Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə13/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   9   10   11   12   13   14   15   16   ...   298

AMEA «Xəbərləri (biologiya elmləri seriyası)» jurnalının baş redaktorunun 

müavini,  Beynəlxalq  Noosfer  Akademiyasının  həqiqi  üzvü,  Rusiya 

Ekologiya Akademiyasının (Moskva), 2001-ci ildən Rusiya Təbiət Elmlər 

Akademiyasının (Moskva), Beynəlxalq Elmlər Akademiyasının akademiki 

(Avstriya)  və  AMEA-nın  müxbir  üzvüdür.  O,  2001-ci  ildən  Bioloji 

müxtəlifliyin  genetik  ehtiyatları  üzrə  Dövlət  Komissiyasının  üzvüdür, 

2002-ci  ildən  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası,  2002-ci 

ildən isə Gürcüstan Respublikası arasında dövlət sərhəddinin delimitasiyası 

və  demarkasiyası  dövlət  komissiyasının  sədr  müavini  və  Milli 

Ensiklopediya  Şurasının  üzvü  təyin  edilmiş,  2005-ci  ildən  BDU-  nun 

Biologiya  fakültəsinin  (2010-cu  ildən  Ekologiya  və  torpaqşünaslıq 

fakültəsinin)  “Torpaqşünaslıq”  kafedrasının  müdiri,  2007-ci  ildən 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi  üzvüdür,  2011-ci  ildə 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Sərəncamı  ilə 

«Azərbaycanın  milli  atlası»nın  hazırlanması  üzrə  Dövlət  Komissiyasının 

məsul  katibi,  Avroasiya  Torpaqşünaslar  Cəmiyyətlərinin  Federasiyasının 

həmsədri  və  AMEA-nın  Aqrar  elmlər  bölməsinin  akademik-katibi  təyin 

edilmiş,  2012-ci  ildə  Moldova  Torpaqşünaslar  Cəmiyyətinin  fəxri  üzvü 

seçilmişdir.  2012-ci  ildə  Avrasiya  Araşdırma  Rəy  Mərkəzi  tərəfindən 

respublika  respondentləri  arasında  keçirilən  rəy  sorğusunun  nəticələrinə 

əsasən  respublikada  torpaq  islahatlannm  aparılmasında  və  torpaq 

ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə “Qızıl Kürə” Milli 

Mükafatı ilə təltif olunmuşdur; 2012-ci ildə BMT-nin Asiya və Sakit Okean 

üzrə  Beynəlxalq  Kartoqrafik  Konfransında  iştirak  etmiş  Asiya  və  Sakit 

Okean  üçün  Geoməkan  İnformasiyasının  İdarəolunması  üzrə  BMT-  nin 

Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilmiş, “Xəzər: 

ətraf  mühüt  üçün  texnologiyalar”  adlı  III  Beynəlxalq  Ətraf  mühit  üzrə 

Sərgidə  iştirak  etmişdir;  2012-ci  ildə  Bakıda  təşkil  olumuş  koordinasiya 

məsələləri,  geodeziya,  kartoqrafıya,  kadastr  və  Yerin  məsafədən 

zondlanması  üzrə  MDB-nin  Dövlətlərarası  Şurasının  XXXIV  sessiyasına 

rəhbərlik eünişdir; 2013-cü ildə Qətərin Doxa şəhərində keçirilən BMT-nın 

Geoməkan  məlumatının  idarəedilməsi  üzrə  II  Ali  Dərəcəli  Forumunda, 

Belçika Krallığında keçirilmiş “EuroGeographics”- in Növbədənkənar Baş 

Assambleyasında, İsveçin Stokholm və Yevle şəhərlərində Avropa Birliyi 

tərəfindən  “Torpağın  Avropa  İttifaqının  qiymətləndinnə  standartlarına 

uyğun  olaraq  bonitirovkası  və  iqtisadi  qiymətləndirilməsi  qaydalarının 

təkmilləşdirilməsi  ilə  dövlət  torpaq  kadastrı  məlumatlarının  müasir 

qeydiyyatı  sisteminin  yaradılması  sahəsində  Azərbaycan  Respublikasının 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” adlı Tvinninq Layihəsi 

çərçivəsində tədbirlərdə və İngiltərənin 



31 


Kembric şəhərində Qlobal Xəritəçəkmə üçün Beynəlxalq Rəhbər Komi- 

tənin 20-ci iclasında iştirak etmişdir. O, 1979-2013-cü illərdə Moldova, 

Başqırdıstan, Dağıstan və Azərbaycanın dissertantlannm AMEA-nm 

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müdafiə şurasında torpaqşü- 

naslıq, ekologiya, biologiya, meliorasiya, coğrafiya ixtisasları üzrə 

müxtəlif mövzularda müdafiə etdikləri dissertasiya işlərinə opponentlik 

etmişdir. Akademik Q.Məmmədov çoxlu sayda fundamental ali məktəb 

dərslikləri, monoqrafiyalar və elmi əsərlərin müəllifidir, onun rəhbərliyi 

ilə ekologiya və torpaqşünaslıq ixtisasları üzrə çoxlu sayda milli kadrlar 

(elmlər namizədi, doktorları) hazırlanıb. Onun milli ekologiya və 

torpaqşünaslıq elmimizin inkişafındakı misilsiz və təqdirəlayiq xidmətlə- 

ri, eləcə də keçdiyi mürəkkəb, məhsuldar, zəngin və şərəfli ömür yolu, 

elmi-pedaqoji xidmətləri, gələcək nəsillər, xüsusilə gənc alimlər üçün 

örnək və nümunə kimi dəyərləndirilməklə, ölkəmizin inkişaf tarixinə 

qızıl həriflərlə həkk olunub. 

Əsgərov Ələddin Abdulla oğlu 

(1925-2013). Azərbaycanda milli 

kənd təsərrüfatı kadrlarının 

hazırlanmasında çox böyük xid- 

mətləri olan, geniş diapozonlu 

elmi elitaya və intellektə malik, 

korifey alimimiz, təbiətin və ətraf 

mühitin mühafizəsi üzrə ilk ali 

məktəb dərsliklərinin müəllifi, 

baytarlıq elmləri doktoru, 

professor. Əməkdar Elm Xadimi

Prezident Təqaüdçüsü (2010), 

akademik Həsən Əliyev adma 

Ekologiya Mükafatı Laureatı, 

məşhur mikrobioloq, sanitar- 

gigiyenist, ekoloq, zooloq 

Ələddin Abdulla oğlu Əsgərovun biologiya, ekologiya, təbiəti mühafizə 

və baytarlıq təbabəti, ümumilikdə isə kənd təsərrüfatı elmimizin 

inkişafında olduqca böyük və önəmli xidmətləri vardır. Alimin apardığı 

fundamental-tətbiqi xarakterli elmi-tədqiqatların müəyyən hissəsi heyvan 

və quşların pasterellyoz xəstəliyi zamanı ayrılan P.multocida 

ştammlarmın genetik xüsusiyyətlərinin, əlamət və xassələrinin, dəyişkən- 

liyi, həssaslığı və davamlılığının və mübarizə tədbirlərinin öyrənilməsinə 

həsr olunmuşdur. Onun rəhbərliyi ilə 20-yə qədər elmlər namizədi və 1 

elmlər doktoru hazırlanmışdır. Alim 1951-ci ildə Azərbaycanda quşlar 

 

32 



arasında  tüğyan  edən  xolera  (pasterellyoz)  xəstəliyinə  qarşı  peyvənd 

materialı  -  yarım  maye  fomtal  vaksin  hazırlayaraq  onun  səmərəsi 

mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  O,  1965-ci  ildə 

baytarlıq  elmləri  doktoru  elmi  dərəcəsi  və  professor  elmi  adını  almışdır. 

1965-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Aqrar Universitetində 

«Zoologiya, gigiyena və baytar- sanitar ekspertizası» kafedrası yaradılmış 

və  2009-cu  ilin  sentyabr  ayına  kimi  ona  rəhbərlik  etmişdir.  Ə.Əsgərov 

1976-1981  və  1991-1995-ci  illərdə  baytarlıq  təbabəti  fakültəsinin  dekanı 

vəzifəsində  işləmişdir.  O,  600-dən  artıq  müxtəlif  səpkili  əsərlərin,  o 

cümlədən  400  elmi  xarakterli  və  200-dən  artıq  ictimai-siyasi  məqalənin 

müəllifidir.  Onun  müxtəlif  sahələrə  həsr  edilmiş  60-dan  artıq  kitabı 

(dərsliklər,  monoqrafiyalar,  dərs  vəsaitləri,  elmi-bədii  kitablar)  nəşr 

edilmişdir.  O,  təbiəti  və  təbii  sərvətləri  mühafizə,  ətraf  mühitin 

mühafizəsinə  aid,  eləcə  də  «Müasir  ekologiya»  (I  və  Il-hissələr,  2004, 

2007)  və  «Davamlı  İnsan  inkişafı»  (2009)  fundamentalali  məktəb 

dərsliklərinin ilk müəllifidir. Ə.Əsgərovun milli kənd təsərrüfatı, xüsusilə 

baytarlıq  təbabəti,  zootexniya,  ətraf  mühitin  mühafizəsi,  təbiəti  və  təbii 

sərvətlərin  mühafizə,  ekologiya  və  Davamlılsan  İnkişafı  sahəsindəki 

xidmətləri elm və təhsilimizin tarixinə qizil hərflərlə yazılıb. 

33 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə