rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar
siyahısındadır.
Azərbaycanın ilk süni peykləri
2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham
Əliyev «Azərbaycanda kosmik sənayenin yaradılması və orbitaya
telekommunikasiya peyklərinin çıxarılması» haqqında sərəncam imzaladı.
2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı barədə dövlət
proqramının təsdiq olunması haqqında sərəncəm imzalandı. AzərSat-1
(Azerspace-1) milli süni peyki 2013-cü il fevralın 7-də saat 22:36-da
Fransanın Kuru kosmodromundan orbitə buraxıldı. Peyk ABŞ-m Orbital
Sciences Corporation kompaniyası tərəfindən STAR-2 peyk platforması
əsasında hazırlanıb, çəkisi 3,2 t olmaqla 36 fəal transponderlərlə təchiz
Şəkil 4. Peykin maketi
edilib; geostasionar orbitdə 46*^ şərq en dairəsi səviyyəsində yerləşir,
Avropa, Afrika, Mərkəzi Asiya regionlarını, Qafqaz və Yaxın Şərq
ölkələrini əhatə edir. Süni peyk buraxıldıqdan 34 dəqiqə, 56 saniyə sonra
kosmik məkana daxil olub, onun uçuş müddəti minimum 15 il davam
edəcək. Peykin orbitə çıxarılması Fransanın Arian kompaniyası tərəfindən
həyata keçirilib.Milli peykin buraxılmasının əsas məqsədi tele-radio
verilişlərini və telekommunikasiya xidmətlərini yerinə yetirmək və
651
keyfiyyətli, davamlı, etibarlı rabitə platformasını təmin etməkdən ibarətdir.
Birinci Avropa Oyunları - 2015-ci ilin iyununda, Azərbaycanın
paytaxtı - Bakıda keçirilən, bir çox innovativ idman növünü özündə
cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 50 Milli Olimpiya
Komitəsini birləşdirən Avropa Olmipiya Komitəsi tərəfindən keçirilib.
12-28 iyun 2015-ci il tarixləri arasında keçirilən Oyunlarda 50 ölkədən 20
idman növü üzrə 6000-dən çox idmançı iştirak edib.
Şəkil 5. İlk Avropa Oyunları münasibətilə Bakıda
keçirilən atəşfəşanlıq
Açılış mərasimi 12 iyunda Bakı vaxtı ilə saat 20:15-dəBakı Olimpiya
Stadionunda 68000 tamaşaçı və dünya üzrə milyonlarla televiziya izləyicisi
qarşısında Afina 2004 Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru
olmuş, tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris
Papaioannounun rəhbərliyi ilə həyata keçirilib. Cənab Papaioannou
demişdir: “Bakı 2015-in Açılış Mərasiminin təşkili üçün təyin olunmağım
mənim üçün həm şərəfdir, həm də həlli çətin, lakin maraqlı vəzifədir.
Mənim arzum Azərbaycanın mədəni irsinə xas olan əsas elementlərdən
istifadə edərək müasir, yeni və oynaq, lakin
652
mədəniyyətin zənginliyinə və dərinliyinə hər zaman hörməti əks etdirən
yolla bir ümumbəşəri hekayə yaratmaqdır.” Oyunların Baş İcraçı Direktoru
və Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Azad
Rəhimov demişdir: “Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış
Mərasimləri Bakını və Azərbaycanı dünyaya nümayiş etdirmək üçün gözəl
imkandır. Mən əminəm ki, möhtəşəm idman tədbirlərinin Azərbaycanın
fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə
kömək edəcək.”
Şəkil 6. Bakı Olimpiya Stadionu
653
Bakıda Avropa Oyunlannda 20 idman növündə yarışlar keçirilmişdir.
Oyunların proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2
qeyri-olimpiya idman növü daxil olmuşdur. Beynəlxalq həndbol, voleybol,
reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan
oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları
oyunlarda iştirak etdilər. Oyunlarda medalların sayına görə 1-ci yeri Rusiya
(79 - qızıl, 40 - gümüş və 45 - bürünc, cəmi 164 medal), 2-ci yeri
Azərbaycan (21 - qızıl, 15 - gümüş, 20 - bürünc, cəmi 56 medal), 3-cü yeri
Böyk Britaniya (18 - qızıl, 10 - gümüş, 19 - bürünc, cəmi 47 medal)
tutmuşdur. Bağlanış Mərasimi 28 iyun tarixində Olimpiya Stadionunda
həyata keçirildi.
Şəkil 7. 2015 Avropa Oyunlarının rəsmi simvolları:
Ceyran və Nar
654
TƏBİƏTİN NADİR MÖCÜZƏLƏRİ Sekvoya
(mamont ağacı) çılpaqtoxumlular şöbəsinin sərvkimilər fəsiləsinə məxsus
dünyanın ən hündür və uzunömürlü bitkisi (ağacı) hesab olunur. Onun
diametri 20, hündürlüyü 100 m-ə çatır, 6000 ilə qədər yaşayır, yabanı halda
ancaq Amerikada bitir, Knm və Qafqazın Qara dəniz sahillərində də
becərilir. Azərbaycanın Botanika bağında da bitir, möhkəm oduncağa malik
olduğundan ondan gəmiçilikdə və müxtəlif ev əşyaları hazırlanmasında
istifadə olunur.
655
Şəkil 8. Sekvoya və yaşlı sekvoyanm yanında
bitən cavan pöhrələr
656
Şəkil 9. Sürüdən ayrılan qoyunun macərası
“Ssociated Press” agentliyinin verdiyi xəbərə görə, Avstraliyada öz
sürüsündən bir neçə il ayrı düşən merinos cinsli “Kris ləqəbli” qoyundan 40
kq yun alınıb. Bu, dünyada bir qoyundan alınan yun üçün rekord sayılır.
Həmin qoyun Kambera şəhəri ətrafındakı kəndin ərazisində tapılıb və
heyvanlann müdafiə cəmiyyətinə apanlıb. Qoyun bir neçə ildə o qədər
böyüyüb ki, hərəkət etməkdə belə, çətinlik çəkir. Onun yununun qalınlığı 47
sm olub. Bütün bunlar onun həyatı üçün təhlükə yaradırdı. Peşakar qoyun
qırxan Yan Elkins bildirib ki, bu qoyun 5-6 il ərzində qırxılmayıb. Qoyunu
qırxmaq üçün ağn kəsi çilərdən istifadə edilib, yunun qırxılması əməliyyatı
45 dəqiqə çəkib (adi qoyunun qırxılması üçün 3 dəqiqə vaxt sərf olunur). 40
kq merinos yunundan 30 sviter toxunulur, əvvəllər Avstraliyada bir
qoyundan qırxılan rekord yun 27 kq olub.
AZƏRBAYCANIN ƏSRARƏNGİZ VƏ QEYRİ-ADİ
TƏBİƏT MƏNZƏRƏLƏRİ
Azərbaycan şəlalələri
Azərbaycan ərazisində mövcud olan şəlalələr təbiətin yaratdığı
möcüzələrdən biridir. Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq
bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük
Qafqazın ən əzəmətli dağlarından biri - Şahdağdakı dağ şəlalələri
657
Dostları ilə paylaş: |