Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

27 
 
Siyasət  dövlət  aktlarından  ibarətdir  ki,  bunun  da  formalaşmasını  məhz 
dövləti təşkil  edən elementlər (subyektlər) yaradır. Dövlət siyasətinin mənbəyi 
xalq  olur.  Buna  görə  də  xalqın  və  cəmiyyətin  siyasi  ruhu  dövlətin  və 
hakimiyyətin  fəaliyyətində  qərarlaşa  bilir.      Siyasətin  həyata  keçiriməsi 
sayəsində sistemdə toqquşmalar və kəsişmələr yaranır, paralelliklər üzərə çıxır.   
Hər  bir  şəxs  idarə  edən  olmur,  lakin  idarəçiliyə  nəzarətdə  (dolayı  yolla) 
iştirak  edə  bilir.  İdarəçiliyin  təşkilində,  hakimiyyətin  təşkilində  iştirak  edir. 
Nümayəndəsi ilə (məsələn, dövlət rəhbəri və parlament üzvləri vasitəsilə, yerli 
seçkili nümayəndələri ilə )  təmsil  olunur.  Deməli, hər bir  şəxs idarə olunur, 
nəzarətdə  olur;  çünki  dövlət  tam  mənada  öz-özünü  idarə  edir.  Dövlət  idarə 
edərkən onun  siyasəti  həm öz sərhədlər daxilini əhatə edir, həm də sərhədləri 
kənarını əhatələndirir. Bu aspektdə siyasətin ruhunda tənzimləyicilik yaranır.  
Hər  bir  hərəkət  geniş  məzmunludur  və  həm  də    geniş  məzmunun 
tərkibidir.  Hərəkət  geniş  məzmuna  dərin  mənalar  verir.  Deməli,  sistemliliyin 
ə
sası  hərəkətlərin  ardıcıllığında  və  şaxələnməsində,  bu  baxımdan  da 
vəhdətindədir.  Sistemlilik  burada  fəlsəfini  yaradır.  Sistemlilikdə  həm  reallıq, 
həm  də  reallığın  müsbət  tərəfləri,  estetik  əlamətləri  olan  gerçəkliklər  vardır. 
Fəlsəfənin  (siyasət  üzərində)  funksiyası  müəyyən  məkanları  aşkarlayaraq 
genişləndirməkdən, geniş düşüncələri tətbiq etməkdən ibarətdir.  
Siyasətin  fəlsəfəsi
  dedikdə,  şüurlarda  bu  anlayışı      siyasi  proseslərin, 
hadisələrin  aktların  geniş  məzmun  və  dərin  təsiredici  mahiyyət  etibarilə  dərk 
olunması  kimi  başa  düşmək  olar.  Siyasi  proseslər  daha  çox  sistemlilikdə 
(müəyyən 
məkanda 
toplanan 
elementlər 
strukturunda, 
elementlərin 
mexanizmisində)      özünə  fəlsəfi  məna  qatır,  mahiyyətini  dərinləşdirir. 
Siyasətin  fəlsəfi  mahiyyəti  həm  də  özünü  siyasi  manipulyasiyalarda,  siyasi 
oyunlarda,  birtərəfli  qaydada  ayrı-ayrı  tərəflərin  maraqlarına  xidmət  etməkdə   
yox,  əsasən  pozitiv  və  universal    xeyirli  məqsədlərə  xidmət  etməsində  
göstərir. Dərin mahiyyət və xeyirli, faydalı  nəticələr, xidmətlər məhz siyasətin 
pozitiv  fəlsəfəsini  (dəyərlərinin  geniş  mahiyyətini)    meydana  gətirir.  Hər  bir 
hadisə  özündə  faydalı  siyasi  nəticələri  doğurursa,  onda  bu  hadisə  pozitiv 
hadisə adlanır.  Siyasətin fəlsəfəsi onu törədənlərin, həyata keçirənlərin maraq 
və  məqsədlərindən  də  asılıdır.  Siyasi  iddiaların  kəmiyyəti  mövcuddur.  Bu 
kəmiyyət  artdıqca  fəlsəfə  də,  düşüncələr  də  artır.      Siyasi  proseslərin 
şə
rtləndirici təsirlərinin böyük olması təbii ki, onun mənasını da genişləndirir. 
Məna  genişliyi  tərkibin  elementlərlə  geniş  olmasından  irəli  gəlir.  Elementlər 
çox olanda  məna da öz əhatəsini böyüdür. Məkanda iştirak edən elementlərin 
sayı  artanda  maraqlar  da  genişlənir.  Bu  anda  siyasət  sferası  da  böyüyür.  
Siyasətin  fəlsəfəsi  dövlət  hakimiyyətinin  xalqa  xidmətlərində  büruzə    verir. 
Yaxşılıq  etmək,  bu  baxımdan  maraqları  təmin  etmək,  qorumaq  düşüncələri 
fəlsəfənin əsas funksiyasına aid edilir. Siyasət oyunlarda yox, məhz öz qədim 
və  klassik  nəzəri  mənasında  (yəni  hər  kəs  üçün  faydalı  olan  siyasət 
hadisələrinin baş verməsi)  fəlsəfəsini təsdiq etdirmiş olur. Dövlət hakimiyyəti 


28 
 
ilə  vətəndaşlar  arasında  olan  rəvan  əlaqələrə,  sabit  cəmiyyətə,  sülh  və 
firavanlığa  xidmət  edən  siyasi  fəaliyyət  daha  çox  fəlsəfi  olur.  Siyasət 
addımlardan,  aktlardan  ibarətdir.  Bu  baxımdan  da  reallığa  söykənir.  Real 
siyasətin  ideal  mahiyyəti  onun  fəlsəfi  mənasını  daha  çox    aşkar  edir.  Burada 
etik  normalar,  estetik  hərəkətlər  (sistemli  və  nizamlı  hərəkətlər)  və  nizamlı 
proseslər siyasətin fəlsəfəsini daha çox çalarlı edir.   
Hər bir hadisə özündə bir mahiyyəti daşıyır. Mahiyyət siqnalların və ona 
olan  reaksiyaların  əsaslarını  təşkil  edir.  Siyasətin  fəlsəfəsi  dedikdə,  həm  də  
siyasətin  forma  və  məzmununu  özündə  əks  etdirən  bir  mahiyyət  başa 
düşülməlidir. Hər bir məkanda elementlərin toplaşması siyasətin həmin məkan 
üzrə formasını meydana gətirir.  Siyasətin fəlsəfəsi siyasəti həyata keçirənlərin 
fəaliyyətlərinin  məzmunlarından  irəli  gəlir.  Burada  siyasətin  xarakterini  onu 
icra edənlərin xarakteri də meydana gətirir. Bu baxımdan da qəbul etmək olar 
ki, dövlətin və hakimiyyətin xarakteri xalqın mental dəyərlərinə uyğun olaraq 
formalaşır.  Çünki  onu  həyata  keçirənlər  məhz  xalqın  özünün  nümayəndələri 
olur. Siyasətin xarakterinə eləcə də dövlətin beynəlxalq münasibətləri, dövlətin 
geosiyasətinə  təsir  edən  vasitələr  və  istiqamətlər  də  təsir  edir.    Burada 
beynəlxalq siyasətinn xarakteri önəmli rol oynamış olur.  
Məqsədli, düşünülmüş və hər kəsə lazım olan siyasət, hamıya fayda verən 
siyasət    özündə  pozitiv  fəlsəfənin  çalarlarını  əks  etdirir.    Siyasətin  fəlsəfəsi 
siyasətin    maraqlarından  və  məzmunundan,  siyasətin  pozitiv  xidmətlərindən 
meydana  gəlir.  Siyasətin  yüksək  amallara  xidmət  etməsi  onun  fəlsəfi 
mahiyyətini  özündə  əks  etdirir.  Siyasətin  fəlsəfəsi  hadisələrin  formalarında, 
məkanların 
xassələrində, 
qanunauyğunluğun 
ə
saslarında, 
elementlərin 
xarakterində və  subyektlərdə özünü büruzə verir.  
Siyasətin  fəlsəfəsi  formalarda:
  siyasi  hadisələrin  və  proseslərin 
formalarında;  strukturlarda;  siyasi  hadisələrin  özünün  formasında;  siyasi 
sistemin  formalarında,  quruluş  əsaslarında  yaranmış  olur.  Fəlsəfə  siyasəti 
düzgün  istiqamətlərə  yönəldir,  eləcə  də  formanı  münasib  şəkildə  qurur. 
Siyasətin fəlsəfəsi proseslərin özündə və prosesləri formalaşdıran məkanlarda, 
subyektlərdə,  zamanlarda  meydana  gəlir.  Siyasi  proseslərin  təzahürü  onu 
düşünməyə  vadar  edir.  Burada  hər  an    və  onun  mahiyyəti  düşüncə  obyektinə 
cəlb olunur.  
Siyasətin  fəlsəfəsi  o  halda  dərin  olur    ki,  hakimiyyətin  sistemli 
idarəetməsi  özündə  dərin  məna  kəsb  edir.  İdarəetmənin  əsasları  (istiqamətləri 
və  sahələri),  idarəçilik  strukturu,  idarəçilik  proseslərində  iştirak  edən  tərəflər  
özündə  fəlsəfi  əsasları  əks  etdirir.  Bu  məna  forma  etibarilə  məkan  üzərində 
həyata  keçirilən  siyasi  müstəvinin  horizontal  və  şaquli  əsaslarından  yaranır. 
Dərin  məna  isə  imkan,  zaman  və  resurs  məsələsində  insanların  hüquqlarını 
yüksək  səviyyədə  təmin  etməkdən  ibarətdir.  Siyasətin  fəlsəfəsi  düşüncələrdə 
hüquq  fəlsəfəsi  ilə  vəhdətləşir.  Belə  ki,  siyasətlə  hüquq  müəyyən  olunur. 
Hüquqlar  məkan  və  zamanda  normalara  salınır.  Siyasət  hüquqların  təmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə