37
arasında əlaqələr və münasibətlər tənzimlənir. Hər bir subyekt öz vəzifə və
funksiyalarını müəyyən edir, icrasını təmin edir. Dövlətin hüquqla müəyyən
etdiyi, onun hüquqlarını qəbul etdiyi vətəndaş, qeyri-vətəndaş dövlətin
sakinləridir. Onların hüquqları dövlət tərəfindən müəyyən edilir və icrası təmin
olunur. Dövlət özündə vətəndaşın və qeyri-vətəndaşın hüququnu əks etdirən
daxili və beynəlxalq hüquqları qəbul edir. Hüquq sistemi, hüquq müstəvisi
normalar şəkilində dövlət tərəfindən formalaşdırılır.
Dövlət hüquq və siyasət sisteminin vəhdətindən ibarət olan bir qurumdur.
Hüquq sistemi siyasətlə formalaşdırılır. Hüquq sistemi hakimiyyətin
fəaliyyətinin əsas norma və qaydalarını müəyyən edir. Hüquq sistemi dövlətin
qanunvericilik vasitələrinin cəmindən ibarət olan sistemdir. Hüquq sisteminin
tərkibinə onu yaradan, yəni müəyyən edən və icrasını təmin edən subyektlərin
hüquqlarını ifadə edən hüquq normaları və qaydaları sistemi daxildir. Hüquq
sistemi siyasət sisteminin statusunu müəyyən edən mexanizmlərdən ibarətdir.
Məsələn, konstitusiya ilə dövlət quruluşunun əsasları nəzəri baxımdan
formalaşır və dövlət hakimiyyətinin hüquqi statusları müəyyən edilir. Hüquq
sistemi siyasət sisteminin sanki “yanacağı” rolunu ifadə edir. Həmçinin siyasət
sisteminin quruluş layihəsini təşkil edir.
Hüquq sistemi insan hüquqlarının vəziyyətini əks etdirən bir sistemdir.
İ
nsan
hüquqlarının
vəziyyəti
təsbitediciliklə,
təsdiqedicliklə
və
təminediciliklə
obrazlanır. Bu anda hüquq normaları yaranır və ya da mövcud
hüquq normalarının tətbiqi mexanizmisi işə düşür. Hüquq sistemi universal
və çərçivə formalı hüquq sənədlərinin məcmusundan ibarət olan bir
sistemdir. Hüquq sistemi siyasət sisteminin mexanizm qaydalarını müəyyən
edir. Dövlətin siyasi sistemi öz mahiyyətini hüquq sistemindən formalaşdırır.
Bütün fəaliyyət sahələri insanların əmək münasibətləri sahələridir. Burada olan
fəaliyyət hüquqları insan hüquqlarının tərkibini təşkil edir. Dövlətin fəaliyyəti
və əlaqələri, münasibətləri tənzim edən sahələri məhz siyasət sahələri hesab
olunur. Hüquq sistemi daima genişlənir, daxilən və kənarı ilə böyüyür. Burada
ə
sas məqsəd baza hüquqları qoruyub saxlamaq, genişləndirmək və inkişaf
etdirməkdən ibarət olur.
Siyasət sistemi nədir.
Dövlətin aktlarını ifadə edən siyasət sistemi
dövlətin tərkibini təşkil edən elementlərin maraqlarını tənzim edən sistemdir.
Siyasət sistemi burada təsbitedici və təminedici sistemdir. Siyasət sisteminə
dövlət quruluşu, dövlətin fəaliyyət əsasları aid olur. Dövlətin tərkib
elementlərindən ibarət olan siyasət subyektlərinin quruluşları, onların
məzmunca siyasi strukturları, inzibati strukturları, elementlərin hərəkət
trayektoriyaları məhz özündə siyasət sistemini ehtiva edir. Siyasət sistemi
siyasətin subyekt və obyektlərinin əhatə olunduğu sistemdir. Siyasi vasitələr və
alətlər siyasət sisteminin tərkibini təşkil edir. Siyasət sistemi dövlətin
maraqlarının əhatə olunduğu sahələri tənzim edən sistem vəhdətindən ibarət
olur. Siyasət sistemi ali, mərkəzi və yerli strukturlardan təşkil olunur.
38
Həmçinin dövlətin xarici siyasətini təmin edən qurumlar da siyasət sisteminin
tərkibinə aiddir. Siyasət sisteminin əsas məqsədi ayrı-ayrı sahələrdə insanların
maraqlarını təmin edə-edə cəmiyyəti inkişaf etdirsin, dövləti bir ümumi tərəf
kimi güclü vəziyyətdə saxlasın.
İ
ki sistemin vəhdəti necədir.
Məlumdur ki, hər bir hərəkət normaya,
hədlərə, ölçülərə tabe olur. Hərəkətlər özündə elə normaları əks etdirir.
Hərəkətlər məkanlarda sərhədlənir. Çünki elementlərin hərəkətləri üçün
müvafiq məkanlar mövcud olur. Sərhədlərdə qarşılaşma hər an müxtəlif
vəziyyətləri meydana gətirə bilər. Bu baxımdan da elementlərin iradəyə tabe
olması üçün, idarəolunan elementin formalaşması məqsədilə mütləq qaydada
tənzimləmə funksiyası həyata keçirilir. İstənilən sistem nəzəri və praktiki
olaraq norma və qaydalarla tənzim olunur. Sistemin xarakterinin formalaşması
norma və qaydalarla həyata keçirilir. Struktur normaya tabe olur, norma
struktur tərəfindən yaradılır. Bu baxımdan da daxilən tənzim olunma
vəziyyətləri ortaya çıxır.
Dövlət insan hüquqlarının nəticəsi olan bir siyasət və hüquq qurumudur.
Burada, bu anlamda hüquq siyasətdən üstün dayanır.
Çünki dövlət nəticə
kimi meydana gəlir. Hüquq siyasəti özünə xidmət etməyə yönəldir. Dövlətin
hüquqla nəticələnməsi isə insanların sahələrdə hüquqlarının müəyyən olunması
ilə tamamlanır. Bu isə o deməkdir ki, hüquqsuz siyasət, siyasətsiz isə hüquq
ola bilməz. Siyasət sistemi hüququn təsbit etdiyini həyata keçirir. Məsələn,
insanların bir sahədə olan hüquqlarını siyasi fəaliyyət təmin edir. O da düzdür
ki, hüquqlarda təsbitedilmə siyasət vasitəsilə təmin olunur. Bu baxımdan da
hüquq sistemi siyasət sisteminə başlanğıc verir onun fəaliyyətini şərtləndirir,
məqsədlərini müəyyən edir, vəzifələrini, məsuliyyət və öhdəliklərini
formalaşdırır. Siyasət sistemi də hüquq sisteminin məqsəd və vəzifələrini
sahələr üzrə aşkarlayır.
Hüquq sisteminin hərəkətə gətirilməsi elə siyasət sisteminin hərəkətə
gətirilməsi mənasını verir. Vəhdət məsələsi hər ikisini tamamlayır. Mexanizm
məsələsi hər ikisini vəhdətləşdirir.
Siyasi və inzibati struktur anlayışları
Siyasi struktur nədir.
Dövlət strukturlarının fəaliyyətini şərti olaraq iki
hissəyə ayırmaq olar: siyasi və onun tərkibi olan inzibati. Hər bir struktur
formalardan, elementlərin cəmləşdiyi məkanlardan tutumlardan ibarətdir.
Siyasət fəaliyyəti tərkibinə görə dərəcələnir, xassələnir. Strukturun xassələri
təyinatından, gördüyü işlərdən, tənzimlədiyi obyektlərdən meydana gəlir.
Ə
vvəlcə qeyd edək ki, dövlət və cəmiyyət sistemləri elə ictimai sistemlərdir.
Siyasi və inzibati idarəçilik sistemi ictimai sistemin tərkibini təşkil edir.
Siyasət strukturları dövlətin siyasətini müəyyən edən cəm halda əlaqələr
yaradan qurumlardır. Siyasət strukturları siyasət müəyyən edən və siyasi
Dostları ilə paylaş: |