Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   2   3   4   5   6   7   8   9   ...   28

Döyüşçü aldığı bıçaq yarasından dərhal ölmüşdü, onu qaranlıq bağdan ötürən 
döyüşçünün ruhu imiş. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                   Dovşan 
 
 
D
ovşan qaranlıq düşəndən sonra bu adamla çayın sahilindəki bağda görüşürdü. 
Adam polisdə işləyirdi, nə işlədiyini ona məlum deyildi, yalnız ləqəbinin əqrəb 
olduğunu bilirdi.  
 
Polisdə dovşanlar çox idi, polis zabitlərinin hamısının, rəisin, müavinlərin isə hərəyə 


iki-üç dovşanları var idi.  
 
Bu dəfəki görüşlərində əqrəb ona əlli manat verdi, sabah kimi istəyirsən dəvət elə, 
dedi, çayın sahilindəki kababxanada yeyin-için, amma qulaqlarını sallamazsan, ayıq 
olarsan.  
 
Əməlli-başlı bir iş gətir. 
 
Səhərisi evdən çıxmaq istəyəndə anası onu saxladı, yasa getməliyəm, sən evdə qal.  
 
Gəlinciklər qoza-fındığa daraşıblar, sağsağanlar armudu daşıyırlar, qarğalar əncirə 
divan tuturlar.  
 
Mən gələnə kimi gözlə, sonra hara getsən, gedərsən. Kəsilə-kəsilə qalmışdı, ay ana, 
sən məni qonum-qonşu içində rüsvay eləyirsən, mənim sağsağan, gəlincik gözləyən 
vaxtımdı?  
 
Sonrası da sənin deməyinin adı nədi, çölün quşları ac qalsınlar, onlar da bir şey 
yeməlidilər axı. «Bağı onlar üçün salmışıq! – anası hirsləndi. – Yığıb sənin üçün 
satıram da.  
 
Sabah birisinin qapısına gedəndə, bir şey aparmalıyıq, ya əliboş getməliyik?». «Eh, 
ay ana, - yana-yana dedi, - nahaq yerə sabah durub birisinin qapısına getmə. 
  
Qoz-fındığı gəlincikdən qoruyana, sağsağanların keşiyini çəkənə heç kim qız 
verməz».  
 
Anası gedəndən sonra bağa düşüb, keçən payız kəsdikləri armud ağacının kötüyü 
üstə oturdu. Qanı qaralmışdı, ona iş tapşırmışdılar, o isə oturub keşik çəkirdi.  
 
Yalnız qarğaları-sağsağanları qovurdu, zəhləsi gedirdi bu həyasız quşlardan, 
gəlinciklərə isə toxunmurdu, hər gəlincik beş-altı dənə qoz-fındıq yeməklə nə 
olasıydı?  
 
Balaca çöl vəhşilərinin zəgəlli qozları çaynaqlarında tutub zəgəlini təmizləmələrinə, 
qozu sındırıb yemələrinə heyranlıqla tamaşa eləyirdi. Acı zəgəli necə təmizləyirdilər?  
 
Bu gün gəlinciklərə də hirslənmişdi, acgözlər, qarınqulular, bir fasilə verin də! Sizin 
ucbatınızdan işimin dalısınca gedə bilmədim, bəsdi tıxdınız, doyun da! 


 
Çəpərin üstündən boylanan qonşu qızı görcək qaşqabağı açıldı, ayağa qalxıb çəpərə 
yaxınlaşdı, əli ilə işarə eləyirdi, gəl də. Qız isə dodaqlarını bir-birinə sıxıb başını 
yırğaladı, bəsdi daha. Haçana kimi çəpər dibində öpüşəcəyik?  
 
Göndər ananı, gəlsin elçiliyə. Anam deyir bir də çəpərdən o tərəfə keçsən, qıçlarını 
sındıraram. 
 
- Anamı göndərərəm, amma atan mənə qız verməz. Məni görən gözü yoxdu, mən 
sağsağanlara nə qədər nifrət eləyirəmsə, o da mənə o qədər nifrət eləyir, hələ bir az 
da artıq. Onun könlündən səni azından ərəb şahzadəsinə ərə vermək keçir. 
 
- Sən göndər! – qızsa onu eşitmək istəmirdi. – Anamla köməkləşib birtəhər yola 
gətirərik. 
 
- Ona sonra baxarıq, - səbirsizliklə dilləndi, - gəl görüm. 
 
- Yox, çəpəri bir də anan elçiliyə gələndən sonra keçəcəyəm. 
 
- Amanın günüdü, keçmə! - hirslə dedi. 
 
Qız ona iki əlli bir ala göndərdi. Qanı qaralmış halda qayıdıb armud kötüyünün 
üstündə oturdu. Fürsəti əldən verməyən qarğalar, sağsağanlar əncirə, armuda 
daraşmışdılar, amma daha quşları da qovmadı, cəhənnəm olsunlar.  
 
Yeyin, tıxın, hirslə deyinirdi, haramınız olsun! Elə təpişdirirlər, elə bil dədələri bunlar 
üçün ağac əkib.  
 
Birdən qızın onun səslədyini eşitdi, geri boylandı, qız çəpərin üstündən ona əl eləyir, 
gülürdü. 
 
- Nə var? – hirslə çımxırdı. 
 
- Bilirsən kötüyün üstündə oturanda nəyə oxşayırsan? 
 
- Nəyə? 
 
- Dovşana! 
 


- Necə? – diksindi. 
 
- Dovşana! Dovşan da sənin kimi qulaqlarını şəkləyib oturur. 
 
O hələ özünə gəlməmiş qız həyətlərində şirin səslə mahnı oxuyurdu. 
 
Dovşanım, ay dovşanım 
Küsmə məndən, ay dovşanım 
Mən küssəm də eybi yoxdur,  
Sən küsmə, ay dovşanım. 
 
Sanki başından bir qazan qaynar su tökdülər, qız nəyə görə onu dovşana 
oxşatmalıydı?  
 
Bəlkə nəsə hiss eləmişdi, yox, ola bilməzdi, onun dovşan olduğunu əqrəbdən və 
ondan başqa heç kim bilmirdi.  
 
Ağlına gələn növbəti fikir onu kökündən silkələdi, yəqin o qədər dovşanlıq eləmişdi, 
dovşanın bütün xasiyyətlərini, hərəkətlərini götürmüşdü, dovşana oxşayırdı, yoxsa 
qız onu nəyə görə dovşana oxşatmalıymış?  
 
Elə bu gecə əqrəblə üzülüşəcək, daha dovşan olmaq istəmədiyini deyəcəkdi.  
 
Qonşu həyətə düşmüşdü, həyətdən acıqlı səsi eşidilirdi. Oğlanlar var, Rusiyətin bu 
başından vurub, o başından çıxırlar. Naharı Kitayda yeyirlər, şamı Dubayda.  
 
Amma elələri də var, gəlincik pusur, qarğa, sağsağan qovur, balqabaq keşiyi çəkir. 
İtimin yeddi küçüyü ola, birini belə oğraşa vermərəm!  
Buyur, bu da sənə elçilik!  
 
Deyirsən, ay qız, atanın məndən zəhləsi gedir, neyləsəm də, səni mənə verməz, bu 
isə başlayıb, ananı göndər. Anamı göndərəcəyəm, arvadı evdən qovacaq.  
 
Anası günortaya az qalmış gəlib çıxdı, qoz zəgəllərinə, dəlik-deşik edilmiş armudlara
əncirlərə baxıb, qıçlarına döyürdü. Sən burda nəyi gözləyirdin?  
 
Yenə də başın o diringi qıza qarışmışdı? «Ay ana, başım heç kimə qarışmamışdı! – 
özünə haqq qazandırırdı. – Neyleyim, çoxdular, mən qovuram, onlarsa bir ucdan 
gəlirlər. Məni rüsvay eləyirsən, hörmətdən salırsan, sabah birinin qapısına elçiliyə 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə