Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   66   67   68   69   70   71   72   73   ...   149

139 
 
geniĢ  istifadə  edilir.  Bəlğəmotunun  kökü  sinə  yumĢaldan  çayın  və  öskürək  əleyhinə  iĢlədilən 
qarıĢıqların tərkibinə qatılır. 
Kökünün tərkibində çoxlu miqdarda selikli maddə olduğuna görə, bitkidən hazrlanan qalen 
preparatları nəfəs yolları və mədə-bağırsaq orqanlannın müalicəsində istifadə edilir. Bəlğəmotunun 
kökündən  hazırlanan  çıxarıĢ  müdafıəedici,  yumĢaldıcı  kimi,  soyuqdəymə  əleyhinə  istifadə 
olunmaqla  yanaĢı,  bəlğəmgətirici,  ağrıkəsici  xüsusiyyətlərə  də  malikdir.  Ekstraktından  xroniki 
bronxitdə, traxeit, laringit, bronx sətəlcəmində və bronxial astma xəstəliklərində də istifadə edilır. 
Seliyin  tərkibində  niĢastanın,  Ģəkərlərin,  polisaxaridlərin,  kolloid  xüsusiyyətli  maddələrin  olması, 
xəstəlik  nəticəsində  zədələnmiĢ  nahiyələri  ―suvayır‖,  qıcıqlanan  sinir  uclarını  nizamlayır,  selikli 
qıĢanı  qoruqaraq  toxumaların  tezliklə  sağalmasına  kömək  edir.  Bundan  baĢqa  dərman  gülxətmi 
kökünün  selik  maddəsindən  mədə  xəstəliklərinin,  onikibarmaq  bağırsağın,  mədədə  turĢuluğun 
qaydaya salınmasnda geniĢ istifadə edilır. 
Bəlğəmotundan müalicə preparatlarının hazırlanması. 
Mədə  və  onikibarmaq  bağırsaqda  əmələ  gələn  yaraların,  kolitin,  dizenteriyanın 
müalicəsində.  4  çay  qaĢığı  doğranmıĢ  kökünü  0,5  litr  qaynadılmıĢ  soyuq  suya  töküb  8  saat 
dəmləyib süzün. Aldığınız cövhərdən gündə 3-4 dəfə yeməyə yarım saat qalmıĢ qəbul edin. 
Zökəm  və  qrip  zamanı.  1  çay  qaĢığı  doğranmıĢ  kökünü  1  stəkan  qaynadılmıĢ  soyuq  suya 
töküb, 3-4 saat dəmlədikdən sonra süzün. Aldığınız ekstraktdan gündə 2 xörək qaĢığı yeməyə yarım 
saat qalmıĢ qəbul edin. 
Öskürək,  bronxit,  ağ  ciyər  soyuqdəymələrində,  göyöskürək,  bronxial  astma  zamanı.  2 
xörək qaĢığı doğranmıĢ kökünü 1 stəkan qaynadılmıĢ soyuq suya töküb  7-8 saat dəmləyib süzün. 
Aldığınız ekstraktdan gündə yeməyə yarım saat qalmıĢ 4-5 xörək qaĢığı qəbul edin. 
Xroniki  prostatın  və  adenoma  vəzisinin  pozuntıılarında  əlavə  vasitə  kimi.  1  çay  qaĢığı 
doğranmıĢ  kök  hissəsini  otaq  temperaturunda  olan  0,5  stəkan  qaynadılmıĢ  suya  töküb,  1  saat 
dəmləyin və süzün. Aldığınız ekstraktdan 1 xörək qaĢığı hər 2 saatdan bir qəbul edin. 
Sistit,  sidik  kisəsində  olan  daşların  müalicəsi  zamanı.  2  xörək  qaĢığı  doğranmıĢ  kök 
hissəsini  1  stəkan  qaynadılmıĢ  otaq  temperaturunda  olan  suya  töküb  3-4  saat  dəmlədikdən  sonra 
süzün. Ekstraktdan gündə 4 dəfə, yeməkqabağı 1 xörək qaĢığı ı qəbul edin. 
Psoriaz və ekzema zamanı. 1 xörək qaĢığı doğranmıĢ kök hissəsini 0,5 litr qaynadılmıĢ isti 
suya töküb 4-6 saat dəmləyib süzün. Yeməkqabağı gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin. 
Badamcıqların,  diş  əti  toxumasının  iltihabı,  stomatit  zamanı.  2  xörək  qaĢığı  doğranmıĢ 
kökünü  0,5  litr  qaynadılmıĢ  isti  suya  töküb  2  saat  dəmləyib  süzün.  Ġsti  halda  boğaz  və  ağız 
nahiyənizi tez-tez qarqara edin. 
Öskürək, bronxit, qara ciyər soyııqdəymələri, göyöskürək, bronxial astma zamanı. 2 xörək 
qaĢığı doğranmıĢ kökünü 1 stəkan qaynadılmıĢ isti suya töküb 7-8 saat dəmləyib, süzün. Aldığınız 
ekstraktdan gündə 3-5 dəfə, yeməyə yarım saat qalmıĢ 2 xörək qaĢığı qəbul edin. 
Konyuktivit  və  blefarit  zamanı.  2  xörək  qaĢığı  doğranmıĢ  kökünü  qanyadılmıĢ  isti  suya 
tökün və 2 saat dəmləyib süzün. Alınan ekstraktla gündə 2-3 dəfə gözünüzü yuyun. 
Xalq  təbabətində  yarpaqlarından,  çiçəklərindən  və  köklərindən  dəmlənmiĢ  çay  öskürəyə 
qarĢı və sinə ağrılarında sakitləĢdirici vasitə kimi istifadə edilir. 
Çiçəklərini  suda  pörtlədib,  uĢaqlarda  baĢ  verən  soyuqdəymələrdə  ağrıyan  nahiyələrə 
qoyurlar. Bəlğəmotu çiçəklərini qızılgül ləçəkləri və Ģüyüd toxumları ilə qarıĢdırıb çay hazırlayır və 
quru öskürək zamanı içirlər. QurudulmuĢ çiçəklərinin dəmləməsi uĢaqlarda tez-tez baĢ verən mədə 
xəstəliklərində, eləcə də iltihab və ishala qarĢı iĢlədilir. Bitkinin köklərindən hazırlanmıĢ çay mədə 
ağrılarında,  ishalda,  kəskin  qastritlərdə,  enterokolitlərdə  yumĢaldıcı  və  iltihabı  aradan  qaldıran 
vasitə  kimi  istifadə  edilir.  QurudulmuĢ  yarpaqlarından  və  çiçəklərindən  kərə  yağında  hazırlanmıĢ 
məlhəm  dəri  xəstəliklərində  (açıq  yaralarda)  yarasağaldıcı  və  iltihab  götürücü  kimi,  eləcə  də 
frunkullara (çibanlara) qarĢı istifadə edilir. 
Yarpaqlarını toz halına salaraq, zeytun yağı ilə qarıĢdırır, yanıqların, yaraların, qaĢınmaların 
müalicəsi  üçün  dəriyə  sürtürlər.  Çiçəklərindən  hazırlanmıĢ  cövhərdən  isə  gözün  selikli  qiĢasını 
müalicə elirlər. Kökünün sulu məhlulu (1-2 xörək qaĢığı həcmində kökün 1 stəkan soyuq suda bir 
neçə saat saxladıqdan sonra alınan çıxarıĢı) soyuqdəymə nəticəsində dəridə əmələ gələn proseslərin 


140 
 
aradan qaldırılmasında istifadə edilir. 
Bəlğəmotıı kökündən dəmləmələrin hazırlanması. 2 xörək qaĢığı kökü emal qaba tökərək 
üzərinə  200  ml  qaynar  su  əlavə  edin,  ağzını  örtüb  su  vannasında  30  dəqiqə  vam  odda  qızdırın, 
qızdırdıqdan  sonra,  otaq  temperaturunda  soyudub  süzün.  AlınmıĢ  ckstraktdan  gündə  3-4  dəfə 
stəkanın 1/2- 1/3 hissəsi qədər için. 
Bəlğəmotıı siropu. Kökündən hazırlanmıĢ qatı məhlulun üzərinə Ģəkər tozu əlavə edib 25-30 
dəqiqə sonra otaq temperaturunda soyudun. AlınmıĢ məhluldan gündə 3 dəfə, yeməyə 25-30 dəqiqə 
qalmıĢ bir xörək qaĢığı həcmində qəbul edin. 
 
Pambıq – Gossypium L. 
 
Pambıq texniki bitki olub, çox qədim dövrlərdən dünyanın bir sıra ölkələrində geniĢ surətdə 
əkilib-becərilir.  Vətəni  Mərkəzi  Amerika,  Meksika,  eləcə  də  tropik  ölkələr  hesab  edilir.  Bu 
ölkələrdə pambığın yabanı formaları, çoxillik növləri, kol və ağac formaları mövcuddur. Pambığın 
hündürlüyü öz vətənində 6-7 m-ə çatır.  
Pambıq cinsinə 35 növ və çoxlu sayda müxtəlif sort və formalar daxildir. Bunlardan isə ən 
çox 5 növ – Meksika, Peru, Hind-Çin pambığı, üçdiĢli pambıq becərilir. Dünyada əkilən pambığın 
20%-i Meksika növünün payına düĢür. Qalan 4 növün əkin sahəsi 10% təĢkil edir. 
Pambıq ilk dəfə eramızdan 3000 il qabaq Hindistanda əkilib-becərilməyə baĢlanmıĢdır. 
Pambıq  qiymətli  lif,  yağ,  dərman  əhəmiyyətli,  aĢı,  boya,  yem,  üzvi  turĢu  təbiətli  birillik 
texniki  bitkidir.  Hazırda  bu  bitkidən  dünya  praktikasında  yüzdən  artıq  kimyəvi  maddə,  xalq 
təsərrüfatının 1200-dən artıq müxtəlif sahələrində tətbiq edilən məhsul istehsal olunur. 
Pambığın iqtisadi cəhətdən gəlir gətirən hissəsi əsasən lifı və yarpağıdır. Tərkibində zəngin 
pektin maddəsi olduğundan mal-qara üçün qiymətli yem sayılır. Aparılan təcrübələrdən aydın olur 
ki,  1  hektar  sahədən  2,5-3,0  tona  qədər  yarpaq  tədarük  etmək  olar.  Pambıq  yarpağından  limon, 
alma, askorbin, quzuqulağı, süd, üzüm, flüor, sirkə, çaxır, kəhrəba, nikotin, valerin, qarıĢqa, salisil 
və s. üzvi turĢular alınır. Bitkidə üzvi turĢular vegetasiya dövrünün sonunda toplanır. 
Limonda 6-7%, narda 6-9%, tütün yarpağında isə 6-7% limon turĢusu olduğu halda pambıq 
yarpağında 6-8% olur. Ən çox limon turĢusu bitkinin çiçəkaltlığında (8,24-10,7%) olur. 
1  hektar  sahədən  1,5-1,8  ton  çiçəkaltlığı  əldə  edilir.  Buna  görə  də  sənayedə  limon  turĢusu 
almaq üçün pambığın yarpağı ilə çiçəkaltlığı ən qiymətli xammal hesab oluna bilər. Pambıq yarpağı 
və çiçəkaltlığından yeyinti sənayesində (spirtsiz içkilərin hazırlanmasında, qənnadı məmulatlarında, 
qida konsentratlarında, Ģərabçılıqda və kulinariyada) geniĢ istifadə edilir. Limon və alma turĢuların 
kimya, toxuculuq, dəri, neft və neft məhsulları istehsalında və fototexnikada da iĢlədilir. Radioaktiv 
maddələrin təmizlənməsində də limon turĢusu tətbiq edilir. Tibbdə limon turĢusu, əsasən, müalicə 
məqsədləri üçün, eyni zamanda qanköçürmədə geniĢ iĢlədilir. 
Hazırda  respublikamızda  limon  turĢusu  istehsal  edən  müəssisə  yoxdur.  Belə  bir  müəssisə 
yaradılarsa,  xammal  sarıdan  korluq  çəkilməyəcək.  Respublikamızın  ərazisində  200000  hektardan 
artıq  pambıq  əkilərsə  və  hər  hektar  sahədən  2,5-3,0  tonadək  pambıq  yarpağı  və  0,5-0,8  ton 
çiçəkaltlığı  toplanarsa,  bu  40  min  ton  yarpaq  və  çiçək  altlığı  deməkdir.  500  min  ton  yarpaq  və 
çiçəkaltlığından  1,5  min  tondan  artıq  limon  turĢusu  istehsal  etmək  olar.  Bundan  baĢqa  pambıq 
yarpağından  çoxlu  miqdarda  karotinoid  və  riboflavin  maddələri  də  aĢkar  edilmiĢdir.  Yarpağında 
olan  amin  turĢularının  miqdarı  heç  də  qara  yonca,  soya  və  qarğıdalı  yarpağından  geri  qalmır. 
Pambıq yarpağından əvəzolunmaz lizin, histidin, orgenin trionin, metionin, valin, fenilalalin, leysin 
kimi qiymətli amin turĢularından baĢqa çoxlu miqdarda pektin maddəsi, həmçinin karbohidratlardan 
mannoza, saxaroza, niĢasta, helisellüloza və s. aĢkar edilmiĢdir. 
Pambığın  yarpaq  və  çiçəklər  boyaq  maddələri  ilə  də  zəngindir.  Biz  pambıq  yarpağının 
tərkibindən ilk dəfə olaraq 6,5%-ə qədər flavonoid tərkibli boya maddəsi, çiçəklərindən isə 6,8%-ə 
qədər  antosian  maddəsi  aĢkar  etdik.  Pambıq  yarpağı  tərkibindəki  flavonoid  boyaq  maddəsinin 
tərkibi  kversetin,  kempferol  və  s.  quruluĢlu  olduğu  halda,  çiçəklərində  tapılan  antosian 
birləĢmələrinin  tərkibi  xrizantemin  (sineidin-3-qlükozid)  və  qossitisianin  (sianidin-3-qlükozid  - 
sionizid)  ibarətdir.  Bu  antosianlar  P  vitamini  fəallığına  malik  maddələr  hesab  edilir.  Pambıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə