Rüblük ədəbiyyat dərgisi №3 (11) Sentyabr 2014



Yüklə 472,06 Kb.
Pdf görüntüsü
səhifə17/104
tarix26.09.2017
ölçüsü472,06 Kb.
#2234
1   ...   13   14   15   16   17   18   19   20   ...   104

40
№ 3 (11) Sentyabr  2014 
 
    Milislər  gələr-gəlməz  Andrey  əmi  də  qayıtdı. 
Nataşa  xala  ürəkləndi.‖Bayaqdan  harda  itib 
batmısan?!‖  –  deyə,  ərinə  acıqlandı.  Piştaxtanın 
dalına keçdi,  qoltuğuma girib məni sinəsinə çəkdi. -
Tez ol, kömək elə maşına mindirək, ölür yazıq... 
    ...Təkərli  xərəkdə,  işıqlı  xəstəxana  koridoruyla 
aparırlar  məni.Yox, aparmırlar, elə bil uzun tuneldə 
uçuram. 
Nataşa 
xalanın 
üzündə 
təlaş 
var.Yanındakıları  kiməsə  oxşadıram...Yuxarıdan 
gözlərimə  süzülən    ağappaq  işıqların  şüası  gah 
gurlaşır,  gah  da  yox  olur...  Üzündəki  təbəssümü 
oğurlayıb  qaçandan  bu  tuneldəymişəm,  ana.  Az 
qalıb...Oğlunu  qucaqlamağa,  saçlarını  oxşamağa  az 
qalıb...Ana,  heç  ağarmadım  ki,  vallah,  atam  kimi 
qapqara qalmışam...Təkcə , saçlarım ağardı, ana... 
    Göz  qapaqlarım  ağırlaşır.  Nəsə  qonur  sinəmə  , 
nəsə... daşdı elə bil... 
    Tunel nə uzunmuş?!... 
    Bayaqdan gözümü deşən İşıq... hara yox oldu?... 
    A-naa?!..  Bu  sənsən?...  Gəlirəm,  ana,  qucaqla 
məni... 
 
Həmid Piriyev 
 
Şanapipik haqqında mahnı 
 
       Baharı  bizim  kəndə  şanapipiklər  gətirir,  başqa 
yerlərə  qaranquşlar.  Qaranquşlar  şanapipiklərdən 
sonra  gəlib  çatıllar.  Gələndən  sonra  da  bir  xeyirləri 
olmur.  Sərçələr  bildirki  yuvalarını  dağıdmayıbsa 
orda,  dağıdıbsa  da  təzə    düzəltdikləri    yuvada 
məskunnaşırlar. İnişil ev qapısının düz üstündə yuva 
düzəldiblər.  Təzə  gələndə  nə  qədər  qovladımsa, 
getmədilər,  daha  dəymədim.  Üçüncü  ildir  ki, 
qapımızın  üstündə  qaranquşlar  yaşayır.  Hər  il 
gəlirlər, 
yuvada  sevişirlər,  bala  çıxardırlar. 
Oğraşların  bir  xasiyyəti  də  var  ki,  heç  vaxt 
yuvalarını batırmazlar. Bayıra çıxmaq istəyən dalını 
yuvadan çıxartıb işini görür. Qapımızı ictimai tualetə 
çevirib  qırılmışlar.  Yuvanın  altına  qəzet  sərməyə 
başlamışam. Payızda da uçub gedirlər. Belə baxanda 
sərçədən 
vəfalısı 
yoxdu.  Mənimsə  ən  çox 
şanapipiklərdən  xoşum  gəlir.  Şanapipikləri  görən 
kimi  baharın  gəldiyini  bilirəm.  Özləri  də  qəşəng 
quşlardılar.  Axşamüstü,  bir  də  görürsən,  gəlib 
qondular  evimizin  damına,  ya  talvara,  oxuyurlar 
özləriyçün.  Kefim  kök  olanda  oturub  onlara  qulaq 
asıram,  kefim  lap  kök  olanda  toyuqların  dənindən 
götürüb həyətə səpirəm.  Düzdür, yanımda  yemirlər, 
qorxurlar  məndən.  Evə  girib  pəncərədən  baxıram 
həyətdə dənlənməklərinə. Qoy yesinlər, quşdular da. 
Yenə  dən  səpmişəm  həyətə,  oturmuşam  pəncərənin 
qabağında. Ləzzət eləyir quşlara baxmaq. 
         Qapı açıldı, quşlar hürküb uçdular. Zəki başını 
həyətə  uzadıb  məni  çağırdı:  ―Həci,  ay  Həci‖.  ―Hə, 
Zeki, 
gəlirəm‖ 
deyib 
ürəyimdə 
quşları 
hürkütdüyüyçün onu söyə-söyə həyətə çıxdım. Zəki 
bizim  qonşudu,  boş  vaxt  tapan  kimi  qaçır  yanıma. 
Yaxşı  uşaqdı,  bir  az  hozəkiliyi  olmasa.  Tez  qızışır, 
davakarın  biridi.  ―Həci  axşam  neyniyey?‖  ―Axşam 
gəl  baxarığ‖.    Zəki  getdi.  Hərdən  atışıb  pivə  alırıq, 
―axşam  neyniyey‖  bizim  parolumuzdu.  Həmişə 
içmək istəyəndə eyni sualı verir, mən də həmişə eyni 
cavabı  verirəm.  Gərək  axşama  pul  tapım. 
Qardaşımın  yanına  getdim,  iki  manat  aldım.  Hə, 
işim  düzəldi.  Mən  işləmirəm,  heç  vaxt  da  pulum 
olmur.  Lazım  olanda  gedirəm  qardaşımın  qulağını 
kəsirəm. Sağ olsun, heç vaxt məni əliboş qaytarmır. 
        ―İtin qarnınnan çıxanın balasiiii‖. Vaxsey, buna 
nooldu  yenə?  Qonşunun  arvadıdı,  uşaqları  döyür. 
Bilmirəm  hardan  tapır  bu  çoxmərtəbəli  ekzotik 
söyüşləri.  Bu  gəlin  gələndə  altı-yeddi  yaşım  olardı. 
Sakit  arvad  idi.  Başladı  dalbadal  doğmağa,  ildə 
birini.  Doğdu,  gəzdi,  doğdu,  gəzdi.  Tərs  kimi  də 
hamısı  qız  olurdu.  Tərs  kimi  əri  də  oğlan  istəyirdi. 
Beş-altı  dənə  qızdan  sonra  oğlan  oldu,  istehsalı 
dayandırdılar.  Hər  dəfə  qız  doğulanda  əri  bunu  
döyürdü,  sonra  döyməyi  vərdiş  elədi.  Bu  da  qızlar 


                            Rüblük ədəbiyyat dərgisi
41 
 
böyüdükcən  heyfini  onlardan  çıxır.  Qızlar  ağlayıb 
atalarına  şikayət  eləyirlər,  o  da  tutub  döyür.Qısası, 
kim  kimi  harda  tutdu  döyür.  Hər  gün  həyətdə 
şəbihdir. Şillələrin səsini aydın eşidirəm. Cır səsiylə 
də  söyür,  qarğışlayır.  Axır  vaxtlar  səsi  xırıldamağa 
başlayıb,  ―zobum  var‖  deyir.  ―Səni  görüm  yanasan, 
ay  qız,  gör  necə  yandırır  məni‖.  Səsinin  xırıltısı 
başqa aləmdi, e. Adamın belə arvadı ola, başqa dərdi 
olmaz.  Qoy  qabağına  ağla,  sonra  da  öldür  özünü. 
Ölməkçün bundan yaxşı bəhanə? Hər şey cəhənnəm, 
uşaqlara  adamın  heyfi  gəlir.  Gül  kimi  uşaqlardılar, 
zay olub gedirlər. 
       Nə  bilim  əşşi.  Hərənin  bəxti  bir  şeydə  gətirmir. 
Birinin  ailəsi  pis  olur,  işi  yaxşı  olur.  O  birisinin  işi 
pis  olur,  ailəsi  yaxşı  olur.  Yaxşı  şeylər  pis  şeylərin 
əvəzidi,  təsəllisidi.  Bəs  hər  şeyi  pis  olanlar 
neynəsinlər? 
      ―İt  kopoyoğlun  balasi,  keç  içəri‖.  Ər  də  gəlib 
çıxdı. Arvadı evə aparır, döyməyə. O heç vaxt arvadı 
bayır-bacaqda döymür. Beş dəqiqədən sonra kişinin 
səsi  gəlir:  ―Çöreymi  qoy,  yiyim‖.  Arvadı  döyüb 
acıyıb.  Xeyli  kalori  işlətmiş  olar,  yerini  doldurmaq 
lazımdı.  Aa,  mənə  axı  çörək  almaq  tapşırmışdılar, 
lap  yadımnan  çıxıb.  Axır  vaxtlar  huşsuz  olub 
getmişəm.  
     Küçəyə  çıxdım.  Elməddin  yenə  eşşəyini  qaz 
turbasına  bağlayıb.  Bu  eşşək  elə  küçələrdə  böyüdü, 
haçan baxırsan, Elməddin bağlayıb onu harasa, çıxıb 
gedib. Eşşəyin həftəylə küçədə bağlı qaldığı da olur. 
Bədbəxtə nə yem verir, nə su. Allaha pənah yaşayır 
bu eşşək. Elməddinin bütün eşşəkləri belədi. Bundan 
qabaq  iki  dənəsi  də  olub,  ikisi  də  küçə  uşağı. 
Birincisi o qədər qocaydı ki, onu heç bağlamırdı da. 
Onsuz  da  getməyə  heyi  yox  idi.  Dırnaqları  xeyli 
uzanmışdı, çarığa oxşayırdı. Gözləri də sallanmışdı. 
Elə  yazıq-yazıq  baxmağı  vardı  ki.  Amma  ikincisi 
qıvraq  idi.  Gündə  üç  dəfə  anqırırdı  kal  səsiylə. 
Qəhvəyi rəngdəydi, yazda tükünü tökürdü.  
       Atamın  əmisi  Rusiyadan  gəlmişdi.  Bu  olar 
hardasa  beş-altı  ilin  söhbəti.  Bir  dənə  fotoaparatı 
götürmüşdü  əlinə,  hara  çatdı  şaqqıldadıb  çəkirdi. 
Həmin  qəhvəyi  eşşəyi  də  çəkmişdi.  İndi  atamın 
əmisi rəhmətə gedib, həmin eşşək də yoxdur. 
      Max-max  kənd  içində  çovuyur.  Pensiya  olacaq 
bu  gün.  Hər  ayın  yeddisi-səkkizi  pensiya  günüdür. 
Max-max  günortadan  gəlir  dayanır  bankomatın 
qabağında, həmişə də cibində üç dənə pensiya kartı 
olur  –  özünün,  arvadının,  qardaşının.  Özü  çıxarda 
bilmir,  ya  dükanda  işləyən  oğlunu  çağırır,  ya  da 
növbədəkilərdən  birinə  çıxartdırır.  Balacaboy, 
yumru  kişidir;  eniynən  uzunu  bir  olar.  O  qədər 
kökdür  ki,  boynu  itib.  Daldan  çağıran  olsa  gərək 
bütün bədənini fırlatsın ki, daldakını görsün. Yumru 
qarnından  balaca  bir  yumru  da  pırtlayıb  –  mədəsi. 
Qıraqdan çox pis görsənir. 
       Çörək  alıb  evə  qayıtdım.  Saat  altıda  nənəmin 
yanına  gedib  pensiya  kartını  götürdüm.  Onsuz  da 
pensiyasını  həmişə  mən  alıram,  getməsəm,    zəng 
eləyəcək.  Növbədə  adam  azdır.  Max-max  da  bu 
yandan qəmiş oldu mənə. Kartları uzadır. Özü də elə 
büküb  kartları  ki,  elə  bil  xaricə  göndərəcək.  Ayrı-
ayrı  kağıza  büküb,  sonra  salafan  torbaya  qoyub, 
üstündən  də  kodlar  yazılmış  kağıza  büküb.  Zalım 
balası, elə bil güclü pensiya verirlər. Mən pensiyaları 
çıxardanacan  daldakı  adamlar  söhbət  edirlər.  Bir-
birinə  öz  dərd-sərlərini  danışırlar.  Bir  şeyə  fikir 
vermişəm, 
bu 
pensiya 
növbələri 
adamları 
mehribanlaşdırır.  Küçədə  görəndə  salamlaşmayan 
adamlar  burda  çox  mehribannıqla  danışırlar. 
Adamlar  bir  pensiya  növbəsində  mehribanlaşır,  bir 
də  avtobusda.  Nənəmin  pensiyasını  verib  evə 
qayıtdım. Gözlədim bəlkə bir-iki manat verə, amma 
yoox, hardan? Hanı məndə o bəxt? 
      Bir  azdan  Zəki  gələcək.  Bir-iki  saat  başımı 
girlədim. Zəki gəldi. ―Nağada pulun var?‖ Cibindən 
bir manatlıq, bir də altmış qəpik çıxardır. ―Getdik‖. 
Mirzənin  dükanına  gəldik.  Pivəni  həmişə  bu 
dükandan  alırıq.  Mirzə  də  bizi  bir  yerdə  görməyə 
öyrəşib.  Amma  bu  dükanda  həmişə  aldığımız 
pivədən 
yoxdu.  ―Nenəyək?‖  Zəki  soruşdu. 
―Yekəbaşın  yanına  gedək‖  dedim.  Bu  yekəbaş 
mənim  sinif  yoldaşım  olub.  Doğrudan,  başı  çox 
yekədir.  Həm  formaca  yekəbaşdır,  həm  xasiyyətcə, 
ləqəbi  onu  hərtərəfli  tamamlayır.  Özü  də  mənim 
adaşımdır,  yanlarını  basa-basa  gedir.  Kefim  kök 
olanda  ona  Cəsur  ayı  balası  deyirəm.  Yekəbaşdan 
pivəylə  ağ  günəbaxan  tumu  alıb  bizə  gəldik.  Evdən 


Yüklə 472,06 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə