Mövzu 2 Təbiət elmlərinin tədrisinin inkişaf tarixi plan



Yüklə 27,41 Kb.
səhifə3/3
tarix05.04.2023
ölçüsü27,41 Kb.
#104285
1   2   3
Mövzu 2. Təbiət elmlərinin tədrisinin inkişaf tarixi

Hacı Zeynalabdin Şirvani (1780-1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı "Cannat bağı səyahətləri", "Səyahət bağı" əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır.
Abbasqulu ağa Bakıxanovun (1794-1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi tasvirini vermiş, "Qəribə kəşflər" əsərini Amerika qitəsinin kəşf olunmasına ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.
İsmayıl Qutqaşınlının (1806-1861). Məkkə səfərini əks etdirən "Səfərnamə" adlı əsəri coğra fiya baxımdan qiymətlidir.
Görkəmli maarifçi, təbiətşünas alim Həsənbəy Zərdabinin (1842- 1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.
Qafur Rəşad Mirzəzadə (1884-1943) Azərbaycanın görkəmli coğrafiyaçısıdır. O, Azərbaycanda Coğrafiyanın tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun "Qafqaz coğrafiyası", "Ümumi coğrafiya", "Azərbaycan coğrafiyası", "Coğrafiya terminləri lüğəti", "Ümumi fiziki coğrafiya" adlı asarlari respublikamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.
Həsən Əliyev (1907-1993) Sarai Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin va coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsi Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının va suyunun mühafizəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, kütlələrin ekoloji tarbivasino, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi. Əliyevin "Həyəcan təbili" asari (Bakı, 1976) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır.
Budaq Budaqov (1928-2012) monoqrafiyaların, dərsliklərin, elmi-populyar məqalələrin müəllifi olmuşdur. Onun "Ən yüksək zirvəlanda". "Canlı adalar". "Qara olmuş dağlar", "İki mərtəbəli cay". "Üzan su anbarları", "Coğrafi adlar tarixi abidədir". "Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artiq elmi-kütləvi məqalələrində təbiət mövzusundan bəhs edərkən oxuculara təbiəti sevmays, elmi-texniki tərəqqi dövründə təbiəti qorumağa, onun gözəlliklərini artırmağa dəvət etməyə, təbii sərvətlərdən ağıllı istifadə etməyə, israfçılığa qarşı mübarizə aparmağa çağırış əsas qayəsi olmuşdur.
Yüklə 27,41 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə