Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə15/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   11   12   13   14   15   16   17   18   ...   104

36
№ 3 (11) Sentyabr  2014 
 
görmüşdü dükançı, - yadına düşdü, - pul-zad yox idi 
dükanda.  Təlaş  içində  fənəri  ora-bura  hərlədi. 
Dükanın  düz  ortasındakı  adamı  görüb  qorxudan 
quruyub  yerində  qaldı;  eynən  həmin  adamdı, 
pəncərədəki  adam:  arıq-çəlimsizin  biriydi,  əynində 
də sırıqlı. Çevrilib qaçmaq istəsə də ayaqları sözünə 
baxmadı. Çatılanmışdı ayaqları. 
      Bir  də  baxdı  ki,  pəncərə-zad  yoxdu  burda, 
sovetdənqalma  köhnə  dükanın  düz  ortasında 
sütundu, onun üzərindəki güzgüdədi kimsə. Bildi ki, 
özüdü.  Üst-başını  çırpıb  -  həm  də  əmin  olmaq 
istəyirdi  ki,  sağdı,  -  dükandan  çıxmaq  istəyirdi. 
Fikirləşdi  ki,  Diloşa  təzə  bir  şey  götürsün. 
Əlhavasına bir cüt qaloş tapıb basdı ciblərinə, bir top 
qara  atlas  tumanlıq  vurdu  qoltuğuna,  ha  eləyib 
çıxmaq  istəyirdi  ki,  ayağına  nəsə  dəydi.  Əyiləndə, 
baxdı  ki,  pasılkadı.  ―Ay  əclaf,  -  söydü  öz-özünü, 
pasılkanın ağzını açmağa bıçaq axtarırdı - bu boyda 
dükanda  şey  qəhətdi  başına?  Öz  də  gör  kimin 
pasılkası!‖  Pasılkanın  fanerdən  olan  qapağını 
asanlıqla  açdı.  Heç  vaxt  pasılka  ağzı  açmayıb. 
Həmişə  sirli-sehirli  gəlib  ona  bu;  gəldiyi,  yaxud 
göndərildiyi  yerin  ―havası‖  olur  pasılkanın  içində. 
Onsuz  da  çıxa  bilmir  bu  bataqlıqdan,  heç  olmasa  o 
yerlərin  ―havasını‖  alsın...  Nar,  heyva,  isti  yun 
corab...  Nəsə  yastı  bir  şüşə  dəydi  əlinə.  Qaldırıb 
yaxından  baxdı:  konyak  idi.  ―Əclaflığa  bax!‖  - 
özünü  söydüsə  də,  ―çırrıkk‖,  butulkanın  qapağını 
açıb başına çəkdi. Elə bilirdi şirin olur konyak, acı-
zəqqutun  maye  doldu  ağzına,  boğazına.  Birtəhər-
gücbəla  onu  udub  heyvadan  iri  bir  dişlək  aldı. 
Heyvaynan  konyakın  qarışığından  ləzzətli  bir  dad 
tapdı 
ağzında. 
  
       Gözlərini  yumub  bir  də  çəkdi  başına  konyakı. 
Bu  dəfə  birnəfəsə  yarı  elədi  butulkanı.  Qarnına, 
başına  ilıq  bir  rahatlıq  yayıldı.  İşıq  salıb  sütundakı 
güzgüdə özünə baxdı. Yaxınlaşıb alnını lap güzgüyə 
dirədi.  Sifətini  əyib-əyib  eybəcər  hala  saldı. 
Gözündəki  qorxuya göz  ağartdı.  ―Savalan,  -  özü öz 
sifətinə  söydü,  -  sən  çox  eşşək  adamsan!‖ 
Çıxarıb cibindəki qaloşları tolazladı bir tərəfə, ayırıb 
ayrı  qoyduğu  top  parçanı  da  təpikləyib  yerə  saldı. 
―Bircə  bu  qalmışdı,  dədəsi  quş  oğrusu  olub,  özünə 
də tuman oğrusu desinlər!‖ Bir konyak içib, onun da 
pulun  qoyar  yerinə.  Cibinə  əl  atdı.  Yaxşı  ki,  pulu 
cibindəydi.  İyirmiliyin  birini  ayırıb  pasılkanın  içinə 
qoydu,  bıçağın  sapıyla  ehmalca  yerinə  mıxladı 
qapağını. Bir iyirmiliyi də piştaxtanın üstünə qoydu. 
Möhkəm  acmışdı.  Vitrin  soyuducudan  bütöv  bir 
kolbasa  çıxardı,  -  məəttəl  qalıb...  heç  vaxt  kolbasa 
görməmişdi  bu  dükanda.  -  İri-iri  doğradı  onu. 
Həmişə  arzusunda  olub,  tək  yesin  bir  bütöv 
kolbasanı.  Ömür  boyu  ona-buna  mal,  qoyun  otarıb, 
heç  vaxt  pulu  olmayıb  doyunca  ət  yesin.  Bir  də 
tortun  tamarzısı  olub;  bir  yekə  tortu  qoysun 
qabağına... yesin! 
  
       Dirsəklənib  dükanın  küncündə  qalaqlanmış  un 
taylarının üstündə oturdu. Kolbasadan iri bir dişdək 
aldı.  Çörəksiz-zadsız!  Birin  də  aldı.  Başına  çəkib 
sonacan içdi konyakı. Bir dişdək də aldı kolbasadan. 

heç 
vaxt 
belə 
rahat 
olmamışdı... 
  
       Huşa  getmişdi  nəydi...  bir  də  ayıldı  ki, 
göyərçinlər  dağıdır  dünyanı!  Səs-küy,  qurultu, 
tappıltı...  O,  harda  idi?  Onun  nə  işi  vardı  bu 
dükanda?  Təzə  quş  oğrusu  peyda  olub,  nədi?  - 
hiddəti  daha  da  artdı.  Dirsəyini  un  tayına  söykəyib 
güclə-birtəhər  ayağa  qalxdı.  Başında  küt  ağrı  vardı, 
ağzı pox dadırdı. Pəncərəyə yaxınlaşdı. Hava təzəcə 
işıqlanmışdı.  Göydən  quş  lələyi,  quş  tükü  yağırdı, 
ağaca, 
yerə, 
pəncərənin 
şüşəsinə 
qonurdu. 
Pəncərənin bir tayı açıq idi. Damdakı quşların həşiri 
daha  aydın  eşidilirdi.  Dəmiri  yuxarıdan  aralayıb 
ayaqlarını bayıra uzatdı. Üstünü mamır örtmüş şifer 
nəm  olduğundan  sürüşkən  idi.  Ayaqlarına  təxmini 
yer  eləyib  bədənini  birtəhər  bayıra  çıxarmaq 
istəyirdi...  Ha  çabalayıb  əl-qol  atsa  da,  dardan-
daramandan  qurtula  bilmədi.  Həyatdan  qulağında 
son  səs  öz  qulunclarının  səsi  oldu.  Bir  də  çatdırıb 
yazıq  Diloşa  ―ana‖  deyə  bildi:  -  Hamı  öldü,  ana! 
Mən də boğğğğ... 
 
                                                                                    
Mart 2014  
 
                     
 
 
 
 


                            Rüblük ədəbiyyat dərgisi
37 
 
                
Yaşar Bünyad 
 
Miqrant 
―Ölümə doğru gedənlər‖ silsiləsindən. 
                             
 
                          Rusiyada  millətçilərin  qəddarlığı 
nəticəsində     şikəst olmuş, dünyasını dəyişmiş bütün 
həmvətənlərimizə  ithaf olunur. 
 
 
      -İt  uşağı  !...  Niyə  öldürürsüz  onu?!...  O  yazıq 
sizə neyləyib axı?! Qancığın doğduqları !... 
      İlk  zərbə  gözlənilməz  oldu.  Lap    bazarın 
girəcəyində 
gül  satan  Cəbrayılı  təpikləyən 
skinxedləri  qarğıyan  Nataşa  xalanın  boğuq  naləsi 
qulağıma  çatar-çatmaz  gözlərim  qaraldı.  Papağım 
meyvə  köşkünün  üstüylə  dığırlandı  ayaq  altına. 
Təzəcə  səliqəylə  yığdığım  meyvə-tərəvəzlər    bir 
anda  taxta  yeşıklətiylə  birgə  göyə  sovruldu.  Elə  bil 
qasırğa  keçdi  bazardan.  Sonra  bir,  iki..,  beş... 
Zərbələr o qədər insafsızcasına bir-birini əvəz edirdi 
ki,  gödəkçəmi  güclə  çevirib  ciddi-cəhdlə  başımı 
qorumağa macal tapdım. 
    -Naa  !  Poluçay,  tvayo  matt  !...  Çernajopı... 
Poluçayte ...Vaşuu mattt !... 
    -Çıqani neşşastniye. ..Ub-yuu !... Naa..na !... 
     Heç  beş  dəqiqə  keçmədi  ki,  başları  ülgüclə 
qırxılmış  yekəpər  cavanlar  bütün  bazara  hakim 
kəsildilər;  qəzetlərə  bükülmüş  armaturların  küt  
taqqıltısı,  ağır  çəkmələrin  ,  yumruqların  gubbultusu 
qulaqlarımda    elə  dəhşətli  uğultu  yaratmışdı  ki, 
sandım, bu dəqiqə beynim partılayacaq! 
     Çoxlarının  ―siftə‖si  qəfil  hücum  oldu.  Bazara 
gəlmiş  alıcılar  çaş-baş  qalıb  tez  küçəyə  qaçışdılar. 
Belə vaxtlarda it  yiyəsini tanımırdı. 
     Son  vaxtlar    hakim  orqanlar    millətçi 
qruplaşmaların  özbaşınalığına    göz  yumduqca 
onların  əl-qolu  daha  da  açılırdı.  Qeyri  slavyanlar 
işləyən,  yaşayan  ərazilərə  gözlənilməz  basqınlar 
edir,    qəddar  cəlladlar    yığınağı  dinc    ―qara‖lara  öz 
gücünü  göstərirdilər;  xüsusi  hərbi  təlim  keçmiş, 
nasist  əhval-ruhiyyəli  ,  pezəvəng  cavanlardan  ibarət 
olan  bu  dəstələr    qarşısına  çıxanların  heç  birinə 
aman  vermirdilər.Üç-üç,  beş-beş  bölünüb    bazarın 
altını üstünə çevirdilər bir anda. 
     Narın –narın yağan qar yavaşıyırdı... 
     Millətçi  dəliqanlılar  ,  deyəsən  ,  bizim  cərgədən 
azca  aralanmışdı ki, Nataşa xala  məni öz köşkünün  
arxasında  gizlətdi  .Belə  olmasaydı,  risk  etməzdi. 
Mənə  yardım  etməklə  özünə  ölüm  hökmü  yazırdı  
bu    qadın  .Slavyanlarla  işləri  olmayan  qızğın 
kütlədən kimsə bunu görsəydi ,  qadın olduğuna da   
məhəl qoymayıb  onu da təpikləyərdilər bizim kimi. 
Bir  tabutluq  vücudumu    bu  mərd  qadının 
himayəsində hiss etdiyimdən bir az sakitləşdim... 
     On  il  üzünü  görmədiyim  kiçik  əmimi  o  ki  var 
söydüm ! Özü eşitməzdi. Bilirəm, eşitsəydi  it balası 
kimi çırpardı məni. Amma yox, bu dəqiqə  yanımda  
olsaydı,  bu  vəziyyətimi  görsəydi    bir  söz  deməzdi  
yəqin...  Doyunca  ürəyimi  boşaltdım  -  söydüm, 
söydüm... 
     Əmimə  deyən  lazım  idi:  dədən,  baban  kənddən 
qırağa  çıxmamışdı  -  ölmüşdü?!.  Deyilənə  görə  , 
babamı  düz  kənddən  arabaya  mindirib  aparıblarmış  
müharıbəyə. Sağlığında danışdığına görə, Berlinəcən 
gedib.  Haralardan  keçib,  neçə  nemes  öldürüb  deyə 
soruşanda  da  başlayırdı:  ―  Ayə,  andıra  qalmış 
sapoqun  bir  tayı  barmağımı  elə  mazol  eləmişdi  ki, 
vallah  ,  ağrısından  nə  vaxt  Berlinə  çatmışam 
xəbərim olmub‖.  Guya ki, müharibə beşgünlüymüş, 
bir aylığmış...  Nənəm hər dəfə babamı çimizdirəndə  
bədənini qarış-qarış yoxluyub deyirmiş: ― Ay, Zülü, 
-babamın  adı  Zülfüqar  idi  ,  -  elə  bil  müharibədən 
yox,  kolxoz  iclasından  gəlmisən...  Ayə,  bu  boyda 
bədənə bir nemis gülləsi də dəymib eee... maaşallah 
!‖  Babam  da  susarmış.  Davadan  danışmağı 
xoşlamazdı kişi. Bəlkə də  danışmağa sözü yoxmuş ? 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə