Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

25 
 
zənginləşdirməlidir.  Hakimiyyət  nümayəndəsi,  istər  mərkəzi,  istərsə  də  yerli 
olsun, insanları güc vasitəsilə  təzyiq altında saxlamamalıdır.   
Hakimiyyət  nümayəndəsinin  davranışı,  nitqi,  efir  görünüşü,  ictimai 
ə
laqələri  nümunəvi  və  ədalətli  olmalıdır,  universal  ədalət  prinsiplərindən 
kənara  çıxmamalıdır.  Məkrlilik,  hiyləgərlik,  şəxsi  korporativ  maraqların  önə 
çəkilməsi  və  digər  zərərverici  addımlar  təbii  ki,  hakimiyyət  etikasına  çox 
böyük  zərbələr  vurur.  Hakimiyyətlə  xalq  arasındakı  rəvan  əlaqələrə  xətər 
yetirir  və  inam  tellərini  zəiflədir.  Bu  baxımdan  da  hakimiyyət  etikasının  əldə 
rəhbər tutulması dövlət və cəmiyyət sabitliyinin əsaslarını təşkil edə bilir. 
Hakimiyyətin  yüksək  etikası  ideal  dövlətin  və  cəmiyyətin,  həmçinin 
hüquqi və ədalətli dövlətin və cəmiyyətin qurulmasına xidmət edir.          
  
Siyasət  və fəlsəfə 
 
Siyasət  ümumən  münasib  zamanlarda  və  məkanlarda  dövlət  aktlarından 
ibarət olan bir aşkarlıqdır, hadisələr cəmidir. Siyasət pilləli və əlaqəli aktlardan 
ibarətdir. Siyasət dövlət fəaliyyətinin ümumi adıdır. Onun pozitiv mahiyyəti də 
ola  bilər.    Siyasət  zahirən  və  tərkib  strukturu  etibarilə    alidən  aşağıya  doğru, 
makrodan  mikroya  qədər  forma  alan  proseslər  cəmindən  ibarətdir.  Burada  da 
insanların makro və mikro maraqları formalaşır. Siyasətin başlıca qayəsi insan 
tələbatlarını,  maraqlarını  mövcud  olan  sahələrdə  ödəməkdən  ibarətdir.  Siyasi 
fəaliyyətin  məzmunu  və  məzmundan  irəli  gələn  etikası  da  bunu  tələb  edir.  
Sahələr  çoxaspektli  olduğundan  siyasət  də  çoxsahəli  və  mərhələlidir.  Lakin 
siyasət  hər  zaman  müsbət  ola  bilmir.  Çünki  maraqlara  müxtəlif  bucaqlardan 
baxışlar  var.  Tərkibin  müxtəlifliyi  siyasətin  bütün  şəraitlərdə  mütləq 
pozitivliyini  heçə  endirir.  Lakin  başlıca  məqsəd  ümumən  maraqları  taraz 
şə
kilində  təmin  etməyə  yönəlir.  Bu  baxımdan  da  müdrik  siyasət,  ağıllı, 
düşünülmüş  və  hər  kəs  üçün  faydalı  olan  siyasət  yaranır.  Bu  kimi  siyasət 
düşüncələrdə pozitiv dövlət,  dəyərli dövlət anlamını ortaya qoyur.  
Siyasət 
  fəlsəfə  ayrı-ayrı  ifadələr  olsalar  da,  siyasətin  predmetinin, 
məna və formasının dərin olması onu deməyə əsas verir ki, siyasət əslində elə 
fəlsəfənin  obyektidir.  Siyasətin  dərin  mahiyyəti  onun  fəlsəfi  məzmununu 
ortaya  qoymuş  olur.  Siyasətin  dərinə  düşüncə  istiqamətlərindən  fəlsəfə 
formalaşır.  Fəlsəfə  hər  hansısa  bir  hadisəyə,  hadisələr  cəminə  müxtəlif 
bucaqlardan, çoxsaylı tərəflərdən  dərinə düşünmə deməkdir. Bu baxımdan da 
siyasətin çoxaspektli tərəfləri məhz bu düşünməni yaradır. Siyasi düşüncələrin 
fəlsəfi  məzmunu  ali  səviyyəli  konseptuallıqda  özünü  büruzə  verir.  Obyektə 
kompleks  yanaşma  elə  fəlsəfi  yanaşmadır.  Siyasət  fəlsəfəsində  siyasətin 
subyekt və obyekt fəlsəfəsi xüsusi önəmə malik olur.     Siyasət proseslərində  
insan öz mənasını, dövlətdə və cəmiyyətdə statusunu müəyyən edir. Dövlət və 
hakimiyyət  də  özünün  dərin  mqəsədlərini    ortaya  qoyur.    Siyasət  sayəsində 
məkanda  maraqların  mənası  aşkar  olunur.  Subyekt  (siyasət  tərəfdarı  özünü 


26 
 
təsdiq  edir).    Elmi  aspektlərdə,  araşdırma  və  düşünmə  prizmasında    siyasət 
fəlsəfənin  predmetidir,  obyektidir.  Siyasət  çoxaspektli,  sistemli,  həmçinin 
sistem daxilində akkomodasiya (yəni, uyğunluq xassəsini özündə əks etdirən) 
xarakterli  olduğundan fəlsəfə  onu düşünür. Siyasət sistemdə həm də fərqlidir. 
Siyasət  şəbəkəlidir,  genişlənəndir.    Horizontal  və  şaquli  olaraq  məkanlarda  
aktların  genişlənməsini  özündə  ehtiva  edir.  Siyasət  dövlətin  həm  daxili,  həm 
də  xarici  aktlarının  cəmindən  ibarət  olduğundan,    genişləndikcə  özündə 
struktur  elementləri  cəlb  etməklə,    böyük  sahə  yaradır.  Siyasətin  tərkibi 
müxtəlif aktlardan ibarətdir. Bu baxımdan da strukturda fərqli enerjini özündə 
cəmləşdirir.  Müəyyən  məkanda  siyasət  vahid  məzmun  kəsb  edir  və  öz 
tərkibinə cəlb edir.  
Fəlsəfi  məzmun,  fəlsəfi  mahiyyət,      dərinlik,  ali  məzmun  hər  bir  mənalı 
hərəkətdədir. 
Fəlsəfənin 
ə
sas 
funksiyası 
düşüncələr 
zamanını   
genişləndirmədir,  dərinləşdirmədir.  Düşüncə  genişlənir,  axar  artır  və 
müəyyənlik də artır. Bu baxımdan da siyasət müəyyən olunur. Aktlardan yeni 
aktlar  törəyir.    Resurslar  üzərində  nəzarət  həyata  keçirilir,  təsir  formalaşır. 
Fəlsəfə  (mövcud  resurslar  üzərində  düşünmə)  siyasəti  müəyyən  edir,  axarı 
cızır.  Axarlar  arasında  əlaqənin  zərurətini  və  mahiyyətini  ortaya  qoyur.  
Gələcək  məkanları,  hadisələri  və  zamanları  özündə  ehtiva  edir.  Bu  baxımdan 
da  elmi  və  təcrübi  planlaşdırılma  həyata  keçirilir.  Resurslar  mərkəzlərdən 
yönləndirilir.  Fəlsəfi  düşüncələr  aktların  xassələrini  müəyyən  edir.  Siyasətin  
nəticə  etibarilə  nəyə  xidmət  etməsini  müəyyənləşdirir.    Siyasətin  zaman  və 
məkan kriteriyası üzrə həyata keçirilməsinin əsaslarını üzərə çıxarır.  
Siyasət fəaliyyətdir, hərəkətdir. Siyasət və fəlsəfəni (siyasətin fəlsəfəsini)- 
hər  iki  anlayışı    siyasi  hərəkətlərin  (hərəkətlərin  siyasi  mahiyyəti,  dövlətə  və 
hakimiyyətə aid olan tərəfi məhz hərəkətlərə  siyasi mənalar verir)  mahiyyəti 
və  məzmunu  anlayışları  vəhdətdə  birləşdirir.  Hakimiyyətin  hərəkətləri, 
bunlardan  meydana  gələn  hadisələr,  aşkarlanmalar,  təsiredici  aktlar   
siyasətdir.  Hakimiyyətin  əxlaqı  və  normalara  uyğun  hərəkəti  cəm  halda 
siyasətin  fəlsəfəsini  meydana  gətirə  bilir.  İstənilən  hərəkət  öz  ardınca  digər 
vəziyyətləri  yaradır.  Çünki  elementlər  hərəkətdə  olur,  digər  məkandakı 
elementləri  hərəkət  vəziyyətində  saxlayır.  Nəticə  etibarilə  istiqamətlər  axarı 
yaranır.  Buna  görə  də  siyasətin  əsasını  təşkil  edən  hərəkətlərin  (hakimiyyətin 
hərəkətlərinin)  mahiyyəti məhz özündə siyasətin mahiyyətini meydana gətirir. 
Dövləti  də  tərəflər  olaraq  hakimiyyət  və  vətəndaş-  idarəedən  (mənbə  elə 
idarəolunan tərəfdən yaranır. Bu baxımdan da xalq həm idarə edir, həm də 
özü  tərəfindən  idarə  olunur) 
və  idarəolunan  təşkil  edir.  Hakimiyyət  də 
vətəndaşlardan təşkil olunur.  Vətəndaşlar  hakimiyyəti özlərini  idarə etmək və 
bu  baxımdan  maraqlarını  təmin  edən  prosesləri  istiqamətləndirmək  naminə 
yaradırlar.    Maraqların  sərhədləri  mövcud  olur,  maraqlar  arasında  keçicilik 
yaranır, məkan amili meydana gəlir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə