Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə6/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   2   3   4   5   6   7   8   9   ...   104

                            Rüblük ədəbiyyat dərgisi
17 
 
İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun? 
 
Yəni bir az kor 
 
İstəyərdinizmi adi insan kimi ağlayasınız? 
 
Yəni hərdən, aradabir 
 
İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız? 
 
Yəni intihar etmək üçün yox 
 
İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız? 
 
Yəni getməyə yeri olmayan biri kimi yox 
 
Yoxsa elə sizdə belədir? 
 
 
T
ək Adamın Fikirləri  
 
Kəlbətinlə kökündən çıxarılmış dişimizin yerində  
əmələ gəlmiş xarabanı əlimizlə örtürük.  
Vaxtilə burada bir ağrı yaşayırdı.  
Yalqız bir ağrı. Bir diş yeri boyda yoxuq artıq 
həyatda  
yoxa çıxmağından utanır adam. 
Qolsuzun birisi ziyafət salonunda  
pencəyinin boş qolunu cibinə elə səliqə ilə soxub ki  
indicə məyus edəcək  
olmayan qoluna girmək istəyən qadını  
nədənsə həyatın yoxa çıxdığı yerlər  
daha çox cəlb edir diqqəti.  
Yenicə doğulan körpənin bağırtısı ağlamaq deyil  
ağlamaq göz yaşlarının səsidir  
bu bağırtı ilə həyat ilk dəfə ağzını cırır  
zavallı insan balasının.  
Əslində insana «taleyin alnına yazılmışdır» yox,  
«taleyin başına qaxılmışdır» demək ən düz və ən 
qəti  
həyatın yoxa çıxdığı yerlər daha çox cəlb edir 
diqqəti. 
 
İndicə başla bədənin sərhədində  
boğaz sözündəki «boğ» feli əmr kimi səsləndi 
qulaqlarımda  
indicə gecə düşdü və görünməz bir əl  
pəncərələrin dördkünc yerini kəsdi qaranlıqdan  
indicə böyük pişiyin içindən balaca pişiklər çıxdı  
indicə ağlıma bir fikir gəldi –  
qadını bəzən fahişəyə çevirən analıq hissləri 
deyilmi?  
 
Sabahdan bütün cinayətkarlar mənəm  
 
Diktator olacaq cocuqları analar doğmurlar  
diktator olacaq socuqları qadınlar qusurlar  
öz bətnlərindən  
səhərin gözü açılmamış iğtişaşdan sonra  
küçələrdə tökülüb qalmış daş-kəsəyi süpürən bu qarı 
elə bil gecənin özünü süpürüb bir yerə toplayır və  
zülməti, qaranlığı boğmağın daha bir yolunu kəşf 
edir  
öz yorğun süpürgəsiylə. 
 
Sabahdan mən də Bakı küçələrində qan tökəcəyəm  
qan töküldüyü yerin təkcə rəngini dəyişmir  
həm də adını dəyişir  
qan mənasız axan zamanı saxlayır tarixə çevirir. 
Sabahdan mən də Bakı küçələrində qan tökəcəyəm 
polis məmurunun evinə soxulacağam  
(evimə soxulacaq polis məmuru)  
arvadının yanında qanına qəltan edəcəyəm onu  
(arvadımın yanında qanıma qəltan edəcəklər məni)  
ürəyim balaca uşağın nəlbəkiyə töküb üfürdüyü  
isti çay kimi soyuyacaq. 
 
Sabahdan mən də Bakı küçələrində qan tökəcəyəm 
cibimdə qətlə yetirəcəyim adamların siyahısı. 
Artıq üstümdə qansız bir bıçaq gəzdirirəm  
adam öldürəcəyəm və bir daha sübüt edəcəyəm ki  
pis adamlar heç vaxt yaxşı ölmürlər!  
Ölməməlidilər də!!! 
Sabahdan bütün cinayətkarlar mənəm! 
 
Sınmış pəncərədə ay  
 
Ehey… ağ tavandan asılmış insan  
bir addım göylərə qısılmış insan  
ruhum qoymur məni su dağıtmağa.  
 
Susur pişiklərin intim səsləri  


18
№ 3 (11) Sentyabr  2014 
 
sınmış pəncərədə əl kəsir gecə  
bu gecə qadınla olmağım gəlir  
ruhum qoymur məni su dağıtmağa. 
 
Kimi öldürüm ki bu gecə vaxtı  
sabah ağlamağa bəhanəm olsun. 
Ucuz kafelərdə yoxsul dostlarım  
allahı danırlar göz yaşlarıyla  
küncdəki masada fahişə qızlar  
kişi belindən  
ağlaşa-ağlaşa gələn  
uşaqlara qıyan  
bu qatil analar  
bu ac qansızlar  
laqqırtı vururlar bekarçılıqdan  
ruhum qoymur məni su dağıtmağa  
əlimlə ölçürəm sözümün boyun.  
 
Kişi gül şəkli çəkməz! 
 
 
9 ay tora-bora mağarasında  
 
Bu zülmət gecələrin öz qəribəlikləri var  
belə gecələrdə güllələr kiməsə dəymək ümidi ilə 
uçur  
güllələr öz yanğısını söndürür kişi bədənlərində. 
Əsl kişi «necə» yox, «nə üçün» öləndir.  
 
Ölüm heç vaxt nə sualına cavab verməyib. 
 
Qadınlara elə gəlir ki, qaranlıq onları gizləyir  
əksinə, qadın qaranlıqda daha aydın görünür  
məndən iki addım qabaqda gedən bu qadının  
azadlığının sərhəd dirəkləridir sevişdiyi kişinin 
qolları  
bu «dirəklərdən» o tərəfdə səhər çoxdan açılıb  
kişi qolları arasında qadın üçün həmişə qaranlıqdır  
həmişə.  
Qadının azadlığı qaranlıqdır.  
 
Mən insan ömrünü dustaq gəzintisinə bənzədirəm  
darısqal və darıxdırıcı bir gəzintiyə  
bir azdan hamını öz soyuq hücrəsinə qaytaracaqlar  
bir azdan öz bədənlərinə şəkil döydürəcək tənha 
dustaqlar.  
İnsan öz bədəninə şəkil döydürməklə də artıb çoxala 
bilir.  
Qəribədir, quşlar azad olduqları üçün uçmurlar  
azad olmaq üçün uçurlar  
adamilar azad olduqları üçün yaşamırlar  
azad olmaq üçün yaşayırlar  
ağaclar azad olduqları üçün ucalmırlar  
azad olmaq üçün ucalırlar  
azadlıq nədirsə məncə donmuş haldadır  
bütün bu uçuşların, yaşayışların və ucalıqların 
sonunda.  
 
Bu zülmət gecələrin öz qəribəlikləri var  
insanlar bizim uğrumuzda öldürəndə qəhrəman 
olurlar  
öz uğurlarında öldürəndə qatil  
 
 
Barayev mənim qardaşım idi  
(toyuq baĢı kəsən uĢaq) 
 
Uşağın əlinin yüngüllüyündən  
gec ölər başını kəsdiyi toyuqbəlkə də heç ölməz  
üzülmüş boğazdan axan qan  
bədənin öz kəsilmiş üzvündən ötrü tökdüyü  
göz yaşına bənzəyər, bəlkə heç bənzəməz  
ancaq  
üstündə qan ləkələri qurumuş çəkmələr  
nə vaxtsa uşağın üzünə duracaq  
uşağın üzünə duracaq bir cüt yngül əl. 
Olsun ki, nə zamansa toyuq bu uşağı öldürüb  
indi başını kəsməklə toyuqdan qisas alır uşaq. 
 
Doğulan hər kəsin içində  
uşaqlıqla əkiz bir qocalıq doğulur  
bəzən elə bətindəcə  
qocalıq öz əkiz tayı uşaqlığın qatili olur  
uşağın içində qoca bir qatil gəlir həyata  
uşağın içindəki qoca qatili əmizdirir ana  
qoca qatili böyüdür ata  
bəzən də sona qədər uzanır qocalığın uşaqlığa 
nifrəti. 
İlk dəfə toyuq başı kəsən uşağın içində  
bəlkə qocalıq da uşaqlığın başını kəsir  
ilk dəfə baş kəsən uşaq birdən-birə qocalır. 
 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə