Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

65 

 

Çin, Hindistan və Cənubi Afrika Respublikasından ibarət olan BRİKS formatı 



regionlararası  iqtisadi  rəqabət  birliyinin  yaranması  üçün  əsas  faktor  rolunda 

çıxış  edir.  Bu  gün  artıq  bu  format  birliyə  çevrilməkdədir  və  2014-cü  ilin  iyul 

ayında Braziliyada keçirilən sammitdə BRİKS bankının yaradılması da qərara 

alınmışdır. Hətta Argentina da bu formata daxil olmaq istəyinə düşmüşdür.   



 

Beynəlxalq  təhülkəsizlik  üçün  gərginlikləri  özündə  əks  etdirən 

təhdidlər bunlardır: 

 

-güclü  silahlanmalar  (kütləvi  qırğın  silahlarına  sahib  olan  dövlətlərin 



sayının çoxalması) və müharibələrə hazırlıqlar; 

-baş  verən  müharibələr  (ölkələrarası  müharibələr  və  ölkələrdaxili 

vətəndaş müharibələri); 

-münaqişələr (regional –ölkələrdaxili və ölkələrarası  etnik  münaqişələr); 

-ərazi işğalları, sərhəd pozuntuları; 

-beynəlxalq transmilli cinayətkarlıq əməlləri, o cümlədən terrorizm; 

-hərbi-siyasi  və  maliyyə-iqtisadi  böhranlar,  o  cümlədən  ərzaq  və  tibb 

böhranlar;  

-dindən kənar müxtəlif dini sektaların radikal  fəaliyyəti; 

-ekoloji və epidemioloji təhlükələr; 

-sərhəd pozulmları halları; 

-qaçqın və məcburi köçkünlülüyün artması;  

-kibercinayətkarlıq və s.  

   


Beynəlxalq təhlükəsizlik üçün təhdidlər meydana gəlir: 

 

-ayrı-ayrı  ölkələrin  və  regionların    fərqli  inkişaf  xüsusiyyətlərindən-bu 



fərqlilik  də  dünya  üzrə  bütün  məsələlərdə  qeyri-tarazlılığı  meydana  gətirir. 

Kasıb ölkələrdə inkişaf etmiş ölkələrə qarşı milli eqoizm meydana gəlir və bu 

da özündə terroru formalaşdırmış olur

;  


-beynəlxalq  münasibətlərin  qeyri-tarazlı  qaydada  institutlaşmasından,  bu 

baxımdan  ayrı-ayrı  regionlarda  rəqabəti  şərtləndirən  fərqli  gücə  malik  olan 

təşkilatların yaradılmasından və onların  fəaliyyətindən. Böyük gücə malik olan 

dövlətlər  ətrafında  təşkilatlanma  təbii  olaraq  digər  böyük  gücün  özünü 

müdafiəsini  şərtləndirir  və  həmin  güc  tərəfindən  alternativ  qurumun 

yaradılması siyasətinə başlanılır. Bu siyasət daha çox ətraf dövlətləri  məcburi 

qaydada özünə cəlb etmək üçün  münaqişələr fonunda da həyata keçirilir 

 

  



Beynəlxalq təhlükəsizlik üçün yeni təhdidlərin əsasları 

 

Qeyd olunduğu  kimi, beynəlxalq təhlükəsizlik üçün təhdidlərin  meydana 



gəlməsində  təşkilatlanma  da  böyük  rol  oynayır.  NATO-nun  fəaliyyəti,  onun 

Şərqə  doğru,  postsovet  məkanına  doğru  genişlənməsi,  digər  tərəfdən  də 




66 

 

Rusiyanın postsovet məkanında hərbi-siyasi və iqtisadi cəhətdən təşkilatlanma 



siyasəti,  Rusiyanın  Asiya  və  Latın  Amerikasında  güclənmə  siyasəti   

Avrasiyada  və  digər  regionlarda    yeni  təhdidlərin  ortaya  çıxmasına  şərait 

yaradır. Əgər bir tərəfdə, yəni Avratlantika regionunda təşkilatlanma daha çox 

zəruri  (inkişaf  zərurəti)  səbəblərə  söykənirsə,  digər  tərəfdə  isə  bu,    məcburi 

xarakter, yəni qeyri-könüllü imperativ xarakter  kəsb edir.  

Beynəlxalq  təhlükəsizlik  üçün  təhdidlər  dövlətlərarası,  xalqlararası  sabit 

və  rəvan    münasibətlərə  və  əlaqələrə  zərbə  vuran,  əlaqələri  korlayan  və 

korlamaq  üçün  risqləri  ortaya  çıxaran    hədələyici  aktlardan  ibarətdir.  

Beynəlxalq  təhlükəsizlik  üçün  təhdidlər  həm  fərdi  məzmun  daşıyır,  həm  də 

lazımi anlarda silsilə əhəmiyyətə malik olur və ardıcıllığı özündə cəmləşdirir.  

Bu gün Yaxın Şərq, Ərəb dünyası, eləcə də postsovet məkanları özlərində 

vətəndaş  müharibələrini,  ölkələrarası  və  ölkələrdaxili  etnik    münaqişələri  əks 

etdirən təhdidlərlə zəngindir. Hələ də sabit və davamlı Avropa sivilizasiyasını 

təmin etmək  mümkün deyildir. Yaxın Şərqdə Ərəb-İsrail  münaqişələri davam 

etməkdədir və çox hallarda bu münaqişələr aktiv fazaya keçir.  

Dünya siyasəti sistemində də  köklü dəyişikliklər baş verməkdədir. SSRİ 

dağıdıqdan  sonra  beynəlxalq  münasibətlər  sistemində  birqütblü  dünya  düzəni 

formalaşmış  olsa  da,  XXI  əsrdən  etibarən  mahiyyət  dəyişməyə  başlayıb. 

Rusiya  postsovet  məkanında  yenidən  güclənmmə  strategiyasını  qarşısına 

məqsəd qoyub. Rusiya iqtisadi ittifaqların da yaradılması strategiyasını yerinə 

yetirməkdədir  və  bu  istiqamətdə  Avrasiya  iqtisadi  birliyini  yaratmışdır. 

(Rusiya, Qazaxıstan, Belorusiya sazişi) 

Avrasiyada Çin, Ruisya  və Hindistan kimi oyunçular materikin geosiyasi 

çalarlarını  formalaşdıran  əsas  mərkəzlər  rolunu  oynamaqdadırlar.  Demək  olar 

ki,  bu  kimi  dövlətlər  Qərblə  iqtisadi-siyasi  rəqabətin  nəticəsi  olaraq  yaxından 

əməkdaşlıq etmək məcburiyyətində qalırlar. Onlar həm könüllü, həm də zəruri 

inteqrasiya  siyasətinə  üstünlük  verirlər.  Rusiya  Avro-Asiyanın  mərkəzi 

qüvvəsi  olmaq  üçün  həm  də  Şanxay  Əməkdaşlıq  Təşkilatının    fəaliyyətinin 

güclü olmasında xüsusi maraq nümayiş etdirir.    

Təhdidlər zamanı ən çox zərbəni  güc  mərkəzləri ətrafında toplaşan  kiçik 

dövlətlər  qəbul  edirlər.  Belə  dövlətlər  həm  də  rəqabət  xəttinin  ərazisinə  daxil 

olan, aralıq dövlətləridirlər.  Məsələn, Azərbaycan, Gürcüstan və Moldova belə 

dövlətlərdəndir. Rusiya bu kimi dövlətlərin Avropaya yaxından inteqrasiyasına 

qısqanclıqla  yanaşır  və  bu  dövlətləri  öz  iqtisadi-siyasi  orbitində  axtarır. 

Ukrayna  da  aralıq  məkanda  yerləşən  dövlətdir.  Məlumdur  ki,  2013-cü  ilin 

noyabr ayından başlanan Ukrayna siyasi böhranı hərbi-siyasi  məzmuna doğru 

inkişaf etməkdədir. Ukrayna Rusiya ilə Qərb arasında rəqabət məkanı üçün son 

dövr ən böyük element olmaqda qalmaqdadır. Bununla bərabər, təhdid zonaları 

da artmaqdadır. Bu həm dənizləri, həm də quru sahələrini əhatə edir. NATO ilə 

Rusiya  arasında  kəskin  rəqabətin  yaşanması,  Rusiyanın  Avropa  maraqlarının 

yenidən  əvvəlki  fazada  oyanması,  Ukraynada  hərbi  iştirakı  NATO-nun 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə