Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   2   3   4   5   6   7   8   9   ...   25

 

14

yolla  çökdürülmüş  tabaşir,  SK  tabaşiri,  metakril  turşusu  ilə  modifikasiyalaşdırılmış 



alüminium  hidroksidi  kimi  doldurucular  HCl-un  ayrılma  sürətinə  ciddi  təsir 

göstərmiş, SDK tabaşiri və metilfenildixlorsilanla modifikasiyalaşdırılmış alüminium 

hidroksidi  isə  plastifikləşdirilmiş  polimerin  termoksidləşmə  destruksiyasının  sürətini 

bir qədər (20-30%) zəiflədir. 

Doldurucular  olduqda  plastifikləşdirilmiş  PVX-in  termooksidləşmədən 

parçalanmasının zəifləməsi doldurucuların tərkibində səthin modifikasiyalarının, yəni 

polimer  kompozisiyanın  destruksiyası zamanı fenol birləşmələrinin formalaşması  ilə 

parçalanan,  məsələn, hidrolizə olunan (metilfenildixlorsilan) appretlərin  movcudluğu 

ilə əlaqədardır. Belə appretlər polimer molekullarının parçalanmasını törədən kimyəvi 

agetlərin  yaranmasının  qarşısı  alınması  hesabına  mürəkkəbefirli  plastifikatorların 

oksidləşməsini  və  nəticə  etibarilə  PVX-in  termooksidləşmə  destruksiyasını  zəiflədə 

bilirlər.  Alınmış  göstəricilər  xəbər  verir  ki,  doldurulmuş  PVX  plastifikatların 

termooksidləşmə  destruksiyasının  intensivliyi  plastifikatorun  oksidləşməyə  qarşı 

davamlılığı,  eləcə  də  mineral  doldurucuların  səthinin  modifikatorlarının  polimer 

kompozisiyasındakı oksidləşmə proseslərinin sürətinə təsiri ilə müəyyən edilir. 

Bəzi  işlərdə  doldurucusu  taxtadan  olan  ekoloci  cəhətdən  təmiz  plastik 

kütlələrin  tətbiq  edildiyi  halda  fazalararası  qarşılıqlı  təsirə  və  polimer  doldurucu 

sisteminin tərkib məhsullarının miqdarından asılacağına diqqət yetirilir. 

Bir  qayda  olaraq  bu  kompozisiyalarda  polimerlərin  taxta  ilə  doldurulma 

dərəcəsi 40-60% təşkil edir. 

Aparılmış  elmi-tədqiqat  işləri  ekoloji  təmiz  taxta  doldurucularının  alınma 

texnologiyasının əsasını təşkil etmişdir. Bunların elmi yeniliyi birincisi, kompozisiya 

hissəciklərinin  lazımi  fiziki-kimyəvi  göstəricilərinin  təmin  edilməsi  hesabına 

termoplast  hissəcikləri  ilə  taxta  doldurucusunun  yüksək  adgeziyasından  və  ikincisi, 

yüksək  dərəcədə  doldurulmuş  polimer  ərintisinin  tiksotrop  axıcılığı  və  ayrı-ayrı 

doldurucu  hissəciklərinin  mikro-kapsullaşdırılmasını  əldə  etmək  üçün  kompozisiya 

quruluşunun özünütəşkil mexanizminin istiqamətli reallaşdırılmasından ibarətdir. 



 

15

Mineral  doldurucuların  PVX  və  həlledici  ilə  qarşılıqlı  təsiri  və  bunun  PVX 



linoleumun fiziki-mexaniki göstəricilərinə təsiri öyrənilmişdir. 

PVX linoleumun fiziki-mexaniki göstəricilərini standarta uyğun təyin edirdilər. 

Bərklik 

TŞM-2 


cihazı, 

sürtünmə 

isə 

MİBOB-2 


cihazı 

vasitəsilə 

qiymətləndirilirdi.  PVX  linoleumun  tərkibi  aşağıdakı  kimidir:  170  q  PVX,  52  q 

dioktilftalat plastifikatoru, 28 q xlorparafin, 10 q ağ boyaq, 6 q bura, 120 q doldurucu. 

Doldurucuların  rütubətlənmə  istiliyinin  qiymətləri  polimerin  doldurucu 

hissəciklərinin səthi ilə effektiv qarşılıqlı təsirinə dəlalət edir. Bu təsir əhəngdaşı tozu 

ilə  olan  PVX  kompozisiyalar  üçün  daha  intensiv,  fosfogipslə  olan  PVX 

kompozisiyalar üçün daha zəif özünü büruzə verir. Opoka aralıq mövqedə dayanır. 

Doldurucular  linoleumun  fiziki-mexaniki  göstəricilərinin  zəifləməsinə  görə 

əhəngdaşı tozu-fosfogips-oroka kimi, rütubətlənmə istiliyi və quruluş məsaməliliyinin 

zəifləməsinə  görə  isə  əhəngdaşı  tozu-oroka-fosfogips  kimi  sıralanmalıdır. 

Doldurucuların  bu  ardıcıllığı  doldurucu  ilə  PVX-in  qarışıqlı  təsirini  tənzimləyən 

məsamələrin həcmi və miqdarının fərqi ilə izah edilir. 

Beləliklə,  doldurulmuş  PVX  linoleumun  fiziki-mexaniki  göstəriciləri 

doldurucu  hissəciklərinin  səthinin  sahəsi  ilə  əlaqədardır.  Doldurucu  qismində 

əhəngdaşı tozundan istifadə etməklə yaxşılaşdırılmış göstəriciləri olan PVX linoleum 

alınmışdır. 

Müxtəlif  təyinatlı  PVX  əsaslı  kompozisiyaların  tərkibində  asbest  və  tabaşir 

əvəzinə  xalça  məmulatları  istehsalının  tullantılarının  istifadə  imkanları  tədqiq 

edilmişdir. 

0,2; 0,2-0,4; 0,4-0,6; 0,6-0,8; 0,8-1,0; 1,0-1,5; 1,5-2,0; 2,0-2,5; 2,5-3,0; 3,0-4,0; 

4,0-5,0  və  5,0-10,0  mm-lik  ölçülü  və  doldurucunun  tərkibinin  müvafiq  olaraq  9,8; 

12,7;  13,2;  11,4;  9,3;  7,1;  6,3;  5,1;  4,4;  3,1  və  3,3%-ni  təşkil  edən  təbii  (25%)  və 

sintetik  (20  %  kapron  +  55%  nitron)  liflərin  qarışığından  ibarət  olan  lifli  doldurucu 

istifadə edilmişdir. Doldurucunun sıxlığı – 1420 kq/m

3

, nəmliyi – 0,8%-dir. 




 

16

Linoleum  və  gündən  qoruyucu  materialların  istehsalı  üçün  kompozisiyalar 



sürtünmə  əmsalı  1,2-1,3  və  valların  temperaturu  185

0

S  olan  laboratoriya 



mikrovallarında 

hazırlanmışdır. 

Linoleumun 

alınmasında 

istifadə 

edilən 


kompozisiyaların tərkibi aşağıdakı kimidir: J-7058M markalı PVX qatranı 90 k.h., E-

6250C markalı PVX qatranı 10 k.h., dioktilftalat 45 k.h., xlorparafin 15 k.h., kalsium 

stearat 0,15 k.h., sidik cövhəri 0,5 k.h., lifli doldurucu 20-50 k.h. 

Müəyyən  edilmişdir  ki,  PVX  kompozisiyaların  tərkibinə  lifli  doldurucunu 

əlavə  etdikdə  materialların  istehsalı  zamanı  çətinliklər  yaranmır.  Bununla  yanaşı 

doldurucunun  miqdarı  15  k.h.-dən  50  k.h.-ə  qədər  artdıqda  nümunələrin  bərkliyi, 

gərilmə zamanı dağılma gərginliyi və zərbə özlülüyü artır. 

Digər şərtlərə əməl olunduqda asbest və digər mineral doldurucuların (tabaşir, 

kaolin,  talk)  lifli  xammalla  əvəzlənməsinə  zəncirvari  xassələr  kompleksi  olan 

kompozisiya materiallarını əldə etmək imkanını verir. 

Alınmış  nəticələr  müxtəlif  təyinatlı  PVX  kompozisiyaların  doldurucuları 

qismində lifli xammalın istifadə imkanlarından xəbər verir. 

Quruluşu  silisium-oksigen  tetraedrləri  ilə  təşkil  olunan  kaolinit  və 

montmorillonit də doldurucular qismində tez-tez istifadə edilir. 

Termoplastik polimerlərin doldurulmasında maqnium və sink oksidləri istifadə 

edilir.  Maqnium  oksidi  polimer  kompozisiya  materiallarının  istilik  keçirmə 

xassələrini,  sərtlik,  bərklik  və  axıcılığa  qarşı  davamlılığını  artırır.  Sink  oksidi  ilə 

doldurulmuş polimerlər  isə  yüksək  bərklik,  istiliyə  qarşı davamlılıq,  elektrikkeçirmə 

xassələrinə, termiki və termooksid stabilliyinə malik olur. 

Polimerlərin  parçalanmış  qeyri-üzvi  doldurucuları  arasında  20-dən  artıq 

modifikasiyası olan dioksid silisium əsaslı doldurucular praktiki məqsədlər üçün geniş 

istifadə olunur. Ən çox üstünlüklərini kəskin qüvvətləndirici effekt, əksər polimerlərlə 

yaxşı  qarışma,  kompozisiyaların  laylanmasının  qarşısını  alma  xüsusiyyətləri  təşkil 

edən  aerosil,  toz,  içi  dolu  və  boş  mikrosferlər  və  şüşə  lifləri  şəklində  şüşə, 

mikroskristalik trepel, amorf diatomit istifadə olunurlar. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə