248
Gülümbahardanı müalicə preparatlarının hazırlanması.
Piy yığınları, yanıqlar, dəmrov, dəridə baş verən irinli səpkilər və şaxta vurmalarında.
Gülümbahar çiçəklərinin sulu məhlulda hazırlanmıĢ qatı ekstraktından istifadə edilir.
Qatı məhlulun hazırlanması. 50 q təzə çiçəyini 0,5 litr qaynar suya töküb axĢama qədər
dəmləyin. Səhər süzüb üzərinə 50 q iri duz parçası salıb tam əriyənə qədər qarĢdırın. Sonra tənzifı
6-8 qat edib aldığınız ekstraktla isladıb xəstə nahiyəyə yaĢ sarğı kimi qoyun. Əməliyyat gündə 2
dəfə təkrar olunmalıdır. Sarğını açdıqdan sonra xəstə nahiyənin üzərinə maz sürtün.
Mazın hazırlanması. 10 q qaz və yaxud toyugun bərk yağından götürüb 50 q gülümbaharın
spirtli cövhərinin üzərinə əlavə edib su hamamının üzərinə qoyun və spirt buxarlanıb qurtarana
qədər qarıĢdırın. Ekstraktı gaynatmaq olmaz.
AlınmıĢ maz Ģaxtavurma və trofık yaraların müalicə olunmasında iĢlədilir.
Gülümbahar yağının hazırlatıması. ġüĢə bankanı götürüb içərisini gülümbahar çiçəkləri ilə
doldurub 7-10 gün günəĢin qabağına qoyub saxlayın. Sonra bankanın aĢağı hissəsinə toplanan yağı
süzüb qaranlıq soyuq yerdə saxlayın və lazım gəldikcə iĢlədin.
Üzdə gənələrin törətdiyi xəstəliklərin müalicəsində. 3 xörək qaĢığı gülümbahar çiçəyini
qəhvəüyüdəndən keçirib, alınan tozun üzərinə 5 xörək qaĢığı su töküb sıyıq alınana qədər qarıĢdırın.
Sonra sıyığın üzərinə yarım stəkan vələmir sıyığı əlavə edin. AlınmıĢ kütləni yaxĢı-yaxĢı qarıĢdırın
və üzərinə yenidən 1 xörək qaĢığı limon Ģirəsi, 1 çay qaĢığı bal, 1 ədəd yumurta sarısı əlavə edib
eynicinsli kütlə alınana qədər qarıĢdırın. AlınmıĢ kütlədən 1 çay qaĢığı götürüb 150 ml suyun
içərisinə tökün və qarıĢdırın, sonra pambığa hopdurub üzünüzü silib-təmizləyin. Üzünüzə əlavə
olaraq gavalı sıyığı yaxıb 5-10 dəqiqə saxladıqdan sonra yuyun. Müalicə kursu uzunmüddətlidir.
Avtos stomatitdə, gingivit, pioreya, distrofıya, parodontoz, soyuqdəymələrdə, tonzillitdə. 20
q gülümbahar çiçəyini 100 q qaynar suya töküb axĢamdan səhərə qədər dəmə qoyun. Sonra süzüb
ağız nahiyəsini yaxalayın (burun nahiyəsində baĢ verən qüsurlarda damcısından istifadə edilir).
Prosesi hər yarım saatdan bir təkrar edin. Kəskin anginada isə hər yarım saatdan bir boğaz
nahiyəsini qarqara edin.
Trixinoz (trixomonad) kolitdə. Bunun üçün 1 həb trixopol, 1 çay qaĢığı bal, 1 çay qaĢığı
soğan sıyığından götürüb tənzifın üzərinə yaxıb, tampon Ģəklinə salın. Cüt günlər tampondan, tək
günlər isə gülümbahar mazından istifadə edin. Yadda saxlamaq lazımdır ki, əməliyatı aparan zaman
1 çay qaĢığı gülümbaharın spirtli cövhərindən qəbul edin. Müalicə kursu 21 gündür.
Blefaritin yüngül formasının müalicəsində. QatılaĢmayan göz yaĢı vəzisinin sekresiya
kanalının təmizlənməsində, konyunktivitdə, itdirsəyində təzə gülümbahar çiçəklərindən hazırlanmıĢ
dəmləməsini gözə damızdırmaqla müalicə edirlər. DoğuĢdan sonra üzdə əmələ gələn çil və piqment
ləkələrini müalicə etmək üçün gündə 3 dəfə, gülümbaharın yarpaq və çiçəklərinin Ģirəsindən
istifadə edin.
Qastirit, onikibarmaq bağırsaq yaralarının, enetrokolitin, qara ciyər və öd yolları
xəstəliklərinin müalicəsiııdə. Gülümbahar, çobanyastığı və boymadərən bitkilərini bir-biriləri ilə
qarıĢdırın. QarıĢdırdıqdan sonra 2 xorək qaĢığı qarıĢığı 0,5 litr qaynar suya töküb axĢama qədər
dəmləyin. AlınmıĢ cövhərdən gündə 3 dəfə, stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. Müalicəni
40 gün davam etdirin. 14
gün fasilədən sonra, yenidən daha 40 gün müalicəni davam etdirin.
Ürək-damar xəstəliyində. Ürək döyünmələrində, təngnəfəslikdə, ĢiĢmələrdə gülümbahar,
xoruzgülü və piĢikotunun qarıĢığından istifadə olunması məsləhət görülür. Bunun üçün 1 xörək
qaĢığı qarıĢığı 1 stəkan qaynar suya töküb 8-10 saat dəmləyin. Sonra süzüb 3 saat ara verməklə 1
xörək qaĢığı daxilə qəbul edin.
Kəskin ürəkbulanmalarında və qusma zamanı (hamiləlik toksikozları zamanı). Bunun
üçün eyni miqdarda gülümbahar çiçəyi ilə quĢəppəyi qarıĢığından 1 xorək qaĢığı götürüb bir stəkan
qaynar suya tökün və bütün gecəni dəmlədikdən sonra gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ bir
xörək qaĢığı daxilə qəbul edin.
Mədə soyuqdəymələrində. Mədəaltı vəzinin, dalağın fıbroz dəyiĢilmələrində gülümbahar,
dəmrovotu, zəncirotu, eyni miqdarda dazıotundan götürüb bir-biri ilə qarıĢdırın. 2 xorək qaĢığı
qarıĢığı 0,5 stəkan qaynar suya töküb səhərə qədər dəmləyin. Gündə 3 dəfə yeməkqabağı stəkanın
3/4 hissəsi qədər daxilə qəbul edin.