4
səyyar vergi yoxlaması zamanı bilavasitə müəssisələrdə ilkin mühasibat
sənədlərini yoxlamaq yolu ilə.
Bazar münasibətlərinə keçidlə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətini
müxtəlif iqtisadi sferalarda həyata keçirən bir çox yeni müəssisələr yaradılır.
Onların əksəriyyəti mühasibat uçotu sahəsində kifayət qədər ixtisaslı
mütəxəssislərə malik deyildir. Bir qayda olaraq belə müəssisələrdə uçotda səhvə
yol verilir və hesabat məlumatlarının bilərəkdən təhrif olunması hallarına tez-tez
rast gəlinir. Bunlar isə vergitutma bazasının aşağı salınmasına (azaldılmasına),
vergi və ona bərabər olan digər ödənişlərin büdcəyə tam daxil olmamasına gətirib
çıxarır. Vergilərin hesablanmasında və ödənilməsində yol verilən səhvlər,
həmçinin qanunvericilikdə edilmiş dəyişikliklərin vergi ödəyicisinə vaxtında
çatdırılmaması ilə əlaqədar baş verir. Belə bir şəraitdə bütün səviyyələrdə vergi
qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və
vaxtında ödənilməsi üzərində nəzarətin təkmilləşdirilməsi məsələsi xüsusi
əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi Azərbaycan Respublikasında vergi borcları problemi
mövcuddur. Vergi ödəyiciləri müxtəlif yollarla qanuna müvafiq qaydada
hesablanmış vergiləri və cari vergi ödənişlərini ödəməkdən yayınırlar. Vergi
borcunun həcminin artması həm büdcə öhdəliklərinin vaxtında yerinə
yetirilməsinə, həm də ölkədə normal iqtisadi inkişaf tempinə mənfi təsir göstərir.
Beləliklə, təsərrüfat subyektləri tərəfindən dövlət büdcəsinə ödənilən
vergilərin vergi orqanlarda uçota alınması vergi nəzarətinin ən mühüm və ayrılmaz
hissəsidir. Vergi daxilolmalarının operativ-mühasibat uçotunun aparılması
metodikasının təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etməsi, bu problemin
lazımı dərəcədə nəzəri və praktiki həllini tapmaması dissertasiya mövzusunun
seçilməsinə və nəzərdən keçirilən məsələlərin, yəni tədqiqat dairəsinin
müəyyənləşdirilməsinə, onun məqsəd və vəzifələrinin müəyyənləşdirilməsinə
səbəb oldu.
5
Dissertasiyanın öyrənilmə səviyyəsi. Dissertasiya işinin qarşısında
qoyulmuş məqsəd və vəzifələrə nail olunması üçün Azərbaycanın bu sahədəki
təcrübəsi və bununla bağlı problemlərə həsr olunmuş tədqiqatları öyrənilmişdir.
Belə ki, vergi daxilolmalarının təhlili və onların operativ texniki uçotunun
təşkilinin qurulması, onun reallaşdırılması problemlərinin araşdırılması, vergi
daxilolmaların təhlili üsullarının nəzəri məsələləri, vergilər üzrə vergi
daxilolmalarının təhlili istiqamətləri Azərbaycanın görkəmli alimləri Musayev A.,
Bağırov D., Həsənli M., Sadıqov M., Kəlbiyev Y., Rzayev İ. və başqaları
tərəfindən araşdırılmışdır.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin yazılmasında əsas
məqsəd dövlət büdcəsinə ödənilən vergilərin vergi orqanlarda uçota alınması
metodikasının daha dərindən mənimsənilməsindən, vergi daxilolmaları üzərində
nəzarət və dövlət büdcəsinə borclu olan vergi ödəyicilərinin borclarının alınması
işinin
səmərəli
təşkili,
onun
təkmilləşdirilməsi
istiqamətlərinin
müəyyənləşdirilməsi və movcud cətinliklərin aradan qaldırılması yolları barədə
təkliflərin verilməsindən ibarətdir.
Qarşıda qoyulmuş məqsədə nail olmaq üçün dissertasiya işinin qarşısında
aĢağıdakı vəzifələr qoyulmuşdur:
vergi orqanlarında vergilərin operativ-mühasibat uçototunun aparılması
metodikasını öyrənmək;
vergi daxilolmalarının operativ-mühasibat uçotunun registrləri, onların tərtib
edilməsi və aparılması qaydasını mənimsəmək;
vergi orqanları tərəfindən həyata keçirilən nəzarət işinin mexanizmini
öyrənmək;
vergi orqanları tərəfindən aparılan nəzarət işinin təhlili aparmaq;
vergilərin düzgün hesablanması, tutulması və əvəzləşdirilməsi, eləcə də
vaxtında dövlət büdcəsinə köçürülməsi üzərində vergi nəzarətinin daha
səmərəli metodlarını müəyyən etmək;
6
vergi borclarının alınması işinin təşkili və onun təkmilləşdirilməsi üzrə
təkliflər paketi hazırlamaq.
Tədqiqatın
predmet və obyekti. Tədqiqatın obyektini vergi
daxilolmalarının təhlili və onların operativ-texniki uçotunun təşkili əsasları,
predmetini
isə
vergi daxilolmalarının təhlili əsasinda reallaşdirilmasi
istiqamətlərinin müəyyən edilməsi təşkil edir.
Dissertasiya_iĢinin_nəzəri_və_metodoloji_əsaslarını.'>Dissertasiya iĢinin nəzəri və metodoloji əsaslarını. Dissertasiya işinin nəzəri
və metodoloji əsaslarını vergi daxilolmalarının proqnozlaşdırılması və təhlili, onların
operativ-mühasibat uçotunun təşkili əsasları, eləcə də vergi daxilolmaları üzərində
nəzarət işinin təşkili sahəsində yerli və xarici ölkə alimlərinin (ekspertlərinin) elmi-
tədqiqat əsərləri təşkil etmişdir.
Tədqiqat işi apararkən onun qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi
üçün elmi abstrakt, induksiya və deduksiyanın, qrafik təsvirin, sistemli və müqayisəli
təhlilin ümumelmi metod və üsullarının, statistik və iqtisadi-riyazi təhlilin
metodlarından istifadə olunmuşdur.
Dissertasiyanın elmi yeniliyi. İşin elmi yeniliyi vergi orqanlarında vergilərin
operativ-mühasibat
uçototunun aparılması metodikasının, vergilərin düzgün
hesablanması, tutulması və əvəzləşdirilməsi, eləcə də vaxtında dövlət büdcəsinə
köçürülməsi üzərində vergi nəzarətinin daha səmərəli metodlarının, eləcə də vergi
borclarının alınması işinin təşkili və onun təkmilləşdirilməsi üzrə əsaslandırılmış
nəzəri qayda və praktiki tövsiyələrin işlənməsindən ibarətdir.
Dissertasiya iĢinin praktiki əhəmiyyəti. Vergi daxilolmalarının operativ-
mühasibat uçototunun aparılması metodikasının təkmilləşdirilməsi, uçotun nəzarət
funksiyasının gücləndirilməsi, vergi uçotunun və effektli idarəetmə qərarlarının qəbul
edilməsi məqsədilə uçot informasiyasının operativ və analitikliyinin yaxşılaşdırılması,
vergi nəzarətinin daha səmərəli metodlarının, eləcə də vergi borclarının alınması işinin
təşkili və onun təkmilləşdirilməsi üzrə tövsiyə və təkliflər hazırlanması dissertasiya
işinin praktiki əhəmiyyətini təşkil edir.
Dostları ilə paylaş: |