Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə12/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   8   9   10   11   12   13   14   15   ...   298

 

"flü' ’ 


fiziologiyası, fotosintez nəzəriyyəsi, biokimya, biofızika, molekulyar 

biologiya, gen mühəndisliyi, hüceyrə seleksiyası və biologiya elminin 

digər sahələrində də əldə etdiyi nailiyyətlər gələcək nəsillərə irs qalacaq. 

Bu irsi yaşatmaq, qoruyub gələcək seleksiyaçılar nəslinə çatdınnaq 

seleksiya məktəbinin hər bir üzvünün, Azərbaycam gələcəkdə qüdrətli bır 

dövlət gönnək istəyən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır. 



1

 



Budaqov Budaq Əbdüləli oğlu 

(1928-2012). Azərbaycanda 

coğrafiya və ekologiya elminin 

inkişafında məhşur, dünya şöhrətli 

alim, görkəmli coğraf, ekoloq, 

AMEA akademik H.Ə.Əliyev 

adma Coğrafiya İnstitutunun sabiq 

direktoru və Respublika 

Ağsaqqallar Şurasının sədri Buda- 

qov Budaq Əbdüləli oğlunun 

misilsiz xidmətləri olmuşdur. O, 

1951-ci ildə Azərbaycan Dövlət 

Pedaqoji Universitetinin coğrafiya 

fakültəsini bitirərək həmin ildə 

sabiq SSRİ EA Coğrafiya 

İnstitutunun (Moskva) aspirantu- 

rasına daxil olmuş və 1955-ci ildə “Cənub-Şərqi Qafqazın şimal 

yamacının geomorfologiyası” mövzusunda namizədlik dissertasiyası 

müdafiə etmiş və coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 

Alim 1955-1958-ci illərdə AMEA Coğrafiya İnstitutunda əvvəlcə kiçik, 

sonra isə baş elmi işçi, 1958-1962-ci illərdə Coğrafiya Cəmiyyətinin elmi 

katibi, 1959-1960-cı illərdə fiziki coğrafiya şöbəsinin müdiri vəzifəsində 

işləmişdir. B.Budaqov 1962-1966-cı illərdə Özbəkistan SSR EA 

Hidrogeologiya İnstitutunun direktoru, akademik Q.A.Movlyanovun 

dəvəti ilə Fərqanə çökəkliyində keçirilən geomorfoloji ekspedisiyasının 

elmi rəhbəri olmuş, 1967-ci ildə “Böyük Qafqazın Azərbaycan hissəsinin 

geomorfologiyası və yeni tektonikası” mövzusunda doktorluq disser- 

tasiyası müdafiə etmiş, 1974-1983-cü və 1986-1989-cu illərdə Coğrafiya 

İnstitutunun elmi işlər üzrə direktor müavini işləmişdir. Alim 1978-ci 

ildə “Cənub-şərqi Azərbaycanın geomorfologiyası və yeni tektonikası” 

adlı kitabına görə N.A.Prjevalski adına Qızıl medalı ilə təltif edilmişdir. 

O, 1986-1990-cı illərdə Coğrafiya İnstitutunun “Fiziki coğrafiya və 

xəritəçilik” şöbəsinin müdiri vəzifəsində işləmiş, 2000-ci ildə 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrəf ’ ordeni ilə. 

 

28 




həmçinin Y.Məmmədəliyev, H.Əliyev, Məmməd Araz və messenat 

H.Zeynalabdin Tağıyev adma mükafatlarla təltif olunmuşdur. B.Budaqov 

Azərbaycan Respublikasında geomorfologiya, landşaftşünaslıq və 

toponimika elmi məktəblərinin banilərindəndir. “Azərbaycan Respub- 

likası ərazisinin ekoloji gərginlik dərəcəsinə görə ekoloji-coğrafi rayon- 

laşma” xəritəsi də məhz onun tərəfindən hazırlanmışdır. B.Budaqov 

çoxlu sayda dərslik, dərs vəsaitləri, monoqrafiya və kitabların müəllifidir. 

Onun rəhbərliyi ilə 6 elmlər doktoru və 45 elmlər namizədi 

hazırlanmışdır. 

Məmmədov Qərib Şamil oğlu 

(1947). Görkəmli Azərbaycan 

alimi, AMEA-nm həqiqi üzvü, 

akademik Qərib Məmmədov 

1966-cı ildə DPU-nun Coğrafiya- 

biologiya fakültəsinə daxil olub, 

1970-ci ildə həmin universiteti 

fərqlənmə diplomu ilə bitirdikdən 

sonra Azərbaycan Kənd Təsərrü- 

fatı Nazirliyi Elmi-Tədqiqat 

Eroziya bölməsinə göndərilir, 

orada laborant vəzifəsində işləyib 

və 1973-cü ildə AMEA Torpaqşü- 

naslıq və Aqrokimya İnstitutunda 

əyani aspiranturaya qəbul olunub, 

1976-cı ildə aspiranturanı 

bitirərək həmin institutun «Torpaqların aqroekologiyası və bonitirovkası» 

laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. Alim 1978-ci ildə 

«Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji 

xarakteristikası və bonitirovkası» mövzusunda namizədlik dissertasiyası 

müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alıb, 

1980-84-cü illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 

baş elmi işçi, 1984-94-cü illərdə isə laboratoriya müdiri vəzifəsində 

işləyib, 1987-ci ildə bonitirovka, aqroekologiya və xəritəçilikdə 

qazandığı elmi nailiyyətlərə görə SSRİ Xalq Nailiyyətləri Sərgisinin 

bürünc medalına layiq görülüb. O, 1991-ci ildə Dnepropetrovsk Dövlət 

Universitetində «Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan 

torpaqlarının ekoloji qiymətləndirilməsi» mövzusunda doktorluq 

dissertasiyası müdafiə edib. Doktorluq dissertasiyasının əsasını 

Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqlarının ekoloji 

problemləri təşkil edir, 1992-ci ildə SSRİ AAK tərəfindən ölkəmizdə ilk 

 

29 



dəfə olaraq ona ekologiya ixtisası  üzrə biologiya  elmləri  doktoru alimlik 

dərəcəsi, Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən 

isə respublikada ilk ekoloq kimi professor elmi adı verilib. Q.Məmmədov 

1994-cü  ildə  AMEA  Rəyasət  Heyəti  tərəfindən  Torpaqşünaslıq  və 

Aqrokimya İnstitutuna direktor təyin olunub, institutun «ixtisaslaşdınimış 

müdafiə»  və  «elmi»  şuralarının  sədri  seçilib,  1976-  94-cü  illərdə  istər 

Azərbaycanda, istərsə də SSRİ-nin bir çox şəhərlərində (Tbilisi, Moskva, 

Aşqabad,  Daşkənd,  Yerevan,  Bamaul,  Puşino,  Ufa,  Novosibirsk  və  s.) 

beynəlxalq simpoziumlarda, konqreslərdə, konfranslarda elmi məruzələrlə 

çıxış edərək Azərbaycanı təmsil etmişdir. O, 

1996-

 

cı ildə Birinci çağınş Azərbaycan Milli Məclisinin deputatı seçilib, 



«Ekologiya  məsələləri  üzrə»  Daimi  Komissiyasının,  həmçinin  Azərbay- 

can-Çin Parlamentlərarası qrupunun üzvü kimi fəaliyyət göstərib. Alim 

1997-

 

ci  ilin  iyul  ayının  25-də  Azərbaycan  Respublikasının  Prezidenti 



Ümummilli lider Heydər Əliyevin Sərəncamı (№627) ilə Dövlət Torpaq və 

Xəritəçəkmə  Komitəsinin  sədri  təyin  olunub,  1993-cü  ildən  Bakıda 

keçirilən  «Enerji,  Ekologiya,  İqtisadiyyat»  Beynəlxalq  Konqreslərində 

elmi  cəhətdən  çox  zəngin,  maraqlı  və  fundamental  tətbiqi  xarakterli, 

1996-cı  ildə  isə  Türkiyənin  Adana  şəhərində  keçirilən  Beynəlxalq 

Konqresdə  «Deqradasiyaya  uğramış  torpaqların  bərpa  olunmasının  aqro- 

ekoloji  əsasları  və  Azərbaycan  torpaqlanmn  ekoloji  münbitlik  modeli» 

mövzusunda  məruzə  etmişdir,  1998-ci  ildən  akademik  H.Əliyev  adma 

Ekologiya fondunun sədridir, 1998-ci ildə Fransanın Montpelye şəhərində 

keçirilən  Ümumdünya  Torpaqşünaslıq  Cəmiyyətinin  XVI  konqresində 

iştirak  etməklə  «Azərbaycanın  kənd  təsərrüfatı  və  digər  bitkiləri  altında 

olan  torpaqlarının  antropogen  amilləri,  ekoloji  qiymət  xəritəsi  və  onun 

praktiki  əhəmiyyəti»  mövzusunda məruzəsi  böyük maraqla dinlənmişdir. 

1998-ci ildə Fransada keçirilən Ümumdünya Torpaqşünaslıq Cəmiyyətinin 

XVI konqresində həmin Cəmiyyətin ömürlük üzvü seçilmiş, 1999-cu ildə 

Düşənbə  şəhərində  «Kənd  təsərrüfatı  bitkilərinin  diaqnostikasına  dair» 

Beynəlxalq  konfransda  «Azərbaycan  şəraitində  yonca  bitkisində  qida 

maddələrinin toplanmasına ekoloji amillərin təsiri», 2000-ci ildə isə Suzdal 

şəhərində  V.V.Dokuçayev  adma  Torpaqşünaslıq  Cəmiyyətinin  III 

qurultayında «Azərbaycanın dağ sənaye rayonlarının ekoloji vəziyyəti və 

onların yaxşılaşdırılması perspektivləri» və «Azərbaycanda torpaq islahatı» 

mövzularında  məruzələr  etmişdir.  O  Məmmədov  1998-ci  ildən  Sərhəd 

məsələləri  üzrə  dövlət  komissiyasının,  2001-ci  ildən  Azərbaycan 

Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  Ekspert 

Şurasının  üzvü,  2001-ci  ildən  Azərbaycan  Torpaqşünaslıq  Cəmiyyətinin 

prezidentidir. 2000-ci ildən 



30 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə