downloaded from KitabYurdu.org
VII
danışdırdı. Ancaq mən bu danışıqda iştirak etmək istəməyib evimə
getmişdim. Necə olmasa, Namiqin mənə çox yaxşılığı dəymişdi. Həm
də
heç inana bilmirdim ki, o belə qorxulu işə cəsarət edə...
Səhəri gün işə gələndə növbətçi polis serjantı mənə dedi ki, axşam
Qaradumanlıdan gətirilib kameraya salınmış Namiq adlı oğlan neçə
dəfə yalvarıb ki, mənim burada olduğumu Mehmana bildirin. Əvvəl
istədim fikir verməyim. Ancaq sonra dözməyib onu qonşu otağa
gətizdirdim.
-
Mehman müəllim, - Namiq məni görən kimi kövrəldi. - Sənin
başına dönüm, məni buradan çıxartdır. Mənim heç bir təqsirim
yoxdur. Bunlar, ancaq, mənə inanmaq istəmirlər Deyirlər ki, guya
Mikayılgili mən öldürmüşəm.
-
Səni incidiblər, deyəsən? - Onun vəziyyətinin yaxşı olmadığını
görüb soruşdum.
-
Belə şeylər mənim heç xoşuma gəlmirdi.
-
İncidiblər də sözdü? Sənin başına dönüm, Mehman müəllim,
qoyma bu gecə də burada qalım. Mən o gecə küçəyə siqaret çəkməyə
çıxmışdım. Siqaretimi çəkib evə girmişəm. Sonra hamama gedib
yuyunmuşam. Hamamdan sonra da bir az çay içib yatmışam...
-
Bəs bunları demədin mayor Seyidova? - onun sözünü kəsib
soruşdum.
-
Dedim, ancaq inanmadı, yenə məni kameraya göndərdi. Orada da
bir seıjant...
-
Bilirsən, Namiq, - iş yoldaşlarımı müdafiə etməyə məcbur oldum.
- Sən incimə, nə də bu iş sənə zarafat gəlməsin. Bu ölüm işidir.
Günahsızlığın sübut olunan kimi səni buraxacaqlar. Hər halda mən də
Təyyar müəllimdən xahiş edəcəm. Amma yenə deyirəm. Bu ciddi
işdir. Prokuror da, rəisimiz də gündə iki- üç dəfə bu işlə dərindən
maraqlanırlar. Eyni zamanda bizi danlayırlar ki, bir kəndin içində
qatili tapa bilməmişik.
-
Axı mənim günahım nədir? - Namiq əsəbi soruşdu.
-
Səbirli ol, Təyyar müəllimlə danışaram.
Namiqi yenə kameraya apardılar. Üçüncü mərtəbəyə çıxdım. Dünən
downloaded from KitabYurdu.org