Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə3/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   2   3   4   5   6   7   8   9   ...   104

                            Rüblük ədəbiyyat dərgisi

 
SÖZÜMÜZÜN  YĠYƏLƏRĠ 
Epstolyar mətnlər 
Üzeyir Hacıbəylinin Müslüm 
Maqomayevə məktubu 
 
ƏZİZİM MÜSLÜM! 
Bu  gün  necə  olursa-olsun,  sənə  kağız  yazmağı  qət 
etmişəm.  Əvvəla,  təbriklər  və  pul  üçün  sənə  və 
hamınıza  təşəkkür  edirəm;  konservatoriyaya  126 
man. 20 qəp. verdim, çünki yanvardan daxil olanlar 
artıq verməlidirlər. 
Bəli!  Axır  ki,  konservatoriyanın  tələbəsiyəm.  Mən 
harmoniya sinfinə, yə'ni məhz nəzəriyyəçilərin qəbul 
olunduğu  sinfə  daxil  olmuşam;  əgər  fortepianoda 
yaxşı  çala  bilsəydim,  kontrapunkt  sinfinə,  yə'ni  bir 
sinif  yuxarı  daxil  ola  bilərdim.  Lakin  birdən-birə 
kontrapunkt sinfinə qəbul olunmaq çox çətindir, mən 
elə bir adam tanımıram ki, kontrapunkt sinfinə daxil 
olsun,  ən  hazırlıqlı  adamlara  belə  bir  il  harmoniya 
sinfində oxumağı məsləhət görürlər. Lakin mən buna 
da sevinirəm, çünki güman etdiyimin əksinə olaraq, 
harmoniya  sinfində  tələbkarlıq  böyük,  iş  çoxdur, 
ümumiyyətlə  bütün  bunlar  əvvəlcə  mənə  asan 
görünürdü,  əslində  isə  qətiyyən  belə  deyil, 
konservatoriyaya daxil olmaq çox çətindir. 
Hazırda 
işim 
olduqca 
çoxdur: 
hər 
gün 
Konservatoriyaya 
gedirəm: 
həftədə 

dəfə 
fortepianoya,  2  dəfə  praktik  harmoniyaya;  özü  də 
hər  dəfə cavab  verməli olduğum üçün  hər  bir dərsə 
hazırlaşmalıyam;  gündə  6—7—8  saat  işləyirəm! 
Mayın  əvvəlində  keçirmə  imtahanlarıdır,  ona  görə 
də  gərgin  çalışmaq  lazımdır!  Bütün  bu  səbəblərə 
görə bu il yeni bir şey yaza bilməmişəm, başımın nə 
qədər qarışıq olduğuna Məleykə şahiddir. Əgər yeni 
bir  şey  yazsam,  ancaq  yayda  yaza  bilərəm;  ümid 
edirəm ki, bu il bir təhər yola verər və əlavə qazanc 
xatirinə işdən ayrılmağıma razı olmazsınız. 
Bilmirəm,  yayı  necə  və  harada  keçirim,  bu  məsələ 
ona  görə  çətinlik  törədir  ki,  pianodan  ayrıla 
bilmərəm,  bütün  yayı  çalmalıyam,  lakin  yaylaqda 
piano  nə  gəzir?  Bu  məsələnin  həllini  maya 
saxlamışıq, onda fikirləşərik. 
 
Günlərimiz yekrəng keçir, doğrudur, bə'zən simfonik 
konsertlərə gedirik, bu mənim üçün vacibdir; bundan 
əlavə  hər  şənbə  günü  konservatoriyada  ən  yaxşı 
orkestrlərdən  birini  dinləyirəm,  konservatoriyanın 
tələbəsi  kimi,  ildə  bir  neçə  dəfə  50  qəpiklik  biletlə 
Mariinsk  teatrına  gedə  bilirəm;  artıq  bir  dəfə  gedib 
Vaqgerin  «Loenqrin»  əsərinə  baxmışam.  Əsil  teatr 
belə  olar!  Buraya  bilet  tapmaq  çox  çətindir,  yazıq 
tələbələr bilet almaq üçün bütün gecəni teatrın qapısı 
ağzında  növbə  çəkməli  olurlar.  Sabah  Məleykə  ilə 
birlikdə  konservatoriyanın  direktoru  Qlazunovun 
idarə etdiyi simfonik konsertə gedirəm. 
Peterburqda  yaşamağımıza  baxmayaraq,  hər  gün 
sobada  kabab  bişirib  yeyirik,  çox  dadlı,  ləzzətlidir, 
həm  də  ucuz  başa  gəlir;  çünki  restoran  xörəkləri 
adamı var-yoxdan çıxardır; həm pulun gedir, həm də 
sağlamlığın;  bir  sözlə,  artıq  tələbə  kimi  yaşamağı 
öyrənmişik;  bununla  belə  xərcimiz  çox  çıxır,  çünki 
burada hər addımda pul gedir, hətta qonaq getdikdə 
belə  yol  xərcindən  başqa,  qapıçıya  da  vermək 
lazımdır.  Yaz  görüm,  necəsiniz,  nədənsə  bizə  heç 


10
№ 3 (11) Sentyabr  2014 
 
kəs  kağız  yazmır.  Məktub  gəlmədikdə,  Məleykə 
darıxır.  Yazıq  İmranın
1
 
faciəli  ölümü  mənə  çox  pis 
tə'sir 
elədi, 
heyif 
ondan. 
Badyuşa  və  bizimkilərin  hamısına  salam,  Camulu 
öp, kağız yaz. 
Sənin Üzeyrin. 
7 fevral 1914-cü il SPb 
Redaksiyadan:  
Üzeyir bəyin bu məktubunu çap etməyimizin bir 
çox  səbəbi  var.  Əsas  səbəb  isə  dahilərin  kasıblıq 
məngənəsində  olmalarına  baxmayaraq,  gərgin 
zəhmət  hesabına  bilik  və  qabliyyətlərini    necə 
inkiĢaf  etdirdiklərini  göstərməkdir.  Gənclərin 
oxuması lazım. 
 
 
Rzaqulu Nəcəfovdan 
M.S.Ordubadiyə Məktub 
 
Əzizim Məhəmməd Səid!  
Gəlsənə  sən  bizdən  bir  az  qəmişini  çəkəsən!  Son 
vaxtlar  ―Molla  Nəsrəddin‖  ―Yeni  fikir‖i  rahat 
qoymuyur. Bu da bilirəm, sənin işindir. Cəlil bilirəm 
ki,  bizə  sataşmaz.  Pinəçinin  şair  deyil,  mair 
olduğunu  hamımız  bilirdik.  ―Yeni  fikir‖  nəşr 
olunana kimi mən  
doğrusu  Mehdi  bəyin  şair  olduğundan  xəbərim  yox 
idi.  Talıblının  dövrəsində  çox  şairlər  çıxıb  ortalığa 
və bunların tartan-partanlarından ibarət proletar şairi 
deyərək  nəşr  etdiyi  əşar  məcmuəsi  də  hətta  düşüb 
Məhəmmədəminin  əlinə  və  o  da  haqlı  olaraq  bizi 
tənqidə başlamışdır. Mən ―Yeni fikir‖ə keçəndən bu 
yana  bu  şairlər  ilə  mübarizə  edirəm  və  onların  on 
şerindən  birisini  anjaq  buraxıram  və  yainki  heç 
buraxmayıb  səbətə  salıram.  Bunların  cərgəsinə 
təzəlikdə  Çakərin  də  daxil  olmasını  ki,  bilirsən. 
Axırda  mən  o  qərara  gəlmişəm  ki,  ümumən  əşar 
buraxmayım.  Pinəçinin  tartan-partanı  mənim 
xəbərim  olmamış  buraxılıb  və  bir-ikisini  də  mən 
özüm ancaq  
Tiflisdəki  məsul  yoldaşların  xahişinə  görə  ona  yol 
xərci  çıxmaq  üçün  buraxmışam.  Görürsən  ki, 
ümumən işimiz zərafətə çıxıbdır. Anjaq səndən çox 
xahiş  edirəm  ki,  ―Kommunist‖  idarəsində  ―Yeni 
fikir‖  həqqində  olan  təmayilatı  ―Molla  Nəsrəddin‖ə 
keçirməyəsən.  ―Kommunist‖in  isə  həqqimizdə 
kəmiltifat 
olmasının 
səbəbini 
bilməyirəm. 
―Təəssübkeş‖in ―əsəbi‖ şerlərini mən Bakıda olanda 
buraxmışlar  və  şəxsi  qərəzdən  naşı  yazıldığını 
duymamışlar.  Sonralar  bildim  ki,  hərif,  Əliabbasa 
dolaşmaq  niyyətilə  o  mənzum  felyetonları 
göndərmişdir.  Müxtəsər  bu  söhbətlər  əlbəttə  öz 
aramızda  qalsın.  Anjaq  Ağ  Seyidin  uşaqlarına  səni 
and verirəm, biz ilə işin olmasın və bundan sonra şer 
buraxmağı  boşluyacağam...  Təəssüf  eyləyirəm  ki, 
sən 
bizə 
şer 
gön-dərmirsən. 
Göndərsən, 
məmnuniyyət ilə buraxaram. Ancaq biz üç manatdan 
artıq  verə  bilmirik.  Maddi  cəhətinə  baxmayaraq 
vaxtın  olsa  hərdən  bir  bizi  də  yada  salmağını  rica 
edib  əllərini  sıxıram.  Həbibə,...  Müznibə  və  Ağaya 
salamımı yetir. Mirzağaya de ki, öz qaydasınca. Bir 
də bizə ―Kommunist‖ gəlmir, deginən göndərsindər.  
 
Səni istəyən qardaşın  Rzaqulu  
10 yanvar 1920 
Redaksiyadan: 
Bu  məktubu  niyə  çap  edirik?  İş  ondadır  ki,  sovet 
dövrünəcən,  xüsusən  də  20-ci  yüzilin  əvvəllərində 
ədiblərimiz sözün həqiqi mənasında vicdanla yazıb-
yaratmış, bir növ rus və dünya ədəbiyyatına çıxmağa 
cəhd  etmişlər.  (Çünki  Neft  Bakısı  da  buna  imkan 
verirdi.  Fəqət,  rus  işğalı  bu  prosesi  dayandırdı.  ) 
Hətta  ədiblərimiz  bir-birinə  həcv  də  yazmış,  bir-
birini  kəskin,  yaxud  zarafatyana  tənqid  də  etmişlər. 
Rzaqulu Nəcəfovun bu məktubu dediklərimiziə yaxşı 
nümunədir.  (Nə  yazıqlar  ki,  sovet  vaxtı  sağlam 
tənqidi  danos və ifşa  əvəz etdi. Gözəl yazıçılarımız  
bu  yolla  məhv  edildi.  İndi  isə    daha  acınacaqlı 
vəziyyətdir.  Bu  gün    birini  tənqid  etsən,  həcvə  
tutsan,  yaxud  zarafatla  dostluq  şarjı  yazsan,  ya 
davaya  düşərsən,  ya  məhkəməyə.  Kiçik  adamların 
iddası böyük olur axı.) 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə