Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə7/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   2   3   4   5   6   7   8   9   10   ...   104

                            Rüblük ədəbiyyat dərgisi
19 
 
Qətl anında əllərinin uzandığını duyar qatillər  
bəzən öz qisasını alan adam qatilə çevrilər  
ilk dəfə toyq başı kəsən uşağın əlləri uzanar  
uşaq qoca bir qatilə dönər. 
 
(uĢağını qurban kəsən ata) 
 
insanın özündən əksinin gözəl olduğunu  
əksinin gözəlliyinə aldanan adamların bədbəxt 
sonluğunu  
açıb danışdı ata, ayna qarşısında yubanan uşağa  
«öz əksinə baxmaqla ilk günaha batar insan  
arxasına qara yaxılmış şüşədə  
həqiqət görünməz bala, görünməz,  
göydə uçan quşların əksidir suda üzən balıqlar  
ancaq bunu nə quş bilər nə balıq  
quş göyün balasıdır, balıq suyun balası  
göydə uçan quşu vursan göy qanayar  
dəryadakı balığı öldürsən su qanayar 
balıqla quşun uzaqlığı qədər uzaqdır səndən əksin  
əksi qoymaz insanı fanilikdən tələssin…» 
 
 
(qisasını alan uĢaq
 
divara çilənmiş qan ləkələri…  
budur ölümündən sonra insan həyatının ardı  
Barayev bir gecəyə oz alın yazısını oxuyub qurtardı  
günəşin tumturş işığından üzü qamaşan oğlan  
işığın dadını bilirdi. 
Elə bil gözləri ovcunda idi  
ondan həmişə ağlamaq səsi gələrdi  
ondan göz yaşı damardı  
ancaq bilməzdim hardan  
«vətən qürbətə daşınır» - deyərdi – «uzaqlaşan 
qatarda» 
Sənə əl açmış dilənçi uşağa diqqətlə bax  
o uşaq dilənçi olmamaq üçün dilənir  
həyatda da belədir, qardaş  
bəzən həqiqət ölməmək üçün güllələnir  
alovun bir ucdan zülmətə doğru qovduğu  
kibrit çöplərini göstərib  
«hər atəşin gücü özündən sonrakı zülmətin  
qatılığından xəbər verir» deyərdi. 
 
Barayev mənim qardaşım idi  
indisə divara çilənmiş qan ləkələri  
bir kağız parçasında uçan solğun qara xəbərdir  
«uşaqları öldürmək olmaz, uşaqlar ölümü anlamaz» 
deyərdi «verdiyimiz qurbanlar  
allahın öz yanına çağırdığı sevimli bəndələrdi,  
bundan qorxma» deyərdi  
«bir gün bir gülləyə qoşulub getsəm 
aç üzümü saçlarımı qarışdır,  
yoxluğumla təkliyini barışdır» deyərdi 
Barayev mənim qardaşım idi  
indisə divara çilənmiş qan ləkələri…  
bir kağız parçasında solğun qara xəbərdir. 
 
Sən mnim uşaqlıq şəklimsən, qardaşım  
Sən mənim uşaqlıq şəklimsən! 
 
 
Yastığa hopmuş qadın  
 
İlk ərindən boşanandan sonra  
tez-tez səninlə görüşən  
sonra başqa birisinə ərə gedən qadınla  
bəzən yuxuda cinsi əlaqədə olursan  
bu həmin qadının sənə, sənin evinə, evindəki 
əşyalara hopmasından xəbər verir  
adamın arxasınca hopduğu əşyalar da yox olur  
indi hanı onun ələrinin toxunduğu şüşə fincan?  
hanı ayaqlarının hopduğu üngül başmaqlar?  
hanı səsinin hopduğu telefon dəstəyi?  
hanı?  
qocaldıqca sağ üzün sol üzündən daha incik görünür  
qocaldıqca bədəninin bir tərəfi yubanır  
hər gecə baş qoyduğun yastığı edam kötüyünə 
oxşadır,  
divara mıxladığın şəkillərlə evinə gələnləri tanış 
edərkən  
bəzi sözlərin yerinə ah çəkib  
bitməkdə olan cümlələrin ömrünü uzadırsan  
ağlamaqla ağırlığı azaltmaq istəyirsən  
yarıyacan göz yaşıdır insan ağladıqca qurtarar  
suyu göz yaşına çevirmək kimi  
bir qüdrət verilib insan bədəninə  
göz yaşına çevriləndə itkin düşür su  
insan əşyalara su kimi yox  
məsələn qan kimi hopur  
məsələn göz yaşı kimi…  


20
№ 3 (11) Sentyabr  2014 
 
qan kimi hopur yastığa qadın  
göz yaşı kimi hopur  
qan kimi hopur çarpayıya dustaq  
göz yaşı kimi hopur  
qan kimi hopur ağ kəfənə şəhid  
göz yaşı kimi hopur  
indi hanı yastığa hopmuş qadın? 
hanı çarpayıya hopmuş dustaq? 
hanı ağ kəfənə hopmuş şəhid? 
hanı? 
hanı? 
hanı?  
 
 
Mənim ikidəbirim 
 
Sevginin kövrəkliyi qədimliyindəndir.  
Hələ eramızdan çox-çox əvvəl 
İnsanlar ərlərə və arvadlara bölünüblər 
Yəni ibtidai sevgini çoxdan öldürüblər.  
İndi dincəlmək üçün ən yaxşı yer 
İnsanın yorğun gözləridi. 
Sevgi iki nəfər üçün göndərilən bir ayrılıq xəbəridi. 
Unutmaq istədiyini mütləq yadında saxlamaq 
lazımdı. 
Getməmişdən əvvəl diş kimi çürümək 
və yerində laxlamaq lazımdı. 
Bəzən fikri danışmaq yox, lal-dinməz ağlamaq 
lazımdı. 
Mən səni axtardığım yerdə özümü tapdım, 
Səni tapdığım yerdə özümü itirdim. 
O qədər tək yaşamışam ki,  
Çətin bir qadınla unutmaq olar bu yalqızlığı. 
Məni yalqızlığımın acgözlüyünə bağışla. 
Tək idim,  
özüm öz çiyinlərimə çuval kimi yük idim. 
Külək əsdiyi, yağış yağdığı, qar əridiyi yerə  
aparmaq istəyirdi məni,  
Getmədim. 
İndi ən böyük arzumla ən böyük ümidimi 
evləndirirəm. 
Utancaq ata kimi divara elə qısılmışam ki, 
İnsanlar üzümü daşlardan seçməz. 
İnandığım şeyin adı Allahdırsa, bəs inanmadığım adı 
nədi? 
Kimsə bunu demədi. 
Zaman böyüklüyünü gizləmək üçün  
Özünü kiçik hissələrə bölüb, 
saniyəyə, dəqiqəyə, saata. 
İndi ayağına ona görə yıxılmışam ki, 
heç vaxt əyilməmişəm həyata. 
Səni atsam,  
yediyim tikənin sümüyünü əlimə zillənmiş köpəyə 
atdığım kimi atacağam başqa kişiyi. 
Yaxşı ki, yanımdasan, canımı isidirsən üşüyə-
üşüyə... 
 
 
Birinci qadının ikinci yarısına 
 
Yağışları yağdığına utandıra bilməyəcəksənsə, 
Ağlama! 
Ölmüş sözləri dirildə bilməyəcəksənsə, 
Danışma! 
İnsanın tərkibində göz yaşı olmasaydı, 
Gözləri də olmayacaqdı. 
Bax, məsələn, mən, 
Ona görə ağlayıram ki, atamdan ötrü darıxıram. 
Qəbrini eşib bir sümüyünü çıxarmaq,  
Və o sümüyə, sadəcə, ―ata‖ demək istəyirəm. 
Hisslərim təpəmə güllə dirəyib
Ayrılıqdan qorxmayan sevginin yerini soruşur. 
Sən üzü yalqızlara əsən küləkdən yapış və qaç. 
Orda hamıya söylə ki, 
Onu öz hissləri öldürdü. 
Bütün günahlarını ayrılığın üstünə atan sevgini ifşa 
et. 
Və elə qocal ki, 
Bir gün ağlar gözlərini silməyə  
Saçlarından başqa heç nəyin olmasın. 
 
 
PОTА 
 
(Şеir Firudin Аllаhvеrdi üçün охunub) 
 
Pоtа, yеməyi qаşıqlа yе, 
Kаsıblıq hаmıyа əllə yеməyi öyrədir  
 
Кüçəyə bir yumurtа düşüb sınıb, hansısa bədbəхtin 
zənbilindən  
Аğzı üstə yеrə düşmüş bаlаcа günəşə bənzəyir. 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə