downloaded from KitabYurdu.org
19
Ondan sonra sağda ev yoxdur. Məktəbdir.
-
Paşanın Mikayılla münasibəti necə idi?
-
Belə də... Soyuq idi. Rusiyadakı qardaşımın yanma getmişdi.
Sonra qardaşım onu qovladı.
-
Nəyə görə? - sorğu-sualı Nadir müəllim davam etdirməyə
başladı.
-
Pul məsələsinə görə. Deyəsən qardaşıma fırıldaq gəlmək
istəyirmiş.
-
Bəs indi nə işlə məşğul olur?
-
Nə bilim, heç bilinmir. Hərdən alverlə, hərdən dəllallıqla.
-
Siqaret çəkəndir?
-
Bəli, « Prezident» çəkir.
-
Nəcməddin kəndə nə
vaxt gəlmişdi, axınncı dəfə?
-
Üç həftə olar... Bir həftə qalıb getdi.
-
Mikayılgilə pul vermişdimi? Ya sənin özünə? Axı indi Rusiyada
işləyənlərin çoxu burdakı qohumlara da əl tutur.
-
Mən anamla oluram. Pula o qədər ehtiyacımız yoxdur. Ancaq
anama 3 min rubl pul vermişdi. Mikayıla nə qədər verib, bilmirəm. O,
evini düzəltdirməli idi. Pula ehtiyacı çox idi. Maaşla da dolanmaq
çətindir. Nəcməddin gedəndən sonra eşitdim ki, guya ona on min
dollar verib. Ancaq inanmadım.
-
Niyə?
-
Çünki bizə verdiyi dollar deyildi. Rus pulu idi.
-
Bəs bacıngilə nə qədər verib?
-
Bilmirəm. Verməyib, deyəsən.
-
Kimdən eşitdin ki, Mikayıla o qədər pul verilib?
-
Yadımda deyil. Elə camaat danışırdı.
-
Necə yəni yadımda deyil? Bilmirsən sənə kim deyib bunu?
-
Vallah bilmirəm, kimsə dedi ki, belə danışırlar. Mən də dedim ki,
ola bilməz, yalan deyirlər.
... Həyətə düşdük. Baş müstəntiq meyitləri rayon xəstəxanasına
aparmaq üçün maşın gətizdirdi. İcra nümayəndəsinə də tapşırdı ki,
qapılar bağlansın və evə heç kəs buraxılmasın.
downloaded from KitabYurdu.org