10
Iqtisadi proqnoz iqtisadi proqnozlaşdırmanın nəticəsidir. Ehtimal xarakteri
daşımasına baxmayaraq o, müəyyən dərəcədə dəqiqliyə də malikdir. Praktikada
iqtisadi proqnoz gələcək fəaliyyət üsullarından asılı olaraq təsərrüfat subyektinin
bu və ya digər məqsədlərinə nail olması dərəcəsini əks etdirən sənəddir. Bununla
əlaqədar olaraq iqtisadi proqnoz aşağıdakıları həyata keçirməyə imkan verir:
idarəetmə qərarlarının mümkün variantlarının axtarılmasının həyata
keçorolməsi;
hazırda o qədər də nəzərə çarpmayan, lakin gələcəkdə özünü qabarıq şəkildə
büruzə verə biləcək problemlərin aşkar edilməsi;
gələcəyin obyektiv amillərinə aktiv təsir göstərən variantların axtarışının
həyata
keçirilməsi;
əsas amillər nəzərə alınmaqla hadisələrin müxtəlif variantlarının
modelləşdirilməsi.
Iqtisadi proqnozun əsas funksiyaları aşağıdakılardır
sosial-iqtisadi proseslərin, konkret şəraitdə onlar arasındakı obyektiv səbəb-
nəticə əlaqələrinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi;
gələcək dövrlər üzrə tendensiyaların qiymətləndirilməsi, həll tələb edən
iqtisadi problemlərin qabaqcadan müəyyənləşdirilməsi;
perspektiv inkişafın alternativ variantlarının aşkar edilməsi və qəbul
edilməsinin əsaslandırılması üçün iqtisadi informasiyanın toplanması və
hesablamaların aparılması.
Iqtisadi proqnozların müəyyən əlamətlərinə görə təsnifatını vermək olar. Biz
yalnız əhatə etdiyi dövrə iqtisadi proqnozlaşdırmanın təsnifatı ilə tanış olacağıq.
Əhatə etdiyi dövrə görə proqnoz cari və perspektiv proqnozlaşdırmaya
bölünür. Cari proqnozlaşdırma operativ və qısamüddətli, perspektiv
proqnozlaşdırma isə uzunmüddətli olur.
Operativ proqnozlaşdırma aylıq, qısamüddətli proqnozlaşdırma rüblük və ya
illik, uzunmüddətli proqnozlaşdırma isə iki və daha çox illəri əhatə edir. Bunu
sxematik olaraq şəkil 1.1-də olduğu kimi əks etdirmək olar
11
Proqnozlaşdırma prosesini şərti olaraq bir neçə mərhələyə ayırmaq olar. Bu
mərhələləri aşağıdakı kimi xarakterizə etmək mümkündür.
Birinci mərhələdə proqnozlaşdırılan obyekt və ona təsir göstərən xarici
amillər təyin olunur. Bu mərhələdə işlər aşağıdakı ardıcıllıqla həyata keçirilir:
ötən dövr üzrə obyektin təsvirinin formalaşması. Bu obyektin təhlili, onun
parametrlərinin və qarşılıqlı əlaqələrinin qiymətləndirilməsini nəzərdə tutur.
informasiya mənbələrinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi,
retrospektiv informasiyanın toplanması və işlənməsi.
tədqiqatın vəzifələrinin müəyyənləşdirilməsi.
Bu işləri yerinə yetirərkən tədqiqatçı obyektin sistemləşdirilmiş təsvirini
almaq məqsədilə onun inkişaf tarixini və ona təsur edən xarici mühit amillərini
tədqiq edir.
ġəkil 1.1. Əhatə etdiyi dövrə görə proqnozlaĢdırmanın növləri
İkinci mərhələdə obyektin inkişaf tendensiyasının aşkar edilməsi,
proqnozlaşdırma üsullarının seçilməsi məqsədilə onun sistemləşdirilmiş təsviri
araşdırılır. Iş aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
obyektin modelinin işlənib hazırlanması, modelin obyektə adekvatlıq
dərəcəsinin yoxlanması;
proqnozlaşdırma üsullarının seçilməsi.
PROQNOZLAġDIRMA
Cari proqnozlaşdırma
Perspektiv proqnozlaşdırma
Operativ
Qısamüddətli
Uzynmüddətli
Aylıq
Rüblük və ya illik
2 və daha çox il üçün
12
Üçüncü mərhələ proqnozun qiymətləndirilməsi, yəni onun dəqiqlik
dərəcəsinin müəyyənləşdirilməsidir.
Proqnozlaşdırmanın hansı metodundan istifadə edilməsindən asılı olaraq
mərhələlərin sayı dəyişə bilər. Proqnozlaşdırmanın hər mərhələsi qarşıda duran
vəzifələrlə bir-birindən fərqlənir. Mərhələlər bölünmə obyektin təsvirinin
xüsusiyyətləri, proqnozlaşdırılan obyektə təsir göstərən xarici mühit amilləri
barədə toplanan materiallarla, modelin qurulması ilə bağlıdır. Proqnozun nəticələri
arayış, məruzə və s. formada tərtib olunur.
1.2. Vergi potensialının qiymətləndirilməsi metodları
Ölkənin sosial-iqtisadi inkişafı sürətini müəyyənləşdirən əsas amillərdən biri
dövlət büdcəsinə vergi daxilolmalarının səviyyəsidir. Vergi daxiklolmalarının
səviyyəsi isə öz növbəsində mövcud vergitutma bazasından və deməli vergi
potensialından əhəmiyyətli dərəcədə asılıdır. Bundan başqa vergi daxilolmalarının
proqnozlaşdırılmasında da vergi potensialının düzgün müəyyənləşdirilməsi
əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.4-cü maddəsinə əsasən
vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə
ifadəsi kimi müəyyənləşdirilib və hər bir vergi növü üzrə ayrı-ayrılıqda təyin edilir.
Deməli həm ümumilikdə ölkənin, həm də onun ayrıca bir ərazisinin, yaxud
regionunun vergitutma bazası mövcud vergi qnunvericiliyi şəraitində bütün
vergilər üzrə vergitutma bazalarının məcmusudur. Ilk baxışda bu tərif vergitutma
bazasının vergi ödəyicilərinin vergitutma bazalarının məcmusu kimi təyin edilməsi
ilə eyni görünə bilər. Lakin birinci tərif iqtisadiyyatın inkişafının makro
göstəricilərinin uçot və tətbiqini nəzərdə tutduğu halda, ikinci tərif hər hansı bir
dövlətin, regionun ərazisində qeydiyyatda olan vergi ödəyicilərinin vergitutma
bazalarının cəmini nəzərdə tutur ki, bu da praktikada çətin reallaşdırılan prosesdir.
Ayrı-ayrı vergilər üzrə vergitutma obyektləri bəzən dəyər, bəzəh isə fiziki
göstəricilərlə ifadə olunduğundan, vergitutma bazasını vergilərin məcmusu üzrə