4
№ 3 (11) Sentyabr 2014
BaĢ redaktordan .........................................
5
Ədəbiyyat xəbərləri.....................................
6
Sözümüzün yiyələri
Ədəbi məktublar............................................
9
Bir kitab Ģeir
Aqşin Yenisey .........................................
11-24
Nəsr. Hekayə guĢəmiz
Cəlil Cavanşir, Mübariz Örən, Yaşar Bünyad
və Həmid Piriyevin hekayələri.................
25-46
Nəfəslik
M.Füzuli, Orxan Vəli, Ağamalı Sadiq
Əfəndinin şeirləri ...........................................
47
Nəsr
Kənan Hacı ―Fironun dəftəri‖ –
(roman - əvvəli
) ........................................
48-73
Poeziya
Esmira Məhiqızı,
Səməd Qaraçöp, Cəlil
Cavanşir, Elnur Astanbəyli, Rüfət Əhmədzadə,
Adilə Nəzərli, Elşad Can Şamilin şeirləri.
74-102
Dramaturgiya
Qan Turalı ―Füzulinin qayıdışı‖
(alternativ
komediya)..............................................
103-109
Nəfəslik
Xaltanlı Tağı, R.M.Rilke, Vaqif Bayatlı və
Sucaətin şeirləri.............................................
110
Güney sovqatı
Ruqiyyə Səfəri, Məlihə Əzizpur və Sayman
Aruzun şeirləri..............................................
112
Çevirmə
Mixail Nuaymə,
Ziqmunt Freyd, Ahmet Yıldız,
Can Yücəl, Abdulqadir Budak, Zerrin Taşpınar,
Viktor Kopuşçu, Patrisya Haysmit və Ziqmunt
Freyddən çevirmələr.............................
116-174
Nəsr
Azad Qaradərəli ―Cülyettanın
sağ döşünə
toxunmaq‖ – roman (3-cü hissə )........
175-191
Esseistika
Nuranə Nurun və A.Qaradərəlinin esseləri...
192
Kitab rəfi
Araz Gündüz. ―Türk dilində kimlik bildirən
sözlər‖ ........................................................
196
Palitra
Rəssam Mixail Kriste.................................
198
Yeni nəĢrlər ................................................
200
Rüblük ədəbiyyat dərgisi
5
Bizim kimi mədəni baxımdan inkişafdan
qalmış ölkələrdə ədəbiyyatın halı
adətən iki yöndə
olur: ya elə ölkənin digər sahələri kimi axsaya-
axsaya özünü ölmədiril bu günlərə daşımağa çalışır,
ya da bütün sahələri ötüb keçərək hər şeyə meydan
oxuyur, ölkənin incəsənətinin digər
sahələrinə də
təsir göztərərək irəli aparır, yaxşı mənada bir intibah
mühiti yarada bilir. Bilənlər bilir ki, ədəbiyyatda bu
güc var. Sadəcə onu ram etmək yox, ağzını dağa-
daşa
salmaq yox, öz təbii axarına buraxmaq
lazımdır. Yoxsa, onun törətdiyi fəsadlar hər mənada
yaxşı effekt verməz.
Niyə yazıçıları hamı döymək, söymək, bu
yolla özünə tabe etdirəndən sonra ―sevmək‖ istəyir?
Əgər bu sevgidirsə, niyə bunu elə haray bu başdan
etmirlər? Həəə... Baxanda baxıb görürsən ki, bu
nəinki sevgi deyil, bu qoltuq missiyasıdır. Mən səni
qoltuğumda saxlayacam, səni ―yad təsirlərdən
qoruyacam‖,
sənin
―səllimi‖
böyüməyini
əngəlləyəcəm... Elə ki, böyüdün, başın gicəllənsə,
qorxma, qoltuq missiyası davam edəcək: sənə bir cüt
qoltuq ağacı verəcəm, söykənə-söykənə gəz, gəzə
bildikcə...
...İndi yaşı əlli-altmış arasında olan
yazıçıların yaradıcılığının bir qismi sovet dövrünə
təsadüf edib. Yaşı altmış-səksən arası olanların isə
yaradıcılığının bütün hissəsi sovet dövrünə təsadüf
edib. Ona görə birincilər müəyyən dərəcədə O
DÖVRDƏN uzaqlaşa biliblərsə də, ikincilər tamam
SOVET yazıçısı olaraq qalıblar. Amma bu o demək
deyil ki, bu iki zümrənin arasından bir qırmızı xətt
çəkib bunları sağa-sola bölərək sürümək lazımdır.
Necə ki, gənc yazıçı Əli Əkbər edir.
Əli Əkbər Əkrəm Əylislinin dərgimizdə çap
olunmuş ―Dağlar deyir ki, soyuqdur‖ (―Yazı‖, 10-cu
say) əsərini oxuyub bərk hiddətlənib. Səbəb də odur
ki, əsər bu bəyə çox zəif görünüb, hətta o dərəcədə
ki, yazıçını ittiham edib: ―Əkrəm Əylisli sapına
qədər sovet yazıçısıdır.‖ Və yazıçının Türkiyənin
Marmaris bölgəsində istirahətə getməyi də gənci
necə əsəbləşdiribsə, ağsaqqal yazıçıya təzə təxəllüs
taxıb: Əkrəm Marmarisli...
Belə. Əcəba, bu ədəbiyyat söhbətimi? Əcəba,
bunların ədəbiyyata dəxli varmı? Əcəba...
Əkrəm Əylislinin mənim müdafiəmə-filana qəti
ehtiyacı yox. Amma bir şeyi burda yazmasam
olmaz: Sovet dövründə və 80-90-cı
illərdə bizi düz
yolla gedə bilməyə az-çox yönəldən iki yazıçı olub:
Sabir Əhmədli və Əkrəm Əylisli. Bunlar ―sapına
qədər sovet yazıçısı‖ idilər, amma məhz bu iki
qələm adamı bizim hər mənada ayaq üstə
olmağımızda yardımçı olublar. Özlərini o Sovetin
baltasının sağına-soluna atmaq hesabına.
...Əli Əkbəri bir kənara qoyub başqa bir
dostumuzdan da bəhs etmək istərdim: Həmid
Herisçidən. Bu qələm adamı Əli Əkbərdən çox
yaşlıdır. Yəni üzü altmışa gedir. Amma üzü altmışa
getsə də, gözü qabağındakı gənclərdədir: onların hər
addımını qılınclayır, döyəcləyir, dürtmələyir. Özü də
bu onların inkişafı üçün olan döyəcləmədən çox,
geriləməsinə daha çox xidmət edir. Məsələn,
―posmodernizmi Azərbaycana mən gətirmişəm, mən
də aparıram. Amma Günel Mövlud, Əli Əkbər,
Seymur Baycan, Qanturalı hələ də orada
eşələnirlər...‖
Fikir verdinizmi? Əli Əkbərin də adı vardı.
Bu, zənnimcə eyni mənbədən qidalanan xəstəlikdir:
səndən arxadakını da, səndən qabaqdakını da kəs,
doğra, özünə yol aç...
Yolu beləmi açıblar?
Nizami kimin fövqündə Nizami olub? Təbii
ki, sələflərinin: Əbül-Üla Gəncəvi, Əfzələddin
Xaqani, Məhsəti Gəncəvi, Mücrəddin Beyləqani...
Təbii
ki,
Nizami
onların
yararlı
cəhətlərindən bəhrələnib, yarasız sandıqlarını rədd
edib, hətta tənqid belə etməkdən çəkinməyib. Amma
bütövlükdə rədd etməyib. Çünki ayağını qoymağa
yer tapmaz, o ucalıqda dayana bilməzdi...
Ustadlar özlərindən qabaqda olanlara yol
açmış. Onların inkişafına hər mənada dəstək
olmuşlar. Amma qoltuqda saxlamaqla deyil.
Sınaqdan çıxmış bir fəlsəfi qanun var: inkarı
inkar qanunu. (Əgər bəziləri tapındıqları sol, sağ,
fizik,
metafizik...
təəssübkeşliyin
təsirilə bu
qanundan imtina etməyiblərsə) Tək buğdadan yaşıl
bitki yaranaraq buğdanı inkar edir, yaşıl bitkidən isə
tək buğda yox, buğdalardan ibarət sünbül yaranaraq
yaşıl bitkini inkar edir. Fəqət tək buğdanı inkar
etmədən. Həm kəmiyyət, həm də keyfiyyət
dəyişikliyi var inkarı inkar qanununda. İnkar edin,
amma elə inkar edin ki. arxanızda və qarşınızda
böyük toz dumanı yaradıb sizi məhvə aparmasın.
Ayağınızı qoymağa yer saxlayın...
BAġ REDAKTORDAN