Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

43 
 
dəyərli tərəfdən götürür. Bu baxımdan da dəyərləri özündə cəmləşdirir.  Dövlət 
müəyyən  tərkiblərdən  ibarət  olduğundan  daima  öz  tərkibini  qorumaq 
funksiyasını  həyata  keçirir.  Dövlət  bir  tərəfdən  subyektləri,  elementləri 
qoruyur, müdafiə və mühafizə edir, digər tərəfdən də subyektlərin hərəkətlərini 
qoruyur. Deməli, inkişaf prosesləri qorunur. Dövlət öz tərkibi ilə bir tərəf kimi, 
kompleks  subyekt  kimi  tamamlanır.  Çatışmazlıqlar  dövlətin  normal 
fəaliyyətinin  qarşısını  alır.  Bu  baxımdan  da  dövlət  müdafiə  siyasətini  həyata 
keçirir.  Dövlətin  müdafiəsi  iki  istiqamətdə  təmin  olunur:  dövlətin  daxildən 
müdafiəsi  və  sərhədkənar  ünsürlərdən  müdafiəsi.  Dövlət  vətəndaşlarını 
müdafiə  etdiyindən  vətəndaşlarının  maraqlarının  əks  olunduğu    sahələri  də 
müdafiə  edir.  Çünki  həmin  sahələr  elə  dövlətin  özünü  təşkil  edən  sahələrdir. 
Dövlət  elementləri  ona  görə  qoruyur  ki,  öz  daxilini  zənginləşdirsin  və  boşluq 
yaranmasının  qarşısını  alsın.  Dövlət  elementləri  və  onların  fəaliyyətini 
qoruyur.  Dövlət  müdafiə  üçün  aidiyyatı  qurumları:  ictimai-asayişi  qoruyan, 
təhlükəsizliyi təmin edən hüquq mühafizə qurumları təşkil edir.  Müdafiə özü 
də  siyasət  olduğundan  dövlət  bu  istiqamətdə  hüquq  normaları  sistemini  təşkil 
edir.  Dövlət  subyektləri,  onların  dəyərlər  verən  fəaliyyətini,  dövlətə  zərbələr 
vurmağa  çalışan  ünsürləri  qoruyur.  Dövlətin  müdafiəsi  inkişaf  strategiyasının 
tərkibini təşkil edir.  
 
  
Siyasət və mühit 
 
Mühit  zərurəti  meydana  gətirən  elementlər  proseslərindən  ibarətdir. 
Mühit özü müəyyən maraqların təmin olunmasını zəruri edir. Yeni maraqların 
ə
sasında  elə  mühit  amili  dayanır.    Siyasət  məkanda  həyata  keçirildiyindən 
müəyyən  şəraitləri  yaradır.  Hərəkət  dəyişdirən  xassəlidir.  Dəyişmə  odur  ki, 
müəyyən  məkanda  olan  elementlər  yeni  təzahürdə  obrazlanır,  əks  olunur. 
Yaranan  şərait  də  yeni  siyasətin  həyata  keçirilməsi  zərurətini  ortaya  qoyur.  
Siyasətin məqsədi əlverişli şəraiti yaratmaqdan  ibarət olur. Bu şərait də insan 
maraqlarının  təmin  olunmasını  əsas  hədəf  kimi  qarşıya  qoyur.  Siyasi 
proseslərin  sistemli  və  nizamlı  təmini  əlverişli  mühitin  yaranmasını 
şə
rtləndirir.  Əlverişli  mühit  nizamlı  həyat  üçün  şəraitləri  meydana  gətirir. 
Ə
lverişli  mühit  tələbləri  ortaya  qoyur  və  yeni  şəraitin  yaranması  üçün 
tələbatları yaradır.  Nizamlı siyasət nizamlı mühiti formalaşdırır. Yetişən mühit 
anlayışı  meydana  gəlir.  Yetişən  mühit  zərurəti  yaradır.  Yəni,  öz  ardınca  yeni 
siyasətin  həyata keçirilməsi zərurətini ortaya qoyur. Nizamlı mühit özlüyündə 
ə
xlaqlı mühiti meydana gətirir. 
Siyasi  mühitin  formalaşmasını  siyasət  vasitələri,  siyasətin  tərkib 
elementləri  meydana  gətirir.  Bu  tərkib  elementlər  arasında  olan  əlaqələr 
cəmiyyətdə  və  dövlətdə  ümumi  siyasi  obrazlanmanı  ortaya  çıxarır.  Bu 
obrazlanma da siyasi şüurun, siyasi təfəkkürün inkişafında mühüm rol oynayır.     
 


44 
 
Siyasət və hüquq norması 
 
Dövlət  hüquqdan  yaranan,  yəni  insanların  hüquqlarından  yaranan  bir 
qurumdur.  Bu  baxımdan  da  səlahiyyətli  bir  tərəfdir.  Hüquq  tərəfidir  və 
hüquqlar müəyyən edəndir. Dövlət hüquqları sahələr üzrə təsbit və təmin edən 
tərəfdir.    Hüquq  mövcud  olan  və    hərəkət  edən  tərəf  üçündür.  Bu  baxımdan 
dövlət  də  bir  tərəfdir.  Dövlət  insan  hüquqlarının  onların  şüurlarında  təsdiqini 
tapması ilə yaranan bir qurumdur. Dövlət insan hüquqlarının onların istedad və 
qabiliyyətləri  ilə  müəyyən  olunmasını  və  təsdiqini  həyata  keçirən  vasitədir.  
Dövlətin  vəzifə  və  funksiyaları,  səlahiyyətləri  və    öhdəlikləri  onun  hüquqları 
ilə  meydana  gəlir.  Dövlət  hüququ  vətəndaşların  hüquqlarının  təmin  olunması 
ilə  fəlsəfi  baxımdan  tamamlanır.  Dövlət  müəyyən  hədlərdə  vətəndaşların  və 
ə
cnəbilərin  hüquqlarının  təmin  olunmasını  həyata  keçirir  və  bununla  da 
tamamlama  meydana  gəlir.    Dövlət  nizamlayıcı  tərəfdir  və  güc  strukturudur. 
Bu  aspektdə  də  idarəedəndir.  İdarə  etdiyi  üçün  hədlər  və  normalar  müəyyən 
edəndir.  Normaların  yerinə  yetirilməsi  sayəsində  maraqlar  hədlərlə,  şəraitə 
müvafiq  olaraq,  mövcud  resurslar  əsasında    təmin  olunur.    Siyasət  hüquq 
normasının qəbulu və icrasından ibarət olan bir fəaliyyətdir. 
Siyasət  hərəkətlərlə  ifadə  olunduğundan  normalara  və  hədlərə  tabedir. 
Normalar  ölçüləri  yaratdığından  hüquq  da  tərkiblə  müəyyən  edilir.  Hüquq 
sistemin tərkibini təşkil edən normalara bölünür. 
Hüquq  normaları  tənzimləyici  olduğundan  özlərində  həm  də  saxlama, 
qarşısını almaq  funksiyasını  yerinə  yetirir. Hüquq  normaları sərhədlər  yaradır 
ki,  əlaqələr  və  münasibətlərdə  problemlərin  qarşısı  alınsın.  Hüquq  normaları 
dövlət  və  vətəndaş  arasaında  hədli  və  ölçülü  əlaqələrin  və  münasibətlərin 
ə
saslarını  ortaya  qoyur.  Dövlət  hüquq  normalarının  yaranması  və  tətbiqi  ilə 
özünün fəlsəfi mahiyyətini aşkarlamış olur.  
     
Siyasət və nizam (sistemlilik düşüncəsi )  
 
İ
nsanlar  dövləti  nizamlayıcı  və  sistemləşdirici  qurum  kimi  dərk  edirlər. 
Dövlət  bütöv  halda  sistem  qurumudur.  Ona  görə  sistem  ki,  tərkibi  müxtəlif 
elementlərin  yaratmış  olduğu  strukturlardan  ibarətdir.  Dövlət  sistem  qurumu 
olduğundan onun fəaliyyəti də sistemli əsaslara malikdir. Sistemlilik və nizam 
düşüncəsi  nailiyyətlərin  əsasını  təşkil  edir  və  dəyərlər  üçün  əsas  xətləri 
müəyyən edir.  
Nizam  anlayışı  sistem  anlayışının  tərkibində  qərarlaşır.  Nizam  özü  elə 
sistemi  formalaşdırır.    Sistemin  özü  də  nizamla  yaranır.  Sistem  də  nizamı 
formalaşdırır.  Bu  baxımdan  da  qarşılıqlı  şərtləndirici  proseslər  gedir.    Nizam 
qaydaları  ifadə  edir.  Təkrar  olunan  və  yeniləri  ilə  meydana  gələn  qaydalar 
nizamı  yaradır.  Nizam  qaydaları  sistemdə  öz-özlüyündə  paralellikləri  əks 
etdirir.  Fərqliliklər  və  ziddiyyətlər  məhz  nizam  məkanını  əhatə  edir.  Dövlətin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə