir fonn kimi 1932-ci ildən məktəbə gətirildi.
1937-38-ci tədris ilindən III-IV siniflərdə ayrıca fənn kimi "Təbiət" kursu tədris olunurdu. III sinifdə "Bitkilərin həyatı", "Torpaq və faydalı qazıntılar", "Su", "Hava", "Təbiətdə elektrik hadisəsi" və s. IV sinifdə isə "Bitkilərin həyatı", "Heyvanların hayatı", "İnsan bədəninin quruluşu və həyatı" mövzuları tədris olunurdu. Bu dövrdə yeni təbiətşünas alim-pedaqoqlar yetişirdi.
Sovet dövründə təbiətşünaslığın inkişafında Konstantin Pavloviç Yaqodovski (1877-1943) böyük rol oynamışdır. Təbiət- şünaslığın tədrisi metodikasına dair onun bir neçə dərsliyi və metodik vəsaitləri nəşr olunmuşdur. "Ibtidai maktabda tabiat üzrə dərslər" (1920), "Ibtidai məktəbdə təbiət üzrə praktik məşğələlər" (1926), "Evdə və məktəbdə canlı guşə" (1927), "İbtidai məktəbdə təbiəti necə tədris etməli" (1936) metodik vəsaitləri və dərslikləri çap olunmuşdu.
1970-ci ildə ibtidai məktəblərdə əsaslı dəyişikliklər oldu. Dödrillik ibtidai məktəblərdən üçillik ibtidai məktəblərə keçildi. Bu proses 1984-1985-ci ilə kimi davam etdi. Bu proseslərlə əlaqədar təbiətşünaslıq proqramlarında əsaslı dəyişikliklər oldu.
Təhsil sistemindəki dəyişikliklərlə əlaqədar 1960-1980-ci illərdə görkəmli metodistlər meydana çıxdı. Bunlara misal olaraq Pyotr Aleksandroviç Zavitayevi (1890-1970), Mixail Nikolayeviç Skatkini, Leonid Fyodoroviç Melçakovu, Zoya Aleksandrovna Klepininanı və başqalarını göstərmək olar.
Azərbaycanda təbiət elminin inkişafına böyük təkan verən Həsən bay Zərdabi, Həsən Əliyev, Imam Mustafayev, Müzəffər Abutalıbov, Ələkbər Quliyev, Cəlal Əliyev və başqaları olmuşdur.
1998-99-cu illardan inteqrasiyalı dərsliklərin yaradılmasına başlanılmışdır. Burada yalnız təbiət haqqında biliklər yox, həmçinin sosioloji, iqtisadi, mənəvi, ictimai elmlərin ilkin anlayışları əks olunmuşdur.
"Həyat bilgisi" fənni ibtidai təhsil pilləsində 2004/2005-ci tədris ilindən tədris olunmağa başlanmışdır. İlk dərslik, "Həyat bilgisi" fənn proqramları, dərs vəsaitləri və dərslikləri 2004-2007-ci illərdə nəşr olunmuşdur.

2.
Hər bir elmin inkişaf tarixini öyrənməklə onun tədrisində qüsurlar aradan qaldırılır və həmin elmi inkişaf etdirmək və təkmilləşdirmək üçün zəmin yaranır. Hər bir elmin yaranması və inkişaf səviyyəsi müəyyən dövrün ideologiyasına və bəşəriyyətin inkişaf səviyyəsinə uyğun olur. Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxin, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. Hayat haqqında, təbiət haqqında elmi biliklər IX-XII əsrlərdə Şərq ölkələrinin görkəmli şair, alim va filosoflarının əsərlərində verilmişdir. Ərəb, özbək, tacik, rus, Azərbaycan və başqa xalqların alim və filosoflarının əsərlərində təbiət və həyatın müxtəlif sahələrinə dair çox əhəmiyyətli məlumatlar verilmişdir.


Hələ XI əsrdə Şamaxıda "Məlhəm Tibb Akademiyası" fəaliyyət göstərmiş və müxtəlif bitki və göbələklərdən hazırlanmış dərmanlar vasitəsilə insanlar müalicə olunurdu. Azərbaycanın görkəmli alimi, filosof və həkim Bəhmənyar (993-1066) Ibn Sinanın (Avitsena) (980-1037) şagirdi olmuşdur. Bəhmənyar Əbülhəsən Mərzban oğlu bir sıra əsərləri və orijinal fikirləri ilə dünya şöhrəti qazanmışdır. Onun ərəb dilində yazdığı "Varlıqlar iyerarxiyası" və "Metafizika" əsərləri bir sıra avropa dillərinə tərcümə olunmuşdur. O, təbiəti həmişə inkişafda və dəyişməkdə görürdü. Onun əsərləri təkamül ideyalarının meydana çıxmasında müəyyən tarixi rol oynamışdır.
Azərbaycanın görkəmli şairi Əfzələddin Xaqani (1120-1199) dünyanın birdən-birə yaranmayıb, tədricən inkişaf yolu ilə meydana gəldiyini bildirmişdir. Onun fikrincə, təbiətin inkişafı da 4 pillədən ibarətdir: əvvəlcə cansızlar, onlardan bitkilər, sonra heyvanlar və onlardan isə insanlar əmələ gəlmişdir.
Xaqaniyə görə qədim yunan alimlərinin hesab etdiyi kimi təbiətin, bütün varlıqların əsasını su, hava, torpaq va od təşkil edir. O, təbiətin daim inkişafta olduğu fikrini təbliğ ediridi.
Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) öz əsərlərində təkamül prosesini sübut edən müqayisəli anatomiya, embriologiya, poleontologiya elmləri barədə maraqlı məlumatlar vermişdir. O, hələ Darvindən çox əvvəl yaşamaq uğrunda mübarizə, mühitə uyğunlaşma haqqında maraqlı fikirlər söyləmişdir. Tərkibin sabitliyi, maddə çəkisinin itməməsi qanunları haqqında hələ bu qanunlar kəşf olunmazdan çox-çox əvvəl sübutlar göstərmişdir. Məsələn, onun aşağıdakı şeiri buna sübutdur:


Çox keçsə də bu dünyanın yaşından
Zərrə qədər tük bela əskilməmiş başından

Maddi aləmin daima dəyişilməsini aşağıdakı şeirilə ifadə etmişdir:




Quvvətlə göyə daş atsan əgər
O yerə düşüncə işlər dəyişər.
Torpaqda çürüyən bədənlərimiz,
Dağılır, dəyişir, yox olmur təmiz.
Yerində qalarsa o dağıntılar
Bir yerə yığılsa yenə canlanar.



Yüklə 27,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə